«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə3/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   2   3   4   5   6   7   8   9   ...   149
«Doqquz Bitik» s-ras-

3. Tarixi köçlər

….
…..
……………………………….....……… 179 
Köçün səbəbləri
….
………...…………………….....….…… 179 
Köçün növləri
…...………………………...……....………… 185 
Köçəri köçləri 

………………………...…….... …………..195
 
4. Türklərin Atayurdu
 
……………..….……..……....………… 208 
Prototürk Atayurdu
….………………..…..………....…

… 210 
Protoazər
 
Atayurdu
………………..…...…
...
……....……… 217 
Türklərin ikinci Atayurdları
…………..………....……….. 219
 
5. Etnik coğrafiya
 

……...………………………….... ……...… 228 
Ədəbiyat
……………………………………......………...….....…… 245 
Qısaltmalar 
....................................................................................... 271 
 
 


 

1. TARĠXĠ COĞRAFĠYA VƏ  ETNOLOGĠYA 
 
Etnosun doğum yeri və etnogenez fazalarının gerçəkləĢdiyi
 
coğrafi 
məkan
 
Atayurd adlanır.
 
Bu ilkin yurdun arealını dəqiq müəyyənləĢdirmək 
müasir  etnologiya  elmində  ən  çətin  problemlərdən  biridir  və  hər  hansı 
bir  xalqın  tarixinin  obyektiv  yazıla  bilməsi  gerçək  Atayurdun  düzgün 
tapılmasından asılıdır.
 
Bugünə qədər türk etnosunun yarandığı ilkin areal 
Ön Asiyada 
 
deyil

yanlıĢ olaraq Altay
 
çevrəsində
 
axtarıldığı üçün Türk dil 
ailəsi  daxilindəki  subetnos,  etnos  və  superetnosların  Ġslamöncəsi  tarixi 
düzgün  yazılmamıĢ,
 
bir-birini  tamamlamaq  əvəzinə,
 
biri  digərini  inkar 
edən
 
yozumlar və ziddiyətli fikirlər ortaya çıxmıĢdır.  
Atayurd  problemini  quru  nəzəriyə  ilə  deyil,
 
faktlara  əsaslanan 
metodlarla  öyrənmək  lazımdır.  Bunun  üçün  antropoloji,  arxeoloji,  etno-
linqvistik,  etnokultur  bəlgələrlə  yanaĢı,  geoekoloji,  biososioloji  və  tarixi-
coğrafi sahələrin sintezindən yararlanan etnologiya elmi tarixi onomastika, 
qonĢu etnoslarla münasibətlər, tarixi miqrasiyalar, areal dilçiliyi və tarixi 
demoqrafiya  məsələlərini  də  nəzərə  almalıdır.  Çünki  müəyyən  zaman  və 
müəyyən məkan daxilində yaranıb formalaĢan etnos canlı qurum olduğu 
üçün ətraf mühit, doğal Ģərait onun etnik atributlarına öz damğasını vurur 
və bu damğanın izi etnik stereotipdə,  yaĢam tərzində, dildə, xarakterdə, 
mifoloji
 
yaddaĢda
 

 
kultur
 
gələnəklərində
 
aydın görünür.
 
Bir
 
etnos məhz 
bu  görünən  özəl  əlamətlərlə  digərindən  fərqlənir.  Bütün  etnosların  saçı 
var,
 
lakin  saç  birində  qıvrım,
 
baĢqasında düz, birində  yumĢaq,
 
digərində 
cod  olur;  bütün  etnoslar  yemək  yeyir,  lakin  biri  at,  biri  it  ətini  delikates 
sayır, biri ilan-qurbağa, digəri qoyun əti yeməyi sevir.
 
Onlarla belə fərq-
ləndirici
 
əlamət  etnosun  doğulduğu  məkanda  biosferlə
 
qarĢılıqlı  əlaqədə 
yaranır.  
QonĢu  ölkələrin  və  xalqların  tarixi  coğrafiyası  hələ  çoxdan  ətraflı 
tədqiq olunduğu halda

Azərbaycanın tarixi coğrafiyası haqqında Seyran 
Vəliyevin  5
 
çap  vərəqi  həcmində  elmi-populyar  Ģəkildə  yazdığı  oçerkləri 
saymasaq,  bu  mühüm  sahəyə  yalnız  kiçik  bir  kitabça  həsr  olunmuĢdur.

Bu da ancaq son iki minilliyi əhatə edir, ondan əvvəlki
 
dövrlər
 
isə
 
ayrıca
 
tədqiq
 
olunmamıĢ
,
 
qədim
 
tarixdən
 
bəhs
 
edən
 
tədqiqatlarda
 
bu  mövzuya 
                                                 
1
  Велиев,  1983;   ИГА,  1987;  II Bitik  yazılandan  sonra  prof.  Vaqif  Piriyevin  «Azər-
baycanın  tarixi  coğrafiyası»  adlı  kitabı  çap  olundu.  Mövzumuzla  bağlı  Ġslamaqədərki 
dövr burada əsasən Mana, Atropaten və Alban dövlətlərinin coğrafiyası ilə əhatə olunsa 
da, bu əsərdən istifadə etmək imkanı olmadı (Piriyev, 2002). 


 

ötəri  toxunulmuĢdur

Areal
 
dilçiliyi  baxımından

azər  türklərinin  tarixi 
coğrafiyası  böyük
 
və  lokal  miqrasiyaların  demoqrafik
 
nəticələri

qonĢu 
etnoslarla qarĢılıqlı əlaqələr

Atayurd problemi kimi məsələlər isə öyrənil-
məmiĢdir.
 
Qeyd  edək  ki,
 
etnosun  doğulub  etnogenez  fazalarını  yaĢadığı 
bölgənin biosferi,  landĢaft
 

 
fauna-flora  özəllikləri,  iqlim  Ģəraiti  nəzərə 
alınmaqla
 
Atayurd  haqqında  ümumiləĢmiĢ  fikrə  gəlmək  mümkündür. 
Etnik  atributlar  və  bu  atributların  fərqləndirici  əlamətləri  uyğun  bitik-
lərdə  verildiyindən,  burada  yalnız  Atayurda  gəlib  çatmaq  üçün  etnosun 
tarixi-çöğrafiya  ilə  bağlı  cəhətlərini  və  etnologiyanın  məkan  özəlliklərini 
gözdən keçirmək lazım gəlir. 
 
Hələ
 
antik
 
çağ müəllifləri Yerin kürə Ģəklində olduğu-
nu
 
dərk  etsələr
 


o
 
çağda  insanların  məskunlaĢdığı 
bir çox bölgə (oykumen) haqqında bəlgələr yarımçıq 
olduğu üçün geniĢ demoqrafik bilgilər yox idi. Yal-
nız  zaman-zaman
 
yeni-yeni  ərazilərə  yayılan  və  ya 
böyük müharibələrə cəlb olunan xalqlarla
 
və onların 
torpaqları  haqqında  tanıĢlıq  artdıqca  Dünya  xəritəsinin  konturları  da  ay-
dınlaĢırdı.
 
Əgər
 
ilkin antik
 
dövrdə Dünya üç
 
qitə
 
(Avropa
,
 
Afrika
,
 
Asiya) və 
isti, soyuq, mülayim kimi üç iqlimə ayrılırdısa, artıq Ġslam çağına yaxın-
laĢdıqca  oykumen  və  iqlimlərin  sayı  xeyli  artmıĢdı.  Ġslamdan  sonrakı 
əsrlərdə
 
isə
 
oykumen,
 
landĢaft
 

 
ümumiyətlə
,
 
biosfer
 
haqqında
 
biliklər
 
get-gedə  elmi  məcraya  düĢürdü.
 
Ona  görə  də,  Ġslamaqədərki  yazılı  qay-
naqlarda  verilən  hər  hansı  bölgə  koordinatları  dövrün  təsəvvürləri  fo-
nunda
 
araĢdırılmalı,
 
çağdaĢ
 
bilgi
 
ilə
 
tənzimlənməlidir.

 
Belə
 
ki

təkcə 
Xəzər dənizinin coğrafi ölçüləri, onun guya quzey okeana
 
birbaĢa
 
birləĢ-
məsi barədə fikirlər

bu dənizə tökülən çayların yanlıĢ izahı, çayadlarının 
dolaĢıq  salınması  kimi  məsələlər  tekstoloji  təhlillə  dəqiqləĢəndən  sonra 
ilkin  bəlgələrdən  istifadə  oluna  bilər.  Digər  tərəfdən,  qədim  mənbələrdə 
rast gəlinən landĢaft
 
dəyiĢmələri

subasma (Nuh tufanı)

məcrasını dəyiĢən 
çaylar
,
 
dəniz
 

 
göllərin qabarıb-çəkilməsi
 
kimi
 
bəlgələr
 
geoloji
 
dəyiĢmələ-
rin tarixi
 
baxımından maraq doğurur.  
Ġslamaqədərki  qaynaqlarda
 
oykumenlər  haqqında  təsəvvür
 
qədimə 
getdikcə bəsit bilgilərlə müĢayiət olunur. Hər bir yazılı qaynaq yazarın bu 
sahədəki bilik
 
səviyəsinə uyğun bəlgələr verir

adətən

müəllif öz yurduna 
yaxın əraziləri daha dəqiq, qonĢu bölgələri yarımgerçək, uzaq ölkələrisə 
əldə
 
etdiyi doğru
 

 
ya fantastik bəlgələr əsasında təsvir edir.
 
Ona
 
görə
 

 
                                                 
2
 Яцунский, 1955; ИОИИЕ, 1970; Дитмар, 1980; Райт, 1988. 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin