Dövlət iqtisadiyyatına təsir edən Makromühit amilləri



Yüklə 7,73 Kb.
tarix19.12.2023
ölçüsü7,73 Kb.
#185648
Dövlət iqtisadiyyatına təsir edən Makromühit amilləri


Siyasi amillər – Şirkətin yerləşdiyi geosiyasi mühit, regionda ölkələrlə münasibətləri, beynəlxalq təşkilatlara üzvlük ilə bağlı vəziyyət
İqtisadi amillər – inflyasiya səviyyəsi, faiz dərəcələri, dövlətin maliyyə siyasəti, ÜDM həcmi, İşsizlik səviyyəsi, beynəlxalq ticarət, investisiyalar
Sosial amillər – Həyat səviyyəsi, əhalinin rifah səviyyəsi, orta ömür müddəti, təhsil səviyyəsi
Texnoloji amillər – innovasiyaların tətbiqi ilə bağlı vəziyyət
ətraf mühit amilləri – ölkənin yerləşdiyi regionda ətraf mühitin mövcud vəziyyəti, təbii fəlakətlərin baş verməsi dərəcəsi, təbii amillərin təsiri
Hüquqi amillər – Beynəlxalq müqavilələr, konvensiyalar, hüquq normaları

  • Türkiyə Cümhuriyyətinin iqtisadiyyatında Makromühit amillərinin rolu

Siyasi amillər – Türkiyəyə qonşu olan İraq, Suriya kimi ölkələrdə siyasi vəziyyətin qeyri-stabil olması, müharibə vəziyyəti Türkiyəyə də mənfi təsir edir. Bundan başqa Türkiyənin Yunanıstan və digər bir çox region dövlətlətri ilə siyasi münasibətlərində problemlər mövcuddur. Bundan başqa ölkənin NATO-a üzv olması onu beynəlxalq aləmdə bir çox məsələlərdə siyasi cəhətdən asılı vəziyyətə gətirir.
İqtisadi amillər – Son dövrlər ölkədə inflyasiya çox yüksək səviyyədədir. Belə ki, ən son statistikalara əsasən türkiyə iqtisadiyyatında illik inflyasiya səviyyəsi 61 faiz olmuşdur. Həmçinin təbii ki, ən aktual məsələlərdən biri də son illər ərzində lirənin məzənnəsində müşahidə olunan mənfi tendensiyadır. Dövlət tərəfindən yanlış iqtisadi siyasətin aparılması nəticəsində lirənin həddən artıq ucuzlaşması ölkənin xarici ticarət balansına da mənfi təsir göstərir.
Ölkədə yüksək işsizlik səviyyəsi mövcud iqtisadi problemlərdəndir. 2022-ci ilin yekun göstəricilərinə əsasən ölkədə rəsmi işsizlik dərəcəsi 10 faiz olmuşdur.
Sosial amillər – Ölkədə təhsil sisteminin inkişafı yüksək səviyyədədir. Belə ki, 25 yaş və yuxarı əhalinin orta təhsil müddəti 2011ci ildə 7.3 il olmuşdursa, bu göstərici 2022ci ildə 25 faiz artaraq 9.2 il olmuşdur. 2022də bu göstərici qadınlarda 8.5 il, kişilərdə isə 10 il olmuşdur.
Səhiyyənin inkişafı da qənaətbəxşdir. Türkiyə Ümumi Sağlamlıq Sığortası sistemi çərçivəsində universal sağlamlıq xidmətlərinə malikdir. Bu sistemə əsasən, Sosial Təminat Təşkilatında (SGK) qeydiyyatda olan bütün sakinlər SGK ilə müqavilə bağlanmış xəstəxanalarda pulsuz müalicə ala bilərlər. 2020-ci ildə dünya ölkələrinin sağlamlıq indeksinə əsasən tərtib olunmuş siyahıda Türkiyə 95 ölkə arasında 29-cu yerdə qərarlaşmışdır.
Ölkədə orta ömür müddəti kişilərdə 75, qadınlarda isə 81 ildir.
Cinayətlərin törədilmə səviyyəsinə görə Türkiyə dünya ölkələri arasında 88-ci yerdədir.
Yüklə 7,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin