«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə13/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   9   10   11   12   13   14   15   16   ...   149
«Doqquz Bitik» s-ras-

öñ  (iləri,  ilgərü)  tərəfin  «doğu»,  sağ 
tərəfin  «güney»,
 
sol  tərəfin  «quzey»  anlamı  daĢıdığını  deyir.  Müəllifə 
görə,  türk  xalqları  dünyanın  cəhətlərini  bildirmək  üçün
 
iki  üsuldan  isti-
fadə etmiĢlər: biri solyar sistem, digəri boya
 
(rəng)
 
sistemi.
69
  
Azər dilində  «qara quzey»,  «ağ  yel»  (batı küləyi)  deyimi iĢlənir. 
Y. Ġ. Ubryatova qeyd edir ki, saxa dilində soğoru//soñoru (yuxarı) və xotu 
(aĢağı) sözlərinin «quzey» və «güney» anlamı Lena çayı hövzəsində yer-
ləĢəndən sonra yaranıb, çünki bu çay güneydən quzeyə (aĢağıdan yuxarı) 
axır.
70
 
Göründüyü kimi, boya bildirən sözlərdə cəhət anlamının yaranması, 
istiqamət bildirən sözlərin coğrafi duruma (landĢafta) köklənməsi danılmaz 
gerçəklikdir.  Azər  türklərinin  Azərbaycanda  yerli  xalq  olduğunu  sübut 
edən faktlardan biri də boya (rəng) və cəhət, istiqamət bildirən sözlərdir.  
Türk  dillərində  rəng  bildirən  sözlərin  semantikasını  tədqiq  edən 
tanınmıĢ türkoloqlardan A.
 
fon
 
Qaben  və A.
 
N.
   
Kononov azacıq  fərqlə 
türk rəng-cəhət sistemini belə verirlər: 
71
 
   
qızıl  = güney,      ağ  = batı,          sarı = batı / özək 
   qara  = quzey,      göy = doğu  
Ġsbat olunmasa da, elmdə dərin kök salmıĢ «Altay dilləri ailəsi» 
nəzəriyəsinə  görə,
 
guya  türklər  Altaydakı  monqoloid  qohumlarından 
ayrılıb,  batı  ölkələrə  köçmüĢlər.  Bu  baxımdan,  Azərbaycan  türklərinin 
mənĢəyi də Altay və Monqolustan 
çölləri  ilə  bağlanır.  Halbuki  rəng 
bildirən  sözlərdəki  cəhət  anlamı 
bu fikri tamam inkar edir. Belə ki, 
harada  olmasından  asılı  olmaya-
raq,  hər  bir  türk  dayandığı  yerə 
sarı, quzeyə
 
qara,
 
güneyə
 
qırmızı
 
(qızıl),  batıya  ağ,  doğuya  isə  göy 
 
boyanın  simvolu  kimi  baxacaq. 
                                                 
69
  Кононов, 1974, 73-74.  
70
  Убрятова, 1966, 61. 
71
  Gabain, 1962, 115; Кононов, 1978, 160. 


 
33 
Türk  rəng-cəhət  sistemi  boyaların  «dilində»  verilən  bu  sxemdə  belə 
görünür: 
 
Əgər bu sistemi xəritə üzərində axtarmaq istəsək, ən münasib üsul 
kimi göl və dənizlərə verilən adlara baxmaq lazım gələcək. Bütöv Avra-
siya məkanında isə belə bir yer yalnız Ġkiçayarasının quzeyindədir: 
Göründüyü  kimi,  bu  sxemdə  quzey  (qara
Qara dənizin adı, batı () Ağ dənizin adı, güney 
(qırmızı) iki Qırmızı dəniz və körfəzin adı, doğu 
(göy) Göycə  və  Göy-göl  (Urmu  gölü),  həmçinin 
Göycə dəniz (Xəzər) adı ilə uyğun gəlir. Aydın-
lıq olsun deyə, qədim mənbələrdə doğu sularının 
göy, güney sularının isə qırmızı adlandığını xatır-
layaq.  Belə  ki,  Aralıq  dənizindən  (Ağ  dənizdən) 
aĢağıda  Nil  çayının  doğusundakı  Qırmızı  dəniz 
kimi,  qədimdə  Fars  körfəzinin  də  Qırmızı  dəniz  adlanması  bəllidir.
72
 
 
Göycə gölü kimi,  Urmu gölünün adı da keçmiĢdə Göy-göl idi.
73
  Xəzər 
dənizinin isə 70-dən artıq adı vardı, bunlardan biri də xalq deyimi kimi 
«Göy  Xəzər»
 
olmuĢdur.
 
Görkəmli  tədqiqatçı  B.Ögəl  bu  barədə  yazır: 
«Dədə  Qorqud  kitabının  çərçivəsi  içində  bu  dənizin  harada  olduğunu 
dəqiq  söyləmək  çətindir.  Əslində,  bu  Gökçə  dəniz  Xəzər  dənizidir».
74
 
Hər halda,
 
güney rusların folkloru da da Xəzər dənizinin adını Göy-dəniz 
kimi verir. QarĢımızdakı bu xəritə-sxemdə böyük dəniz və göl  adlarında 
görünən qədim türklərin boya-cəhət sistemi çox aydın göz qabağındadır:   
Rənglərin  verdiyi  informasiyaya  görə,  «prototürkün»  durduğu  yer 
(xəritədəki
 
dairə)  dünyada  ilk  əkinçilik  mərkəzi  olmuĢdur.  Dəclə  hövzə-
sində dalbadal yaranmıĢ Xasun, Xalaf kulturu, Ubeyd kulturunun quzey 
variantı burada yaranıb, yaxın bölgələrə yayılmıĢdır. Dünyada ilk təkərli 
araba da erkən tunc çağında burada icad olunmuĢdur.
 
Arxeoloqların üzə 
çıxardığı qədim bəlgələr göstərir ki, daĢ dövrünün sonundan tunc dövrü-
nün sonunacan burada maddi-mədəni iz buraxan xalq dəyiĢməmiĢ və adı 
                                                 
72
 Herodot, IV. 39;  Strabon, XI. 13. 9; XI. 14.7. 
73
 Urmu  gölünün adını Strabon λίμνη καποϋτα (kapauta) Ģəklində verir və  «tünd göy»  
(κσάνη) mənası olduğunu bildirir (Strabon, XI. 14. 8); Plini də bu gölü Capotes (Kapot) 
kimi qeyd edir (OĠƏ, 1979, 235); Hay qaynaqları da bu adı «göy» (kaput) Ģəklində verir. 
74
 Ögel, IV. 1984,  466; Yaqut Həməvi Xəzərin farsca «Göy dəniz» (Əfkud dəryav) ad-
landığını qeyd edir (Əliyeva, 1999, 145). 


 
34 
4-5 minil öncə 
subar
 kimi sumer-akad yazılarına düĢmüĢ, ərazi də Subar 
ölkəsi adlanmıĢdır. Eneolit dövründən sonra m.ö. IV minillikdə isə bura-
dan doğu ölkələrə böyük miqrasiyalar baĢlanır. Verilən xəritə-sxemlərdən 
göründüyü kimi, rənglərin semantikası türk etnosunun Atayurdunu qədim 
sivilizasiyasının yarandığı bölgədə - Ġkiçayarasının quzeyində yerləĢdirir. 
Yazının  ilk  meydana  gəldiyi  çağlarda  adı  yazlı  qaynaqlara  düĢən 
subar  boylarının  yaĢadığı  bu  ərazilərinin  qədim  tarixi  yetərincə 
öyrənilməmiĢdir.  Bu  yaxınlarda  alman  arxeoloqu  Klaus  ġmitdin 
baĢladığı qazıntı ilə üzə çıxan Göbəklitəpə kompleksinin on iki
 
minil öncə 
qurulmuĢ  məbəd  olması  aydınlaĢ-
mıĢdır. Burada ucalığı 3-6 metr olan T 
formalı dikilidaĢların hər birinin 40-50 
ton  ağırlığı  var.  Bu  mengirlərin  üzə-
rində qabartma üsulunda aslan, qaban, 
tülkü, ilan, ördək, buğa, durna fiqurları 
verilmiĢdir: 
 
Dünyada hələlik ən qədim tapı-
naq  olan  ġanlı-Urfa  yaxınlığındakı 
Göbəklitəpədə  1995-dən  baĢlanan 
qazıntıların  davam  etdiyini  nəzərə  al-
saq,  bu  tapınağın  yaĢı  haqqında 
dəqiqləĢmənin 
hələ 
tamamlanmadığını  düĢünmək  olar. 
Lakin  uzmanlar  Ġkiçayarasının  bu  quzey-batısında  torpaq  altından  üzə 
çıxardıqları  Göbəklitəpə  tapınağını  məĢhur  Stounhenc  abidəsindən  də  7 
minil öncə qurulduğunu yazırlar. 
Türklərin boya-cəhət sözlərinin rus onomastikasında əks olunması 
uzmanların diqqətini çəkmiĢ, onlar belaya (ağ), çyernaya (qara) və çer-
vonnaya  (qırmızı)  sözlərində  türk  dilinə  uyğun  cəhət  çaları  yaranmasını 
türk dilinin təsiri ilə izah etmiĢlər.
 
Maraqlıdır
 
ki, hələ m.ö. II əsrdə Çin ta-
rixçisi  Sıma  Tsyan  hun-çin  savaĢında  Metenin  (Bahadırın)  süvari  qoĢunu 
haqqında yazır ki, batıda ağ atlılar, doğuda mavi (boz) atlılar, quzeydə 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin