Ə.Əliyev adına Azərbaycan dövlət həkimləri təkmilləşdirmə institutu



Yüklə 445 b.
tarix22.04.2017
ölçüsü445 b.
#15400


Ə.Əliyev adına Azərbaycan dövlət həkimləri təkmilləşdirmə institutu

  • “AİLƏ TƏBABƏTİ” KAFEDRASI

  • KAFEDRA MÜDİRİ: MAHMUDOVA S.Y.

  • TƏRTİBATÇI: ASS. İBADOVA T.İ


AİLƏ HƏKİMLİYİ



Təqdimatda məgsəd və hədəflər

    • Məqsədimiz - bu dərsin sonunda ailə həkimliyi haggında məlumata nail olmaqdır
    • Hədəflər:
    • Ailə haqqında.
    • Ailə həkimliyi haqqında.
    • Ailə həkimliyinin tarixi barədə.
    • Ailə həkimliyinin məqsədi.
    • Ailə həkimliyinin üstünlükləri.
    • Ailə həkimliyi və Azərbaycan.


AİLƏ

  • Ailə, insanın doğulduğu və ən əsas ehtiyaclarının qarşılandığı, birgə yaşayışa hazırlandığı məkandır.

  • Ailə cəmiyyəti əmələ gətirən kiçik bir vahiddir.

  • Bir-birinə qan və evlilik bağı ilə bağlanmış iki və daha çox sayda üzvdən ibarət olan qrupdur.



AİLƏ

  • Bir-biriləri ilə bioloji, psixoloji, sosial əlaqələri və mənəvi qarşılıqlı təsirləri olan bir qrupdur.

  • Bir evdə yaşayan üzvlərin cinsi, psixoloji, sosial və iqtisadi ehtiyaclarının qarşılandığı, cəmiyyətə uyğunlaşma və iştiraklarının təmin və təşkil edildiyi məkandır.



AİLƏ

  • Forma baxımından ailənin üç tipi var:

  • Geniş ailə - şərqdə ənənəvi bir ailə tipidir, kənar bölgələrdə rast gəlinən birgə yaşayış formasıdır, ailənin ən yaşlı kişisi avtoritar gücdür və eyni zamanda iqtisadi güc də onun iradəsindədir. Qadınlar arasında qaynənə ilk yerdə dayanır. Ailə içi və cəmiyyətlə olan münasibətlər adət-ənənələrə, dini qaydalara görə düzənlənir.



AİLƏ

  • 2. Kiçik ailə - ana, ata və uşaqlardan ibarət, evlilik bağı ilə meydana gəlmiş ailə tipidir. Belə ailədə qohumlarla əlaqə geniş deyildir, qohumların ailə üzərində inanc, adət-ənənə, siyasət məsələlərində təzyiqi yoxdur və ya çox azdır, evliliyin davam etdirilməsinin, uşaqların sayı, yetişdirilməsinin və tərbiyəsinin məsuliyyəti ər və arvada aiddir.



AİLƏ

  • 3. Gənc ailə - qohumlarından uzaqda yataqxanada, gecəqondularda yaşayan ailə tipidir. Bu ailələr bir tərəfdən geniş ailədə keçərli olan düşüncə və adət-ənənələri davam etdirmək, digər tərəfdən içərisində yaşadıqları məhəllənin adət-ənənələrinə, iqtisadi çətinliklərə uyğunlaşmaq məcburiyyətindədirlər.



AİLƏ

  • Xoşbəxtlik baxımından ailə 2 cür olur:

  • sağlam və qalmaqallı. Qalmaqallı ailədə fərdlər həm psixolojik, həm də cismani olaraq xəstə olurlar, zərərli vərdişlərə meyl göstərirlər, biri digərinin rahatsızlığına cavabdehlik hissi ilə yanaşmır, qayğısına qalmır. Bu cür ailələrə daha çox diqqət göstərilməlidir.



KEÇMİŞDƏ AMBULATOR VƏ STASİONAR XİDMƏTİNİN ETAPLARI

  • I etap - FMM-də, HA-da, KSX-da həkimə qədər xidmət;

  • II etap - HA-da, KSM-də həkim xidməti;

  • III etap - MRX-da, DE-də, dispanserlərdə ixtisaslı həkim xidməti;

  • IV etap - ŞX-da, ŞDE-də, VX-da, şəhər dispanserlərində ixtisaslı həkim xidməti;

  • V etap - ETİ-da, KX-da yüksək ixtisaslı tibbi xidmət.



AİLƏ HƏKİMLİYİ

  • Ailə həkimliyi – fərdlərə və bütövlüklə ailələrə mütəmadi və hərtərəfli ilkin səhiyyə xidməti göstərən, bütün yaş qruplarını, hər iki cinsi, bütün sistem və xəstəlikləri əhatə edən bir tibbi xidmət modelidir.

  • Bu gün İngiltərə və Almaniyada I pillə səhiyyə xidmətinin göstərilməsində ailə həkimliyi modelindən istifadə edilir.



AİLƏ HƏKİMLİYİ

  • Ailə həkimləri I pillə tibb müəsisələrində: tibb və həkim məntəqəslndə, həmçinin evdə xidmət göstərirlər.

  • I pillə səhiyyə xidməti göstərən tibb müəsisələri səhiyyə maarifi, profilaktik xidmət, xəstələnmə hallarında ilk olaraq müraciət edilən və ambulator tibbi xidmət göstərən quruluşdur.



AİLƏ HƏKİMLİYİNİN TARİXİ

  • 1923-cü ildə Dr. Francis Peabody ümumi həkimliyə dönüş çağırışını etmış, bu fikir o zamanlar özünə çox səs toplamamışdır. 1960-cı illərdə bu məsələyə yenidən qayıdılmış, tibb fakultəsindən məzun olan pratisyenlərin bilik və bacarıq yetərsizliklərini aradan qaldırmaq məqsədiylə yeni bir ixtisas sahəsi təşkil edilmişdir.



AİLƏ HƏKİMLİYİNİN TARİXİ

  • Bu yeni ixtisas sahəsinin adı “Genəl Pratisyenlik”dir. Bu yeni ixtisas sahələri 1965-də İngiltərədə, 1966-da ABŞ-da, 1994-də Almaniyada, 1996-da Kanadada rəsmən tanınmışdır. ABŞ-da ailə həkimi ixtisası təlimi 15 pilot bölgədə başlamış, 1992-də 394 bölgəni əhatə etmişdir. Tibb fakultəsi məzunlarının 11-13%-i bu ixtisası seçir.



AİLƏ HƏKİMLİYİNİN TARİXİ

  • Ailə həkimləri tək və ya qrup şəklində çalışırlar.

  • ABŞ səhiyyəsinin maliyələşməsi özəl sığorta sistemində dayandığı üçün sığorta şirkətləri ilə bağlanmış müqavilələrə əsasən maliyələşir.



AİLƏ HƏKİMLİYİNİN MƏQSƏDLƏRİ

  • Ailə həkimliyinə keçiddə məqsəd təməl olaraq fərdlərə və onların ailələrinə I pillə səhiyyə xidməti verməkdir. Bu xidmətin tərkibində sadəcə müalicəedici xidmətlər deyil, eyni zamanda fərdə yönəlik qoruyucu xidmətlər də (səhiyyə maarifi, peyvəndləmə və müayinə) yer almışdır.



AİLƏ HƏKİMLİYİNİN MƏQSƏDLƏRİ

  • Erkən aşkarlamaq və müalicəni təşkil etmək,

  • Xəstəlik və sağlamlıq baxışlarına sadəcə bədən deyil, sosial və psixoloji elementləri də göz önünə alaraq yaxınlaşmaq.

  • Sağlamlıqla əlaqəli bütün məsələlərdə ilk dəyərləndirməni aparmaq.



AİLƏ HƏKİMLİYİNİN MƏQSƏDLƏRİ

  • 4. Təxirəsalınmaz ilkin tibbi yardımın vaxtında və tam həcmdə xəstəyə çatdırmaq.

  • 5. Xronik xəstəliklərdə müntəzəm baxış və müalicəni həyata keçirtmək, belə xəstəlikləri olan şəxsləri nəzarətdə saxlamaq.

  • 6. Xəstələrlə uzun müddətli təmaslar quraraq onları nəzarətdə saxlamaq.



AİLƏ HƏKİMLİYİNİN MƏQSƏDLƏRİ

  • I pillədə fərdlərin ehtiyacları olan qoruyucu xidmətlər barədə əhaliyə məlumat vermək.

  • Səhiyyə maarifi işini aparmaq.

  • Fərdlərin yaşayış keyfiyyətlərini və sağlamlıq vəziyyətlərini yaxşılaşdırmağa çalışaraq əhalinin inkişafına kömək etmək.



AİLƏ HƏKİMLİYİNİN ÜSTÜNLÜKLƏRİ

  • Səhiyyə xidməti ailə üzvlərinin hamısına təqdim olunmuş olur.

  • Üzvlər içərisində yaşadıqları ailə ortamında dəyərləndirilir, bununla da sağlamlığın sadəcə xəstəlik və ya əlilliklərin yoxluğu demək olmadığı, eyni zamanda sosial və psixoloji olaraq da tam bir yaxşı hal anlamına gəlindiyi baxışı ilə hərəkət edilmiş olunur.



AİLƏ HƏKİMLİYİNİN ÜSTÜNLÜKLƏRİ

  • Üzvlərə və onların ailələrinə sağlamlıq ilə əlaqəli məsələlərdə söhbət aparmaq və təlim vermək fürsəti əldə olunmuş olur.

  • I pillədə həll olunmayan sağlamlıq problemləri üçün II pilləyə (xəstəxanaya) göndərilməsi və II pillədə xəstənin nəzarət etmə imkanını verir.



AİLƏ HƏKİMLİYİNİN ÜSTÜNLÜKLƏRİ

  • 5. Üzvlərə və onların ailələrinə müntəzəm görüşəcəkləri, tanıdığı, bildiyi bir həkim vasitəsilə səhiyyə xidmətlərinin təqdim edilməsini təmin edir. Bu isə xüsusilə sağlamlığa zərərli təsiri olan bəzi davranışların dəyişdirilməsi yolunda aparılacaq təlimə müsbət təsir göstərir. Şəxsin öz həkiminə daha artıq güvən duymasını, həkimini daha yaxşı tanınmasını təmin edir. Xəstə həkim kontaktı (münasibəti) daha uğurlu olur.



AİLƏ HƏKİMLİYİNDƏ XƏSTƏLƏRƏ YANAŞMA

  • Modern tip yanaşma – “xəstə diqqət mərkəzində” yanaşmadır. Beləliklə ailə həkimi xəstəni problemləri ilə bərabər, bütöv olaraq ələ alır, onu həyat və yaşayış anamnezi, sosial və peşə problemləri, ailəsi və fiziki əhatəsi ilə birlikdə dəyərləndirir, nəticədə pasiyentin həm somatik xəstəliyi, həm də psixoloji vəziyyəti yaxşılaşmış olur.



AİLƏ HƏKİMLİYİNDƏ DÖVRİ SAĞLAMLIQ MÜAYİNƏLƏRİ

  • 0-12 yaş qrupunda dövri müayinələr;

  • 12-20 yaş qrupunda dövri müayinələr;

  • 20-64 yaş qrupunda dövri müayinələr;

  • 65 və böyük yaş qrupunda dövri müayinələr;

  • Peyvəndlər.



AİLƏ HƏKİMLİYİ VƏ AZƏRBAYCAN

  • Azərbaycan Respublikası səhiyyə nazirliyinin 01.09.2008-ci il tarixli “Azərbaycan Respublikası səhiyyə nazirliyinin müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında” 119 saylı əmri ilə AİLƏ HƏKİMİ vəzifəsi nomenklaturaya salınmışdır.



AİLƏ HƏKİMLİYİ VƏ AZƏRBAYCAN

  • AİLƏ HƏKİMİ vəzifəsini terapiya və pediatriya ixtisaslı həkimlər tuta bilərlər. Azərbaycan Respublikası səhiyyə nazirliyinin 31.10.2008-ci il tarixli “Azərbaycanda əhalinin tibbi kadrlar və xəstəxana çarpayıları ilə təminatının normativlərinin təsdiq edilməsi barədə” 151 saylı əmri ilə İlkin səhiyyə xidməti (I səviyyə) göstərən müəsisələrdə AİLƏ HƏKİMİ ştat normativi təsdiq olunmuşdur.





Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin