Ġdeya və layihə müəllifi


bulaq, Qarayataq, Ġlbənd, DaĢ körpü, Motal qaya, Sarı yurd



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

bulaq, Qarayataq, Ġlbənd, DaĢ körpü, Motal qaya, Sarı yurd və s. 

200 
 
Kiçik  dağ  kəndidir.  Statistik  məlumatlara  görə,  kənddə  1886-cı  ildə  202 
nəfər  azərbaycanlı  yaĢamıĢdır.  1918-ci  ildə  Andronikin  daĢnak  ordusu  kəndi 
dağıtmıĢ, əhalini qırmıĢ, sağ qalanlar dağlarla Ordubada qaçmıĢlar. Həmin dövrdə 
Acıbac kəndinin XVII əsrə aid müsəlman-türk memarlıq üslubunda tikilmiĢ Tağlı 
məscidi  yandırılıb,  dağıdılmıĢdır.  1922-ci  ildən  sonra  qaçqın  əhali  yenidən  öz 
doğma kəndinə qayıtmıĢ, təsərrüfatı bərpa etmiĢdir. 1931-ci ildə Acıbac kəndində 
kolxoz  qurulmuĢ,  lakin  kolxoz  bir  neçə  dəfə  qonĢu  Pəyhan  kolxozuna 
birləĢdirilmiĢ  və  nəhayət,  1965-ci  ildə  Gığı  sovxozunun  tərkibinə  qatılmıĢdır. 
Acıbac kəndində ilk ibtidai məktəb 1930-cu ildə yaradılmıĢdır. 1937-39-cu illərdə 
kənddən  ona  yaxın  adam  heç  bir  günahı  olmadan  represiyaya  məruz  qalmıĢdır. 
Acıbac kəndindən 38 nəfər birinci dünya müharibəsində iĢtirak etmiĢ, onlardan 17 
nəfəri  geriyə  qayıtmamıĢdır.  Acıbac  kəndində  7  tayfa  olmuĢdur:  Qəmbərli, 
Nurhələmli, Sarılı, Haxnazarlı, Qarallı, Hüseynli, Nəsirli (97, 119). 
1988-ci  ildən  kənddə  8  illik  məktəb  fəaliyyət  göstərirdi,  klub,  kitabxana, 
tibb məntəqəsi var idi. 
1988-ci  ilin  4  dekabrında  rayon  rəhbərliyinin  təĢkilatçılığı  ilə  erməni 
separatçıları  Acıbac  kəndinin  əhalisini  kənddən  zorla  qovub  çıxartdılar.  Hal 
hazırda  kəndin  əhalisi  AbĢeron  rayonunda,  Bakı  və  Sumqayıt  Ģəhərlərində 
məskunlaĢmıĢlar. 
Azərbaycanın  bütövlüyü  uğrunda  Ģəhid  olmuĢ  Qəmbərov  Fehruz 
Qürbət oğlu Acıbac kəndinin övladıdır (48, 23). 
 
Baharlı kəndi 
 
(məqalə S.Qarayevin "Qazangöl həsrəti" kitabı əsasında hazırlanmışdır) 
 
Qafan  rayonunun  Gığı  dərəsi  bölgəsində  yerləĢən  azərbaycanlı  kəndi  idi. 
Qafan  Ģəhərindən  17-18  km  Ģimal-qərbdə,  Gığı  çayının  sol  sahilində,  dağın 
döĢündə yerləĢir. Kəndin bir tərəfi sıx meĢəlik, bir tərəfi isə qayalıq və kolluqdur. 
Kəndin bağları və ətrafı çoxlu sayda iri cəviz ağacları ilə zəngindir. 
Baharlı  kəndinin  adı  Qaraqoyunluların  Baharlı  tayfasının  adı  ilə 
əlaqədardır. XVII əsrə aid sənədlərdə kəndin adına rast gəlinir. M.Baharlı (83, 49) 
baharlıların  XVIII  əsrin  ortalarında  cənubi  Azərbaycandan  köçüb,  ġuĢa  və 
Zəngəzur qəzalarında kənd salmasını göstərsə də, qaraqoyunluların bu yerlərdə XV 
əsrlərdə hakim olduqlarını nəzərə alaraq Baharlı kəndinin daha qədim tarixə malik 
olduğunu  söyləyə  bilərik. Kəndin toponimlərinin açılıĢı da, qədim tarixdən  xəbər 
verir:  Çola,  Vana,  Dəvə  boynu,  Pirkətən,  Ərkətən,  Göy  gədik,  Məlik  kahası, 
Novruz yurd və s. 
Baharlı kəndində 1835-ci ildə 62 nəfər, 1897-ci ildə 74 nəfər, 1926-cı ildə 
113 nəfər, 1983-cü ildə  isə 428 nəfər azərbaycanlı  yaĢamıĢdır. 1918-20-ci  illərdə 
erməni  daĢnakları  Baharlı  kəndini  dağıtmıĢ,  baĢdan-baĢa  yandırmıĢ,  əhalinin  bir 

201 
 
hissəsini  qırmıĢ,  qalanlar  isə  qıĢın  ortasında  qarlı  dağ  aĢırımlarını  keçərək, 
Ordubada  və  Zəngilana  qaçmıĢlar.  1922-ci  ildən  sonra  bir  neçə  ailə  Baharlıya 
qayıdıb gəlib, yenidən məskunlaĢmıĢdır. Gığı dərəsi bölgəsində ilk kolxoz 1931-ci 
ildə Baharlı kəndində təĢkil edilmiĢdir. Baharlı kəndində ilk ibtidai  məktəb 30-cu 
illərin sonlarında açılmıĢdır. 
Birinci Dünya Müharibəsində Baharlı kəndindən 16 nəfər həlak olmuĢdur. 
Baharlı  kolxozu  1965-ci  ildə  Gığı  sovxozuna  birləĢdirildi.  Kənd  özü  isə 
1983-cü  ildə  qonĢu  Zeyvə  kəndinə  köçürüldü.  Kəndin  yerində  Gecalan  mis-
molibden  kombinatını  iĢlətmək  üçün  su  anbarı  tikildi.  Həmin  dövrdən  baĢlayaraq 
Baharlı  kəndinin  camaatının  böyük  bir  hissəsi  Azərbaycana  köçüb  gəldi  və 
AbĢeron rayonunda məskunlaĢdı. 
1988-ci  ildə  Baharlı  kəndində  8  illik  məktəb,  klub,  kitabxana  fəaliyyət 
göstərirdi.  Həmin  ilin  3  dekabrında  Zeyvə  qəsəbəsinin  digər  sakinləri  ilə  yanaĢı 
Baharlı camaatı da öz yurd-yuvalarından didərgin salındılar. 
Baharlı  kəndinin  3  igid  övladı  -  Ġsmayılov  Ġsmayıl  QaraĢ  oğlu, 
Həsənquluyev  Akif  Əmrah  oğlu,  Allahverdiyev  Nazim  Karlen  oğlu  Qarabağ 
müharibəsində Ģəhid olmuĢlar (48, 28). 
 
Çobanlı kəndi 
 
Qafan  rayon  mərkəzindən  15  km  Ģimal-Ģərqdə  Oxçu  çayının  sol  sahilində 
yerləĢir.  Hər  tərəfi  dağlıq  və  meĢəlikdir.  Kəndin  adı  çox  güman  ki,  türkdilli 
Çapanlı tayfasının adı ilə bağlıdır. "Urud və Ġskəndər qalası livalarının müfəssəl 
dəftəri"ndə kəndin adı Çobanbağı kəndi kimi göstərilir. 1831-ci ildə kənddə 16 
nəfər, 1873-cü ildə 195 nəfər, 1897-ci ildə 152 nəfər əhali yaĢamıĢdır. 1918-ci ildə 
Çobanlı  kəndi  dağıdılmıĢ,  əhali  isə  son  nəfərinə  kimi  kənddən  qovulub, 
çıxarılmıĢdır. Sovet hökuməti qurulduqdan sonra Çobanlı camaatının az bir hissəsi 
yenidən  kəndə  qayıtmıĢ,  dağılmıĢ  təsərrüfatı  bərpa  etmiĢ,  kolxoz  qurmuĢ,  8  illik 
məktəb tikmiĢdir. 30-cu illərdə kənddə Oxdar kəndi ilə birlikdə kolxoz qurulmuĢ, 
50-ci  illərdə  isə  bölgənin  digər  azərbaycanlı  kəndləri  kimi  (7  kənd)  Çobanlı 
kəndinin  kolxozu  da  "NoraĢenik"  erməni  sovxozuna  birləĢdirilmiĢdir.  Kəndin 
məktəbi  olmamıĢdır.  Kənd  uĢaqları  qonĢu  Oxdar  kəndindəki  məktəbdə  təhsil 
almıĢlar. 1988-ci ildə kənddə 18 ev var idi, 100-ə yaxın əhali yaĢayırdı. 
Toponimləri:  göl yaylağı, Pir bulağı, Oxdar çayı, Çobanlı dərəsi, Qoz 
dibi və s. 
Dovrus kəndi 
 
Bölgənin  ən  qədim  kəndlərindən  biridir.  Qafan  rayon  mərkəzindən  15  km 
Ģimal-Ģərqdə, Oxdar kəndinin yaxınlığında, hər tərəfdən meĢələr və dağlarla əhatə 
olunmuĢ  mənzərəli  bir  yerdə  yerləĢir.  Dovrus  kəndi  qədim  Ecanan  mahalının  ən 
böyük  yaĢayıĢ  məntəqələrindən  biridir.  "Urud  və  Ġskəndər  qalası  livalarının 

202 
 
müfəssəl dəftəri"ndə kəndin adı "Davris" Ģəklində çəkilir. Dovrus kəndində IX 
əsrə  aid  qədim  alban  kilsəsinin  qalıqları  və  digər  yazılı  daĢ  abidələr  bu  kəndin 
qədim  yaĢayıĢ  məntəqələrindən  olduğunu  göstərən  tutarlı  dəlillər  idi.  Kənddə 
1831-ci  ildə  61  nəfər,  1873-cü  ildə  74  nəfər,  1886-cı  ildə  184  nəfər,  1897-ci  ildə 
303 nəfər əhali yaĢamıĢdır. 1918-ci ildə bölgənin digər azərbaycanlı kəndləri kimi 
Dovrus  kəndi  də  ermənilər  tərəfindən  dağıdılmıĢ,  kənd  camaatı  Zəngilan  və 
Qubadlı  rayonlarına  qaçmıĢlar.  Kənddə  8  illik  məktəb,  klub,  kitabxana,  tibb 
məntəqəsi  var  idi.  1988-ci  ilin  noyabr  ayında  Dovrus  camaatı  deportasiya 
olunmuĢlar.  Qarabağ uğrunda gedən döyüĢlərdə Ģəhid olmuĢ Səfərov Səfəralı 
Allahverdi  oğlu  və  Qəhrəmanov  Camal  CümĢüd  oğlu  Dovrus  kəndinin 
övladlarıdır. 
 
Gığı kəndi 
 
Qafan  rayonunun  ən  böyük  azərbaycanlı  kəndidir.  Rayon  mərkəzindən  35 
km  Ģimal-qərbdə  Gığı  çayının  sol  sahilində,  Qarlı  dərə  çayının  sağ  yanında 
Çaykənd  və  Pürülü  kəndlərinin  arasında  yerləĢir.  Çox  qədim  kənddir.  Kənddə 
həmiĢə  azərbaycanlılar  yaĢamıĢlar.  Gığı  kəndində  çoxlu  qədim  tarixi  abidələr, 
yaxud  onların  qalıqları  var  idi.  Bu  abidələrdən  ən  əhəmiyyətlisi  kimi  X  əsrə  aid 
Gığı  qalası  və  orta  əsr  müsəlman  memarlığının  nümunəsi  olan  Gığı  məscidinin 
qalıqlarını göstərmək olar. 
XVI  əsrin  sonlarında  Osmanlı  imperatorluğu  tərəfindən  tərtib  olunmuĢ 
"Urut və Ġskəndər qalası livasının Sicil dəftəri"ndə Gığı kəndi nahiyə mərkəzi 
kimi göstərilir. Gığı nahiyəsinə 12 kənd aid edilir. XX əsrin əvvəllərində mövcud 
olan inzibati bölgüyə görə Gığı dərəsi yarım rayonuna 21 kənd daxil idi. 
Gığı  kəndi  meĢə  və  yaylaqlarla  əhatə  olunmuĢ  bolsulu,  gur  bulaqları  olan 
yaĢıllıqlar  qoynunda  yerləĢmiĢ,  saf  havalı  dağ  kəndi  idi.  Kəndin  əhalisi  tarixən 
əkinçilik və maldarlıqla məĢğul olmuĢdur. Gığı kəndinin yaxınlığındakı Pirhəmzə 
və Dərməzür dağları bütün ətraf kəndlərin yaylaq yerləri idi. 
Gığı  kəndinin  toponimləri:  Arpalıq,  ġıppırlı,  Quru  dərə,  Demilər, 
ġəhərcik  yurdu,  Pirhəmzə,  Yeməzli  yurdu,  Qırmızılıq,  Qaraöyül,  Qarağatlı, 
Həyərək,  Qırmızı  daĢ,  Təkə  daĢ,  Yanıq  çiməni,  Nəsir  kahası,  Dərməzür, 
Qalacıq,  Qara  su,  VəliĢ  dəyirmanı,  Məmmədin  dəyirmanı,  Ardıclı  güney, 
Boymadərən dərəsi, Güllü kaha, Ağ daĢ, Boz ağıl, Dik daĢ, Qara çanqıl, Əbə 
dərə, Əlmərdan dağı və s (97, 305). 
Statistik  məlumata  görə,  kənddə  1831-ci  ildə  131  nəfər,  1897-ci  ildə  213 
nəfər, 1931-ci ildə isə 396 nəfər yaĢamıĢdır. 
Gığı kəndi 1905 və 1918-ci ildə ermənilərin hücumu zamanı qəhrəmanlıqla 
müdafiə  olunmuĢ,  eləcə  də  ətraf  azərbaycanlı  kəndləri  üçün  sığınacaq  olmuĢdur. 
DaĢnak  Andronik  və  Nijdenin  quldur  dəstələri  Gığı  camaatına  qarĢı  görünməmiĢ 
vəhĢiliklər  törətmiĢ,  bir  çox  evləri  və  kənd  məscidini  yandırmıĢ,  çoxlu  sayda 

203 
 
köməksiz  insanları  qətlə  yetirmiĢlər.  Sağ  qalanlar  isə  Naxçıvana  və  Zəngilana 
qaçmıĢlar. 
1922-ci  ildə  gığılılar  yenidən  öz  doğma  kəndlərinə  qayıtmıĢ,  evlərini  və 
təssərüfatlarını bərpa etmiĢlər. 1931-ci ildə Gığı kolxozu yaradılmıĢ, bu kolxoza bir 
neçə  ətraf  kəndin  də  kolxozu  birləĢmiĢdir.  1965-ci  ildə  Gığı  dərəsi  bölgəsində 
yerləĢən 12 kəndin təsərrüfatı Gığı sovxozunda birləĢdirilmiĢdir. 
1931-ci ildə Gığıda 8 illik məktəb, 1940-cı ildə isə bölgədə ilk orta məktəb 
açılmıĢdır. Gığıda poçt-rabitə Ģöbəsi, klub, kitabxana, xəstəxana var idi. Gığı kəndi 
ziyalı, savadlı adamları ilə bölgədə tanınmıĢ kəndlərdən biridir. 
Böyük Vətən Müharibəsində 100-ə yaxın gığılı iĢtirak etmiĢdir ki, onlardan 
48-i geriyə qayıtmamıĢdır. 
1988-ci  ilin  dekabrında  Qafan  rayonunun  digər  azərbaycanlı  kəndləri  kimi 
Gığı  kəndinin  sakinləri  də  öz  yurd  yuvalarından  zorla  qovulub,  çıxarıldılar.  Gığı 
camaatı Bakıda, Sumqayıtda və AbĢeron rayonunun kəndlərində məskunlaĢdılar. 
Qarabağ  uğrunda  gedən  döyüĢlərdə  Gığı  kəndindən  onlarla  gənc 
iĢtirak etmiĢ, Məmmədov Namiq Ənvər oğlu, Aslanov Elnur Ġsbi oğlu, Talıbov 
Nəgah Mirbaba oğlu, Piriyev Gülbala Bəhlul oğlu, Novruzov Allahverdi ġikar 
oğlu,  Vəliyev  Mail  Famil  oğlu,  Ağaməmmədov  Əhliqar  Səfəralı  oğlu  isə 
torpaqlarımızın  bütövlüyü  uğrunda  mübarizədə  qəhrəmanlıqla  Ģəhid 
olmuĢlar (48, 11). 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Xeyrulla Hümbətova təĢəkkürümüzü bildiririk - müəll.). 
  
Gomaran kəndi 
 
Qafan  Ģəhərindən  3  km  cənub-Ģərqdə  Oxçu  çayının  sağ  sahilində  Güdgüm 
(GeğanuĢ)  kəndinin  yaxınlığında  yerləĢirdi.  Kəndin  adının  Gomaran  dağının 
adından götürüldüyü güman edilir. Statistik məlumatlara görə, kəndin 1897-ci ildə 
158  nəfər,  1926-cı  ildə  52  nəfər,  1959-cu  ildə  97  nəfər,  1979-cu  ildə  163  nəfər, 
1988-ci ildə 200 nəfər əhalisi olmuĢdur. 1918-20-ci illərdə kəndin əhalisi ermənilər 
tərəfindən  Zəngilana  qovulmuĢ,  kənd  yandırılıb,  dağıdılmıĢdır.  1920-ci  ildə 
camaatın bir hissəsi kəndə qayıdaraq, təsərrüfatı bərpa etmiĢdir. Gomaran kəndində 
1936-cı  ildə  kolxoz  yaradılmıĢ,  1959-cu  ildə  isə  erməni  kəndi  olan  GeğanuĢ 
kolxozu ilə birləĢdirilmiĢdir. 
Gomaran  kəndindən  Böyük  Vətən  Müharibəsində  21  nəfər  iĢtirak  etmiĢ, 
onlardan 8-i geri qayıtmamıĢdır. 
Kəndin  toponimləri:  Oxçu  çayı,  Hüseynalı  dərəsi,  Səhəng  çuxuru, 
Dağdağan yalı, Arpalıq, Horlu yurd, Xüstub dağı və s. 
1988-ci ildə kənddə 40 ev var idi. Həmin ilin noyabrında kənd camaatı zorla 
deportasiya olunaraq, ata-baba yurdlarından salınmıĢdır. 

204 
 
Qarabağ  Ģəhidi  Məmmədov  Pənah  Məmməd  oğlu  Gomaran  kəndində 
doğulmuĢdur. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Dünyamalı Dünyamalıyevə təĢəkkürümüzü bildiririk - müəll.). 
 
Həçəti kəndi 
 
Qafan  rayonunun  ən  uca  dağ  kəndlərindən  biridir.  Gığı  çayının  sağ 
sahilində,  rayon  mərkəzindən  28  km  Ģimal-qərbdə,  dəniz  səviyyəsindən  2200  m. 
hündürlükdə, kollu-meĢəli dağ döĢündə yerləĢir. 
Həçəti  kəndinin  toponimləri:  Vana  bulağı,  Sarı  çeĢmə,  Vana  yurdu, 
Mədət yurdu, Arpalıq dərəsi, Çiçəkli dərə, Söyüdlük və s. 
Kənd  XX  əsrdə  4  dəfə  dağılmıĢ  və  bərpa  olunmuĢdur.  1905-ci  ildə  baĢ 
vermiĢ erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox azərbaycanlı kəndləri 
kimi Həçəti kəndinə də xeyli ziyan dəymiĢdir. 1918-ci ildə daĢnak silahlıları Həçəti 
kəndini dağıtmıĢ, kənd əhalisi dağları aĢaraq Naxçıvana pənah aparmıĢlar. 1919-cu 
ildən kəndə qayıdan Həçəti camaatı həmin ilin payızında erməni hərbi qüvvələrinin 
kəndə yenidən basqını nəticəsində təkrarən öz yurd-yuvalarından didərgin düĢmüĢ, 
bu dəfə Zəngilan rayonuna sığınmıĢlar. 
Sovet  hökuməti  qurulduqdan  sonra,  Həçəti  camaatının  yalnız  kiçik  bir 
hissəsi  yenidən  geriyə  qayıdaraq,  kəndlərini  bərpa  etmiĢlər.  Ermənilər  Sovet 
hökuməti  illərində  də,  Həçəti  camaatını  rahat  qoymamıĢ,  1939-cu  ildə  əhalini 
Gığıya köçürmüĢ, kəndi isə söküb-dağıtmıĢlar. Həçətililər 1946-cı ildə yenidən öz 
kəndlərini bərpa etmiĢ və 1988-ci ilə qədər doğma torpaqlarında yaĢamıĢlar. Həçəti 
kəndində 1931-ci ildə kolxoz qurulmuĢ, həmin kolxoz 1965-ci ildə bölgənin digər 
azərbaycanlı  kəndlərinin  təsərrüfatları  kimi,  Gığı  sovxozunun  tərkibinə  daxil 
edilmiĢdir. 
1988-ci ildə kənddə 30 ev, 160 nəfər əhali  var idi. Həçəti  kəndində ibtidai 
məktəb,  kitabxana,  klub,  mağaza  və  s.  ictimai  binalar  tikilmiĢdir.  1988-ci  ilin 
payızında  bölgənin  digər  azərbaycanlı  kəndləri  kimi  Həçəti  kəndi  də,  ermənilər 
tərəfindən  vəhĢicəsinə  boĢaldıldı,  kənd  camaatı  Bakı,  Sumqayıt  Ģəhərlərinə, 
AbĢeron rayonuna pənah gətirdilər. 
Azərbaycanın  azadlığı  və  müstəqilliyi  uğrunda  mübarizə  apararaq 
1990-cı  ilin  20  yanvar  gecəsində  Ģəhidlik  zirvəsinə  yüksəlmiĢ  Məmmədov 
Ġbrahim Behbud oğlu Həçəti kəndinin yetirməsidir. 
 
Hünüt kəndi 
 
Qafan  rayon  mərkəzindən  15  km  Ģimal-Ģərqdə,  Ecanan  çayının  sağ 
sahilində,  dağlıq,  meĢəlik  bir  ərazidə  yerləĢmiĢdir.  Kəndin  adının  mənası  "hun" 
qədim türk tayfaları olan hunlarla bağlıdır. Kənddə 1988-ci ildə 20-25 ev, 120-yə 

205 
 
yaxın  əhali  var  idi.  Sovet  hökumətinin  mövcud  olduğu  70  il  ərzində  Hünüt 
kəndində  məktəb  tikilməmiĢdir.  30-cu  illərdə  kolxoz  qurulsa  da,  sonradan 
kolxozun  təsərrüfatı  "Sünik"  erməni  sovxozuna  verilmiĢdir.  1988-ci  ilin 
noyabrında  Hünüt  kəndinin  camaatı  ermənilər  tərəfindən  zorla  deportasiya 
olunmuĢdur. 
Qarabağ  uğrunda  gedən  döyüĢlərdə  qəhrəmanlıqla  Ģəhid  olmuĢ 
Sultanov Lətif Tapdıq oğlu Hünüt kəndinin övladıdır. 
 
Xələc kəndi 
 
Qafan  rayon  mərkəzindən  4-5  km  Ģimalda  Xələc  (Ecanan)  çayının  sol 
sahilində  təpəlik  üzərində  yerləĢmiĢdir.  Bir  vaxtlar  Ecanan  bölgəsinin  ən  böyük 
kəndi olmuĢ, mahalda "100 evli Xələc" kimi tanınmıĢdır. Səlcuq oğuzlarının Xələc 
tayfasının  burada  məskunlaĢmasından  sonra  yaranmıĢ  kənddir.  Xələc  kəndində 
1831-ci  ildə  123  nəfər,  1886-cı  ildə  108  nəfər,  1897-ci  ildə  329  nəfər  əhali 
yaĢamıĢdır.  1918-ci  ildə  daĢnaklar  Xələc  kəndini  dağıtmıĢ,  kənd  camaatının  bir 
hissəsi qırılmıĢ, bir hissəsi Bakıya, qalanı isə Qubadlı rayonunun kəndlərinə pənah 
aparmıĢdır.  1922-ci  ildə  kənd  camaatının  kiçik  bir  hissəsi  geriyə  qayıtmıĢ,  kəndi 
bərpa etmiĢ, təsərrüfatı dirçəltmiĢlər. 1939-cu ildə Xələcdə əhalinin sayı 780 nəfərə 
çatmıĢdır. Xələcdə 1931-ci ildən kolxoz qurulmuĢ, 1958-ci ildə Xələc kolxozu ləğv 
edilərək,  kolxozun  əmlakı  qonĢu  erməni  kəndinin  "Sünik"  sovxozuna  verilmiĢdir. 
Böyük Vətən Müharibəsində Xələc kəndindən 42 nəfər iĢtirak etmiĢ, onlardan 35 
nəfəri  geriyə  qayıtmamıĢdır.  Kənddə  8  illik  məktəb,  klub,  kitabxana,  tibb 
məntəqəsi  var  idi.  1988-ci  ildə  Xələc  kəndində  70  ev  var  idi,  450  nəfər 
azərbaycanlı  yaĢayırdı.  1988-ci  ilin  noyabrın  sonlarında  Xələc  camaatı  öz 
yurdlarından  zorla  deportasiya  olundular.  Əhalinin  əmlakı  əlindən  alındı,  evləri 
dəyiĢilməmiĢ qaldı. 
Qarabağ  torpaqlarının  azad  olunması  uğrunda  Ģəhid  olmuĢ  BəĢirov 
Mirzə Musa oğlu, Abbasov Ədalət Umud oğlu Xələc kəndinin övladlarıdır. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
ġıxıyeva Firuzə ġükür qızına təĢəkkürümüzü bildiririk - müəll.). 
 
Kurud kəndi 
 
Qafan  rayon  mərkəzindən  32  km  Ģimal-qərbdə  Kurud  çayının  hər  iki 
sahilində  ÇiriĢ  və  Kirs  çaylarının  arasında,  dəniz  səviyyəsindən  2200  m. 
hündürlükdə yerləĢir. Kurud sözünün mənası "kuh" farsca "dağ" sözündən və Urud 
kəndinin adından götürülmüĢdür. Urud dağı mənasındadır, (46, 309). 
Kurud kəndinin toponimləri: Gülxac, Xırman yalı, KöĢək bulağı, KəfĢən 
baĢı,  Vana,  Tahirin  körpüsü,  Golavar,  Qızıl  ağıl,  Piralata,  AĢırım,  Yanıq 
kaha, Kaha dərəsi və s. 

206 
 
1513-cü  ildə  tərtib  olunmuĢ  "Urud  və  Ġskəndər  qalası  livalarının  müfəssəl 
dəftəri"ndə (35) Kurud kəndi dağıdılmıĢ azərbaycanlı kəndi kimi göstərilmiĢdir. 
Mənbələrdə  göstərildiyinə  görə,  Kurud  kəndində  1897-ci  ildə  145  nəfər, 
1922-ci ildə 172 nəfər, 1931-ci ildə 220 nəfər əhali yaĢamıĢdır (51, 147). 
1918-19-cu  illərdə  Kurud  kəndi  ermənilər  tərəfindən  bir  neçə  dəfə 
dağıdılmıĢ və yandırılmıĢdır. Kənd camaatı Zəngəzur silsiləsini aĢaraq, Ordubad və 
Culfa rayonlarına pənah aparmıĢlar. 
Sovet  hökuməti  qurulduqdan sonra, Kurud  kəndinin camaatının bir hissəsi 
geriyə  qayıtmıĢ,  yenidən  öz  kəndlərini  bərpa  etmiĢlər.  Kurud  kəndində  1930-cu 
ildə  orta  məktəb,  1937-ci  ildə  isə  7  illik  məktəb  açılmıĢdır.  1933-cü  ildə  Kurud 
kəndində  kolxoz  qurulmuĢ,  1939-cu  ildə  qonĢu  Səncəralı  və  ÇiriĢ  kəndlərinin 
təsərrüfatı  da  həmin  kolxoza  birləĢdirilmiĢdir.  1965-ci  ildə  Kurud  kolxozu  Gığı 
sovxozuna daxil edilmiĢ, bundan sonra, kənd camaatının bir hissəsi Naxçıvan MR-
ə  köçərək,  Culfa  rayonunun  ġurud,  Ordubad  rayonunun  Ələhi  və  Bis  kəndlərinə 
köçdülər. 
1988-ci ildə bölgənin digər azərbaycanlı kəndləri kimi, Kurud kəndinin 500 
nəfərə yaxın əhalisi də zorla deportasiya edilərək, didərgin salındılar. Hal-hazırda 
həmin  insanlar  Bakı,  Sumqayıt  Ģəhərlərində  və  AbĢeron  rayonunda 
məskunlaĢmıĢlar. 
Kurud  kəndində  dünyaya  göz  açmıĢ  Poladov  Usub  Osman  oğlu 
sərhədlərimizin  keĢiyində  hərbi  xidmət  vəzifəsini  yerinə  yetirərkən  həlak 
olmuĢdur. 
Qaraçimən kəndi 
 
Qafan  rayon  mərkəzindən  5  km  Ģimal-Ģərqdə  Oxçu  çayın  sol  sahilində, 
Qafan-Gorus  avtomobil  yolunun  sağ  sahilində  yerləĢir.  Qaraçimən  kəndi  cənub 
tərəfdən Zəngilan rayonunun ġərikan və Yuxarı Gəyəli kəndlərindən, qərb tərəfdən 
Qafanın Siznək kəndi ilə, Ģimaldan Cıbıllı və Yuxarı Gödəkli kəndləri ilə, Ģərqdən   
isə erməni kəndi olan Sirkətasla qonĢu idi. Kəndin XVI əsrdə yarandığı və cənubi 
Azərbaycanın Savalan dağı ətəklərində yerləĢən Qaraçimən kəndinin əhalisinin bir 
hissəsinin burada məskunlaĢması nəticəsində bina edildiyi söylənilir. 
Qaraçimən kəndi  haqqında  bu kəndin sakinləri M.Qasımov və N.Qasımov 
tərəfindən  yazılmıĢ  "Qaraçimənin  qan  yaddaĢı"  adlı  kitabda  (82)  ətraflı  məlumat 
verildiyindən  burada  yalnız  həmin  müəlliflərə  istinadən  bəzi  ümumi  qeydlər 
etməklə kifayətlənəcəyik. Qaraçimən kəndində həmiĢə azərbaycanlılar yaĢamıĢdır. 
Mənbələrə görə Qaraçiməndə 1905-ci ildə 368 nəfər, 1940-cı ildə 433 nəfər, 1988-
ci ildə 771 nəfər adam yaĢamıĢdır. Kənddə 58 təsərrüfatda birləĢən 70-ə yaxın ailə 
yaĢamıĢdır.  Qaraçimən  kəndi  XIX  əsrin  axırlarında  AĢağı  və  Yuxarı  Qaraçimən 
kəndlərindən ibarət olmuĢdur. 
1905-18-ci  illərdə  Zəngəzurun  digər  kəndləri  kimi,  Qaraçimən  kəndi  də 
erməni  daĢnak  silahlı  qüvvələri  tərəfindən  dağıdılıb,  yandırılmıĢdır.  1919-cu  ildə 

207 
 
Qaraçimən camaatı kəndi tərk etmək məcburiyyətində qalaraq, Zəngilan rayonuna 
köçmüĢlər. 3-4 il Zəngilanda yaĢayan Qaraçimən camaatının xeyli hissəsi o zaman 
yayılmıĢ taun xəstəliyindən ölmüĢdür. 
Qaraçimən  kəndində  1924-cü  ildə  ibtidai  məktəb  açılmıĢ,  1951-ci  ildə  7 
illik,  1965-ci  ildə  isə  8  illik  məktəb  açılmıĢdır.  Qaraçimən  kəndində  1934-cü  ildə 
kolxoz  qurulmuĢ,  1958-ci  ildə  isə  kolxoz  təsərrüfatı  ləğv  edilərək,  sovxoz 
yaradılmıĢdır. 
1941-45-ci il müharibəsində Qaraçimən kəndindən 32 nəfər iĢtirak etmiĢdir 
ki, onlardan 17 nəfəri geriyə qayıtmamıĢdır. 
1988-ci  ilin  dekabrında  Zəngəzurun  digər  azərbaycanlı  kəndləri  kimi 
Qaraçimən  kəndi  də  ermənilər  tərəfindən  zorla  boĢaldıldı,  kənd  camaatının  var-
yoxları  talan  edildi.  Bu  hadisə  zamanı  kənd  sakini  müharibə  veteranı  Musa 
Mehdiyev həlak oldu. Hal hazırda Qaraçimən camaatı Bakı, Sumqayıt, Əlibayramlı 
Ģəhərlərində,  habelə  Zəngilan,  Füzuli,  Saatlı  və  Dəvəçi  rayonlarında 
məskunlaĢmıĢlar. 
Qaradığa kəndi 
 
Qafan rayon mərkəzindən 12 km Ģimal-Ģərqdə Ecanan çayının sağ sahilində, 
mənzərəli bir yerdə yerləĢir. Kənd hər tərəfdən meĢəlik və meyvə bağları ilə əhatə 
olunmuĢdur.  Qaradığa  kəndinin  adı  1593-cü  ildə  tərtib  edilmiĢ,  Osmanlı 
imperatorluğunun  haqq-hesab  sənədi  sayılan  "Urud  və  Ġskəndər  qalası 
livalarının  müfəssəl  dəftəri"ndə  Əcənan  nahiyəsinə  məxsus  Qaradiğə  kəndi 
kimi çəkilir. Bu sənəddə kəndin baĢqa adının Pürünlər olduğu qeyd edilir və kənd 
dağıdılmıĢ  azərbaycanlı  kəndi  kimi  göstərilir.  Kənddə  1873-cü  ildə  200  nəfər, 
1886-cı ildə 332 nəfər, 1897-ci ildə 213 nəfər əhali yaĢamıĢdır. 1918-ci ildə kənd 
ermənilər  tərəfindən  dağıdılmıĢ,  əhalinin  bir  hissəsi  öldürülmüĢ,  bir  hissəsi  isə 
qaçqın  düĢərək,  Qubadlı  və  Zəngilan  rayonlarında  məskunlaĢmıĢlar.  1922-ci  ildə 
əhali yenidən kəndə qayıtmıĢ, təsərrüfatı bərpa etmiĢ, kolxoz yaratmıĢdır. 
1988-ci ilin noyabrında Zəngəzurun digər kəndləri kimi Qaradığa kəndi də, 
ermənilər  tərəfindən  dağıdılmıĢ,  kənd  camaatı  deportasiya  olunaraq  Azərbaycana 
qovulmuĢdur. 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin