Dərsliklərin gender analizi Tbilisi 2012 il Mündəricat Tədqiqi məsələnin icmalı


Vətəndaş təhsili dərsliklərində cinsi bərabərlik məsələlərinin əks edilməsi



Yüklə 244,47 Kb.
səhifə2/3
tarix22.04.2017
ölçüsü244,47 Kb.
#15617
növüDərs
1   2   3

Vətəndaş təhsili dərsliklərində cinsi bərabərlik məsələlərinin əks edilməsi
Dərslik müəlliflərinin gender tərkibi

Dərslik müəlliflərinin əksəriyyəti 82% qadın cinsinin nümayəndələridir, kişi müəlliflər isə yalnız 18%-i təşkil edirlər. Bu, yeganə kəmiyyət göstəricisidir, hansında analiz zamanı qadınların üstünlüyü müşahidə olunur.



Dərslik illüstrasiyalarında cinslərin reprezentasiyası

Dərsliklərin illüstrasiyalarında cinsi reprezentasiyanın kəmiyyət göstəricisi belədir:


Yalnız kişi cinsi təsvir edilən (ümumi sayın 43%-i) illüstrasiyaların sayı yalnız qadınlar təsvir edilən illüstrasiyalara nisbətən (ümumi sayı 15%) çoxluq təşkil edir. İllüstrasiyaların 6%-də cinslər aydın şəkildə təsvir olunmurlar.


Hər iki cinsin nümayəndələri birlikdə təsvir edilən və bu şəkillərin sayı ümumilikdə 36%-i təşkil edən dərslikdə illüstrasiyaların olması faktı müsbət tendensiya kimi hesab edilə bilər. Eləcə də qarışıq illüstrasiyaların demək olar ki, yarısı (46%) hər iki cinsi eyni şəkildə təqdim edir. Amma qarışıq illüstrasiyaların kəmiyyət analizi göstərdi ki, illüstrasiyalar hər zaman qadını və kişini eyni şəkildə təqdim etmirlər, baxmayaraq ki, hər iki cinsi də əks etdirirlər. Kişilərin say üstünlüyü (38%) verilən fotoşəkillər demək olar ki, iki yarım dəfə qadınların dominantlıq təşkil etdikləri fotoşəkillərdən (16%) çoxdur.

İllüstrasiyalarının kəmiyyət analizi cinslərin reprezentasiyası zamanı diskriminasiyalı yanaşmanı ayırd etdi. İllüstrasiyalar, hansında yalnız qadın cinsidir/və ya qadın cinsi 22%-lə dominantlıq təşkil edir, yalnız kişi cinsi/ və ya kişi cinsi 61%-lə dominantlıq edir. Dərsliklərdə demək olar ki, üç dəfə daha tez-tez kişilərin illüstrasiyalarına üz tuturlar, nəinki qadın illüstrasiyalarına, hər iki cinsi təsvir edən illüstrasiyaların qismi isə 17%-dir.
Qeyd etmək lazımdır ki, dərsliklərdən birində ( “Sakartvelos matsne nəşriyyatı”) rubrikalar (fərdi, cütlüklərdə və ya qrupda iş) insan təsvirləri müəyyən simvollarla göstərilir. Qadın təsvirləri olan simvol 12 dəfə istifadə olunmuş, kişi təsvirləri olan 11 dəfə, 40 halda isə simvollarda hər iki cins eyni şəkildə təqdim edilir. Bu simvollar gender həssaslığı ilə seçilmiş və kəmiyyət nisbəti də qorunur, bunu da müsbət təcrübə kimi hesab etmək olar.
Dərslikdə təqdim edilən məşhur insanlar

Tədqiqat çərçivəsində öyrəndik ki, dərslikdə tarixi şəxsiyyət qadın/qadınlar qrupu, qadınlar hərəkatı və ya gender problemlərinə işləyən təşkilat verilirmi və ya yox.

CEED” nəşriyyatı dərslikdə qadın cinsinin məşhur insanlar haqqında söhbət zamanı yalnız çariça Tamaranın adı çəkilir, “saray” onun hökmranlığını məhdudlaşdırır və II Ekaterina, hansının hakimiyyəti zamanı alkoqoldan asılı olan insanları şallamaqla cəzalandırırdılar.

Diqqətəlayiq haldır ki, alternativ dərslikdə (“Sakartvelos matsne” nəşriyyatı) mövzusunun “dahi insanlar” çərçivəsində hər iki cinsin şəxsiyyətlərinin tərcümeyi-halı verilmişdir. Amma eyni dərslikdə 5 qadından (Tereza ana, Salome Dadiani, Nino Poltoratskaia, Beatriçe, Laura) üçü öz xidmətlərinə görə, məşhur insanların sevgililəri/həyat yoldaşları kimi yada salınırlar, biri isə mənfi konktekstdə, “daxili satqın” kimi xatırlanır.

Dərsliklərdə qadın cinsinin cəmi 7 tarixi şəxsiyyəti və 2 təşkilatın adı çəkilir, onun adı da qadınla əlaqədardır. Dərsliklərdə adları çəkilən insanların böyük əksəriyyəti kişidir, qadınların roluna və xidmətlərinə isə etinasız yanaşılır.
Qadın və kişinin fəaliyyəti və gender rolları

Vətəndaş təhsili dərsliyində statik portretlərdən illüstrasiyalar çoxdur, onda hərəkətlər, əlaqələr təsvir olunur, bu da müsbət hesab oluna bilər və real həyatda daha çox fərqli cinslərin gündəlik iş fəaliyyətlərinin, əlaqələrinin müxtəlifliyini əks etdirmək imkanını verir.

“CEED” nəşriyyatının dərsliyində qadının peşəkar fəaliyyəti nisbətən yaxşı təsvir olunmuşdur. Qadın yalnız ailə işlərində, ana və evdar qadın rolunda deyil, eləcə də dərs prosesinə cəlb olunmuş, yarışmada iştirak edir, işlə təmin oluna bilər, onun özünün gəliri var. Real həyatda idmanda qadınların mühüm nailiyyətlərinin olmasına baxmayaraq peşəkar idman əks etdirən illüstrasiyalarda yalnız kişilər çoxluq təşkil edirlər.

Ailə işlərində kişilər daha az təsvir edilirlər, yalnız bir illüstrasiyada verilir ki, kişi qab yuyur və bunu da məcburi ona etdirirlər. O, trafikinq qurbanıdır. Qeyd etmək lazımdır ki, bu foto “Sakartvelos matsne” dərsliyində də təkrarlanır.


Dərsliklərin effektli qərar qəbul edilməsi, tənqidi təfəkkür, yaxşı iqtisadi təfəkkür, biznes, siyasət hissəsində əsasən kişilərin illüstrasiyaları təqdim edilir. Belə bir təsəvvür yaranır ki, peşəkar fəaliyyət üçün mütləq oxşar bacarıqların daşıyıcısını, hər halda, illüstrasiya və nümunə olaraq müəlliflər qrupu yalnız kişi cinsinin nümayəndəsini hesab edirlər. Oxşar yanaşma stereotip nəzərlərin yenidən yaranmasına dəstək verir.

Qadın və kişi fəaliyyətini təsvir etdikdə müsbət tendensiya müşahidə olunur, hər iki cins üçün ümumi olan işlər nisbətən müxtəlifdir, amma yalnız kişi təsvir edilən iş və rolların siyahısı daha genişdir.

Müvafiq olaraq, dərslik kişiləri hərtərəfli təqdim edir. Kişi daha fəal xadimdir, qadın – nisbətən passivdir, cinslərin rollarını təsvir etdikdə gender stereotiplərinin aydın şəkildə aşkarlanması hiss olunur.

Tədqiqatımızın birbaşa obyektinin X sinif olmasına baxmayaraq, “Sakartvelos matsne”-nin eyni müəlliflər qrupu tərəfindən “Şagirdin dəftərindən” bir dərs fəallığını təhlil etməyi maraqlı hesab etdik. “Ailə qurmaq istəyirəm” mövzusu çərçivəsində şagirdlərə testi doldurmaq təklif edilir. Qızlar üçün ayrıca “ideal arvad”, oğlanlar üçün “ideal ər” testi verilir.


Testin əsasında “ideal arvad”-ın şəkli belədir:

Ailə qurmağı ürəkdən arzulamalıdır, birdən çox övlad istəməlidir, hesab etməlidir ki, onun birinci ciddi meyli mütləq nigahla bitməlidir (ehtimal ki, burada cinsi həyat təcrübəsinin olmaması nəzərdə tutulur), istirahət günlərində ailə üzvlərindən tez yuxudan durmalı, ləzzətli səhər yeməyini tez hazırlamalı, incəsənətin hər hansı bir sahəsini yaxşı bilməli, gigiyena tələblərinə hər zaman əməl etməli, siqaret çəkməməli, içki içməməlidir və incidiyində bəzən ağlaya da bilər, yəni bir az emosional olmalıdır (Oradaca qeyd edilir ki, əgər belə bir ideal olarsa, zahiri göstəricilərinə baxmayaraq, kişi ona diqqət yetirə bilər).


Testin əsasında “İdeal ər” şəkli belədir:

Ailə qurmağı ürəkdən arzulamalıdır, birdən çox övlad istəməlidir, ilk ciddi meylinin mütləq nigahla bitməsi vacib deyil (cinsi həyat təcrübəsinin olmasına icazə verilir), mebel və məişət texnikasının təmirini bacarmalı və ya bunu mütləq öyrənmək istəyi olmalıdır. Əmək üçün bir az bacarığı olmalıdır, “xüsusi” yemək hazırlamağı bacarmalı və ya onu mütləq öyrənmək istəyi olmalıdır, bəzən əllərini yumadan da süfrə arxasına otura bilər. Yaxşı olardı ki, siqaret çəkməsin, içki içməsin, səhərlər müntəzəm olaraq idman etsin, narkotiklərə qarşı mənfi münasibəti olsun, dostlarına ixtiyar verməsin ki, onun yanında qız haqqında (oğlan haqqında olarmı?) ədəbsiz danışsınlar.

Testin əsasında kişi və qadının ümumi yalnız dəyərləri (sevgi, sağlam həyat, ailə) var, xassələri və rolları isə fərqlidir. Kişi – qadının müdafiəçisi, fiziki cəhətdən güclü, ailə başçısıdır, ondan intellekt tələb olunmur. Qadın – gözəl, qoçaq, yaxşı evdar qadın, yaxşı ana (müəyyən qədər təhsilli), emosional olmalıdır.

Qadın tərəfindən hazırlanan dadlı xörək adi haldır, əgər bu xörəyi kişi hazırlayarsa, o zaman “xüsusi” adlandırılır. “İdeal ərdən” uzaq olan oğlanları test xəbərdar edir ki, ətrafdakılara diqqətlə yanaşsınlar, “çünki hər şeyi öz ağlı ilə etmək olmaz, sadə bir səbəbə görə ki, sən əsassan, kişisən”.

Test qadın və kişi ilə münasibətdə (cinsi təcrübə, gigiyenik tələblərə əməl edilməsi) ikiqat standartın olmasını normal hesab edir, ailə işlərinin bölünməsində təklif edilən model və kişinin rolunun həddən artıq qiymətləndirilməsi stereotipdir.

Bir nəzərdən maraqlı olan bu test kişi və qadın xassələri, rolu və əhəmiyyəti haqqında möhkəm gender stereotipi nəzərləri ilə yoxlanılmışdır. “Vətəndaş təhsili” dərsliyində oxşar stereotip yanaşma və açıq diskriminativ fikrin olması normal deyil.


Dərsliklər gender bərabərliyi məsələlərinin nəzəri biliyini verirmi və ya yox

Bu istiqamətdə “Sakartvelos matsne” nəşriyyatının dərsliyində “Qadın və kişi” mövzusuna iki dərs saatının ayrılması müsbət hal kimi hesab edilə bilər. Mövzu çərçivəsində gender, cins, stereotip izah edilir. Dərs tanınmış şəxsiyyətlərin (qadın və kişinin) şəxsi xassələrinin müzakirə edilməsi ilə başlanır, sonra xassələrin oxşarlıqları-fərqləri, tipik qadın və kişinin xassələri haqqında təsəvvürlər və onlar haqqında stereotiplərə təsir, gender baryerləri və diksriminasiya təhlükələri, gender baryerlərinin dəf edilməsi yolları təhlil edilir.

Qəribədir ki, mövzunun təhlilindən sonra şagirdlərə evə növbəti tapşırıq verilir: “ailə üzvlərindən soruş ki, tanınmış şəxsiyyət kimi hesab edirlər? Nə üçün?”. Belə bir dərs fəallığı şagirdin fərdi inkişafının dəstəkləndirilməsi üçün məqsədəuyğun ola bilər, amma “qadın və kişi” mövzusunun təhlilindən sonra yaxşı olardı ki, şagird üçün dərsdə qısa müddət ərzində təhlil edilən çox əhəmiyyətli məsələlərin dərinləşdirilməsi imkanını verəcək bir tapşırıq verilsin. Bununla belə, qadın və kişi xassələrinin oxşarlığının yalnız görkəmli şəxslərin fonunda təhlili, şagirdlərdə səhv yanaşma formalaşdıra bilər ki, qadınların və kişilərin xassələri və imkanları yalnız istisna hallarda bərabərdir.
“CEED” nəşriyyatının dərsliyi gender və gender bərabərliyi kimi məsələlərdə bilik vermir.

Dərsliklərdə demokratiya, bərabərlik, diskriminasiya və insan hüquqları kimi mövzuların təhlili zamanı gender bərabərsizliyinə, cinslərin bərabər təmsil olunmasının əhəmiyyəti və imkanlarına, qadın hüquqlarına, qadın hüquqları uğrunda mübarizə tarixinə, ailə zorakılığına ya ümumiyyətlə toxumulmur və ya çox cüzi olaraq diqqət yetirilir.


Dırs fəallıqlarında gender nəzəri

“CEED” nəşriyyatının dərsliyi gender bərabərliyi məsələləri üzrə nəzəri bilik vermir, amma ayrı-ayrı problemlər gender kəsiyində təhlil olunur.

Buna misal olaraq, “trafikinq” mövzusunun təlimində istifadə olunan dərs fəallığını göstərə bilərik. Şagirdlərə qrupda iş nəticəsində trafikinqin qurbanı olan qadının, uşağın və kişinin portretini yaratmaq tapşırılır. Sonra isə cəmiyyət tərəfindən qurban qadın və kişinin necə qəbul edildiyi müzakirə olunmalıdır. Qadına və kişiyə qarşı fərqli yanaşma varmı və ya yoxdurmu?

Eləcə də müxtəlif sosial xəstəlikləri təhlil etdikdə gender statistikasının verilməsi müsbət haldır (nikotin istifadəçilərinin, QİÇS-xəstələrinin).


Eyni dərslikdə misallar verilir ki, sosial xəstəliklərə qarşı müxtəlif zaman və ölkələrdə necə münasibətlər bəslənilirdi. Məsələn:


  • 1692-ci ildə San-Tyaqoda tütündən istifadə etdiklərinə görə 5 rahibə möhkəm cəzalandırılmışdı;

  • Əgər arvadının sərxoşluğunu hiss etsəydi, o zaman hər bir romalı arvadını öldürmək hüququna malik idi;

  • Hollandiyada alkoqolun təsiri altında olan qadınları suya atırdılar;

  • Babildə vərəm xəstəliyi olan qadınla boşanmağa icazə verilirdi (Hamurapi qanunları).

Doğrudur, dərslikdə qeyd edilmir ki, oxşar hallarda kişi hansı məsuliyyəti daşıyırdı və ya ona cəza verilirdimi və ya yox. Buna baxmayaraq belə bir misalların çəkilməsi şagirdlərdə maraq oyadacaq və yaxşı imkan verəcək ki, birbaşa və ya dolayı diskriminasiya kimi cinsi əlamətlərlə və ikiqat standart kimi problemlər üzərində düşünsünlər.

Ayrı-ayrı müsbət misallara baxmayaraq, alternativ dərsliklərin müəllifləri gender aspektində müxtəlif hadisələri, faktları, problemləri müzakirə etmək imkanlarından istifadə etmirlər. Məs., geniş şəkildə təhlil edilən “Peşə seçirik” mövzusu peşə seçimində gender stereotiplərinin təsiri haqqında söhbət aparmağa imkan verir. “Ailə” mövzusu – gender rollarının təsiri ailə üzvləri arasında məsuliyyətlərin bölgüsü və s..

Dərslikdə verilən dərs fəallıqları əsasən neytral cinsi əlamətlə göstərilir. Müxtəlif hadisə və ya problem gender kəsiyində təhlil edilmir. Dərslik fəallıqların yerinə yetirilməsi üçün cinsi bölgü prinsipini təqdim etmir və qızlar və oğlanların fərqli dərs tələbatlarını irəli sürmür.

Ümumiyyətlə, həm kəmiyyət, eləcə də məzmun etibarı ilə tədqiqat göstərdi ki, müəyyən gender həssaslığının olmasına baxmayaraq, vətəndaş təhsili dərsliyində gender diskriminasiyası yanaşması ayrılır. Dərsliyi tərtib etdikdə cinslərin eyni reprezantasiya istəyi görünmür və ya ona az diqqət yönəlir. Müvafiq olaraq dərsliklər qadınların rollarını, xidmətlərini və əhəmiyyətini ictmai-siyasi həyatda yaxşı göstərmirlər. Doğrudur, vətəndaş təhsili dərslikləri insan hüquqları, bərabərlik haqqında müəyyən bilik verir, amma müxtəlif cinslər üçün real həyatda bu hüquqların gerçəkləşdirilməsinin qeyri-bərabər imkanları haqqında az məlumat verir və ya da heç vermir.

Nəticələr


  • İctimai elmlər dərsliyinin həm kəmiyyət, eləcə də xassə analizi cinslərin reprezentasiyasında diskriminasiya halını göstərdi. Əsas mətndə, tarixi mənbələr və dərs fəallıqlarında, eləcə də illüstrasiyalarda qadınların reprezentasiyası azdır, kişilərin reprezentasiyasından çox geri qalır.

  • Keyfiyyət/məzmun analizi təsdiq edir ki, ictimai elmlər (xüsusilə də tarix dərsliyində) kifayət qədər güclü gender stereotiplərindən ibarətdir. Kişilər xüsusi ənənəvi rolda təqdim olunurlar: ovçu, döyüşçü, hökmdar; qadın səlahiyyət, avtoritetlik, qərar qəbul etmək kimi iş fəaliyyəti ilə əlaqədar deyil, onun əsas fəaliyyəti ana olmaq, ailəyə baxmaqdır.




  • İctimai elmlərin tədrisində Milli tədris planı ilə nəzərdə tutulan demokratiya, diskriminasiya və insan hüquqları kimi mövzuların tədrisi zamanı gender bərabərsizliyinə, cinslərin eyni nümayişinin əhəmiyyəti və imkanlarına, qadın hüquqlarına, qadın hüquqları üçün mübarizə tarixinə, ailə zorakılığına və digər oxşar məsələlərə diqqət ya heç yönəldilmir və ya yetərincə deyil və buna görə də qeyd edilən mövzunun mükəmməl dərk edilməsi təsəvvür edilməzdir.




  • İctimai elmlərin dərs proqramı ilə nəzərdə tutulan müxtəlif məsələlərin tədrisi zamanı gender aspektlərinə diqqət verilmir, bu isə şagirdlərdə gender həssaslığının və gender analizi vərdiş-bacarıqlarının aşılanmasına dəstək verərdi.

Ümumtəhsil sisteminin baza pilləsinin (VII-IX) ictimai elmlər dərslikləri cinslərin bərabərlilik ideyasının inkişafına kifayət qədər dəstək vermir, gender bərabərliyi məsələlərini az əks etdirir, dərslikdə gender stereotiplərinə rast gəlinir. Müvafiq olaraq ictimai elmlər dərslikləri kişi və qadın hərəkətinin bir cinsin natamam və ikinci cinsin üstünlüyü ideyasını bərqərar edən sosial-mədəni modellərinin dəyişdirilməsini təmin edə bilmirlər.

Ümumi tövsiyələr

Ümumtəhsil sistemində gender nəzərinin inteqrasiyası üçün ictimai elmlərin tədrisinə əsas əhəmiyyət verilir. Bu fənlərin tədris məqsədləri və məzmunu imkan verir ki, şagirdlər üçün gender bərabərliyinin nəzəri əsasları ilə tanışlıq, eləcə də şagirdlərdə gender həssaslığı, gender analizinin vərdiş-bacarıqlarının aşılanması və cinslərin bərabərliyinə qarşı yanaşmalarının möhkəmlənməsi imkanını verir.

Sosiallaşdırmanın ən əhəmiyyətli təsisatı kimi, məktəbin yeniyetmələrə düzgün gender anlayışının formalaşmasına dəstək verməsi üçün,

ictimai elmlərin məktəb dərsliklərinin kişi və qadınların davranışının bir cinsin natamam və ikinci cinsin üstünlük ideyasının sosial-mədəni modellərinin dəyişdirilməsini təmin etməsi üçün

növbəti tövsiyələr nəzərə alınmışdır:
Təhsil və Elm Nazirliyinin

(Milli tədris planları və qiymətləndirmə departamenti, Təhsilin keyfiyyətinin inkişafının Milli mərkəzi, Müəllimlərin peşəkar inkişafı mərkəzi)



  • Vahid Milli tədris planının ictimai elmlər proqramının hissəsində cinslərin eyni baza məsələlərinin biliyinə və şagirdlərdə gender həssaslığı və gender analizi bacarıq-vərdişlərin aşılanmasına daha çox diqqət verilməlidir.

  • Dərsliklərin standartlarının (dərslik hansı kriteriumları razı salır) işlənib hazırlandığında Təhsil və Elm Nazirliyi gender ölçülərini nəzərə almalıdır.




  • Dərsliklərin yaradılması və nəşri üzrə müsabiqə elan edildikdə dərsliyin yaradıcıları üçün (müəlliflər qrupu, illüstratorlar, nəşriyyat) gender ölçülərinin qorunub saxlanması məcburi olmalıdır. Müsabiqə sənədlərinə təlimatın əlavə edilməsi yaxşı olardı ki, dərsliklərin hazırlandığında gender ölçülərinin qorunması mümkün olsun.

  • Təhsil və Elm Nazirliyi gender həssaslığının artması üzrə treninqlərin keçirilməsi yolu ilə dərslikərin müəlliflərini, eləcə də müəllimləri təmin etməli, müəllimlərin ardıcıl təhsil proqramında gender bərabərliyinin baza məsələləri haqqında informasiyanın cəlb olunmasını təmin etməlidir.


Dərsliklərin müəlliflərinə tövsiyələr

  • İctimai elmlərin dərslik müəllifləri bərabər gender aspektinə diqqət verməlidirlər; Milli tədris planı gender problematikasının təhlilini icbari tələb kimi qaldırmır, amma onun məzmunu proqram çərçivəsində bu məsələlərin təhlili imkanını verir. Onlar yalnız quru faktların konstatasiyası ilə əhatə olunmamalı, eləcə də şagirdlərə proseslərdə qeyri-bərabər cəlb olunma və ya qeyri-bərabər təsirin səbəblərinin müzakirəsini və ya araşdırılmasını təklif etməlidirlər.




  • İctimai elmlərin dərsliklərini yaratdıqda müəlliflər qadın və kişinin imkan daxilində eyni reprezentasiyasını təmin etməlidirlər. Kişilərlə birlikdə qadınların tarixi və ya müasir ictimai-siyasi həyatda iştiraklarını təsvir etməlidirlər.

Nəşriyyatlara tövsiyələr

  • Dərsliklərin bədii tərtibatı zamanı illüstrasiyalarda gender tarazlığını qoruyub saxlasınlar. Məktəb dərsliklərində illüstrasiyalar mətnin bəzədilməsi üçün dekorasiya yox, müəyyən informasiya daşıyıcısıdır (vizual yaddaş daha güclüdür, nəinki eşitmə). Düzgün ismarıcları yayımlamaq lazımdır ki, dərs zamanı ixtiyarsız gender stereotiplərinin möhkəmlənməsinə dəstək verilməsin.

TARİX ƏLAVƏ 1.
Tədqiqat obyekti





Dərslik

sinif

Səhifələrin sayı

Müəlliflər

Nəşriyyat



Tarix



VII



336

Qiorqi Sanikidze, Levan Qordeziani, Lali Pirtsxalava

Bakur Sulakauri nəşriyyatı



Tarix

VII

263

Elene Medzmariaşvili, Murman Papaşvili, Rusudan Dauşvili, Teymuraz Papasqiri, Liana Qiorqobiani


KLio



Tarix

VIII

336

Qiorqi Sanikidze

Revaz Qaçeçiladze, Levan Qordeziani, Nino Kiğuradze, Zviad Miminoşvili





Bakur Sulakauri nəşriyyatı



Tarix

VIII

304

Elene Medzmariaşvili, Teymuraz Papaskiri, Murman Papaşvili, Rusudan Dauşvili, Otar Canelidze, Apolon Tabuaşvili, Tamar Xatiaşvili, Marexi Kavtiaşvili


Klio



Gürcüstan tarixi

IX

426

Nodar Asatiani, Mariam Lortkipanidze, Parnaoz Lomaşvili, Roin Metreveli, Qiorqi Sanikidzr, Qiorqi Otxmezuri


Bakur Sulakauri nəşriyyatı



Gürcüstan tarixi

IX

380

Otar Canelidze, Apolon Tabuaşvili, Leri Tavadze, Nana İremaşvili

Klio


Dərsliklərin müəlliflərinin gender tərkibi




Dərslik


Müəlliflərin sayı



Faiz tərkibi


Cəmi


qadın

kişi

qadın

kişi

Dərslik 1


3

1

2

30%

70%

Dərslik 2


5

3

2

60%

40%

Dərslik 3


5

1

4

20%

80%

Dərslik 4

8

4

4

50%

50%

Dərslik 5

6

1

5

17%

83%

Dərslik 6

4

1

3

25%

75%

Cəmi

31

11

20

34%

66%

Yüklə 244,47 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin