Disklərin yoxlanması. Disklərin sektorlara bölünməsi



Yüklə 93,23 Kb.
səhifə10/20
tarix24.01.2023
ölçüsü93,23 Kb.
#80552
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
Konspektlər

Problemyönlü tətbiqi proqramlar paketi hər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) məsələlərin həlli üçün istifadə edilir.
Texnologiyayönümlü tətbiqi proqramlar paketi informasiyaların işlənməsi texnologiyası və məlumatların icrası üçün nəzərdə tutulur. Tətbiqi proqramlar paketlərini əməliyyatyönümlü və problemyönümlü paketlər kimi də fərqləndirmək mümkündür.
Əməliyyatyönümlü paketlər də öz növbəsində iki yerə bölünür:

  • məlumatların işlənməsini təmin edən paketlər;

  • məlumatların məntiqi-riyazi işlənməsini təmin edən paketlər.

Tətbiqi proqramlar: ixtisaslaşmışinteqrasiyaolunmuş proqram paketlərinə bölünürlər.
İxtisaslaşmış tətbiqi proqramlar paketi ayrıca sahə və ya ayrıca götürülmüş məsələnin həlli üçün təyin olunmuş və istifadə edilən proqram paketidir.
İnteqrasiyaolunmuş proqram paketləri ümumi təyinatlı tətbiqi proqramlar paketi funksiyalarına görə fərqləndirən, müxtəlif proqram paketlərini özündə birləşdirən tətbiqi proqramlar paketidir. Müasir inteqrasiya olunmuş tətbiqi proqramlar paketi tərkibinə mətn redaktorları, elektron cədvəllər, qrafiki redaktorlar, informasiya bazalarını idarəetmə sistemləri və kommunikasiya sistemləri daxildir. Buraya digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya edilməsi istifadəçi imkanlarını genişləndirir. 
Tətbiqi proqramlar hər hansı sahədə tətbiq olunan, rahat interfeysə malik olan, dialoq rejimində işləyən hazır proqram məhsuludur. Tətbiqi proqramların növləri:

  1. Mətn redaktorları: MsWord, WordPad, Notepad və s.

  2. Elektron cədvəlləri: Sheet, Super Calc, Ms Excel, Lotus və s.

  3. Qrafik proqramlar: Paint, Power Point, Corel Draw, Photo Shop 3Dstidio MAX və s.

  4. Nəşriyyat işləri

  5. Verilənlər bazasını idarə edən sistemlər: MySQL, Ms Access və s.

  6. Prezentasiyaların təqdimatlar) yaradılması üçün Power Point

  7. Mühasibat işləri

  8. SAPR (layihələşdirilmənin avtomatlaşdırılması) Auto Cad

  9. Statistik analiz üçün istifadə olunan proqramlar

  10. PC oyunları, öyrədici proqramlar, şəkil və animasiya

  11. Şəbəkələri idarə etmək üçün istifadə olunan proqramlar




Yüklə 93,23 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin