Dərsliklərində (V-IX sinif) "Məişət mədəniyyəti"



Yüklə 42,97 Kb.
tarix02.01.2022
ölçüsü42,97 Kb.
#38968
növüDərs
Ələkbərov Qadir məqalə1


“Texnologiya” dərsliklərində (V-IX sinif) “Məişət mədəniyyəti” məzmun xəttinə aid olan mövzuların araşdırılması.

Ələkbərov Qadir Nizaməddin oğlu

Elimi rəhbər: dos. A.Ö. İsmayılov


  • Açar sözlər: Texnologiya , təmir , məişət , bilik, bacarıq, təlim ,mədəniyyət

  • Keywords: Technology, repair, household, knowledge skills, training, culture

  • Ключевые слова: технология, ремонт, домохозяйство, знания, навыки, обучение, культура

Müasir dövrdə şagirdlərin texnoloji mədəniyyətlə tərbiyə edilməsi və məişət mədəniyyətinin aşılanması böyük əhəmiyyət kəsb edir. Əldə edilən bütün bilik və informasiyaların şagirdlərin maraq və mənafelərinə xidmət etməyə yönəldilməsinin zəruri tələb kimi irəli sürüldüyü bir dövrdə şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnmələri və öz fəaliyyətlərində onlardan məqsədyönlü şəkildə istifadə edə bilmə bacarıqlarının inkşafı mühüm rol oynayır.



Texnologiya - yunan sözü olub, "techne" (bacarıq) və "logos" (öyrənmə) sözlərindən yaranmışdır. Məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusudur.

Bütün fənlərdə olduğu kimi, texnologiya fənninin məzmunu sinifdən-sinfə, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri dəyişməz qalır. Texnologiyanın məznum xətləri dedikdə aşağdakı bölmələr nəzərdə tutulur.

  • Emal texnologiyaları

  • Texnika elementləri

  • Məişət mədəniyyəti

  • Qrafika

Emal texnologiyaları -“Texnologiya” fənninin əsas məzmun xətlərindən biri olub, şagirdlərin peşələrlə tanış edilməsini, onların ilkin bacarıqalara və elementar əmək vərdişlərinə yiyənmələrini təmin edir.

Texnika elementlərinin məzmun xətti üzrə şagirdlərə gündəlik həyatda qarşılaşdıqları texnikanın ümumi xarakteristikasının öyrədilməsi, elmi-texniki tərəqqinin nailiyyətləri, istehsal texnologiyalarının təkmilləşdirilməsi, müasir texniki qurğular və konstruksiyalar haqqında ilkin məlumatların verilməsi, bu sahədə müvafiq bacarıq və vərdişlərin mənimsənilməsi nəzərdə tutulur. Şagirdlərdə texnika aləmi, maşınların növləri və təyinatı, hissələrinin birləşdirilməsi, maket və onlara verilən tələblər texnika üzrə kütləvi peşələr haqqında ilkin bilik və bacarıqları formalaşdırılır.

Qrafika məzmun xəttində - qrafika üzrə hər bir məmulatı hazırlayarkən, ilk növbədə, onun eskizini, sxemini, texniki təsvirini, çertyojunu, təlimat xəritəsini çəkmək və oxumaq lazım gəlir. Elektron qurğularından istifadə etdikdə onlardakı xırda nasazlıqları axtarıb tapmaq və aradan qaldırmaq üçün onların sxemini oxumaq bacarığı tələb olunur.
Məişət mədəniyyətinin məzmun xəttində şagirdlər gündəlik həyatda, məişətdə , sadə təmir işlərində və digər hallarda materialların, enerjinin, informasiyaların dəyişdirilməsi və istifadəsi prosesində iştirak etdiklərindən onlarda müvafiq emal texnologiyalarına aid olan bacarıq və vərdişlərin aşılanması zəruri hesab olunur. Göstərilən obyektlərin dəyişidirilməsi və istifadəsi müxtəlif metod və vasitələrlə təmir alətləri və təmir vaistələrininin necə isdifadə olunmasina dair əldə olunduğu və bunların əsasını məişət mədəniyyəti təşkil təşkil etdiyi üçün göstərilən məzmun xətti “Texnologiya” fənninə daxil edilmişdir

Texnologiyanın bir fənn kimi ümumtəhsil məktəblərində tədris olunması, ilk növbədə, yuxarda qeyd edilən məqamların zərurətindən irəli gəlir və şagirdlərə həyati bilik və bacarıqların aşılanması baxımından böyük əhəmiyyət kəsb edir.

Həmçinin elm və texnikanın sürətlə inkişafı ilə yanaşı texnologiyaların durmadan yeniləşməsi də müxtəlif peşə və ixtisaslara tələblərin artmasını zəruri edir.

Müasir dövrdə elə bir vəziyyət yaranmışdır ki, yalnız bir ixtisasla kifayətlənmək mümkün deyildir. İnsan öz texnoloji bacarıqları sayəsində universal istehsal sahələrində fəaliyyət göstərə bilməlidir. Ona görə də məktəblərdə gələcəyin geniş profilli mütəxəssisinin formalaşdırılmasının ilkin təməlinin qoyulması aktual problem kimi vacib hesab olunur.

Orta məktəbdə tədris olunan texnologiya fənnində keçirilən mövzularda sadə təmir işləri və ev əşyalarının təmiri və dizaynı ilə bağlı fikirlərin təməli qoyulur. Eyni zamanda şagirdlərin əl işlərinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə yanaşı, təsərrüfat təhsilinində təməli qoyulur . Məişət mədəniyyətinin tədrisi zamanı bilik və bacarıqlar vasitəsilə şagirdlər həyatda insana lazım olan davranış qaydalarına riayət etmək, ailənin və onun büdcəsinin idarə olunmasında iştirak etmək, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək, sadə təmir-tikinti işlərini yerinə yetirmək və bitkilərə qulluq etmək vərdişləri qazanırlar. Eyni zamanda şagirdlərdə ailə-məişət mədəniyyəti və ənənələri, interyer tərtibatı və dizayn habelə, ictimai yerlərdə (evdə, nəqliyyatda, məktəbdə, qonaq getdikdə və s.) davranış və ünsiyyət qaydalarına əməl etmək, öz iş və yaşayış yerlərini təşkil etmək bacarıqları formalaşır.

Texnologiya fənninin orta məktəblərdə tədrisi zamanı ən çox diqqət ayrılan mövzulardan biridə məişət mədəniyyətinə mövzusuna aid olan sadə təmir işləridir. Sadə təmir işləri altıncı sinifdən başlasada hələ beşinci sinifdə şagirdlər “Məişət mədəniyəti” bölməsi ilə və aşağıda qeyd olunan mövzularla tanış olurlar:

1. Məişətdə sadə təmir işləri  

2.  Ailədə davranış və ünsiyyət mədəniyyəti 

3.  Ailə büdcəsinin formalaşdırılması 

Tədris olunan mövzulardan görünürki şagirdlər hələ beşinci sinifdən etibarən məişətdə sadə təmir işləri ilə əlaqədər ilkin bilik və və bacarıqlara yiyələnirlər. V sinifdə şagirdlər evdə təmizliyin və səliqənin saxlanması, ev təsərrüfatının idarə edilməsi və ailə büdcəsinin bölünməsi, ailə üzvlərinin bir-birinə hörmətlə yanaşması kimi mövzlularla yanaşı, həmdə onları əhatə edən məişət əşyalarının sadə təmirini yəni şkaf qapıları yaxşı açılıb-örtülüməsini, stulların üzərində oturanda laxlanlamasını, mətbəxdə və vanna otağında bağlı kranlardan su damcılanması kimi məişət və məişət texnikasında qarşılaşdığı problemlərin öhdəsindən gəlməi öyrədilir

Orta məktəbdəb tədris olunan sadə təmir işlərin müəllim müşaidəsi altında həyata keçirilir və ilk anlayış VI sinifdən aşağıda qeyd edilən mövzularla tədris olunur:

1.  Məktəbdə ünsiyyət və davranış mədəniyyəti.

2.  Ailə büdcəsinin formalaşdırılması   Gəlir və xərc. 

3. Məktəbdə və mənzildə sadə təmir işləri. Divaraəşyaların bərkidilməsi 

4. Qapı kilidinin qurulması və quraşdirilması

5. Sanitar-texniki avadanlıqların sadə təmiri 

Qeyd olunmuş mövzüları mənimsəyən şagird artiq məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir, məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, məktəbdə sadə təmir işlərini yerinə yetirir, ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir, ailə büdcəsinin müəyyənlədirilməsi haqqında fikirlərini şərh edir. Bununla yanaşı şagirdlər divara əşyaların bərkidilməsi, qapı kilidləri və klidlərin quraşdırılması kimi məişətdə qarşılaşdığımız sadə təmir işləri ilə tanış olurlar. Ümumi olaraq şagirdlər VI sinifin sonunda ümumi davranış qaydalarını və dərs zamanı davranış qaydalarını tam mənimsəyirlər. Bununla yanaşı şagirdlər ailə büdcəsinin müəyyəbləşdirmək , gəlir və xərcləri hesablamaq, məktəb və mənzillərdə sadə təmir işlərinin öhdəsindən gəlmək və müxtəlif əşyaları divara bərkitmə üsullarınıni öyrənir və muxtəlif sanitar-texniki avadanlıqların sadə təmiri haqqında biliklər əldə edirlər Şagirdlər arıq VII sinifdə isə aşağdakı tədris olunan mövzularla tanış olurlar:

1. Şagird partalarının və məişət masalarının təmiri

2.  Stulların təmiri 

3. .Nəfəslik üçün çərçivələrin hazırlanma texnologiyası

Qeyd olunan mövzüların tədrisi zamanı şagirdlər artıq məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir, küçədə və nəqliyyatda mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, yaşayış yerində və məktəbdə sadə təmir işlərini yerinə yetirir. Həmçinin artıq şagirdlərə sinifdəki partaların, stolların, nəfəslik üçün çərçivənin hazırlanmasını bir sözlə müəllimin rəhbəliyinin müşahidəsi altinda ilkin nəzri biliklərdən isdifadə edərək şagidlərə praktik bacarıqlara yiyələnirlər

Sadə təmir işləri ilə əvvəlki siniflərdə öyrənilən nəzəri və praktiki bilik və bacarıqları şagirdlərə inteqarsiya edərək mənzildə isdifadə olunan divar kağızların çəkilmə texnologiyası, həmçinin mənzillərdə su təhcizatı sistemi texnologiyası kimi mövzularla aid olunan bilik və bacarıqlarını həm nəzəri, həm praktik şəkildə nümaiş etdirə biləcəklər. VII sinifdə şagirdər VI sinifdə öyrəndiyi davranış qaydalarına əlavə olaraq küçələrdə, dayanacaqda, ictimai nəqliyatlarda davranış qaydalarını öyrənirlər . VI sinifdə şagirdər gəlir və xərclərin hesablanması ilə tanış olurdularsa artıq VII sinifdə şagirdlər daimi qazancın hesablanması, gözlənilməyən və mövsümü xərclərin araşdırılması ilə tanış olurlar . Ümumi sadə təmir işləri mövzusuna nəzər salsaq görərik ki , şagirdlər altı və yeddinci sinifdə müəllim rəhbərliyinin müşaidəsi altında sinifdə sadə təmir işlərini nəzəri şəkildə öyrənmişdilərsə, artıq səkkizinci sinifdə isə şagirdlər aşağdakı mövzularla daha geniş mövzularla olurlar:



  1. Mənzildə aparılan təmir işlərinin texnalogiyası. Divarların işlənməsi

  2. Divar kağızlarının çəkilmə texnologiyası. Divar və tavanların rənglənməsi

  3. Tavanın təmir texnologiyası

  4. Su təchizad sistemi elementlərinin təmiri texnologiyası. Axıdıcı çən

  5. Santexnika sistemi elementlərinin təmiri texnologiyası. Sifon

Yuxarda qeyd olunana mövzuların tədrisi zamanı isə şagirdlər məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir, xidmət sahələrində mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, yaşayış yerində və məktəbdə sadə təmir işlərini aparır, dekorativ bəzək işlərini yerinə yetirir. Bununla yanaşı şagirdlər bu sinifdə mənzillərdə asanlıqla müxtəlif sadə təmir işlərin yerinə yetirə bilərlər. Aşağı siniflərdə şagirdlərin öyrəndikləri davranış və ünsiyyət mədəniyyətinə əlavə olaraq VIII sinifdə şagirdlər artıq xidmət səhələrində davranış və ünsiyyət mədəniyuəti ilə tanış olurlar. VII sinifdə şagirdlər gəlir və xərclərin hesablanmasını öyrənirdilərsə artıq VIII sinidə ailə budcəsinə və şəxsi budcəyə qənayət, şəxsi gəlir və xərclərin öyrənilməsi kimi mövzuları öyrənirlər. Şagirdlər artıq məktəb və mənzillərdə divar kağızlarınən çəkilməsi, divar və tavanın sadə təmir işlərini, santexniki sistem elementlərinnini sadə təmir işlərini öyrənməklə gşağı sinifdə öyrəndiyi bilik və bacarıqlarını artırmış olurlar. Sadə təmir işlərinin tədris olunduğu bu sinifdə isə sadə təmir işlərin mövzusunun əsas məqsədi şagirdləri müstəqil həyata hazırlamaqdır.


Doqquzuncu sinifdə isə şagirdlər aşağıda qeyd olunan mövzularla tanış olurlar:

1. Ağacdan hazırlanmış pəncərələrin təmiri texnologiyası

2.  Plastik kütlə və onun insan həyatında rolu.

3. .Plastik kütlədən olan pəncərələrin konsturuktiv elementləri və təmiri texnalogiyası

4.. Yaşayış yerinin interyerinin formalaşdırılması 

Yuxarda qeyd olunan mövzuların tədrisi zamanı şagirdlər məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir,mədəniyyət ocaqlarında mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, yaşayış yerində və məktəbdə sadə təmir, dekorativ, bəzək və interyer tərtibatı ilə bağlı təqdimatlar edir, ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir və ailə və onun büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu izah edir. Artıq şagirdlər aşağı siniflərdə öyrəndikləri biliklərlə yanaşı ağacdan hazırlanmış pəncərə, plastik kütlədən hazırlanmış pəncərə , yaşayış yerinin interyeri və bunların spesifikasiyasına kimi mövzularla tam şakildə yiyələnirlər

Orta məktəblərdə (V-IX sinifdə) tədris olunan mövzuları analız etdikdə bizə məlum olurki, tədris olunan bütün mövzular şagirdlərin bilik, bacarıq və yaşlarına uyğun olaraq tərtib edilmişdir və şagirdlərin potensial bacarlqları nəzərə alınaraq ardıcıl şəkildə tədris olunur . Şagirdlər yuxarda qeyd olunan mövzuları mənimsədikdən sonra artıq məişət mədəniyyəti və məişətdə sadə təmir işlərinə aid gundəlik həyatda qarşılaşdığı problemləri asanlıqla , sərbəst həll etmək qabiliyyətinə malik olurlar.

Nəticə : Məişət mədəniyətinin tədrisi zamanı şagirdlər tədris olunan mövzular üzrə müxtəlif bacarıq və kefiyətlərər əldə etmiş olurlar . Bu bacarıq və kefiyyətlərə ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını əməl etməklə yanaşı , təlim – tədris və yaşayış yerinin, interyerin tərtibatı ilə bağlı təqdimatlar əldə edir, tərtibat prosesində dizayn bacarıqları nümayiş etdirir və ailə və onun büdcəsinin idarə olunması haqqında fikirlərini asanlıqla şərh edir. Məişət mədəniyyətinə aid olan mövzuların tədrisi zamanı xəstəlik və zədələnmələr zamanı ilkin tibbi yardım göstərmək qaydalarını yerinə yetirilməsi xüsusi rol oynayır.

Результат: в процессе обучения домашней культуре учащиеся приобретают различные навыки и качества по преподаваемым темам. Помимо соблюдения правил культурного поведения и общения в общественных местах, эти навыки и качества включают обучение и обучение, презентации дизайна интерьера и проживания, демонстрацию дизайнерских навыков в процессе проектирования и легкую интерпретацию идей о семье и управлении бюджетом. Соблюдение правил оказания первой помощи при заболеваниях и травмах играет особую роль в преподавании тем, связанных с бытовой культурой.

Outcome: During the teaching of household culture, students acquire various skills and qualities on the topics taught. In addition to following the rules of cultural behavior and communication in public places, these skills and qualities include training and teaching, living and interior design presentations, demonstrating design skills in the design process, and easily interpreting ideas about family and budget management. Observance of the rules of first aid in case of illness and injury plays a special role in the teaching of topics related to household culture.

Ədəbiyyat:

1. Texnologiya dərslikləri (V-XI sinif) Bakı. 2018

2. https://www.arti.edu.az/nodupload/editor/files/17_%20Texnologiya-kurikulum.pdf

3. Ümumi təhsil məktəbləri üçün fənn kurikulumu Bakı. 2008

4. Əsgərov Ş. Təhsilimiz dünən, bu gün, sabah. Bakı, 2003.

5. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri Bakı, 2007.



6. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji texnologiyalar. Bakı, 2006.
Yüklə 42,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin