şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinəimkanverəndavamlıfizikivəpsixixarakteristikasınınməcmuundanibarətdir.. İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik şüurunun inkişafı xüsusi rol oynayır. Mənlik şüurunun formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu baxımdan mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesindən ibarətdir. Psixoloji ədəbiyyətda «mənlik şüuru» dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. İnsan başqa adamlarla qarşılıqlı əlaqə və ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki və psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz «mənini» başa düşür, anlayır.
İnsanın öz «mənini» kəşf etməsi şəxsiyyətin uzun- müddətli inkişaf prosesinin nəticəsidir. Bunun əsası bir növ hələ körpəlik dövründən qoyulur. Hələ üç yaşlı uşaqda özü haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq «mən» kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Uşağın öz «mən»ini kəşf etməsi sonrakı dövrdə – yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın göstərir. Yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə marağın yaranması onda özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmək meyli yaradır. Nəticədə yeniyetmə özü üçün öz «mən»ini bir növ kəşf edir. İlk gənclik dövründə məktəblilərdə böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını dərk etməyə başlayırlar. Bu dövrdə məktəblilərdə mənlik şüuru, özləri haqqında təsəvvürləri dəyişir. Oğlan və qızlarda mənlik şüurunun məzmunu dəyişir, özləri haqqında təsəvvürləri artır. Onlar özlərinin xarici görkəmini, simalarını tamamilə yeni şəkildə qavramağa başlayırlar. Bütün bunlar böyük məktəblilərdə «mən» obrazının formalaşmasına gətirib çıxarır.
«Mən» obrazının əsasını insanın özü haqqında bilikləri təşkil edir. «Mən» obrazında insanın öz-özünə münasibəti də xüsusi yer tutur. İnsan öz özünə başqalarına bəslədiyi kimi münasibət göstərə bilər, hörmət və ya nifrət edər, sevər və ya zəhləsi gedər, hətta özünü anlaya və anlamaya bilər.
Həyati faktlar göstərir ki, insanda «mən – obraz» eyni vaxtda müxtəlif xarakterli ola bilir. Bunlara «real mən», «idealmən» və«sosialmən» obrazlarını aid etmək olar.
«Realmən»dedikdə insanın indiki anda özünü necə təsəvvür etməsi, özünün bacarıq və qabiliyyətlərini, rollarını, statusunu necə qavraması, əslində necə adam olmasını təsəvvür etməsi nəzərdə tutulur. Bu zaman insan özünə öz gözü ilə baxır, özünü obyektiv, necə varsa elə də qiymətləndirir.
«İdeal mən»ə gəldikdə burada insanın özündə görmək istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur. Burada insanın özü haqqında idealları xüsusi yer tutur. «İdeal mən» obrazında insanın yüksək qiymətləndirdiyi keyfiyyətlər öz əksini tapır. İnsan daima öz «ideal mən»inə nail olmağa can atır.
«Sosial mən»digər mən – obrazlardan fərqlənir. Burada insan həmişə özünə başqalarının gözü ilə baxır. «Sosial mən» obrazı aşağıdakı suallara uyğun yaradılır: başqa adamlar onu necə görürlər? O, özünü başqalarına necə göstərmək istəyir? Məhz buna görə də insan başqa adamlarla ünsiyyətə girərkən özünün «sosial mən»indən çıxış edir.
7. Psixoloji iqlim qruplarda şəxsiyyətlərarası münasibətlərin mühüm göstəricisi kimi.Qruplarda şəxsiyyətlərarası münasibətlərin necə olduğunu burada sosial- psixoloji iqlimin necə olmasından görmək mümkündür. Psix- oloji iqlim sosial qrupun əsas əhvalını müəyyənləşdirən şəxsiyyətlərarası münasibətlər sistemindən ibarətdir. Ümumiyyətlə qrup və kollektivlərdə psixoloji iqlim müsbət (pozitiv) və mənfi (neqativ) xarakter daşıya bilir.
Qrupda müsbət psixoloji iqlimin yaradılması üçün fəaliyyət növündən asılı olan davranış etalonu yaradılmasının və onun qrup daxilində etalona çevrilməsinin əhəmiyyəti ol- duqca böyükdür.
Səmərəli sosial-psixoloji iqlimin yaradılması üçün qrup və kollektiv iştirakçıları arasında uyğunluq, uyuşmanın olması da zəruridir. Bu barədə əvvəlki bölmədə qeyd etdiklərimiz həmin fikri bir daha təsdiq edir.
Sosial-psixoloji iqlimin xarakteri bütövlükdə qrupun inkişaf səviyyəsindən, yetkinliyindən də asılıdır. Adətən, qrupdakı sosial-psixoloji iqlimlə qrup üzvlərinin birgə fəaliyyətinin səmərəliliyi arasında birbaşa müsbət əlaqə mövcud olur. Əvvəlki bölmədə qeyd olunanlardan aydın olduğu kimi, qruplarda psixoloji iqlim qrupa rəhbərlik üslu- bundan da asılı olur. Adətən, demokratik rəhbərlik üslubu üstünlük təşkil edən qruplarda daima müsbət psixoloji iqlim hökm sürür.
Ümumiyyətlə, şəxsiyyətlərarası münasibətlər rənga- rəng müsbət hisslərlə bağlıdırsa, sosial qrupda yaranan psixolo- ji iqlim işgüzarlığın, təşəbbüskarlığın inkişaf etməsinə səbəb olur.