Ə. A.ƏLBƏndov



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə24/62
tarix31.01.2017
ölçüsü6,87 Mb.
#6788
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

 

Qoşulmuş reaksiyalar

. Bir sıra hallarda bir reaksiyanın baş 

verməsi həmin sistemdə yerləşən digər maddələr arasında reak-

siyanın  başlanmasına  səbəb  olur.  Bu  hadisə  kimyəvi  induksiya 

adlanır.  

Məsələn, sulu məhlulda yodid turşusunu xromat turşusu bi-

lavasitə oksidləşdirmir. Əgər qarışığa bir qədər FeO əlavə etsək  

onun H


2

CrO


4

-lə oksidləşməsi ilə yanaşı HI-də xromat türşusu ilə 

oksidləşəcəkdir: 

 

             6FeO + 2H



2

CrO


4

 = 3Fe


2

O

3



 + Cr

2

O



3

 + 2H


2

 



            6HI + 2H

2

CrO



4

= 3I


2

 + Cr


2

O

3



 + 5H

2

 O 



 

Reaksiyalardan  birinin  digərini  induksiyalaması  ilə  gedən 

reaksiyalara qoşulmuş reaksiyalar deyilir. 

Qoşulmuş reaksiyalar aşağıdakı sxem üzrə gedir: 

 

                    1) A + B →D;       2) A + C →...    



 

 

234


Birinci  proses  öz-özünə  gedən  proses  olub  ikinci  prosesin 

başlanmasını  meydana  çıxarır.  Başqa  sözlə,  birinci  reaksiya 

ikinci  reaksiyanı  induksiyalamış  olur.  Qoşulmuş  reaksiyalarda 

hər iki reaksiya üçün ümumi olan maddə (A) aktor, ilkin maddə-

lərdən biri ilə reaksiyaya girməklə digər reaksiyanın başlanma-

sına səbəb olan maddə (B) isə induktor adlanır. Đnduktorun işti-

rakı  ilə  reaksiyaya  girən  maddəyə  akseptor  deyilir.  Bu  əsasda 

qoşulmuş reaksiyalar üçün yaza bilərik: 

 

                     A (aktor) + B (induktor) → D 



                     A (aktor) + C (akseptor) → ··· 

 

Göstərdiyimiz misalda H



2

CrO


4

 aktor, FeO induktor, HI isə 

akseptordur. 

Kimyəvi induksiyanın səbəbi reaksiya zamanı həm induktor 

və həm də akseptorla təsirdə olub sonuncunun sərfini meydana  

çıxaran aktiv hissəciklərin əmələ gəlməsi ilə izah olunur. 

Hüceyrələrdə baş verən  bir çox reaksiyalar qoşulmuş reak-

siyalardan ibarətdir. Belə ki, bioloji sistemlərdə ∆G>0 ilə xarak-

terizə olunan reaksiyaların getməsi üçün lazım olan enerji ∆G<0 

olan  reaksiyalar  hesabına  ödənilir.  Məsələn,  adenezintrifosfat 

turşusu  (ATF)  bir  çox  mühüm,  o  cümlədən  zülalların  sintezi 

proseslərini tələb oluna an enerji ilə təmin edir. 

Kimyəvi  induksiya  ilk  dəfə  N.A.Şilov  tərəfindən  tədqiq 

olunmuşdur. 

 

             



7.4. REAKSĐYALARIN  MEXANĐZMĐ 

 

Reaksiyaya  girən  maddələrin  təbiətindən  və  onların  qarşı-

lıqlı təsir şəraitindən asılı olaraq reaksiyaların elementar aktında 

atom, molekul, ion və radikallar iştirak edə bilər. Bu baxımdan 

reaksiyalar gedişi mexanizminə görə sadə, ion  radikal mexa-

nizmli

 reaksiyalara ayrılır. 



 

235


Sadə  mexanizmli  reaksiyalar. 

Bu  reaksiyalara  molekullar 

arasında gedən reaksiyalar daxildir. Belə reaksiyalara aşağıdakı 

tənliklər üzrə gedən reaksiyaları misal göstərmək olar: 

 

                   H



2

(q) + I


(q) = 2HI (q) 

 

                   2NO (q) + Cl



2

 (q) = 2NOCl (q) 

 

Molekullar valentdoymuş birləşmələr olduğundan sadə me-



xanizmli  reaksiyalar  yüksək  aktivləşmə  enerjisi  ilə  (150-450 

kC/mol) xarakterizə olunur. Odur ki, bu tip reaksiyalar azlıq təş-

kil edir. 

Əksər  hallarda  isə  reaksiyalar  elementar  aktlarda  ion  və 

radikalların iştirakı ilə baş verir. Odur ki, kimyəvi reaksiyaların 

yekun  tənlikləri  adətən  onların  başvermə  mexanizmini  xarak-

terizə etmir. 

Đon reaksiyaları. 

Bu reaksiyalar yüklü hissəciklərin (ionla-

rın) iştirakı ilə baş verir. Odur ki, onların molekullarla qarşılıqlı 

təsiri,  xüsusən  müxtəlif  işarəli  ionlar  arasında  meydana  çıxan 

təsir  aşağı  ionlaşma  enerjisi  (0-80  kC/mol)  ilə  xarakterizə  olu-

nur. 


Đonlar nəinki ion və polyar-kovalent tipli maddələrin ionlaş-

dırıcı  həlledicilərdə  həll  olması  hesabına,  həmçinin  maddələrə 

elektrik boşalmasının, temperaturun, yüksək enerjili şüaların tə-

sirindən əmələ gələ bilər. Sonuncu hallarda molekulun elektron 

itirməsi müsbət yüklü molekulyar ionların, elektron birləşdirmə-

si  isə  mənfi  yüklü  molekulyar  ionların  əmələ  gəlməsinə  səbəb 

olur. Belə molekullar yüksək dərəcədə reaksiyaya girmə qabiliy-

yətinə malik olurlar. 



Zəncirvari reaksiyalar. 

Kimyəvi reaksiyaların molekulyar-

kinetik  baxımdan  öyrənilməsi  göstərir  ki,  onların  əksəriyyəti 

radikal, yəni zənzirvari mexanizmlə baş verir. Zəncirvari reaksi-

yaların əsas xüsusiyyəti reaksiyaların aralıq mərhələlərində mo-

lekulların  sərbəst  (açıq  spinli)  elektrona  malik  qəlpələrinin 



 

236


(fraqmentlərinin)  əmələ  gəlməsi  ilə  əlaqədardır.  Belə  atom  və 

atomlar  qurupu  radikallar  adlanır.  Radikallara  misal  olaraq        

·Cl, · O· , · CH

3

, ··C



2

H

5



, ·OH və s. göstərə bilərik. 

Sərbəst radikalların iştirakı ilə gedən ardıcıl, paralel və qo-

şulmuş reaksiyaların əlaqəli sistemi zəncirvari reaksiya adlanır

Bir çox yanma, partlayış, oksidləşmə-reduksiya və fotokim-



yəvi reaksiyalar zəncirvari mexanizm uzrə baş verir. Zəncirvari 

reaksiyaların  müasir  nəzəriyyəsi  Nobel  mükafatı  laureatları  

N.N.Semyonov (Rusiya) və Xinşelvud (Đngiltərə) tərəfindən irəli 

sürülmüşdür. 

Zəncirvari  reaksiyaların  əsas  mərhələləri  aşağıdakılardan 

ibarətdir: 

1.  Zəncirin  yaranması;  2.  Zəncirin  davam  etməsi;  3.  Zən-

cirin şaxələnməsi; 4. Zəncirin qırılması. 

Zəncirvari reaksiyanın meydana çıxması valent doymuş mo-

lekullardan sərbəst radikalların əmələ gəlməsi ilə başlayır. Zən-

cirvari  reaksiyaların  belə  başlanğıc  mərhələsi  müxtəlif  yollarla 

meydana çıxa bilər. 

Məsələn, HCl-un əmələ gəlməsi misalında belə mərhələ işıq 

kvantı təsirindən Cl

2

-nin Cl· radikallarına parçalanması ilə baş-



layır: 

 

                           Cl



2

 +  h


γ

 → ·Cl·  +  Cl· 

 

Əmələ dələn Cl· radikalları H



2

 ilə təsırdə olaraq H· radika-

lını meydana çıxarır: 

 

                          Cl·  +  H



2

→ HCl +  H· 

 

H· radikalı isə öz növbəsində  Cl



2

 molekulu ilə təsirdə olub  

Cl· radikalını əmələ gətirir: 

 

                          H·  +  Cl



→ HCl  +  Cl·  və s. 

 


 

237


Zəncirvari  reaksiyalar  aktiv  hissəciklərin  reaksiyanın  ele-

mentar aktı hesabına əmələ gəlməsi ilə xatakterizə olunur. Ener-

jinin  ayrılması  ilə  gedən  bir  sıra  reaksiyalarda  ayrılan  enerji 

hissəciklərin aktivləşməsinə sərf olunur. Bu, o zaman baş verir 

ki,  reaksiyanın  elementar  aktında  ayrılan  enerji  hissəciklərdə 

istilik  zərbələrindən  səpələnməyən  formada  cəmləşmiş  olsun. 

Bu şərt o hallarda ödənilir ki, elementar aktda valent doymamış 

hissəciklər,  yəni  atom  və  ya  radikallar  alınmış  olsun.  Belə 

hissəciklər kifayət qədər enerjiyə malik olduqlarından zəncirvari 

reaksiyalarda  aktiv  mərkəzlərin  əmələ  gəlmələrinin  meydana 

çıxmasına səbəb olur. 

Sərbəst  radikalların  toqquşması  zəncirin  qırılmasına  səbəb  

ola bilər: 

                           Cl·  +  Cl· → Cl

2

 

                         



                            H·  + H· → H

2

 



 

Zəncirin qırılması əsasən sərbəst radikalların görüşməsi za-

manı ayrılan enerjinin üçüncü maddəyə (M) verilməsi hesabına  

(üçqat toqquşma) baş verir: 

                           

                      Cl·  +  Cl· + M → Cl

2

 + M 


 

Üçüncü maddə rolunu sistemdəki kənar qarışıqlar (inqibitor) 

və sistemin yerləşdiyi qabın divarı oynaya bilər. 

Zəncirvari reaksiyaların göstərdiyimiz mərhələləri baxımın-

dan    H

2

  +  Cl



2

  →  2HCl  qarşılıqlı  təsirinin  zəncirvari  prosesini 

aşağıdakı kimi təsvir edə bilərik: 

   


                            H

2

 + Cl



2

 → 2HCl      

 

      1)  Cl



2

 + h


γ

→ ·Cl· + Cl·            zəncirin yaranması 

      2)  Cl·  + H

→ HCl + H·           zəncirin davam etməsi  



           H·  + Cl

→ HCl + Cl·  və s.     



 

238


 

3)  H·  + H· + M → H

2

 + M        zəncirin qırılması    



           Cl·  +  Cl· + M → Cl

2

 + M       



      

Zəncirvari reaksiyalar şaxələnməmiş  şaxələnmiş olmaqla 

iki qrupa ayrılır. Göstərilən H

2

 və Cl



2

–nin fotokimyəvi qarşılıqlı 

təsiri şaxələnməmiş zəncirvari reaksiyalara misaldır. 

Şaxələnmiş zəncirvari reaksiyalar

. Əgər zəncirvari reaksi-

yanın gedişində bir radikal əvəzinə iki və ya daha çox radikallar 

əmələ  gələrsə,  onda  radikalların  sayı  artır  və  zəncirin  şaxələn-

məsi baş verir (şək.7.5). Radikalların sayının artması ilə əlaqə-

dar  reaksiya  olduqca  böyük  sürətlə,  hətta  partlayışla  baş  verə 

bilər.  Misal  olaraq  guruldayıcı  qazın  partlayışla  başa  çatmasını 

göstərə  bilərik.  Şaxələnmiş  zəncirvari  reaksiya  kimi  bu  prosesi 

aşağıdakı kimi təsvir etmək olar: 

 

           1) H



2

 + O


2

 → 2OH·               zəncirin yaranması 

           2) HO· + H

2

→ H· + HO·       zəncirin davam etməsı 



           3) H·  + O

→ HO· + ·O·       zəncirin şaxələnməsi 



               ·O·  + H

→  H·  + HO· 



           4) 2H·  + M→ H

2

 + M            zəncirin qırılması 



               2OH·  +  M → H

2

O



2

 + M         



 

Zəncirvari  reaksiyalar  təbiətdə 

və texnikada. 

Zəncirvari reaksiyaların 

öyrənilməsi  göstərmişdir  ki,  bu  reak-

siyalar  nəinki  texnikada tətbiq  olunan 

bir  çox  reaksiyalari  əhatə  edır,  eləcə 

də atmosferdə gedən bir şox reaksiya-

lar da zəncirvari mexanizm üzrə gedir. 

Yanacağın  yanması,  yəni  onun 

oksigenlə reaksiyası zəncirvari mexa-

nizmlə baş verir. 



Şəkil 7.5. Şaxələnmiş 

zəncirvari reaksiyanın 

sxemi 

 


 

239


Daxili  yanacaq  mühərriklərində  reaksiyanın  zəncirvari  xa-

rakteri  mikropartlayışların  (detonasiya)  əmələ  gəlməsinə  səbəb 

ola  bilər.  Bunun  qarşısını  almaq  üçün  yanacağa  zəncirin  qırıl-

masına səbəb olan antidetonatorlar əlavə edilir. Müəyyən şərait-

lərdə hidrogenin və digər növ  yanacaqların  yanması partlayışla 

baş  verə  bilər.  Bir  çox  polimerləşmə  reaksiyaları,  karbohidro-

genlərin oksidləçməsi, hallogenləşməsi və yüksək temperaturlar-

da parçalanması və s. zəncirvari mexanizmlə gedir.    

 

 

7.5. FOTOKĐMYƏVĐ PROSESLƏR 



 

Ümumi  anlayış.  Đşığın  təsirindən  gedən  kimyəvi  proseslər 

fotokimyəvi proseslər adlanır.

 Đşıq kvantı (h

ν

- Plank sabiti, 



ν

 -isə işıq şüasının dalğa tezliyidir) təsirindən molekullar həyə-

canlaşmış, yəni aktivləşmiş hala keçərək kimyəvi təsirə girirlər. 

Đşığın  təsirindən  adi  şəraitdə  öz-özünə  getməyən  reaksiyalar 

(∆G>0) gedə bilər. 

Fotokimyanın birinci qanununa görə ancaq udulmuş işıq fo-

tokimyəvi  aktiv  işıq  adlanır 

(T.Qrotqus).  Odur  ki,  görünən  işıq 

ancaq rəngli, yəni spektrin görünən oblastında işıq udan maddə-

lərdə fotokimyəvi reaksiyalar meydana çıxara bilər. Məsələn, fo-

tosintez  bitgilərin  yarpaqlarında  olan  yaşıl  rəngli  xlorofilin  gü-

nəş  şüasını  udması  hesabına  baş  verir.  Fotosintezin  ən  mühüm 

reaksiyalarından biri kimi aşağıdakı reaksiya tənliyi üzrə gedən 

prosesi göstərmək olar: 



                            

                              h

ν

 



    6CO

2

 + 6H



2

O  →  C


6

H

12



O

6

 + 6O



2

;     ∆H


0

298


=2815 kC 

 

Fotokimyanın  ikinci  qanununa  (Eynşteyn-Ştark)  görə  hər 



udulan foton bir molekulun ilkin dəyişməsinə səbəb olur. Bir işıq 

kvantının udulması hesabına reaksiyaya girən molekulların sayı 

fotokimyəvi  reaksiyanın  kvant  çıxımı  adlanır.

  Fotokimyanın 

ikinci  qanununa  görə  fotokimyəvi  reaksiyanın  kvant  çıxımı 


 

240


vahidə  bərabər  olmalıdır.  Məsələn,  kvant  çıxımı  vahidə  yaxın 

olan  asetonun  fotoparçalanması  aşağıdakı  reaksiya  tənliyi  üzrə 

baş verir: 

                                      h

ν

 



                CH

3

COCH



  →  CO + digər məhsullar  

                                 

250-320 nm 

Paralel fotoproseslərin və öz-özünə baş verən tərsinə reaksi-

yaların nəticəsi olaraq kvant çıxımı vahiddən kiçik ola bilər. 



Fotokimyəvi reaksiyaların texnikada tətbiqi

. Işığa həssas 

materialların,  xüsüsən  də  gümüş  halogenidlərin  fotoqrafik  pro-

seslərdə geniş istifadə olunması hamıya yaxşı məlumdur. Đşığın 

təsirindən gümüş halogenidlər asanlıqla parçalanır. Məsələn: 

                           

                                    h

ν

 



                       2AgBr  →  2Ag + Br

 



Hal-hazırda  fotoqrafik  material  kimi  dəmir,  xrom,  diazo-

nium birləşmələrindən və bəzı polimerlərdən istifadə də böyük 

əhəmiyyət kəsb edir. 

Fotokimyəvi proseslər müxtəlif üzvi birləşmələrin, məsələn, 

tsiklobutanın,  tsikloheksanın,  metilmetakrilatın  fotopolimerləş-

məsi ilə üzvi şüşənin alınmasında  istifadə olunur. 

Lazer  texnikasında  da  fotokimyəvi  proseslərdən  geniş  isti-

fadə edilir. 

         

 

7.6. KATALĐZ 

 

Ümümi  anlayış.  Kiməvi  reaksiyanın  sürətini  artıran,  lakin 

reaksiyanın  sonunda  regenerasiya  olunaraq  dəyişməz  qalan 

maddələrə  katalizatorlar  deyilir.

  Katalizatorun  reaksiyanın  sü-



rətini dəyişməsi hadisəsi kataliz, katalizatorun iştirakı ilə gedən 

prosesə isə katalitik proses deyilir. 

Reaksiyanın  sürətini  azaldan  katalizatorlar  da  mövcuddur. 

Belə katalizatorları mənfi katalizatorlar adlandırırlar. 


 

241


Katalizatorların prosesin sürətinə təsiri gücləndirici və isti-

qamətləndirici

 olmaqla iki növ olur. Đstiqamətləndirici təsir o za-

man rol oynayır ki, ilkin kimyəvi sistem bir neçə termodinamik 

mümkün ola bilən istiqamətlərdə baş vermək imkanına malik ol-

sun. 

Katalitik  reaksiyalar  üçün  bir  sıra  xüsusiyyətlər  xarakte-



rikdir.  Bir  qayda  olaraq  sistemə  əsas  reagentlərlə  müqayisədə 

katalizator çox az miqdarda daxil edilir. Buna baxmayaraq əlavə 

edilən az miqdar katalizator reaksiya sürətinin qeyri-adi artma-

sına səbəb olur. Məsələn, platin qarasının bir hissəciyi saniyədə 

10

5

 H



2

O

2



 molekullarının parçalanmasına səbəb olur. 

Katalitik  proseslərdə  katalizatorun  fiziki  halı  dəyişə  bilər. 

Məsələn,  kristal  MnO

2

  iştirakı  ilə  KClO



3

-ün  katalitik  parça-

lanmasında  MnO

2

 

kiçik  disspersiyalı  toza  çevrilir.  Belə  hallar 

katalizatorun kimyəvi reaksiyada iştirak edərək nəticədə regene-

rasiya olunmasını göstərir. 

Bir sıra hallarda reaksiya məhsullarından biri katalizator ro-

lunu oynayır. Belə reaksiyalar avtokatalitik reaksiyalar adlanır. 

Məsələn,  oksalat  ionlarının  turş  mühitdə  MnO

-

4

-ionları  ilə  ok-



sidləşməsindən əmələ gələn Mn

2+

-ionları katalitik təsir göstərir: 



 

           MnO

-

4

 + C



2

O

4



2-

  + 8H


+

 = Mn


2+

 + 2CO


2

 + 4H


2

 



Katalizatorun xarakterik xüsusiyyətlərindən biri onun reak-

siyanın  termodinamikasına,  yəni  entalpiya  və  Hibbs  enerjisinə 

təsir göstərməmsidir.  

Reaksiya  sürətinin  katalitik  artması  katalizatorun  reaksiya-

nın mexanizmini dəyişməsi ilə əlaqədardır. Bu zaman katalizator 

ilkin maddələrlə  aktiv aralıq birləşmə əmələ  gətirməklə reaksi-

yanın gedişi yolunu dəyişmiş olur. 

Katalizatorların təsir mexanizmi aktiv aralıq birləşmə nəzə-

riyyəsi ilə ızah olunur. Bu nəzəriyyənin mahiyyətini sadə şəkildə 

aşağıdakı sxem üzrə göstərək: 

 

                    A + B = AB             zəif gedən reaksiya 



 

242


Sistemə  daxil  edilən  katalizator  (K)  ilkin  maddələrin  birilə 

(məsələn, A) təsirdə olub aktiv aralıq birləşmə (aktiv kompleks) 

əmələ gətirir: 

                     

 

           A + K = AK             şürətlə gedən reaksiya 



 

Alınan aktiv aralıq birləşmə öz növbəsində  ilkin maddələrin 

digəri  ilə  (B)  sürətlə  təsirdə  olaraq  reaksiya  məhsulunu  (AB) 

əmələ gətirir və  katalizator ilkin halına qayıdır: 

 

                 AK + B + AB + K      sürətlə gedən reaksiya    



    

Katalizdə  əmələ  gələn  aralıq 

məhsulların  təbiəti  olduqca  müx-

təlifdir.  Belə  birləşmələr  adətən 

labil molekullardan və ya radikal-

lardan ibarət olur. Şək.7.6-da gös-

tərilən  tənliklər  üzrə  reaksiyanın 

katalizatorsuz  və  katalizator  işti-

raki  ilə  gedişinin  energetik  sxemi 

verilmişdir.



     

Şəkildən görünür ki, katalıza-

torun iştirakı reaksiyanın aktivləş-

mə  enerjisinin  ∆E

akt.

  qədər  azal-



masına səbəb olur  ki, bu da reak-

siyanın sürətlənməsinə səbəb olur. 

Dönən  reaksiyalarda  katalizator  tarazlığın  yerdəyişməsinə 

və tarazlıq sabitinə təsir göstərmir. 

Beləliklə,  katalizatorun  reaksiya  sürətini  artırması  onun  re-

aksiyanın  mexanizmini dəyişməklə  aktivləşmə  enerjisinin  azal-

ması hesabına baş verir  

Kataliz faza əlamətlərinə görə homogen və heterogen kata-

lizə ayrılır. 

Şəkil 7.6. Katalizatorsuz və 

katalizator iştirakı ilə 

reaksiyanın gedişinin 

energetik sxemi 

 


 

243


Homogen  kataliz.  Katalizator  və  reaksiyaya  daxil  olan 

maddələr  bir  faza 

(qaz  və  ya  maye)  təşkil  edərsə,  belə  kataliz 



homogen kataliz adlanır.    

 

Qaz və maye fazalı katalitik proseslər olduqca çoxdur. Qaz 



fazalı  katalitik  poseslər  həm  zəncirvari  və  həm  də  molekulyar 

mexanizmlə baş verir. 



Zəncirvari  mexanizmli  katalitik  proses.

  Zəncirvari  reaksi-

yalarda katalizatorun təsiri adətən zəncirin inkişafında  öz əksini 

tapır. Katalizator zəncirin yeni istiqamətdə meydana çıxmasına, 

zəncirin şaxələnməsinə və uzanmasına səbəb olmaqla reaksiyanı 

sürətləndirə  bilər.  Məsələn,  CO-nun  zəncirvari  oksidləşməsi 

prosesini  götürək.  Katalizatorsuz  reaksiya  aşağıdakı  sxem  üzrə 

gedir: 


 

       1)   CO + O

2

 = CO


2

 + ·O·                  zəncirin yaranması 

 

        2) ·O·  +  CO + M =  CO



2

 + M           zəncirin qırılması  

            ·O· + O

2

 + M = O



3

 + M 


             O

3

 + CO = CO



2

 + O


2

  

    



Burada artıq enerjini qəbul edən maddə (M) rolunu reasiya 

gedən qabın divarı oynaya bilər. 

Quru  CO  və  O

2

  qarışığında  reaksiya  zəif  gedir,  zəncirin 



uzunluğu çox kiçik olur. Əgər sistemə katalizator kimi az miq-

dar su buxarı əlavə etsək ·O· + H

2

O = 2OH· prosesinin meydana 



çıxması  hesabına  zəncirin  şaxələnməsi  və  bununla  əlaqədar 

reaksiyanın kifayət qədər sürətlənməsi baş verir: 

 

1)   CO + O



2

 = CO


2

 + ·O·             zəncirin yaranması 

 

2) ·O· + H



2

O = 2· OH                zəncirin inkişafı və davam  

    ·OH  +  CO = CO

2

 + H·                     etməsi 



      H·  + O

2

 = · OH + ·O· 



     

.



.

 + H


2

 = · OH + H· 



 

244


3)   H· +  H· + M = H

2

 + M            zəncirin qırılması 



      ·O· + ·O· + M = O

2

 + M 



       H·  +· OH = H

2

O   



 

 Molekulyar mexanizmli katalitik proses. 

Molekulyar mexa-

nizmli katalitik proseslərə katalizator olaraq NO iştirakı ilə SO

2

 



-nin  SO

3

-ə oksidləşməsini göstərə bilərik: 



               

                  Katalizatorsuz:          

                        O

2

 + O



2

 = 2SO


        

            

                  Katalizator iştirak etdikdə:                  

                       NO + 1/2O

2

 = NO



                       NO

2

 + SO


2

 = SO


3

 + NO 


 

Məhlulda  gedən  homogen  katalitik  peaksiyalar  içərisində 

turş mühitdə H

3

O



+

, əsaslı mühitdə isə OH

-

 ionlarının katalitk tə-



sirinə  əsaslanan  proseslər  mühüm  yer  tutur.  Belə  reaksiyalara 

efirlərin sabunlaşması, nişastanın, amidlərin, asetalların hidroli-

zi, şəkərin innervasiyası və s daxildir. H

3

O



+

 və OH


-

 - ionlarına 

oxşar  olaraq  Brensted  turşu  və  əsasları  (bax  8.5),  məsələn, 

HCO


3

-

, CH



3

COO


-

, NH


4

+

,



 

 NH


3

 və s. katalitik təsir göstərə bilər. 

H

3

O



+

 və OH


-

 - ionları hesabına baş verən turşu-əsas katalizindən 

fərqli olaraq Brensted turşu və əsaslarının katalitik təsirinə əsas-

lanan kataliz ümumi turşu-əsas katalizi adlanır. 

Turşu  katalizində  aralıq  birləşmənin  əmələ  gəlməsi  katali-

zator  molekulundan  turşu  kimi  protonun  əsas  funksiyasını  da-

şıyan  ilkin  maddələrdən  birinin  molekuluna  keçməsi  ilə  izah 

olunur.  Əsas  katalizində  isə  aralıq  birləşmə  ilkin  maddələrdən 

birinin (turşu kimi təsir göstərən) molekulundan protonun katali-

zatop molekuluna (əsasa) keçməsi hesabına əmələ gəlir. 



Oksidləşmə-reduksiya katalizi. 

Bu kataliz elektron cütlərinin 

parçalanması və elektronun bir molekuldan digərinə keçməsi ilə 

gedən  prosesləri  əhatə  edir.  Belə  reaksiyalara  adətən  müxtəlif 



 

245


ionlarla  katalikləşən  proseslər  aiddir.  Misal  olaraq  yodidlərin 

xloratlarla oksidləşməsi reaksiyasını göstərmək olar: 

 

             6I



-

 + ClO


3

 + 6H



 =  3I


2

 + Cl


-

 + 3 H


2

 



I

-

 və ClO



3

-

 ionları eyni işarəli olduqlarından onlar arasında 



qarşılıqlı dəfetmə qüvvəsi təsir göstərir ki, bu da ionların qarşı-

lıqlı təsirini çətinləşdirir. Göstərilən prosesi Fe

2+

-ionları ilə kata-



litik  sürətləndirmək  olar.  Fe

2+

  və  ClO



3

-

–ionları  müxtəlif  işarəli 



yük daşıdığından Fe

2+

-ionları ClO



3

-

 -



 

ionları ilə asanlıqla oksid-

ləşir. Bu zaman əmələ gələn Fe

3+

-ionları isə I



-ionlarını oksid-

ləşdirmiş olur. 


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin