Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   2   3   4   5   6   7   8   9   10   ...   43

Arpanın  müalicəvi  xassələri.  Arpa  dənində  bakteriya-
lara öldürücü təsir edən maddələr, əsasən qram-müsbət mikro-
orqanizmlər  tapılmışdır.  Arpa  şəkəri  yuxarı  nəfəs  yollarının 
iltihabi xəstəliklərində, öskürək və xırıltıda tətbiq olunur. 
Arpa dənindən hazırlanan həlim yumşaldıcı, qarqaraedici 
xassəyə  malikdir,  mədə-bağırsaq  xəstəliklərində  və  kəskin 
öskürək zamanı istifadə olunur. 
Selikvarı həlim aşağıdakı kimi hazırlanır: 20 q arpa dəni 
1  stəkan  suda  4-5  saat  saxlanılır,  sonra  10  dəqiqə  bişirilir  və 
süzülür. Gündə 4-6 dəfə 1 xörək qaşığı qəbul edilir. 
Dərinin iltihabında və döşgəlmə xəstəliyində arpa səmə-
nisindən  təpitmə  hazırlanır.  Arpa  səmənisi  hazırlamaq  üçün 
arpa  dəni  cücərmək  üçün  müvafiq  şəraitdə  nəm  şəkildə  sax-
lanılır. Cücərmiş dənlər qurudulur və xırdalanır. Bəzən dərinin 
çox hissəsi xəstələndikdə arpa səmənisindən hazırlanmış vanna 
qəbul edilir. Uşaqlar üçün 0,5 kq, yaşlılar üçün 1-1,5 kq səməni 
götürülür.  Arpa  səmənisi  30  dəq.  2-3  litr  qaynamış  suda  sax-
lanılır, süzülür və vannaya əlavə edilir. 
Arpa səmənisinin sulu məhlulunu (2-3 xörək qaşığı arpa 
səmənisi  unu  1  litr  suda  saxlanılır)  şərbət  və  ya  şəkərlə  şirin-
ləşdirib  gündə  5-6  dəfə  yarım  stəkan  içilir.  Bu,  orqanizmdəki 
iltihaba  qarşı,  öskürəyi  yumşaldıcı  amil  kimi,  eləcə  də  mədə-
bağırsaq xəstəliklərində, böyrək və sidik yolları xəstəliklərində 
istifadə  olunur.  Arpa  səmənisi  ekstraktından  diabetə  qarşı 
 
68
istifadə olunur və bu qanda şəkərin miqdarını bir qədər azaldır. 
Ekstraktı  qurudulmuş  arpa  səmənisindən  hazırlayırlar.  Belə 
ekstraktdan uşaqların qidasında da istifadə etmək olar. Arpa sə-
mənisi ekstraktı südə qatılıb uşaqlara verilir. Südəmər uşaqlara 
vermək  üçün  arpa  yarmasından  həlim  hazırlanır.  1  çay  qaşığı 
yarma 1 stəkan suda 20-30 dəq. qaynadılır, süzülür və uşaqlara 
içirdilir. 
Arpadan antibiotik kimi istifadə olunan qordesin maddə-
sinin alınması üsulu da işlənmişdir. 
Bostan  paxlası  –  Овощные  бобы  –  Vicia  Faba  L. 
Paxlalılar  (Leguminosales)  fəsiləsinə  aid  olan  birillik  bitkidir. 
Qədimdən, Dəmir və Bürünc dövründən əkilib-becərilir. Bostan 
paxlası  qidalılıq  dəyərinə  görə  bütün  tərəvəzlərdən  üstündür. 
Tərkibində  quru  maddəyə  görə  35%-ə  qədər  zülal,  55% 
karbohidrat  vardır.  Paxlanın  zülalı  əvəzolunmaz  aminturşuları 
ilə zəngindir.  Tərkibində C, B
1
,  B
2
, PP və karotin (provitamin 
A)  vardır.  Əsasən  sous,  şorba  və  konservləşdirmək  üçün  isti-
fadə  olunur.  Azərbaycanın  bir  çox  bölgələrində  paxla  –  şüyüd 
plov  hazırlanır.  Paxlanın  toxumlarından  alınan  un  çörəyə  qa-
tılır.  Lakin  podaqra  xəstəliyindən  əziyyət  çəkənlərə  paxladan 
hazırlanmış  xörəklərdən  və  konservlərdən  istifadə  etmək  məs-
ləhət görülmür, çünki tərkibində purin əsaslı maddələr nisbətən 
çoxdur.  Paxlanı  çiy  və  yarımbişmiş  halda  istifadə  etmək  məs-
ləhət  görülmür.  Tərkibində  isti  emal  zamanı  parçalana  bilən 
toksiki  maddələr  vardır.  Ədəbiyyatlarda  paxla  ilə  zəhərlən-
mələrə  rast  gəlinir.  Bunun  əlamətləri  başağrısı,  tez-tez  qusma, 
rəngin  saralması  və  sidiyin  bozarmasıdır.  Sidiyin  bozarmasına 
səbəb  qırmızı  qan  kürəciklərinin  parçalanmasıdır.  Paxla  ilə 
zəhərlənmə müşahidə edildikdə tezliklə həkimə müraciət etmək 
lazımdır. 
Bostan  paxlasının  müalicəvi  xassələri.  Xalq  təbabə-
tində  bişirilmiş  paxladan  və  ya  onun  həlimindən  qarın  po-
zuntusu zamanı aşılayıcı və iltihaba qarşı istifadə olunur. Süddə 
bişirilib,  əzilmiş  kütləni  irinli  yaraların  sağalmasını  sürətlən-

 
69
dirmək  üçün  istifadə  olunur.  Çiçəklərindən  alınmış  həlim  və 
cövhərlərdən kosmetikada üzü yumaq üçün istifadə olunur. 
Buğda  –  Пшеница  –  (Triticum  L.).  Buğda  taxıllar 
(Gramineae) fəsiləsinin Triticum cinsinə aiddir. Buğda – əsas 
ə
rzaq bitkisidir. Dünyada əkin sahəsinə  görə birinci  yeri tutur. 
Buğda  dənində  80-84%  endosperm  olması  istehsal  zamanı 
yüksək  sortlu  un  çıxarını  artırır.  Buğdanın  botaniki  və  əmtəə 
təsnifatı vardır. Cəmi 20 botaniki növü yayılmışdır. Bunlardan 
ikisi ən geniş yayılmışdır: yumşaq və bərk buğda: 
Triticum vulgare
 – yumşaq buğda. 
Triticum durum
 – bərk buğda. 
Yumşaq buğdanın sünbülü boş, qılçıqlı, dənin rəngi qır-
mızı,  qəhvəyi  və  sarı,  konsistensiyası  yarımşüşəvarı,  şüşəvarı 
və unlu olur. Həm payızlıq və həm də yazlıq yumşaq buğda be-
cərilir.  Yumşaq  buğdadan  alınan  un,  əsasən  çörəkçilikdə,  az 
miqdarda isə makaron istehsalında istifadə olunur. 
Bərk  buğdanın  sünbülü  dolu,  dəni  uzunsov  sarı,  açıq  və 
ya  tünd  kəhrəba  rəngində,  konsistensiyası  isə  şüşəvarı  olur. 
Payızlıq və yazlıq bərk buğda becərilir. Bərk buğdadan dənəvər 
və makaron unu istehsal edilir. Yumşaq buğdanın 9 növü, bərk 
buğdanın  10  növü  vardır.  Əmtəə  təsnifatına  görə  buğda  stan-
darta əsasən 6 tipə və yarımtiplərə ayrılır. 
Tip I – Yazlıq qırmızıdənli yumşaq buğda – 5 yarımtipə 
bölünür. 
1.1.  Yarımtip  –  tündqırmızı  dənli,  şüşəvarılığı  75%-dən 
az olmamalıdır; 
1.2.
  Yarımtip – qırmızıdənli şüşəvari, şüşəvarılığı 60%-
dən az olmamalıdır; 
1.3. Yarımtip – açıq qırmızıdənli  yarımşüşəvarı, şüşəva-
rılığı 40%-dən az olmamalıdır; 
1.4.  Yarımtip  –  sarı-qırmızıdənli  (ala-bəzək),  yarımşü-
şə
varı, şüşəvarılığı 40%-dən az olmamalıdır; 
1.5. Yarımtip – sarı, unlu, şüşəvarılığı 40%-dən az olma-
malıdır. 
 
70
Tip II – yazlıq bərk buğda (durum) aiddir. 
2.1. Yarımtip – tünd kəhrəba rəngli; 
2.2. Yarımtip – açıq kəhrəba rəngli. 
Tip III – yazlıq ağdənli yumşaq buğda aiddir. 
3.1.  Yarımtip  –  ağdənli,  şüşəvarı,  şüşəvarılığı  60%-dən 
az olmamalıdır; 
3.2.  Yarımtip  –  ağdənli,  şüşəvarılığı  60%-dən  az  ol-
mamalıdır. 
Tip  IV  –  payızlıq  yumşaq  qırmızıdənəli  buğda.  Birinci 
tip kimi 5 yarımtipə bölünür. 
Tip V – payızlıq ağ buğda aiddir (yarımtipləri yoxdur). 
Tip VI – yazlıq bərk buğda (yarımtipləri yoxdur). 
Buğdanın  texnoloji  xarakteristikası  onun  tipə  və  ya-
rımtiplərə bölünməsi ilə əlaqədardır. Məsələn, I və IV tipin 1 və 
2 yarımtipləri yüksək, 3-cü orta, 4 ortadan aşağı, 5 isə az key-
fiyyətli çörəkbişirmə qabiliyyətinə malikdir. III tipin I yarımtipi 
çörəkbişirmə  istehsalında  çox  qiymətli  hesab  edilir,  eyni  za-
manda,  bu  buğda  makaron  unu  istehsalı  üçün  də  çox  əlve-
rişlidir.  Bu  tipin  2  yarımtipi  isə  orta  keyfiyyətə  malikdir.  I  tip 
buğda  çox  nişastalıdır  və  qənnadı  məmulatı  üçün  un  istehsa-
lında işlədilir. Bu buğdadan çörək unu istehsal etdikdə şüşəvarı 
buğda əlavə edirlər. 
Bərk  buğdanın  tərkibində  13,0%  zülal,  54,5%  nişasta, 
2,5%  yağ,  2,2%  sellüloza,  1,7%  minerallı  maddə,  0,8%  şəkər, 
B
1
,  B
2
,  PP,  B
6
,  E  vitaminləri  və  β-karotin  (provitamin  A) 
vardır. 
Yumşaq  payızlıq  və  yazlıq  buğdanın  tərkibində  11,2-
12,5% zülal, 54,0-53,0% nişasta, 2,1-2,3% yağ, 1,2-0,9% şəkər, 
2,4-2,5%  sellüloza,  1,7%  minerallı  maddə,  B
1
,  B
2
,  PP,  B
6
 
vitaminləri və β-karotin vardır. 
Buğdanın  tərkibində  müxtəlif  fermentlər,  mineral  duzlar 
(fosfor,  kalium,  maqnezium  duzları),  Na,  Ca,  Fe  və  digər 
minerallar vardır. 

 
71
Ə
lbəttə, müxtəlif buğda  sortlarının kimyəvi tərkibi onun 
seleksiya sortundan, əkilib-becərildiyi torpaq-iqlim şəraitindən, 
aqrotexnikasından,  yetişmə  dərəcəsi  və  yığılması  müddətindən 
və digər amillərdən asılı olaraq dəyişə bilər. 
Buğdanın digər dənli bitkilərdən fərqi ondadır ki, buğda 
zülali  tərkibcə  yaxşı  dartılma  qabiliyyətinə  malik  olan  maddə 
(kleykovina) ilə zəngindir. Buna görə buğda unundan maya ilə 
hazırlanmış  çörək  yaxşı  məsaməliliyə  malik  olmaqla  orqa-
nizmdə yaxşı mənimsənilir. 
Buğda unundan makaron məmulatı, unlu qənnadı məmu-
latı  hazırlanır  və  kulinariyada  geniş  istifadə  olunur.  Buğdadan 
spirt, nişasta, yarma və digər məhsullar alınır. Buğdadan alınan 
mannı
  yarması  tərkibinə  görə  buğda  rüşeymdən  ibarət  olub 
yüksək  qidalılıq  dəyərinə  malikdir.  Mannı  yarmasının  tərki-
bində,  demək  olar  ki,  sellüloza  yoxdur,  uşaq  və  pəhriz  qi-
dasında, mədə-bağırsaq xəstəliklərində istifadə olunur. 
Buğdanın  müalicəvi  xassələri.  Buğda  kəpəyindən 
qəbizliyə qarşı mədə-bağırsağı yumşaldıcı kimi istifadə olunur. 
Qəbizlikdən əziyyət çəkənlərin hər gün 1 stəkan qatığa 1 xörək 
qaşığı buğda kəpəyi qarışdırıb yatmazdan əvvəl qəbul etmələri 
məsləhət görülür. 
Buğda  rüşeymindən  alınan  yağ  yaraların,  podaqranın  və 
digər xəstəliklərin müalicəsində istifadə olunur. Buğda yağında 
E  vitamini  vardır.  Bu  vitaminin  20  mq-ı  müalicəvi  təsirə  ma-
likdir. Lakin nəzərə alınmalıdır ki, qış mövsümündə uzun müd-
dət  saxlanılmış  buğda  rüşeymi  yağında  zəhərli  maddə  toplanır 
və  bu  maddə  qanın  tərkibinə  pis  təsir  edir.  Buğda  nişastası 
tozvarı  və  məlhəmşəkilli  dərmanların  hazırlanmasında  istifadə 
olunur. 
Bəzi ekzema növlərinin müalicəsində fermentasiya olun-
muş  buğda  dənlərinin  distilyatı  tətbiq  olunur.  Buğda  rüşey-
mindən tərkibində E (90 mq%), F vitamini və digər bioloji fəal 
maddələr olan xolef-ekstrakt preparatı alınır. 
 
72
Buğda  kəpəyindən  alınan  həlim  vitaminli  içki  kimi 
müalicəvi  qidalanmada  əvəzsiz  məhsuldur.  Bunu  hazırlamaq 
üçün  200  q  buğda  kəpəyi  1  litr  suda  1  saat  qaynadılır,  ikiqat 
cunadan  süzülür.  Belə  məhlul  şorbalara  əlavə  edilir  və  ondan 
kvas hazırlanır. Kvas hazırlamaq üçün 500 ml kəpək məhluluna 
5 q sıxılmış maya və 25 q şəkər qatılıb 2-3 gün qıcqırdılır. 
Xalq  təbabətində  buğda  dənindən  hazırlanan  həlim  or-
qanizmin  qüvvətləndirilməsi  üçün  qəbul  edilir.  Buğda  kəpə-
yindən alınan həlim balla yuxarı nəfəs yollarının iltihabında və 
kəskin  öskürək  zamanı  içilir.  Buğda  kəpəyindən  təpitmə, 
həlimdən  islatma  kimi  əlin  və  dərinin  kobudlaşmış  hissələrini 
yumşaltmaq məqsədilə istifadə olunur. 
Çovdar  –  Рожь  –  Secale  cereale  L.  Taxıllar 
(Gramineae)  fəsiləsinin  Secale  cinsinə  aiddir.  13  növü  vardır 
ki,  bunlardan  biri  (Secale  cereale  L.)  daha  çox  yayılmışdır. 
Ə
kin sahəsinə görə buğdadan sonra ikinci yeri tutur. Çovdar da 
yazlıq və payızlıq əkilir.  
Standarta əsasən çovdar 3 tipə bölünür. 
Tip I – payızlıq şimal (yarımtipləri var). 
Tip II – payızlıq cənub (yarımtipləri var). 
Tip III – yazlıq (yarımtiplərə bölünmür). 
Azərbaycanda çovdar, demək olar ki, becərilmir. 
Çovdarın  tərkibində  54,0%  nişasta,  9,9%  zülal,  2,2% 
yağ,  1,5-2,0%  şəkər,  2,5%  sellüloza,  1,7%  minerallı  maddə 
vardır. Vitaminlərin miqdarı buğdaya nisbətən çoxdur. Çovdar 
yağında  olein,  palmitin  və  linol  turşuları  nisbətən  çox,  linolen 
turşusu  isə  azdır.  Tokoferolun  (E  vitamini)  çox  olmasına  görə 
çovdar yağı uzun müddət saxlanmaya davamlıdır. 
Çovdarın  müalicəvi  xassələri.  Xalq  təbabətində  çov-
darın  sünbülü  və  gülündən  hazırlanan  həlim  və  tinkturalardan 
nəfəs  yollarının  xəstəliklərində  istifadə  olunur.  Çovdar  kə-
pəyindən  hazırlanmış  həlim  bəlğəmgətirici,  yumşaldıcı  vasitə 
kimi bronxit və traxeit xəstəliklərində istifadə olunur. Yaralara 

 
73
süddə  isladılmış  çovdar  çörəyi  qoyulduqda  tez  sağalır.  Ilıq 
çovdar xəmirindən yumşaldıcı təpitmələr hazırlanır. 
Çovdar unundan hazırlanan çovdar, çovdar-buğda çörək-
ləri pəhriz qidalanmasında, o cümlədən, şəkər xəstəliyində, kö-
kəlməyə  meyilli  olanlar  və  yaşlılar  üçün  daha  çox  istifadə 
olunur. 
Darı  –  Просо    Panicum  miliaceum  L.  Taxıllar 
(Gramineae)  fəsiləsinə  aid  birillik  ot  bitkisidir.  400-dən  çox 
növü məlumdur. Lakin dünyada daha çox becərilən 4 növündən 
1  növü  qida  məqsədləri  üçün  yarma  kimi  istifadə  olunan 
Panicum  miliaceum  L.  növüdür.  Standarta  görə  darı  4  tipə 
bölünür. 
I  tip  –  ağ  və  krem  rəngli  olub,  yarma  alınmasına  sərf 
olunur. 
II tip – qırmızı (açıq qırmızıdan tünd qırmızıyadək) olub, 
yaxşı keyfiyyətlidir. 
III  tip  –  sarı  (sarıdan  qəhvəyi  rəngədək)  olub,  orta 
keyfiyyətlidir. 
IV  tip  –  boz  (bozdan  qara  rəngədək)  aşağı  keyfiyyətli 
hesab edilir. 
Normal darı dəninin tərkibində nüvə 74-75% təşkil edir. 
Azərbaycanda  Şəki  darısı,  Gədəbəy  darısı-41,  Sarı  darı, 
Qırmızı darı sortları becərilir. Bunların yarma çıxarı 66-75%-ə 
qədərdir. 
Darının  tərkibində  orta  hesabla  54,7%  nişasta,  11,2% 
zülal, 3,9% yağ, 1,9% şəkərlər, 7,9% sellüloza, 2,9% minerallı 
maddə, B
1
, B
2
, PP, fol turşusu (B
c
 vitamini), fermentlər vardır. 
Darı  yarması  kalium,  natrium,  maqnezium  və  fosforla 
zəngindir. Darının aleyron təbəqəsi və rüşeymi yağla zəngindir. 
Ə
sasən olein və linol yağ turşularından ibarətdir. 
Darının müalicəvi xassələri. Darı yarması yaxşı dadına, 
tez  bişməsinə,  yüksək  qidalılığına  görə  digər  yarmalardan 
üstündür.  Darıdan  sıyıqlar,  şorbalar  və  bişmişlər  (zapekanka, 
piroq,  oladiki  və  s.)  hazırlanır.  Darı  yarmasında  kaliumun 
 
74
miqdarı çox olduğundan ürəyin fəaliyyəti üçün əhəmiyyətlidir. 
Pəhriz  xörəyi  kimi  dənəvər  darı  sıyığı  bəzi  ürək-damar  xəstə-
liklərində,  aterosklerozda  və  xroniki  qəbizlikdə  məsləhət  gö-
rülür.  Bəzi  insanlar  darı  yarmasını  onun  spesifik  acı  dadına 
görə  xoşlamırlar.  Hətta  rişxəndlə  ona  «quş  yemi»  deyənlər  də 
var.  Lakin  darı  yarmasından  hazırlanan  sıyıqlar  uşaqların  və 
yaşlıların  qidasında  fizioloji  əhəmiyyəti  olan  qidalı  xörəkdir. 
Darı yarmasına xas olan acılığı kənar etmək üçün bişirməzdən 
qabaq onu 3-4 dəfə qaynayan suda yuyub pöşələmək lazımdır. 
Ə
n  yaxşı  şirin  darı  sıyığı  almaq  istəyirsinizsə,  yuyulmuş  darı 
yarmasını  əvvəlcə  1-2  dəq  nisbətən  çox  suda  qaynadıb  xırda 
gözlü süzgəcdən süzün, sonra 1 stəkan darı yarmasına 3 stəkan 
süd əlavə edib vam istilikdə 35-40 dəq bişirin. Sonda yağ (kərə 
və ya zeytun yağı), zövqə görə şəkər, duz və darçın səpib yeyin. 
Düyü  əltik)  –  Рис  -  Oryza  Sativa  L  .  Taxıllar 
(Gramineae)  fəsiləsinin  Oryza  cinsinə  aid  birillik  və  çoxillik 
bitkidir. 19 növündən ən çox yayılmışı mədəni növü olan Oryza 
Sativa  L.  daha  çox  yayılmışdır.  Çəltik  dənli  bitki  istehsalında 
buğda  və  qarğıdalı  kimi  əhəmiyyətə  malikdir.  Çəltik,  xüsusən 
Çində,  Koreyada,  Birmada,  Yaponiyada,  Vyetnamda,  Hindis-
tanda və Pakistanda daha çox becərilir. Azərbaycanda bu bitki, 
ə
sasən  Lənkəran-Masallı  və  Şəki-Zaqatala  bölgəsində  əkilib-
becərilir.  Düyünün  növ  müxtəliflikləri  içərisində  respublika-
mızda Hindistan və Yaponiya yarımnövləri becərilir. 
Çəltik  2  üsulla  becərilir  –  becar  çəltiyi,  yəni  bataqlıqda 
becərilən  və  quraqlıqda  becərilən  dəmyə  çəltik.  Çəltik  çox 
rütubətli və ya suvarılan torpaqlarda becərilir. 
Çəltik forma və şüşəvarılığına görə 3 tipə və 7 yarımtipə 
ayrılır. Yarımtiplər aşağıdakılardır. 
I  yarımtipə  Orta  Asiya  və  Qazağıstanda  yayılmış  Arpa-
ş
alı,  Qazax-şalı  sortları  daxil  edilir.  Bunlar  iridənli,  enli,  yastı 
və şüşəvarı olur. 
II  yarımtipə,  əsasən  Azərbaycanda  becərilən  sortlar  aid 
edilir. Bunlar iridənli, enli, yastı və yumşaq dənlilərdir. 

 
75
III  yarımtip,  ancaq  Azərbaycanda  becərilən  uzun,  nazik, 
ş
üşəvarı dənlərdir, bunlardan Sədr düyüsü geniş yer tutur. 
IV  yarımtipin  uzundənli,  enli,  yarımşüşəvarı  Ənbərbu, 
Azros-637 sortları Azərbaycanda yayılmışdır. 
V  yarımtipin  yumrudənli,  orta  böyüklükdə,  şüşəvarı 
Kendzo, Uzros-225, Krasnodar-3362 sortları geniş yayılmışdır. 
VI yarımtipə dəni yumru, orta böyüklükdə, yarımşüşəvarı 
Sarı qılçaq, Uzros-269 Orta Asiya sortları aiddir. 
VII  yarımtip  dəni  yumru,  kiçik,  yumşaq  sortlardan  – 
Qırmızı, Hacı Əhməd və s. Orta Asiya sortlarıdır. 
Bunlardan  ən  qiymətlisi  və  geniş  yayılmışı,  keyfiyyətli 
yarma çıxımı verən birinci üç yarımtipdir. 
Düyünün (çəltiyin) tərkibində orta hesabla 55,2% nişasta, 
7,5%  zülal,  2,6%  yağ,  0,9%  şəkərlər,  9,0%  sellüloza,  3,9% 
minerallı maddə, B
1
, B
2
 və PP vitamini vardır. Qeyd etmək la-
zımdır  ki,  birinci  kəşf  edilən  B
1
  vitamini  düyü  (çəltik)  kəpə-
yində tapılmışdır. Düyü bəzi xalqların gündəlik qidasında əsas 
qida məhulu kimi istifadə olunur. 
Düyünün  müalicəvi  xassələri.  Düyüdən,  düyü  xırda-
sından və düyü unundan pəhriz və müalicəvi qidalanmada geniş 
istifadə  olunur.  Düyüdən  hazırlanan  sıyıqlar  uşaq  və  pəhriz 
qidasında, yeyilən qidanın kaloriliyini artırmaq məqsədilə geniş 
miqyasda istifadə olunur. Düyü xörəkləri yaşlıların qidalanma-
sında  məsləhət  görülür.  Lakin  kökəlməyə  meyilli  olan  və 
qəbizlikdən  əziyyət  çəkənlər  düyü  xörəklərindən  istifadə  et-
məməlidirlər. 
Düyü  nişastası  və  selikli  düyü  həlimi  qədimdən  ishala 
qarşı tətbiq olunur. Həkim nəzarəti zamanı müəyyən edilmişdir 
ki, düyü həlimi bağırsağın motor funksiyasını azaldır. Ona görə 
də  kəskin  mədə-bağırsaq  pozuntuları  və  dezenteriya  zamanı 
düyü  həlimindən  (qatıqla)  istifadə  etmək  daha  da  məqsə-
dəuyğundur. Düyü unundan uşaqlar üçün toz dərman (prisipka) 
hazırlanır.  Çində  düyü  kəpəyindən  alınan  həlimdən  beri-beri 
xəstəliyinin müalicəsində, yağından isə müalicəvi məlhəmlərin 
 
76
hazırlanmasında  istifyadə  olunur.  Düyü  kəpəyində  insan  orqa-
nizmi üçün lazım olan vitaminlər, rüşeymindəki yağda isə E və 
K  vitamini  vardır.  Ona  görə  də  qidamızda  daha  çox  təmiz-
lənməmiş  (cilalanmayan  və  pardaqlanmayan)  düyüdən  istifadə 
etmək məsləhətdir. 
Düyü  yarması  istehsalında  cilalanma  və  pardaqlanma 
prosesi  nəticəsində  meyvə  və  toxum  qılafından,  eləcə  də  qis-
mən endosperm təbəqəsindən ibarət olan düyü unu alınır. Belə 
unun  tərkibində  14%-ə  qədər  zülal  və  15%-ə  qədər  yağ  olur. 
Eyni zamanda, düyü unu fosfor tərkibli üzvi maddələr və vita-
minlərlə zəngindir. Düyü unu əczaçılıq sənayesində fitinin alın-
masında xammal kimi istifadə olunur. Düyü nişastası tibbidə və 
ə
triyat  sənayesində  də  istifadə  olunan  yüksəkkeyfiyyətli  məh-
suldur.  Düyü  rüşeymindən  alınan  yağ  sabun  bişirmədə  tətbiq 
olunur. 
Azərbaycan  kulinariyasının  şah  xörəyi  olan  və  100-dən 
çox  çeşiddə  plov  düyüdən  hazırlanır  və  azərbaycanlıların 
ş
adyanalıq süfrələrini bəzəyir.  
Qaraba_şaq'>Qarabaşaq – Гречиха – Fagopyrum sagittatum Gilib. 
Qarabaşaqkimilər  (Fagopyrumaceae)  fəsiləsinə  mənsub  olan 
birillik  qarabaşaq  bitkisidir.  3  növündən  biri  –  Fagopyrum 
sagittatum Gilib iki yarımnöv kimi becərilir. Kənd təsərrüfatın-
da  mədəni  və  tatar  qarabaşaq  növləri  geniş  yayılmışdır.  Azər-
baycanda,  demək  olar  ki,  becərilmir.  Qarabaşağın  tərkibində 
52,9%  nişasta,  10,8%  zülal,  3,2%  yağ,  1,5%  şəkərlər,  10,8% 
sellüloza,  2,0%  minerallı  maddə  vardır.  Qarabaşaqda  B
1
,  B
2

PP, P vitaminləri vardır. Qarabaşaqdan alınan P vitamini ürək-
damar, hipertoniya, plevrit xəstəliklərinin müalicəsində istifadə 
olunur.  Rutinin  miqdarı  qarabaşaq  rüşeymində  25  mq%  təşkil 
edir.  Karbohidratlardan  nişasta,  saxaroza,  sellüloza  və  penta-
zonlar;  mineral  maddələrdən  Ca,  P,  K,  Fe  və  digər  mik-
roelementlər vardır. Qarabaşağın tərkibində zülallar, vitaminlər, 
makro-  və  mikroelementlər  nisbətən  çox  olduğuna  görə  o 
pəhriz və uşaq qidasında əvəzsiz məhsul kimi istifadə edilir. 

 
77
Qarabaşaqdan  adi  və  tezbişən  yarma,  xırda  yarma  (pro-
del) və qarabaşaq unu hazırlanır. 
Tarixdən məlumdur ki, monqollar və hunlar ət yeməkləri 
ilə  yanaşı  qarabaşaq  sıyığı  ilə  də  qidalanmışlar.  Qarabaşaq 
sıyığı  indi  də  pəhriz  qidası  kimi  məşhurdur.  Çünki  onun  tər-
kibində orqanizmdə yaxşı mənimsənilən dəmir, fosfor, kalsium, 
alma və limon turşuları, suda həll olan vitaminlər vardır. Qara-
başaq  yarması  digər  yarmalara  nisbətən  daha  çox  kökəlməyə 
meyilli insanlara məsləhət görülür. 
Qarabaşağın  müalicəvi  xassələri.  Qarabaşağın  çiçək-
ləndiyi vaxt onun otundan sənaye üsulu ilə rutin qlükozidi alı-
nır ki, bu da orqanizmə təsirinə görə P vitamininə oxşayır. Bu 
maddə  kapillyarların  keçiricilik  qabiliyyətini  və  kövrəkliyini 
azaldır.  Bir  qayda  olaraq,  rutini  C  vitamini  ilə  birlikdə  qəbul 
edirlər.  Çünki  belə  halda  qan  damarlarının  divarları  möhkəm-
lənir və bir çox xəstəliklərdə, o cümlədən infeksion, revmatizm, 
hipertoniya  və  şüa  xəstəliklərində  qansızmaların  qarşısı  alınır. 
Qanın yüksək laxtalanmasında rutindən istifadə etmək olmaz. 
Xalq  təbabətində  qarabaşaq  güllərindən  hazırlanan 
tinktura  və  həlimlər  (1:10)  öskürəyi  yumşaldan  və  bəlğəmgə-
tirici  dərman  kimi  istifadə  olunur.  Onu  normasız  çay  kimi 
içmək  olar.  Qarabaşaq  çiçəyindən  və  yarpağından  hazırlanan 
çaydan  bəzi  bölgələrdə  müalicəvi  və  profilaktiki  tədbir  kimi 
aterosklerozda,  xüsusən  də  yüksək  qan  təzyiqi  ilə  müşahidə 
olunduqda içilir.  
Xırdalanmış və ya bütöv qarabaşaq yarpaqları çibanın və 
irinlənmiş  yaraların  üzərinə  qoyulur.  Bunun  müalicəvi  təsiri 
yarpaqlarda  olan  fitonsidlərin  irintörədən  bakteriyaları  məhv 
etməsinə  əsaslanır.  Qarabaşaq  unundan  uşaqlar  üçün  tozvarı 
dərmanlar, eləcə də yumşaldıcı təpitmələr hazırlanır. 
Hər  şeydən  öncə,  qarabaşaq  yarması  qidalı,  fizioloji  cə-
hətdən insan orqanizminə xeyirli məhsul kimi pəhriz qidasında 
geniş miqyasda istifadə olunur. 
 
78
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin