“Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib


“İnsanın immunçatışmazlığı virusunun törətdiyi



Yüklə 9,95 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix02.01.2022
ölçüsü9,95 Mb.
#1385
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi 

xəstəliklə  mübarizə  haqqında”  Qanunun 

monitorinqi aparılıb

Dünyanın 15-dən çox ölkəsinin tanınmış 

kardioloqları Bakıda azərbaycanlı 

həmkarları ilə müzakirələr aparırlar

Azərbaycanlı hərbi həkimlər dünyada 

ilk dəfə nadir əməliyyat keçiriblər


15 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

7



Bu sınıqlar barədə ilk məlumatlar 



Hippokrata  məxsusdur.  Suprakondilyar 

humerus sınıqları 5-10 yaş arası uşaqlar-

da dirsək sınıqlarının 70%-ni təşkil edir. 

Bu sınıqlar daha çox açıq əl üzərinə və 

dirsək  üzərinə  yıxılma  nəticəsində  baş 

verir.  

Ümumiyyətlə,  dirsək  oynağı  3 

sümükdən  (humerus,  ulna,  radius) 

təşkil  olunmuşdur.  Oynaq  komp-

leks  hərəkətə  malikdir.  Dirsək  oy-

nağı  radiohumeral  hissəsində  pro-

natsio-supinatsio, 

ulnahumeral 

hissəsində isə fleksiya və ekstensi-

ya hərəkətləri baş verir. Suprakon-

dilyar sınıqlar bükmə və açma, 98% 

halda isə açma tərzində olur.  

Uşaq  yaşlarında  sümükləşmə 

vəziyyəti 

və 

sümükləşmə 



nöqtələrinin  fərqliliyini  nəzərə  al-

saq  dirsək  oynağında  bir  neçə 

sümükləşmə  nöqtələri  vardır.  Bun-

lar  kapitulum  (2  yaş),  radius  başı 

(3  yaş),  medial  kondilus  (5  yaş), 

troxlea  (7  yaş),  olekranon  (9  yaş) 

və  lateral  kondilus  (13  yaş)  olaraq 

müəyyən edilmişdir. 

Suprakondilyar  sınıqlar  əsasən 

1959-cu ildə irəli sürülmüş Gartland 

təsnifatına əsasən sinifləndirilir. 

  Suprakondilyar  sınıqların  baş 

vermə 

mexanizminə 



gəldikdə,  

bu  sınıqlar  98%  hallarda  açıq  əl 

üzərinə yıxılma nəti cə sində baş ve-

rir. Bu zaman fleksor qrup əzələlər 

tamamilə boşaldığı üçün dirsək oy-

nağı  sümüklərinə  mexaniki  dəstək 

verə bilmir. Həmçinin 3-10 yaş arası 

uşaqlarda  bazu  sümüyünün  meta-

fizi həmin bölgədə keçici zəif olur. 

Suprakondilyar  sınıqların  diaq-

nozunda  əsas  göstərici  dəqiq  fi-

zikal  müayinədən  başlayır.  Dirsək 

bölgəsi  şişkin,  deformasiyalı  görü-

nür.  Xəstələrin  üzündə  kəskin  ağrı 

ifadəsi  diqqəti  cəlb  edir.  Bu  pato-

logiyalar zamanı nevroloji müayinə 

çox  önəmlidir.    Bölgədən  keçən 

hər üç periferik sinir müayinə olun-

malıdır  və  daha  sonra  radial  arte-

riyanın  pulsasiyası  yoxlanılmalıdır. 

R-qrafiya zamanı həm ön, həm də 

yan  proyeksiyalar  önəmlidir.  Yan 

proyeksiyada  diqqıt  edilməli  əsas 

göstərici ondan ibarətdir ki, normal 

halda  bazunun  ön  korteksindən 

keçən  xəyali  xətt  kapitulumla 

kəsişməlidir.  Ön  proyeksiyada  isə 

Bauman  bucağına  diqqət  edirik. 

Bu bucaq lateral epifizial xəttlə ba-

zunun  cisminə  paralel  göndərilmiş 

xətt  arasındakı  bucaqdır  (Norma 

85-89 dərəcə).

Suprakondilyar 

sınıqların 

müalicəsinə  gəldikdə  Tip  1  və  Tip 

2  sınıqlar  konservativ  müalicə 

edilməlidir.  Bu  zaman  qol,  bazu-

nun orta 1/3 hissəsinə qədər sirkul-

yar  gips  langeti  ilə  immobilizasiya 

edilməlidir.  Langetin  saxlanılma 

müddəti 3 həftədən az olmamalıdır. 

Langet  goyulduqdan  sonra  mütləq 

biləkdə pulsasiyanın olub-olmama-

sı  kontrol  edilməlidir.  Bu,  ətrafda 

qan  dolaşımını  təmin  etmək  üçün 

önəmlidir. Tip 3 sınıqlar isə mütləq 

cərrahi müdaxilə gərəkdirən bir du-

rumdur.  Cərrahi  müdaxilə  zamanı 

Kişner  telləri  ilə  fiksasiyaya  üstün-

lük  verilir.  Epifizar  zonadan  maksi-

mum 3 ədəd tel keçirilmək şərti ilə 

cərrahın  seçiminə  görə  ya  lateral, 

ya  da  çarpaz  pinləmə  istifadə  olu-

nur. Çarpaz pinləmə texniki olaraq 

çətin  olsa  da,  stabilizasiya  baxı-

mından  mexaniki  etibarlılığı  daha 

yüksəkdir. 

Nəzərinizə  çatdırmaq  istəyirik  ki, 

2014-cü  ilin  birinci  yarısında  ATU-

nun Tədris Cərrahiyyə Klinikasında 

6  Tip  3  suprakondilyar  sınıq  əməl 

iyyatı  etmişik.  Xəstələrin  orta  yaş 

qrupu 4-10 arası dəyişirdi və hamısı 

oğlan uşaqları idi. Bütün xəstələrdə 

cərrahi açıq fiksasiya 2 ədəd Kişner 

teli  vasitəsilə  aparıldı  və  ətraf  gips 

langeti ilə ən azı 4 həftə immobili-

zasiya edildi. Əməliyyatlar fəsadsız 

keçdi  və  post  operativ  kontraktu-

ra  müşahidə  edilmədi.  Ancaq  bir 

xəstədə, median sinirin anterior in-

terosseus şaxəsi zədələnərək onun 

innervasiya etdiyi motor zona defi-

siti müşahidə edildi. 




Yüklə 9,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin