Ə. A.ƏLBƏndov


Metalların  kimyəvi  xassələri



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə41/62
tarix31.01.2017
ölçüsü6,87 Mb.
#6788
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

Metalların  kimyəvi  xassələri. 

Metallar  reduksiyaedci  ol-

duqlarından oksidləşdiricilərlə qarşılıqlı təsirdə olurlar. Metalın 

bu və ya digər oksidləşdirici ilə qarşılıqlı təsirdə olmaq imkanı 

aşağıdakı şərtlə müəyyən olunur: 

 

                      ∆G < 0 və ya E



Ox/Red  



M

M

z

E

/

+



 

 

Burada ∆G - reaksiyanın Hibbis enerjisi dəyişməsi, E



Ox/Red

-

oksidləşdiricinin, 



M

M

z

E

/

+



- isə metalın potensialıdır. 

Metalların  elektrod  potensialları  əsasında  (şək.11.3)  aşağı-

dakı nəticələri söyləmək olar. Bütün metallar ftor və xlorla ok-


 

410


sidləşə bilər. Əksər metallar (Pt və Au-dan başqa) turş mühitdə 

brom  və  oksigenlə  təsirdə  ola  bilər.  Neytral  mühitdə  oksigen 

platin  qrupu  metallarını,  qızılı,  civəni,  gümüşü,  misi,  reniumu, 

sürməni, bismutu oksidləşdirə bilməz. Bu və ya digər elementin 

real oksidləşmə imkanı ancaq prosesin termodinamika və kineti-

kası  əsasında  müəyyən  oluna  bilər.  Bir  çox  metallar  xlorla, 

bromla,  oksigenlə,  hidrogen  ionları  ilə  və  digər  oksidləşdiri-

cilərlə  təsirdə  onların  səthində  müxtəlif  tərkibli  sıx  qoruyucu 

örtüklər  əmələ  gəlir  ki,  bu  da  metallrın  korroziyaya  qarşı  da-

vamlı  olmasına səbəb olur.  

Passivləşməyə  yüksək meyl  göstərən metallara  Be, Al

,

  ΙV-



VΙΙΙ qrupun d-elementləri daxildir. Bir çox metallar 

(

Pt, Pd, Co, 



Ni və s.

)

 müxtəlif kimyəvi və elektrokimyəvi reaksiyaları kata-



litikləşdirmə xassəsinə malikdir. 

Bir sıra metalların toz və buxarları zəhərlidir. Metalın zəhər-

lilik dərəcəsi onun iş zonasında icazə verilən hədd qatılığı (ĐVQ-

mq/m


3

) ilə müəyyən olunur. Zəhərli metallara (ĐVQ-mq/m

3

), Be 


(10

-3

),  Hg  (10



-3

),  Pb  (10

-2

),  Cd  (10



-2

),  Ag  (10

-2

),  Ni  (10



-1

),  Rh 


(10

-1

), Tl (10



-1

), Đn (10

-1

) daxildir. 



 

 

 



 

Şəkil 11.3. Metalların standart elektrod potensiallarının 

elementin sira nömrəsindən asılılığı 

 

411


Metalar və onların kationları boş orbitallara malik olduqla-

rından  onların  əksəriyyəti  kompleksəmələgətirici  kimi  bir  çox 

komplekslərin tərkibinə daxildirlər. Kompleks əmələgəlməyə ən 

çox meyilli olan elementlər VΙΙΙ, Ι və ΙΙ qrupların d-elementlə-

ridir. 

Dəmirin,  kobaltın,  misin,  xromun,  manqanın,  vanadiumun, 



sink  və  molibdenin  kompleks  birləşmələri  fermentlər,  qandaşı-

yıcılar  və  s.  daxil  olmaqla  bioloji  sistemlərin  tərkibinə  daxil-

dirlər. Məsələn, hemoqlobin dəmirin kompleks birləşməsidir. 

 

 



11.3. METALLARIN  ALINMASI 

 

Metalların  təbiətdə  yayılması

.  Təbiətdə  ən  çox  yayılmış 

metallara Al, Fe, Ca, Na, K, Mg və Ti daxildir. Bu elementlərin 

yer qabığında (16 km dərinliyə qədər) yayılması aşağıdakı kimi-

dir: 

    


Element...............  Al         Fe         Ca        Na         K         Mq         Ti 

Kütlə payı,             

% .......... .............   8,8       4,65     3,6       2,64       2,5        2,1        0, 57 

Mol payı, 

%..........................   6,6       1,8       2,0       2,4         1,4        2,0        0,22 

 

 



Metallar  yer qabığında səpələnmiş və  yataqları şəklində 

paylanmışdır. Çox az sayda metallara sərbəst səkildə rast gəlinir. 

Belə  metallara  platin  qrupu  metalları,  qızıl,  gümüş  və  civə  da-

xildir.  Qalan  metodlar  digər  elementlərlə  birləşmələri  (mine-

ralları)  şəklində  yayilmışdır.  Metallar  ən  çox  silikatları 

(K

3



AlSı

3

O



8

,  KAl


2

(Sı


3

O

10



)(OH)

2

,  Mq



3

H

2



SıO

10

,  Be



3

Al

2



(SiO

3

)



6

  və  s.), 

oksidləri

  (Al


2

O

3



,  Fe

2

O



3

,  SnO


2

,  TiO


2

,  MoO


3

,  CuO  və  s.), 

sulfidləri

 

(PbS,  ZnS,  HgS,  FeS



2

,  CuS,  MoS

2

  və  s.), 



karbonatları 

(CaCO


3

MgCO



3

,  FeCO


3

,  CaCO


3

,  MgCO


3

  və  s.),  halogenidləri  (CaF

2

,  NaCl, 



MgCl

2

,  və  s.), 



sulfatları

  (CaSO


4

,  BaSO


4

,  MgSO


4

  və  s.), 

fosfatları

 

(CaAl



6

(PO


4

)

4



(OH)

2

 



.

 4H


2

O, Ca


3

(PO


4

)

2



 və s.) şəklində tapılırlar. 

 

412


Metalların  istehsalı  və  təbii  ehtiyatları

.  Metalların  illik 

istehsalı  ildə  təxminən  milyard  tona  yaxındır  (cəd.11.2).  Cəd-

vəlin analizi göstərir ki, metalların istehsalı ilə onların təbiətdə 

yayılması  arasında  korrelyasiya  mövcüd  deyildir.  Məsələn,  yer 

qabığında misin və xromun ehtiyatı üç tərtib  alüminium ehtiya-

tından  az  olmasına  baxmayaraq  bu  metalların  istehsalı  müqa-

yisəli dərəcədədir.  

   

Cədvəl  11.2 Metalların  dünya üzrə illik  istehsalı və yer qabığında

 

yayılması 

 

Qeyd  etmək  lazımdır  ki,  metalların  alınması  üçün  aşkar-



lanmış təbii ehtiyatlar onların yer qabığındakı ümumi ehtiyatla-

rından  xeyli aşağıdır. Məsələn, misin yer qabığında ehtiyatı 10

15 

ton  hesab edildiyi halda, istehsal oluna bilən ehtiyatı isə göstəri-



lən kəmiyyətdən altı tərtib az olub 1-2 mlrd. ton təşkil edir. Əgər 

misin istifadə olunma tempi saxlanılarsa, XXI əsrin əvvəllərində 

misin  istehsalı  5.10

t.  təşkil  etməlidir.  Bu  isə  iyirmi  birinci 



yüzillikdə mis ehtiyatlarının tükənməsi deməkdir. Eyni zamanda 

Zn, Pb, Mo, Ni, Sn, Aq, Cd, Hg və s. metalların istehsal ehtiyat-

ları da tükənməyə doğru yaxınlaşır. 

Odur  ki,  metalların  təbii  ehtiyatlarını  qoruyub  saxlamaq 

üçün aşağıdakı tədbirləri həyata keçirmək ən vacib məsələ kimi 

qarşıya çıxır: 

         

Metallar 

  

Đstehsalı, ton/il 



 

Yer qabığında yayıl- 

ması, kütlə payı (%) 

 

             Fe 



7.10

8

 



             5,1 

      Cr, Al, Cu, Mn 

~ 10

7

 



8,3.10

-3

; 8,8; 4,7.10



-3

; 0,1 


        Ni, Zn, Pb 

10

6



-10

7

 



8,0.10

-3

; 8,3.10



-3

; 1,6.10


-3

 

       Mo, Mg, Sn, Na 



10

5

-10



6

 

1.10



-4

; 2,1; 8.10

-3

; 2,64 


      W, Co, U, Tl, Sb 

10

4



-10

5

 



1.10

-4

;  4.10



-3

;  2,5.10

-4

;  0,57; 



5.10

-5

 



       V, Nb, Ag, Cd 

10

3



-10

4

 



1,5.10

-2

; 2.10



-3

; 7.10


-4

 

      Au, Bi, Hg, Zr 



10

3

-10



4

 

5.10



-8

; 2.10


-5

; 4,5.10


-6

; 2.10


-2 

 

413


1. Xanmalın işlənməsinin prinsipcə yeni texnologiyasını iş-

ləyib hazırlamaq; 

2.  Maksimum  məhsuldarlığa  və  minimum  metal  tutumuna 

malik  yeni  maşınlar,  cihazlar,  qurğular  işləyib  hazırlamaq, 

metalları  polimerlərlə,  keramik  və  kompozit  materiallarla  əvəz 

etmək; 


3. Öz dövrünü yaşamış metal qurğuların, maşınların, cihaz-

ların ikincili istifadəsi; 

4.  Nikeli,  misi  və  kobaltı  miqdarı  30  mlrd  tonlarla  ölçülən 

okean sularından, o cümlədən digər yataqlardan alınması.    



Metalların  alınmasının  əsas  üsulları. 

Metalları  almaq 

üçün əsas xammal filizləridir. Tərkibində metalların birləşmələri 

olan və sənayedə metal almaq üçün əlverişli sayılan minerallar 

və  dağ  süxurları  filizlər, 

metalların  alınması  ilə  məşğul  olan  

kimya  sənaye  sahəsi  isə  metallurgiya  adlanır.  Metalı  alınma 

prosesinə  hazırlamaq  üçün  filiz  müəyyən  usullarla  (flotasiya, 

maqnitli  seperasiya  və  s.)  boş  süxurlardan  ayrıldıqdan  sonra 

qalıq  fraksiyalara  ayrılır.  Axırıncı  əməliyyat    metalın  alınma 

prosesindən ibarətdir.  

Əksər  metallar  filizlərdə  oksidləşmiş  formada  olduğundan 

metalın alınması onun oksidlərdən, sulu və ərimiş məhlullardan 

sərbəst metala qədər reduksiyasına əsaslanır. Reduksiya kimyəvi 

və ya elektrokimyəvi üsulla həyata keçirilir. 

Kimyəvi  üsulda  reduksiyaedici  olaraq  kömürdən  (koks), 

karbon 2-oksiddən, hidrogendən və ya  aktiv metallardan, məsə-

lən, Al, Mg, Ca, Zn, K, Na

-

dan istifadə olunur.  



Yüksək temperaturda metalların alınmasının metallurji  pro-

sesləri pirometallurji proseslər adlanır. Pirometallurji usulla  po-

ladı, çuqunu, Zn, Sn, Pb, Cd, Cr, Ag, Ti, W, Mn, V və s. almaq 

mümkündir.  Reduksiya  prosesi  yüksək  temperaturda  aparıldı-

ğından bu üsullar termiki usullar da adlanır. Məsələn, koksla re-

duksiya  koksotermiya,  metallarla  reduksiya  mellotermiya 

adlanır.  

 


 

414


Misallar göstərək: 

                                        

                        SnO

2

 + 2C = Sn + 2CO 



                    

                        WO

3

 + 3H


2

 = W + 3H

2



                                                                      



                        BeF

2

 + Mg = Be + MgF



2

 

   



Filiz  sulfid  (karbonat)  şəklində  olduqda  onu  yandırmaqla 

(termiki parçalayaraq) oksid halına gətirib reduksiya edirlər: 

                                        

                      2ZnS + 3O

2

 = 2ZnO + 2SO



2

  

                                         



                        ZnCO

3

 = ZnO + CO



                                          

                        ZnO + C = Zn + CO 

 

Metalların elektrokimyəvi

 üsulla alınması isə sulu və ya əri-

miş məhlullardan metal ionlarının katod reduksiyasına əsaslanır.  

Elektroliz üsulu adlanan bu üsulla Cr, Ag, Cu, Ni, Sn və s. me-

talları almaq olar. Qələvi və qələvi-torpaq metallarının alınma-

sında onların duzlarının, əsasən xloridlərinin ərimiş məhlularının 

elektolizindən istifadə olunur. 

Metalların  sulu  məhlullardan  reduksiyası  hidrometallurji 

üsul

 adlanır. Məsələn, CuSO

4

 məhlulundan misin çökdürülməsi 



Cu

2+

–ionlarının  sinklə  reduksiyasına  əsaslanır.  Hidrometallurji 



üsuldan misin, qızılın, gümüşün  və s.  alınmasında istifadə olu-

nür. Məsələn: 

 

CuSO


4

 + Fe = FeSO

4

 + Cu 


 

Au + 8KCN + 2H

2

O + O


2

 = 4K[Au(CN)

2

] + 4KOH 



 

2K[Au(CN)

2

] + Zn = 2Au +  K



2

[Zn(CN)


4







 

415


Gümüs birləşmələrini (Ag

2

S, AgCl) KCN məhlulu ilə işlə-



yib sianid komplesinə gətirdikdən sonra reduksiya edirlər: 

         

2K[Ag(CN)

2

] + Zn = 2Ag +  K



2

[Zn(CN)


4

 



Təmiz metalların alınması. 

Metalların xassələri onların tə-

biəti ilə yanaşı tərkiblərindəki qarışıqlardan da asılıdır. Məsələn, 

tərkibindəki qarışıqlar hesabına kövrəklik xassəsinə malik oldu-

ğundan titan uzun müddət tətbiq sahəsi tapa bilməmişdir. Tita-

nın  tərkibindəki  qarışıqlardan  ayrılması  metodları  işləndikdən 

sonra  titan  texnikada  çox  geniş  tətbiq  sahələrinə  malik  olmuş-

dur.  Misin  tərkibində  kütlə  payı  ilə  0,03%  As  olduqda  onun 

elektrik keçiriciliyi 14% aşağı düşür. Metalların təmizliyi elek-

tron və hesablama texnikasında və nüvə energetikasında olduqca 

böyük  rol  oynayır.  Atom  energetikasında  tətbiq  olunan  ma-

teriallarda borun, hafniumun və kadmiumun atom payı ilə miq-

darı 10

-4

- 10



-6

%-dən çox  olmamalıdır. 

Bu  və  ya  digər  məqsədlə  tətbiq  olunan  metalların  təmizlik 

dərəcəsi müəyyən normalara cavab verməlidir. 

Metalları tərkibindəki qarışıqlardan ayırmaq üçün tətbiq olu-

nan metodları kimyəvi və fiziki metodlara ayırmaq olar. 



Kimyəvi metodlarla

 təmizlənmə bu və ya digər reagentlərin 

köməyi ilə əsas metalı və ya qarışıqları çöküntü və ya qaz məh-

sullarına  çevirməkdən  ibarətdir.  Bu  zaman  metalın  reagentlərlə 

və istifadə olunan cihazların materialları ilə təsiri nəticəsi olaraq 

yüksək  təmizlik  dərəcəsinə  nail  olmaq  mümkün  olmur.  Daha 

yüksək təmizlik dərəcəsi əldə etmək üçün daşıma (nəqletmə) re-

aksiyalarından  istifadə  olunur.  Bu  metodun  əsasında  müvafiq 

reagentin metalla əmələ gətirdiyi qazvari məhsulun digər zonaya 

köçürərək (daşıyaraq) onun termiki parçalanması durur.  

Məsələn: 

 

M(b) + xI



2

(q) → MI


2x

(q) → M(b) + xI

2

(q);    T



1

 > T


 

T



1

 

T



2

 


 

416


Fiziki-kimyəvi  metodlar  elektrokimyəvi,  distillə,  kristallaş-

ma və s. metodlara ayrılır. 

Metalların  elektrokomyəvi  təmizlənməsində  (rafinə  edilmə-

sində)  istifadə  olunan  elektroliz  qurğusunda  təmizlənən  metal 

anod, təmiz metal isə katod rolunu oynayır. Elektroliz prosesin-

də anod tədricən həll olaraq katodda çökür. Qarışıqlar isə elek-

trolit məhluluna keçir və şlam şəklində çökürlər. 

Distilliyasiya  metodları

  maye  (məsələn,  civə)  və  ya  ərimiş 

məhlulu  buxarlandırdıqdan  sonra  kondensləşdirilməsinə  əsas-

lanır. Bu zaman qarışıqların ayrılması metalla onun tərkibindəki 

qarışıqların  buxarlanma  temperaturlarının  müxtəlifliyinə  əsas-

lanır. 


Kristallaşma  metodları

  metalın  bərk  və  maye  halında  tər-

kibindəki  qarışıqların  həll  olma  qa-

biliyyətlərinin  müxtəlif  olmasına 

əsaslanır. Bu üsula əsaslanan təmiz-

lənmə  metodları  içərisində  ən  çox 

tətbiq  olunanı  sahədə  (zonada)  əri-

 metodudur. Bu metodun şxema-

tık  təsviri  şək.11.4-də  verilmişdir. 

Metal nümunə xüsusi konstruksiyalı 

sobaya  yerləşdirilir.  Sobanın  nümu-

nə  boyu  yerdəyişməsi  ilə  əlaqədar 

ərimiş nümunədə yer dəyişmiş olur. 

Bu  zaman  nümunənin  qızdırılmaya 

məruz  qalmayan  hissəsi  kristallaş-

mağa başlayır. Kristallaşma zamanı qarışıqlar ərimiş halda olan 

qonşu  hissəyə  keçir.  Nəticədə  ərimş  halda  olan  sahə  nümunə 

boyunca hərəkət etdikcə qarışıqlarda hərəkət edərək sona qalan  

nümunədə  cəmləşir. 

   


Şəkil 11.4. Zonalı ərimə 

üsulu ilə metalın 

təmizlənməsi 

1. təmızlənən metal;  

2. soba;  

3. metalın ərimış zonası

 


 

417


11. 4 METAL ƏRĐNTĐLƏR VƏ KOMPOZĐTLƏR 

 

Fiziki-kimyəvi  analiz.

  Fiziki-kimyəvi  analizin  əsasında  

sistemin xassələrinin: kristallaşma temperaturunun, doymuş bu-

xar təzyiqinin, həllolma qabiliyyətinin, elektrik keçiriciliyinin və 

s.  onun  hal  parametrlərindən  (temeratur,  təzyiq  və  tərkib)  ası-

lılığı durur. Bu asılılıq adətən hal diaqramları şəklində verilir. 



 

  

 

  

 

 

      

   

 

   

 

 

 

Səkil 11.5. Təmiz maddənin (1) və iki maddə qarışığının 

soyuma diaqramı 

 

Fiziki-kimyəvi  analizdən  ərintilərin  ərimə  və  kristallaşma 

temperaturunun sistemin tərkibindən asılılığının öyrənilməsində 

geniş istifadə olunur. 

Hal diaqramını qurmaq üçün əvvəlcə soyuma əyriləri quru-

lur. Bunun üçün  fərdi maddənin və ya onların qarışığının ərimiş 

məhlulunun  soyuma  prosesində  temperaturun  zamandan  asılı 

olaraq dəyişməsinin soyuma diaqramını qururlar (şək.11.5). Fər-

di komponentin ərimiş haldan bərk hala keçməsi (kristallaşması) 

müəyyən temperaturda (ərimə temperaturu) baş verir (əyri 1, BC 

sahəsi). Qarışığın soyuma əyrisi isə mürəkkəb xarakter daşıyır. 

Məsələn,  iki  komponentli  mexaniki  qarışıqlarda  kristallaşma 

temperaturu başlanğıc nöqtədən (əyrı 2,

B

nöqtəsi-likvidus tem-

peraturu)  son  nöqtəyə  qədər  (əyri  2,

C

  nöqtəsi-solidus  tempe-

raturu)  müntəzəm  azalır. 

C

nöqtəsində  (əyri  2)  maye  və  bərk 



 

418


fazanın  tərkibi  eyni  olur.  Kristallaşma  temperaturu  başa  çatana 

qədər  temperatur  sabit  qalır.  Kristallaşma  qurtardıqdan  sonra 

sistemin temperaturu yenidən azalmağa başlayır. 

Beləliklə,  fiziki-kimyəvi  analiz  metodu  iki  və  çoxkompo-

nentli sistemlərin xassələri ilə hal parametrləri arasındakı asılılı-

ğı öyrənməyə imkan yaradır. Fiziki-kimyəvi analizdən çox kom-

ponentli  sistemlərin  tərkibinin  temperaturdan  asılılığının  (ter-

miki analiz

) öyrənilməsində geniş istifadə olunur.  

Đki  və  çoxkomponentli  sistemlər  üçün  çox  saylı  hal  di-

aqramlarından istifadə olunur. Bunlar içərisində evtetik qarışıq-

ların,  bərk  məhlulların  və  kimyəvi  birləşməli  sistemlərin  hal 

diaqramları xüsusi əhəmiyyət kəsb  edir. 



Metal  ərintilər.

  Biri  metal  olmaqla  iki  və  daha  çox  kom-

ponentlərdən ibarət olan metal xassəli bərk məhlullar metal ərin-

tilər adlanır. Onları komponentlərin ərimiş qarışığını soyutmaq-

la, qaz fazasından birgəçökdürməklə, ərimiş və sulu məhlullar-

dan elektroçökdürməklə, diffuzion doydurma üsulları ilə alirlar. 

Ərintilərin  xassələri  metalların  xassələrindən  kəskin  fərqlənir. 

Məsələn, mis və sink ərintisi (latun ) misə nisbətən üç, sinkə nis-

bətən altı dəfə möhkəm ərintidir. Dəmir duru sulfat türşusunda 

yaxşı  həll  olduğu  halda,  onun  xrom  və  nikellə  ərintisi  (paslan-

mayan polad) duru sulfat turşusuna qarşı davamlıdır.  

Bərk məhlullar (ərintilər) bir fazalı dəyişən tərkibli sistem-

lərdir.  Ərintidə  müxtəlif  element  atomları  ümumi  kristal  qəfəs 

əmələ  gətirirlər.  Praktiki  olaraq  bütün  metallar  digər  metal  və 

qeyri-metallarla  ərintilər  əmələ  gətirirlər.  Ancaq  əksər  hallarda 

digər  elementlərin  metalda  həllolma  qabiliyyəti  aşağı  və  bəzi 

hallarda nəzərə çatmayacaq dərəcədə kiçik olur. Müyyən metal-

lar isə bir-birində tam qarşılıqlı həllolmaya malikdir. Belə ərinti-

lərə Aq - Au,  Ni - Co,  Cu - Ni, Mo - W

 

 sistemlərinin əmələ 



gətirdikləri ərintləri misal göstərmək olar.  

Həll olan element atomları ya kristal qəfəsin qovşaqlarında 

ya da onların arasında yerləşə bilər. Birinci tip məhlullar atom-

ların elektron quruluşları və ölçüləri yaxın olduqda əmələ gəlir.   



 

419


Adətən bərk məhlulların möhkəmliyi və bərkliyi onu əmələ 

gətirən  komponentlərin  ayrı-ayrılıqda



 

möhkəmliyindən  yüksək, 

istilik və elektirik keçiriciliyindən isə aşağı olur. 

Ərimiş  halda  bir-birində  qarşılıqlı  həll  olan  bir  çox  me-

tallar soyuma zamanı müxtəlif qəfəsli kristallar qarışığı əmələ 

gətirir. Belə qarışığın ərimə temperaturu onu əmələ gətirən kom-

ponenetlərin ayrı-ayrılıqda ərimə temperaturundan kiçik olur.    

  

 



             a                                                          b 

Şəkil 11.6. Cd – Cu (a) və Pb – Sn (b) ərintilərinin hal diaqramları

 

 



1.Maye  ərinti;  2  və  3-maye  məhlulun  və  komponentlərin  kristalları 

qarışığı;  4  və  5-komponentlərin  iri  kristalları  qarışığı  və  evtetika;  E-evtetik 

nöqtə (maye fazanın tarazlıği və kiçik kristalların evtetik qarışığı); α-qalayın 

qurğuşunda bərk məhlulu; b-qurğuşunun qalayda bərk məhlulu. 

 

Minimum ərimə temperaturuna uyğun gələn belə tərkib evtetika 



və ya evtetik qarıçıq adlanır. Evtetik ərinti fərdi komponentlərin 

çox  kiçik  kristallarından  təşkil  olunur.  Evtetik  qarışığı  təbiəti 

etibarı ilə bir-birinə yaxın, lakin kristal qəfəs tipinə görə bir-bi-

rindən əsaslı fərqlənən komponentlər əmələ gətirir. Bunlara qur-

ğuşunun qalayla, sürməylə, kadmiumun bismutla, qalayın sinklə 

ərintilərini  misal  göstərə  bilərik.  Şək.11.6-da  kadmiumun  bis-

mutla, qurğuşunun qalayla hal diaqramı verilmişdir.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin