Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək

pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini

keçmiş təcrübə və ümumiləşmiş nitq vasitəsi ilə əks etdirir. 

Ona görə də təfəkkürü cisim və hadisələr arasındakı



qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli

inikasından ibarət olan idrak prosesi adlandırırlar.

İnsanın biliyi və keçmiş təcrübəsi hissi idrakla və hafizə

ilə qarşılıqlı əlaqəyə girərək onları dəyişdirir.  L.S.Vıqotski bu

prosesi hafizə və qavrayışın intellektuallaşması prosesi

adlandırırdı.  Qavrayış idraki nöqteyi-nəzərdən kateqoriya və

düşünmə xüsusiyyəti,  hafizə isə sözlü – məntiqi xarakteri

daşıyır.


297

Təfəkkür prosesində insan özündə olan bilikləri praktik

təcrübə yolu ilə uyğunlaşdırır və bu insana imkan verir ki,  o

mahiyyətin daha dərin qatlarına varid ola bilsin.



Təfəkkür

      

Xüsusiyyətləri

Təfəkkür

formaları

Fikri əməliyyatlar

gerçəkliyin

vasitəli və

ümumiləşmiş

inikası; 

konkret məsələ

həlli;

nitqlə əlaqədar

olması;

geniş əhatəyə

malik olması;

- məfhum

    - hökm

  - əqli nəticə

- təhlil

- tərkib

- müqayisə

-

mücərrədləşdirmə

- ümumiləşdirmə

- konkretləşdirmə

                             Şəkil 14



Təfəkkürün psixi proses kimi ümumi xarakteristikası.

Praktik fəaliyyət gerçəkliyin dərk edilməsinin həqiqət

ölçüsü kimi çıxış edir. Təfəkkür vasitəsi ilə insan dünyanı dərk

edir,  ona təsir edərək dəyişdirir.  Təfəkkür insanın əmək

fəaliyyətindən doğmuşdur və məqsədə çatmaq yolunda, 

müvəffəqiyyət qazanmada qarşıya çıxan maneələri aradan

qaldırmağın yollarını arayır.

Psixologiya təfəkkürü konkret subyektin real psixi



298

fəaliyyəti kimi,  təfəkkürün necə inkişaf etməsini,  necə

yaranmasını,  onun strukturunu, digər fəaliyyət növləri ilə

qarşılıqlı əlaqələrini öyrənir.  Təfəkkürün təbiətini açan

A.N.Leontyev qeyd edirdi ki,  təfəkkürün quruluşu praktik

fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter daşıyır. 

Təfəkkürün motivi tez-tez fəaliyyətin motivi ilə üst-üstə düşür. 

Fikri fəaliyyət praktik fəaliyyətdən fərqli olaraq özünün spesi-

fik xüsusiyyətinə malikdir.  O daxilidir,  qısaldılmışdır və

avtomatlaşmışdır.

Təfəkkür insanın təlim,  əmək,oyun fəaliyyətində və

tinkişafında,  şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır. Peşə

fəaliyyətində əsas məzmun komponentini təfəkkür təşkil edir

və o


Bu iş tamamilə pedaqoji fəaliyyətə də aid edilir. 

Müəllimin peşəkarlığı alınan biliklərin kəmiyyəti ilə deyil, 

həmçinin

biliklərin pedaqoji situasiyalarda tətbiqinə və

təhlilinə yönəlib.

Təfəkkür xüsusi psixi proses kimi bir sıra spesifik xarak-

ter və əlamətlərə malikdir.  İlk belə əlamət gerçəkliyin

ümumiləşmiş inikasıdır,  təfəkkür real dünyanın əşya və

hadisələrinin ümumiləşmiş inikasıdır.  İkinci az əhəmiyyətli

olmayan təfəkkür əlaməti real aləmin vasitəli inikasıdır. 

Vasitəli inikasın mahiyyəti odur ki,  şeylərin və hadisələrin

xüsusiyyətləri

haqqında


hökm

vermək


üçün

vasitəli


informasiyanın təhlil yolu ilə əldə edilməsidir.

Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun



nitqlə əlaqədə, vəhdətdə olmasıdır. İnsan daima sözlər əsasında

fikirləşir. Həm nitqin,  həm də təfəkkürün əsasını ikinci siqnal

sistemi təşkil edir.

Nəhayət, 

təfəkkürün

mühüm


xarakterik

xüsusiyyətlərindən biri də geniş əhatəyə malik olmasıdır. 

Duyğu,  qavrayış və təsəvvürlərin əhatə edə bilmədiyini

təfəkkür əhatə edə bilir.



299

IV.11.2. Dilin və nitqin təfəkkürlə əlaqəsi

Təfəkkür və dil.  Dünyanı dilsiz təsəvvür etsək o

anlayışlarsız,  mədəniyyətsiz olardı.İnsan onlar arasında rabitə

rolunu oynayır.  Dil insanın fikirləşdiyi,  qavradığı və yadda-

saxladığı şeylərə təsir edir. Müvafiq olaraq təlim insanın sözlü

(fikri)  gücünü artırmaq məqsədi daşıyır.  Lakin fikri proseslər

əksər hallarda sözsüz baş verir.

Dilin təfəkkürə təsiri psixologiyada çox mübahisəli

məsələdir.  Dilçi B.Uorf təsdiq etmək istəyirdi ki,  dil təfəkkür

üsulunu müəyyən edir. Uorfun linqvistik nisbilik nəzəriyyəsinə

görə müxtəlif dillər gerçəkliyi müxtəlif cür qavramağa gətirib

çıxarır.  «Dil özü insanın əsas ideyasını formalaşdırır».    Uorf  

təsdiq edir ki, xopi tayfasında felin keçmiş zaman forması yox-

dur. Uorfa görə xopi tayfası asanlıqla keçmiş haqqında fikirləşə

bilməz.


Uorfun nisbilik nəzəriyyəsi bir dildə danışan və dilin fi-

krin ötürücüsü kimi başa düşən insanlar üçün yaddır. Amma iki

müxtəlif sistemli dillərdə danışan ingilis və yapon yəqin ki, 

müxtəlif dillərdə fərqli fikirləşir.  İki dildə danışan bir çox in-

sanlar hesab edir ki, istifadə etdikləri dildən asılı olaraq fərqli

qavrayış nümayiş etdirirlər.  Dili öyrənməklə mədəniyyət

haqqında çox şey öyrənmək olur. Dili itirməklə dilə  bağlı olan

təfəkkürü də itiririk.

Yeni qvineyalılar ingilis və ya fransız dillərindən istifadə

etmədən forma və rəngi bildirən şeyləri qeyd edilən dillərin

nümayəndələri kimi qavrayır. Lakin ingilis, fransız və ya forma

və rəngi bildirən sözlərin olduğu dillərin sözləri insanın nə

fikirləşdiyinə,  nə haqda düşündüyünə təsir edir,  ona görə söz

seçimində insan çalışır ki, sözlər şeyləri dəqiq əks etdirsin.

Dilin təfəkkürə təsir etməsi qabiliyyəti söz ehtiyatının

artırılması hesabına təhsilin əsas hissəsi üçün mühüm rol

oynayır.


300

Dilin fikri formalaşdırmaq və ya ifadə etmək vasitəsi ki-

mi qiymətləndirilməsi dilin idraki fəaliyyəti ilə bağlıdır.  Dil

ünsiyyət prosesində fikrin ifadə vasitəsi kimi həm də qarşılıqlı

anlama üçün vasitədir. Dilin fikri ifadə etmək, ünsiyyəti yarat-

maq,  inikas vasitəsi,  ətrafda baş verən hadisələri,  şeylərin

əlamət və xassələrini əks etdirmək keyfiyyəti vardır.

Eksperimental tədqiqatlara görə orta məktəbi bitirən

şagird 80  minə qədər söz bilir,  bu orta hesabla hər ilə 5000, 

gündəlik isə 13  sözün mənimsənilməsi deməkdir.  Sintaksisin

qanunauyğunluqlarını çətinliklə izah etmək mümkün olsa da, 

uşaq dili çox asanlıqla başa düşür və insanın dilə qabiliyyəti

çoxlu suallar doğurur.

Uşaqlarda dilin inkişafı onun strukturu ilə bağlıdır. 

Körpə dilə yiyələnməyib (in fautis – danışmayan deməkdir), 

lakin 4 aylıq uşaq ananın dodaqlarından onun nə demək istədi-

yini seçir və səsləri tanımağa başlayır.  Uşaq sifətə baxmaqla, 

tələffüz edilən səsləri ayırd etməyə çalışır və səslərin tələffüzü

zamanı dodaqların vəziyyəti uşaq üçün həm də ona qarşı

davranış tərzi kimi anlanılır.

3-4  aylıq uşağın qığıltıları,  müxtəlif səslərlə müşayiət

olunur və

ilk dövrlərdə o, dillə bağlı deyil. Uşağın dilə

yiyələnməsi bir neçə mərhələ keçir.  Bir

sözlü mərhələ 1 

yaşdan 2  yaşa qədər olan dövrdür.  Cüttərkibli mərhələ isə 2 

yaşdan sonra başlayır,  əsasən uşaq iki sözdən ibarət cümlələr

ifadə etməyə başlayır.  Universal qrammatika artıq ifadə

olunmağa başlayır.

Uşaqların dilə yiyələnməsində səs və intonasiyanın

ailədəki mərhələsi çərçivəsində baş verir.  10  aylıq uşağın

qığıltıları ana üçün artıq aydın səs rolunu oynayır. Ana dilinin

fonem səslərinə uyğun olmayan səslər yoxa çıxır,  uşaq

eşitmədiyi səslərin fərqləndirmək qabiliyyətinə malik olmur.

Səsli dil fonemdüzəldən tərkibə malikdir,  əl hərəkət və

formaları ilə müəyyənləşir,  uşaq qığıltılarında nitq səsləri

ayrılmağa başlayır (4 aylıq), 10 aylığında ana dili səsləri və s. 


301

inkişaf edir.

Dilə yiyələnmə anadangəlmə və yaratma olmaqla

aşağıdakı

mərhələlərdən

ibarətdir,  irsi

amil,  nitqin

anlanılmasına cavab verən mexanizmlərin quruluşuna,  dil

mühiti inkişafına davranış isə ana dilini mənimsəməyə kömək

edir.


Təfəkkür və nitq.  Nitq fikrin mövcudluq formasıdır. 

Nitq və təfəkkür arasında vahidlik var.  Lakin bu vahidlikdir, 

eyniyyət deyil, çünki fikrin ilkin formaları qrammatik xarakterə

malik olduğundan nitq müvafiq sayda sözlərin köməyi ilə onu

dəqiq, düzgün, tam bütöv şəkildə ifadə edə bilmir. Ona görə də

nitqlə təfəkkür arasında bərabərlik qoymaq mümkün deyil.

Nitq o zaman nitq forması alır ki,  onun dərk edilmiş

mənası olsun. Söz, əyani obrazlar kimi səslə və ya görmə, öz-

özlüyündə nitqi təşkil etmir.  Nitqi yaradan hərəkətlər sistemi, 

bütöv nitq prosesi söz və məna arsındakı anlam münasibətləri

ilə tənzim olunur.  Nitq intellektual əməliyyatdır.  Təfəkkürü

nitqlə eyniləşdirmək və onlar arasında bərabərlik işarəsi qoy-

maq olmaz, ona görə ki, nitqin nitq kimi mövcud olması onun

təfəkkürə münasibəti ilə bağlıdır.

Lakin təfəkkürü və nitqi bir-birindən ayırmaq olmaz. 

Nitq – fikrin xarici görkəmi deyil,  onu dəyişməklə fikri

dəyişmək olmaz.  Nitqlə fikir

formalaşır,  lakin

fikri

formalaşdıraraq,  onun özü də formalaşır.  Bu ideya    Moskva



psixoloqları tərəfindən və müasir rus psixolinqvistləri

tərəfindən geniş işıqlandırılmışdır. Nitq fikrin xarici vasitəsidir

söz təfəkkür proseslərinə forma kimi, onun məzmunu ilə bağlı

olan bir hadisə kimi daxil olur.  Nitq formasını yaradaraq

təfəkkür özü formalaşır.  Təfəkkür və nitq eyniləşdirilməyərək

eyni prosesin vahidliyinin təminatçısıdırlar.  Təfəkkür nitqdə

nəinki ifadə olunur, həm də onda təkmilləşir, tamamlanır, icra

olunur.


Təfəkkürdə icra olunan obrazlar,  nitq funksiyası daşıyır

və bu obrazlar təfəkkürdə anlamın məzmununun hissi əsasını



302

təşkil edir. Nitq formasını yaradan təfəkkürün özü formalaşır.

Təfəkkürdə obrazlar nitqin funksiyasını yerinə yetirirlər. 

Obrazların hissi məzmunu təfəkkürdə anlamın məzmununun

daşıyıcıları kimi çıxış edir. 

Nitqin strukturu təfəkkürün strukturuna uyğun gəlmir, 

qrammatika nitqin strukturunu ifadə edir, məntiq isə təfəkkürün

strukturunu ifadə edir.  Nitq fikirdən arxaikdir və arxaik

formaları təbiətinə uyğun olaraq saxlayır.

IV.11.3. Təfəkkür prosesləri və ya fikri əməliyyatlar

Təfəkkür proseslərinin psixoloji təbiəti. Hər hansı fikri

proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluşuna

görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin

fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir.  Bu və ya

digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən

fikri akt subyektin hər hansı motivlərindən çıxış edir.  Fikri

proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə

bağlıdır.  İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır. 

Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. 

Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi

ilə müəyyənləşir,  O həmişə nəyinsə həllinə istiqamətlənib. 

Bütün təfəkkür prosesləri şüurlu tənzim edilən əməliyyatlar xa-

rakteri daşıyır.

Şüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri

xarakterizə edir.  Təfəkkür qarşısında dayanan məsələ həllinin

dərki fikri proseslərin axarını müəyyən edir.  Təfəkkür şüurlu

tənzim olunan intellektual əməliyyatlar kimi icra olunur.  Dü-

şünmə


prosesində

yaranan


hər

hansı


fikri

təfəkkür


uyğunlaşdırır, 

müqayisə


edir

fikri



prosesləri

istiqamətləndirir. Beləliklə, yoxlama, tənqid, nəzarət təfəkkürü

şüurlu proses kimi xarakterizə edir. Fikrin bu şüurluluğu onun

xüsusi üstünlüyündə müəyyən olunur. Ancaq fikri proseslərdə



303

səhv mümkündür, ancaq fikirləşən insan səhv edə bilər.

Hər hansı təfəkkür hadisəsi bu və ya digər formada

anlayışlarda tamamlanır.  Real fikri proseslərdə anlayışlar pro-

sesi ayrıca ifadə olunmur,  anlayışlar əyani təsəvvürlər və

sözlərlə qarışaraq vahid,  anlayışın forması olmaqla eşitmə və

görmə obrazları ilə birlikdə fəaliyyətdə olur (icra olunur).

Əyani elementlər fikri proseslərə daxildir:

a)  şeylər və əlamətlər haqqında təsəvvür obrazları

şəklində,

b) sxemlər şəklində,

c) anlayışlar təfəkkürünü idarə edən sözlər şəklində.

İnsan təkcə mücərrəd anlayışlarla deyil, həmçinin obraz-

larla fikirləşir.  Real fikri proseslər adətən söz,  obraz

formalarında hansısa şəkildə mücərrəd anlayışlara qarışır.

Obraz predmetin obrazı kimi semantik məzmuna malik-

dir.  İnsanın qavradığı və ya təsəvvür edilən obrazlar adətən

sözlərlə ifadə olunmuş şəkildə məna ilə əlaqəli olur. Söz pred-

meti mənalandırır.  Obrazlı,  əyani nə isə qavranılırsa,  predmet

dərk edilir və onun vasitəsi ilə qavranılır. Bu semantik məzmun

söz-anlayışın və obrazın ümumi əvəzedicisi rolu oynayır.  Se-

mantik ümumilik real fikri proseslərin zəruri həlqəsidir, çünki

sonrakı səviyyədə bu məqam sözə və ya işarəyə çevrilir.

Təfəkkürə «fikirləş»  və ya «fikirləşmə»  əmrini vermək

absurddur.

Obraz fikri proseslərə qoşularaq,  onda semantik

funksiyanı yerinə yetirərək intellektuallaşır.  Obrazın fikri

proseslərdə yerinə yetirdiyi funksiya, ümumiləşmiş məna hissi

daşıyıcısı rolu oynamaqla fikri proseslərin hissi məzmunu

dəyişidirir,  ön planda şeyin,  hadisənin mənası ilə əlaqəli olan

əlamətlər aktivləşir,  köməkçi,  ikinci dərəcəli,  təsadüfi

sıxışdırılaraq arxa plana keçirilir.  Obraz təfəkkürdən kənarda

qalmır, o semantik intellektual məzmunla zənginləşir.

Konkret əyani obraz,  sxem,  söz təfəkkürdə əhəmiyyətli

rol oynayır. İnsan heç də həmişə genişləndirilmiş sözlü forma-


304

larla fikirləşmir,  fikri bəzən sözü qabaqlayır.  Əyani obrazlar, 

sxemlər təfəkkürün hissi-əyani komponentlərini tükətmir.  Söz

anlayışlar təfəkkür üçün əsas əhəmiyyət kəsb edir.

Anlayışlar təfəkkürü – sözlü təfəkkürdür.  Söz fikrin

mövcudluq formasıdır,  onun vasitəsiz ötürülmə imkanıdır.  Fi-

kir ancaq o zaman    son formasını ala bilir ki,  niyyət nitq

simvollarında kodlaşır. Fikrin nitqdə kodlaşması ümumi idraki

forması olmasını L.S.Vıqotski belə ifadə etmişdir: «fikir sözdə

doğulur».  Ona görə nitq təkcə ünsiyyət vasitəsi deyil, həm də

təfəkkürün

silahıdır.  Söz

fikrin


forması –

təkcə


mücərrədləşmiş məna deyil, həm də əyani hissi təsəvvürdür.

Fikri proseslərin əsas əməliyyatları.  Fikri proseslər

problem situasiyanın mövcudluğundan asılı olaraq başlayır və

hansısa problemin həllinə istiqamətləniyaları subyektin

təsəvvürlərində

qeyri-adekvat,  təsadüfi

qeyri-əsas



əlamətlərlə verilib.

Daha adekvat dərk etmə təfəkkür qarşısında duran

məsələ həlli üçün,  idrak prosesləri çoxlu əməliyyatlardan

istifadə edir.

Belə

əməliyyatlara



təhlil, 

tərkib, 


müqayisə, 

mücərrədləşdirmə,  ümumiləşdirmə,  konkretləşdirməni aid edi-

lir.  Bütün bu əməliyyatlar təfəkkürün əsas əməliyyatlarının

müxtəlif tərəflərinin vasitəli mahiyyət əlaqələrinin və

münasibətlərinin açılmasına yönəlib.

. Fikri proseslərin və ya fikri əməliyyatların motivlərinin

– təhlil və tərkib (analiz və sintez)  vasitəsi ilə bu əlamətləri  

aydınlaşdırmaq mümkündür.



Təhlil – əşyanın,  hadisənin fikrən hissələrə,  anlara, 

tərəflərə bölünməsidir.  Tərkib təhlil vasitəsi ilə ayrılmış, 

parçalanmış tamı bərpa edir, mahiyyəti az və ya çox dərəcədə

təhlil vasitəsi ilə açılmış əlaqələri birləşdirir.

Təhlil problemi hissələrə bölür,  tərkib yeni əsasda onu

həll etmək üçün birləşdirir.  Təhlil və tərkib əməliyyatlarının

köməyi ilə fikir əşya haqqında yayğın təsəvvürlərdən anlayışa


305

doğru gedir. Təhlil vasitəsi ilə əsas elementlər aşkarlanır, tərkib

vasitəsilə tamın mahiyyət əlaqələri açılır.

Təhlil və tərkib digər təfəkkür əməliyyatları kimi, 

əvvəlcə əşyavi,  hərəkət planında əmələ gəlir.  Təhlil və tərkib

bir-biri ilə sıx əlaqədardır. Təhlil vasitəsi ilə ayrılmış əlamətlər

tərkibin köməyi ilə fikirdə bütövləşir.

Bəzi insanlar təhlilə meylli olmaları – dəqiqlik və

aydınlığı,  digərləri isə tərkibin genişliyi ilə seçilir.  Təhlil və

tərkib təfəkkürün bütün tərəflərini ifadə edə bilmədiyindən, 

digər münasibətlər mücərrədləşmə və ümumiləşmə ilə

aşkarlanır.



Müqayisə – şeyləri,  hadisələri,  onların xüsusiyyətlərini

qarşılaşdıraraq onların fərqini və oxşarlığını açır,  müəyyən

edir.  Onların digər fərqli şeylərdən oxşar əlamətləri müəyyən

edərək müqayisə oxşar əlamətlərin təsnifatını həyata keçirir. 

Müqayisə idrakın formasıdır, şeylər əvvəlcə müqayisə yolu ilə

dərk olunur. Bu, həm də idrakın elementar formasıdır. Oxşar və

fərqlər əqli idrakın əsas kateqoriyalarıdır və əvvəlcə xarici

münasibətlər kimi çıxış edir.  Müqayisə oxşarda fərqi,  fərqdə

oxşarı tapmağa yönəlib.  Daha dərin mahiyyət əlamətlərini, 

qanunauyğunluqları və daxili əlaqələrin açılmasını tələb edir. 

Müqayisə zamanı düzgün nəticəyə gəlmək üçün ona bir sıra

tələblər verilir.  Hər şeydən əvvəl,  müqayisəni eynicinsli

obyektlər üzərində aparmaq lazımdır.  Məsələn,  tələbə ilə

fincanı müqayisə etmək olmaz.  Digər tərəfdən müqayisə

zamanı müqayisə olunan obyektlərin hamısında eyni əlamət

götürülməlidir. Məsələn, iki tələbədən birinin intizamını, o bi-

rinin isə təlim müvəffəqiyyətini götürüb müqayisə etmək ol-

maz. 


Mücərrədləşmə – cisim və hadisələrdə mövcud olan hər

hansı bir tərəfin,  əlamətin,  xassənin fikrən nəzərdən

keçirilməsindən

ibarət


olan

təfəkkür


prosesidir. 

Mücərrədləşdirmə,  digər fikri əməliyyatlar kimi,  əvvəlcə

hərəkət planında doğulur.  Mücərrədə gedən yol konkret


306

əşyalara olan münasibətlərdən keçir,  fikir konkretdən

ayrılmayaraq,  daim və zəruri olaraq ona qayıdır.  Konkretə, 

şeyə, hadisəyə, qayıdış fikrin mücərrəd yolundan keçir. Bu hal

həmişə idrakın zənginləşməsi ilə başa çatır. Konkretdən arala-

nan fikri proses və ona abstrakt vasitəsi ilə qayıdan,  idrak

konkret olanı fikrən yenidən qurur və məzmunu zənginləşdirir. 

Mücərrədləşmə konkretdən keçir və konkret mücərrəd vasitəsi

ilə dərk olunur,  idrak prosesləri ikiqat fikri hərəkətlər vasitəsi

ilə baş verir.



Ümumiləşdirmə fikri proseslərin daha mürəkkəb

əməliyyatlarındandır.

Ümumiləşmə hərəkət planında doğulur,  fərd eyni

ümumiləşdirmə hərəkəti ilə bir neçə müxtəlif oyadıcılara cavab

verir,  onları müxtəlif situasiyalarda ümumilik xüsusiyyətləri

əsasında yaradır. Müxtəlif situasiyalarda eyni hərəkət müxtəlif

hərəkətlərin vasitəsi ilə tez-tez icra oluna bilər və bütün hallar-

da eyni,  ümumi hərəkət sxemlərini saxlayır.  Ümumiləşdirmə

mücərrədləşmiş mahiyyət xarakterli əlamətləri ona aid olan

predmetlər sinfi və hadisələrlə birləşdirir.  Anlayış fikri

ümumiləşmə formalarından biridir.

Konkretləşdirmə – ümumiləşməyə əks istiqamətli

hərəkətdir.  Konkretləşdirmə anlayışların müəyyənləşməsində

tək-tək şeylərin və hadisələrin müəyyən sinfə aidliyini göstərir. 

Konkretləşdirmə ümumi vəziyyətə və ya hər hansı anlayışa

müvafiq olan tək haqqında təsəvvürdür. Konkret təsəvvürlərdə

hadisə və predmetlərin müxtəlif əlamətlərindən azaltmalar baş

vermir, əksinə bu predmetlər özünün çoxobrazlılığı ilə əlamət

və xüsusiyyətləri ilə, bir əlamət digəri ilə əlaqədə konkret ifadə

edilir. Ümumi anlayışları konkretləşdirərək biz onu daha yaxşı

başa düşürük. «Stol» anlayışını konkretləşdirərək biz onu «yazı

masası», «yemək masası», «iş stolu» kimi ifadə edirik.


307

IV.11.4.   Təfəkkürün əsas növləri

Təfəkkürün növləri idraki əhəmiyyətinə görə biri-

digərindən fərqlənir.  Hafizədən mahiyyətə ümumiləşdirmə

səviyyəsinə

görə

müxtəlif


səviyyəli

fikirlərin

fərqləndirilməsinə görə təfəkkür,  praktik anlayışlar təfəkkürü, 

obrazlı təfəkkür, praktik – əyani obrazlı, əyani əməli ola bilir.



Nəzəri təfəkkür, öz predmetinin  qanunauyğunluqlarını

açan yüksək təfəkkür növüdür.  İnsan məsələ həlli zamanı

anlayışlara müraciət edir,  hərəkətləri əqlində yerinə yetirir, 

birbaşa təcrübəyə müraciət etmir. O məsələnin həllini əvvəldən

axıra   hazır biliklərin hesabına fikrən yerinə yetirir.  Bu hazır

bilik formaları anlayışlar,  hökmlər,  əqli nəticələrdir.  Nəzəri

anlayışlar təfəkkürü elmi nəzəri tədqiqatlar üçün xarakterikdir. 

Əyani təfəkkür və nəzəri təfəkkür çoxobrazlı üsullarla biri

digərinə keçir. Onlar arasında fərq nisbidir.

Nəzəri obrazlı təfəkkür – anlayışlar təfəkküründən

obrazların istifadəsi ilə fərqlənir. Hər hansı təfəkkür az və çox

dərəcədə əyani – hissi obrazlarla qarışır.  Anlayışlar və obraz-

təsəvvürlər

bu

təfəkkür


növündə

ayrılmazdır.  İnsan

təsəvvürlərsiz ancaq anlayışlarla hissi əyanilikdən uzaq

fikirləşə bilməz,  o,  həmçinin təkcə hissi-əyani obrazlarla, 

anlayışlarsız fikirləşə bilməz. Ona görə də əyani və anlayışlar

təfəkkürünü xarici əksliklər kimi qəbul etmək olmaz. Lakin



Təfəkkürün növləri

Formasına görə

əyani əməli

əyani-obrazlı

mücərrəd-məntiqi

Xarakterinə görə

Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin