Dos. N. Z.Çələbiyev



Yüklə 174,24 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü174,24 Kb.
#1593
1   2   3
kliiniki müşahidə  metodudur. Xəstənin hərəkətlərini evdə, xəstəxanada, iş yerində 

izləmək  lazımdır.  Bu  zaman  onun  mimikası,  danışığı,  suallara  reaksiyası, 

emosional  halı,  davranışı  müşahidə  obyekti  olmalıdır.  Xasiyyətlə,  yaşla, 

intellektual və mədəni səviyyə ilə bağlı bəzi xoşagəlməz halları psixi xəstəlik kimi 

qiymətləndirmək  olmaz.  Mürəkkəb  patopsixoloji  xəstəliklərin  diaqnostikasında 

bəzən  nisbətən  mürəkkəb  kliniki  müayinə  üsullarından  istifadə  etmək  zərurəti 

ortaya  çıxır.  Bunlardan  biri  eksperimental  psixoloji  müayinədir.  Mürəkkəb 

patopsixilioji  sindromların  diaqnostokasında,  müalicə  və  ekspertiza  işlərində  bu 

üsul daha səmərəlidir. 

Diqqət,  hafizə,  qavrayış,  təfəkkür  və  s.  kimi  psixi  idrak  proseslərinin 

diaqnostikasında  “Piktoqram”  (15  20  sözü  və  ya  söz  birləşmələrinin  yadda 

saxlanılması), “Korrektura sınağı” (5-10 dəqiqə ərzində kiçik mətndəki bütün İ və 

M  hərflərinin  üstündən xətt  çəkmək),  “Çıxma  əməliyyat”  (100  ədədindən8, 14,18 

ədədlərini bir neçə dəfə ardıcıl çıxmaq tələb olunur), “10 söz öyrənmək” (on sözü 

yadda  saxlamaq, bir saat sonra  təkrar  etmək), “Rəsm  əsərlərinin sujetinin  təhlili”, 

“Təsnifetmə”  (şəkilləri  qruplaşdırmaq),  “Əşyaları  ixtisar  etmək”  (çoxsaylı 

şəkillərdən uyğun gəlməyəni ixtisar etmək), “Anlayışları fərqləndirmək”, xəstədən 

iki sözün (əşyanın) fərqini söyləməsi soruşulur. Məsələn, pəncərə ilə qapı, maşınla 

at, yağışla qar və s. ağıl zəifliyi olan şəxslər belə suallara cavab verməkdə çətinlik 

çəkir, təfəkkür qabiliyyəti pozulmuş şəxslər isə suallara gülünc və məntiqsiz cavab 

verirlər.  

Yeni tarix dövründə psixoproseslərin təzəcə kəşf olunmuş fiziki və kimyəvi 

qanunların  köməyi  ilə  izah  etmək  cəhdləri  yarandı.  Belə  ki,  ingilis  həkmi  Hartli 

(1705-1757)  intellektual  və  iradi  aktları  Nüyuton  təlimi  nöqteyi-nəzərindən 

qiymətləndirən  assosiyativ  psixologiya  yaratmış,  fransız  həkimi  Lametri  (1709-

17057)  şüurun  təbiət  proseslərinə  tabeliliyi  prinsipini  irəli  sürmüş,  Amerika 

psixiatriyasının banisi  B.Raş (1745-1813) isə psixi və fiziki proseslər arasındakı 

nəyinki düz, hətta əks əlaqələri də müəyyən etmişdir.  

XIX  əsrdə  fiziologiya  və  nevrologiya  intensiv  inkişaf  edir.  Bu  psixologiya 

qanunlarının dərk olunmasına yeni təkan verir. Ingilis nevroloqu Çarlz Bell (1774-




 

- 5 - 


1842),  fransız  fizioloqu  F.Macandi  (1783-1855)  və  alman  fizioloqu  İ.Müller 

(1801-1858)  insan  davranışının  əsası  kimi  reflektor  fəaliyyət  təlimini  işləyib 

hazırlayırlar.  Avstriyalı  həkim  anatom  F.Qal  (1758-1828)  psixi  funksiyalların 

lokallaşmasını öyrənərkən, yeni psixoloji fənn –frenologiyanın əsasını qoyur. Elmi 

cəhətdən  tutarlı  olmasına  baxmayaraq  bu  təlim  baş  –beyin  qabığının  psixi 

proseslərdə mühüm rolu olduğunu irəli sürür.  

Psixologiyanın  müstəqil  elmə  çevrilməsində  bütöv  bir  psixofizioloqlar 

nəslinin  böyük  xidməti  olmuşdur.  Bunlardan  orqanizmin  özünütənzim  təlimini 

yaratmış  K.Bernar  (1813-1878),  beyni  reflektor  aparat  kimi  qiymətləndirən 

V.Leykok (1812-1876) və V.Karpenter (1813-1885), hiss orqanlarının fəaliyyətini 

tətbiq  etmiş  H.Heymhols  (1828-1894),  prsixiproseslərlə  orqanizdən  kənarda  baş 

verən fiziki proseslər arasında əlaqəni müəyyənləşdirmiş Q.Fexner (1801-1887) və 

E.Q.Veberi  (1795-1878)  göstərə  bilərik.    M.İ.Süçünov  (1829-1905)  psixiaktı 

başlanğıcı,  gedişatı  və  sonu  olan  bir  proses  kimi  qiymətləndirmişdir.  V.Vundt 

(1832-1920) ilk dəfə sosiologiyanın təcrübi elm kimi quruluşunu vermişdir. 1875-

ci  ildə  Vundt  dünyada  birinci  eksperimental  psixologiya  laboratoriyası  təşkil 

etmişdir.  Bu  laboratoriya  sonralar  çoxlu  psixologiya  karifeyləri  yetirmiş  instituta 

çevrilmişdir.  XX  əsrin  əvvəllərində  psixologiyanın  inkişafında  psixi  xəstəliklərin 

klinikası sahəsində tədqiqatlar müjhüm əhəmiyyət kəsb etdi. Təsadüfi deyildir ki, 

deferensial psixologiyanın işləyib hazırlamış E.Krepelin (1856-1926) bheviorizmin 

təşəkkül  tapmasına  şərait  yaratmış  İ.P.Pavlo  (1849-1936),  psixoanalizin  banisi 

Z.Freyd  (1856-1939)  və  fenomenologiya  məktəbinin  görkəmli  nümayəndəsi 

K.Yasper (1883-1969) kimi klinisistlər psixologiyada sammballı  elmi cərəyanların 

əsasını qoymuşlar. 

Psixologiyanın  inkişaf  etməsi  və  müstəqil  elmə  çevrilməsi    ilə  birgə, 

psixoloji biliklərin tibbi praktikaya geniş tətbiqi prosesi gedirdi. Bunların əsasında 

bir çox psixi və psixosomatik xəstəliklərin müalicəsində çox effektli olan psixoloji 

müalicə  metodları  yaradıldı.  Xəstələri  müalicə  etmək  məqsədilə  hipmoz  tətbiq 

etməyə  Mesmer  (1734-1815)  ilk  dəfə  cəhd  göstərmiş,  sonradan  hipno-suggesiv 

praktika    Şarkonun  (1825-1893)  V.M.Bexterevin  (1857-1927)  və  digər  alimlərin 

təcrübələrində öz əksini tapmışdır.  

XX  əsrin  lap  əvvəllərində  yeni  psixoterapevtik  texnikalar  meydana  çıxdı. 

P.Dübua  (1848-1918)  pasiyentin  problemlərini  şüur  səviyyəsində  qiymətləndirən 

rasional terapiya, Z.Freyd və onun davamçıları isə şüuraltı mexanizmlərə müraciət 

edərək,  psixoanalizi  işləyib  hazırladılar.  Sonradan  yeni-yeni  psixoterapiya 

metodları  –Q.Şultsun  Qərb  relaksasiya  metodları  ilə  Şərq  meditasiya 




Yüklə 174,24 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin