Düyünlü ur xəstəliyi üzrə klinik protokol


Sintiqrafiya zamanı düyünlərin funksional təsnifatı



Yüklə 205,93 Kb.
səhifə20/32
tarix28.12.2021
ölçüsü205,93 Kb.
#9630
1   ...   16   17   18   19   20   21   22   23   ...   32
Sintiqrafiya zamanı düyünlərin funksional təsnifatı 

 



Soyuq düyünlər – sintiqrafiya zamanı daxil edilən izotopu 

tutmayan düyünlərə deyilir. Bəzən sadə kista şəklində maye 

tərkibli ola bildiyi kimi, qatı  tərkibli soyuq düyünlər də 

mövcuddur. Bu düyünlərin kiçik bir qismi xərçəng ola bilər. 

Təmiz maye tərkibli soyuq düyünlərin xərçəng ola bilmə ehtimalı 

sıfırdır. Soyuq düyünlü xəstədə heç bir şikayət olmaya bilər. 

 

İsti düyünlər – istifadə edilən izotopu ən çox tutan, bölgəli 



görüntülü, sərhədləri tam olaraq ayrılan düyünlərdir. Bunlar 

xəstədə şikayətlərlə özünü bəlli edir. İsti düyünlər adətən toksiki 

urla birlikdə müşahidə olunur. 

 



Avtonom isti düyünlər (adenomalar) – istifadə edilən izotopu 

tamamilə tutan düyündür. Bu cür düyünlər xəstələrdə çox sıxıntı 

verən  şikayətlərə  səbəb olur (məs. ürəkdöyünmə, həddən çox 

tərləmə,  əsəbilik və s.), adətən toksiki urla birlikdə müşahidə 

olunur. Funksional olaraq avtonom düyünlərin 10%-dən azı bəd 

xassəlidir. Soyuq düyünlərdə bu göstərici bir qədər çoxdur. 

 

İlıq düyünlər – istifadə edilən izotopu tiroid vəzinin digər hissəsi 



ilə eyni dərəcədə tutan düyünə deyilir və ancaq təcrübəli 

həkimlər tərəfindən ayırd edilir. Bu düyünləri olan xəstələrdə 

daha az şikayət olur. 

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, düyünün 

sintiqrafiya xarakteri onun morfoloji strukturu haqqında rəy vermir. 


Yüklə 205,93 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin