EcoVision



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə29/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   25   26   27   28   29   30   31   32   ...   95
azərbaycanda mobil imza 

üsullarının tətbiqinə başlanılıb

Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin  Məlumat 

Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi 

daha  bir  yeniliyə  imza  atıb.  Milli  Sertifikat  Xidmətləri 

Mərkəzi elektron imza kartlarından istifadə edərək mobil 

imza həllərinin tətbiqinə başlayıb.

Mərkəzdən Trend-ə bildiriblər ki, artıq hər bir vətəndaş 

elektron imza kartından istifadə edərək mobil smartfonlar 

üzərindən  elektron  sənəd  imzalaya  və  Elektron  hökumət 

(e-imza.az)  portalına  elektron  imza  ilə  autentifikasiyadan 

keçərək daxil ola biləcək.

Hazırlanmış  proqram  təminatı  vasitəsilə  elektron 

sənədə vaxt göstəricilərini əlavə etmək imkanı, həmçinin 

imza  sertifikatları  ilə  hər  bir  sənədə  imza  edilən  zaman 

yoxlama  imkanı  mövcuddur.  Proqram  təminatı  3  dildə 

fəaliyyət göstərir.

İstifadəçiyə  imzaladığı  sənədlərin  siyahısını  proq-

ram təminatı vasitəsilə idarə etmək imkanı yaradılıb. Eyni 

zamanda,  mobil  cihazların  texniki  imkanlarından  (Blu-

etooth,  wifi  email  və  s.)  istifadə  edərək  istifadəçilər  im-

zalanmış elektron sənədləri istədikləri yerə göndərmək im-

kanına malik olacaqlar. Təqdim edilən mobil imza proqram 

təminatı  Android  əməliyyat  sistemli  mobil  cihazlar  üçün 

nəzərdə tutulub. Hazırda İOS əməliyyat sistemində istifadə 

üçün işlər aparılır.


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin