Ə. Q. Abbasov


Şəkil 15. Torpaqlanmış qütblü bir naqilli sistemə toxunmanın sxemi



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə29/104
tarix02.01.2022
ölçüsü3,57 Mb.
#1867
1   ...   25   26   27   28   29   30   31   32   ...   104
Şəkil 15. Torpaqlanmış qütblü bir naqilli sistemə toxunmanın sxemi. 
a – toxunma sxemi;  b – hesabat sxemi. 
 
Hesabat sxemindən görünür ki, adamdan axan cərəyan  
0
r
r
U
I
adam
adam


                                (1.17) 
düsturundan hesablamaq olar.  
Yuxarıda  qeyd  etdiklərimizdən,  aşağıdakı  nəticələri 
çıxarmaq olar: 
1.  Yerdən  izoləedilmiş    neytrala  malik  1000V-a  qədər 
gərginlikli  şəbəkədə  (məsələn,  380  və  660V)    birqütblü 
toxunmada  təhlükəsizlik,  bilavasitə  torpaqlanmış  neytrallı 
şəbəkəyə  nisbətən  az  olur.  Ona  görə  də  neytralı  yerdən 
izoləedilmiş  şəbəkələrdə  izolyasiyaya  nəzarət  daim  tələb 
olunur  və  birfazlı  yerlə  qapanmada,  təcili  olaraq  onu  aradan 
qaldırmaq üçün tədbirlər görmək vacibdir. 
2.  Şəbəkədə  olan  elektrik  qəbuledicilərinin  sayı  çox 
olduqda, yerə  nəzərən  faz izolyasiyasının  ümumi  müqaviməti 


58 
 
birdən azalır, bu da öz növbəsində bir qütblü toxunmada adam 
bədənindən axan cərəyanın artmasına gətirib çıxarır. Bu halda 
birqütblü  toxunmada  yaranan  təhlükə,  bilavasitə  yerlə 
torpaqlanmış  neytrallı  şəbəkədə  olduğu  kimi  daha  qorxulu 
olur. 
Dördnaqilli  və  330/220V  gərginlikli  şəbəkələr 
(bilavasitə  yerlə  birləşdirilmiş  neytrallı),  yerə  qapanmalar 
zamanı  mühafizə  tərəfindən  tez  açıldığından,  təhlükəsizlik 
şərtlərini  yerinə  yetirir  və  ona  görə  də  belə  şəbəkələr  sənaye 
müəssisələrinin elektrik təchizatında geniş tətbiq edilir. Bu cür 
şəbəkələr,  eyni  vaxtda  ümumi  transformatordan  güc  və  işıq 
yüklərini qidalandırmağa imkan verdiyindən iqtisadi cəhətdən 
əlverişlidir. 
3.1000V-dan  yuxarı  gərginlikli  şəbəkələrdə  birqütblü 
toxunma  zamanı  yaranan  təhlükə  üçün  neytral  rejiminin 
(bilavasitə  torpaqlanması  və  izolə  olunmuş)  əhəmiyyətli 
olmur,  çünki  6-35kV  gərginlikli  hava  və  kabel  xətlərinin 
tutum keçiriciliyi yüksək olduğundan, bütün hallarda adamdan 
axan cərəyanın qiymətli böyük olur və bədbəxt hadisə- ölümlə 
qurtarır.  Lakin,  belə  şəbəkələr,  izolə  olunmuş  neytralla 
işlədiyindən  birfazlı  yerə  qapanma  zamanı  yaranan  cərəyan 
kiçik  olduğundan  şəbəkənin  maksimal  cərəyanı  kiçik 
olduğundan  şəbəkəni  maksimal  cərəyan  mühafizəsi  ilə  aça 
bilmir,  ona  görə  də  elektrik  təchizatının  etibarlığı  nöqteyi-
nəzərindən  əlverişlidir.  Bu  cür  şəbəkələrdə  birfazlı  yerə 
qapanmalarda  mühafizə  siqnalizasiyası  işə  düşür  və  təcili 
olaraq  şəbəkədə  baş  vermiş  zədəni  aradan  qaldırmaq  üçün 
tədbirlər  görülür,  əks  halda  digər  iki  fazanın  izolyasiyasının 
deşilməsi  ehtimalı  artdığından  qurğunun  qəza  açılması  baş 


59 
 
verə bilər. 
4.  Elektrik  qurğuları  və  elektrik  şəbəkələri  (110kV  və 
yuxarı  gərginlikli),  qida  mənbəyinin  bilavasitə  yerlə 
birləşdirilmiş neytralla işlədiyindən onların yerə nəzərən daha 
kiçik  izolyasiya  səviyyəsi  olur.  Ona  görə  belə  şəbəkələrdə 
istifadə  olunan  elektrik  avadanlıqlarının  (transformatorlar, 
reaktorlar,  açarlar,  xətt  izolyatorları)  maya  dəyərini  aşağı 
salmağı imkanı mövcuddur. 
Neytralın  rejimindən  asılı  olaraq,  elektrik  qurğularının 
istismarında təhlükəsizliyi təmin edən mühafizə torpaqlanması 
və  ya  sıfırlanma,  həmçinin  mühafizə  açılması  kimi  qorunma 
tədbirləri seçilir. 
Bundan  başqa  ətraf  mühiti  nəzərə  almaqla  digər 
mühafizə  tədbirləri  görürlər,  məsələn  kiçik  gərginliklərinin 
tətbiqi, 
şəbəkələrin 
mühafizə 
bölünməsi, 
elektrik 
qəbuledicilərinin ikiqat izolyasiyası və s. 
 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin