Disklərin yoxlanması. Disklərin sektorlara bölünməsi


Elektron cədvəl (Excel) haqqında anlayış. Excel-in əsas funksiyaları



Yüklə 93,23 Kb.
səhifə15/20
tarix24.01.2023
ölçüsü93,23 Kb.
#80552
1   ...   12   13   14   15   16   17   18   19   20
Konspektlər

Elektron cədvəl (Excel) haqqında anlayış. Excel-in əsas funksiyaları
Elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların aparılmasında çox geniş istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Cədvəl prosessoru ən mürəkkəb strukturlu istənilən cədvəli hazırlamağa imkan verir. Bu paketlərdən ən geniş yayılanı və istifadə olunanı Lotus 1-2-3, Quatro-Pro, SuperCalc və Microsoft Office paketinə daxil edilmiş Microsoft Excel proqramıdır.
İlk elektron cədvəl "Visicalc" adı ilə 17 Oktyabr 1979-cu ildə yaradılması Daniel Briklinin adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Visicalc-ın yaradılmasında çoxlu əmək sərf edən Robert Frenkstona tərəfindən olsa da, proyektin ideyası Daniel Briklinə məxsus idi.
O zaman yaddaşın həcmi 16 kb idi.
80-ci illərdə elektron cədvəl proqramları faktiki olaraq proqram təminatı kateqoriyasının liderinə çevrilmişdi. Artıq 1986-cı ilin payızında elektron cədvəlin 7 milyondan çoxu istifadəçilərin əlində idi. Visicalc-ın əvəzinə yeni elektron prosessor olan "Lotus 1-2-3” Mitçe Keypor tərəfindən işlənildi.
1987-ci ildə Briklin Trellix adlanan birinci kompaniyasını təşkil etdi və növbəti il özünün birinci məhsulu olan Trellix 1.0 –nı buraxdı. Bu məhsul interaktiv sənədlərin tərtibini təşkil etmək üçün nəzərdə tutulmuşdu.
1987-ci ilin sonunda Windows üçün original versiya "Excel 2” meydana gəldi. Macintosh üçün birinci versiyanın hazırlanmasına qədər bu versiya "Excel 2” adını daşıdı. O vaxtlar Windows hələ geniş yayılmamışdı. Ona görə də excel operativ Windows əməliyyat sistemi versiyasını müşayiət etdi.
daha mükəmməl alətləri və görüntüsü ilə diqqəti cəlb edirdi. "Excel 3”-də alətlər paneli, rəsm çəkmək imkanları, işçi kitabın strukturu, sazlamalar, üçölçülü diaqramlar, sənədlərin birgə redaktə edilməsi funksiyaları və digər çoxlu funksiyaları özündə cəmləşdirirdi.
1992-nin yazında "Excel 4” işıq üzü gördü. Bu versiyanın meydana çıxması "Windows”un məşhurluğunun artmasına əhəmiyyətli dərəcədə təsir göstərdi. Bu versiya istifadə imkanları və rahatlıq baxımından daha sadə və əlverişli idi.
1994-də "Excel 5" bazara çıxarıldı. Bu versiya kəmiyyətcə daha çox geniş imkanlara malik idi. Çoxsəhifəli işçi kitab və yeni makrodil Visual Basic for Application (VBA) artıq bu versiyada mövcud idi. Digər əvvəlki versiyalar kimi bu versiya da geniş kütlənin rəğbətini qazanmışdı.
Microsoft Excel və Microsoft Word proqramları çoxsaylı oxşar cəhətlərə malikdirlər. Bir çox əsas əməliyyatların yerinə yetirilməsi (sənədləri yaradılması, açılması, bağlanması, qrafik obyektlərlə iş və s.) oxşar, bəzi hallarda eyni qaydalarla həyata keçirilir. Bu, hər iki proqramın MS Office paketinə daxil olması ilə izah oluna bilər.
Microsoft Excel 2010 elektron cədvəl prosessoru müxtəlif funksiyalardan (mətni, məntiqi, riyazi, maliyyə, statisik və s.) istifadə edərək hesabatların hazırlanmasını, məlumatlara uyğun müxtəlif formalı diaqramların qurulmasını, verilənlərin nizamlanmasını, verilənlərə süzgəcləri (filtirlərin) tətbiq edilməsini, forma və hesabat cədvəllərinin tərtibini, verilənlərin siyahılar şəklində (verilənlər bazası) tərtibatını, verilənlərin konsolidasiyasını (bir neçə cədvəlin verilənlərinin bir cədvəldə birləşməsini), düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını, verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsinin mühafizəsini, bir və ya bir neçə xananın (cell/ячейка), cədvəlin özünün və ya iş kitabının mühafizəsini həyata keçirən prosesləri həyata keçirir.
Excel 2010 cədvəl prosessoru göstərilənlərdən başqa, mətn prosessorunun ümumi funksional imkanlarına da malikdir. Bunlar makroslardan istifadə. diaqramların quraşdırılması, avtomatik əvəzetmə və orfoqrafiyanın yoxlanılması, üslub və şablonlardan istifadə, verilənlərin avtomatik formatlaşdırılması, digər tətbiqi proqramlarla verilənlərin mübadiləsi və s. xidmət imkanlarından ibarətdir.
Excel 2010 proqramının sənədi Book (Книга/Kitab) və ya Workbook (Рабочая книга/İş dəftəri) adlanır.

Yüklə 93,23 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin