Dərslik komplektinə daxildir:  Dərslik  Müəllim üçün metodik vəsait



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix01.04.2017
ölçüsü3,58 Kb.
#13120
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   16

 
 
    1 saat
 
TƏDRİS VAHİDİ –
4
ORQANİZM VƏ MÜHİT 
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir 
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan  fərqləndirir. 
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir. 
3.2.2. Dərman bitkilərini fərqləndirir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir. 
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.

 
121 
7. ORQANİZM VӘ TӘBİİ BİRLİKLӘRӘ MÜHİTİN TӘSİRİ 
 
Dərs 51 / Mövzu 45:
 CANLI ORQANİZMLƏRİN MƏSKUNLAŞMASI 
VƏ YAYILMASI 
 
 
 
 
 
Mətnlə tanış olduqdan sonra müəllim şagirdlərə aşağıdakı məlumatı verə bilər: 
“Məlumdur ki, yabanı turpun ildə 160, yaddaş çiçəyinin 700, üçrəng bənövşənin 
2500, dərman zəncirotunun 5000 toxumu əmələ  gəlir. Təsəvvür edin ki, bütün 
toxumlar ana bitkinin ətrafına tökülür. Sonra nə baş verəcək? (onların cücərməsinə 
və inkişafına kəskin rəqabət mane olacaq, su, işıq, mikroelementlər kifayət 
etməyəcək). Bitkilərdə bu “problem” necə  həll edilir?
 
Həyati biliklərindən və 
gündəlik müşahidələrindən faydalanan şagirdlərin cavabları müzakirə olunur. 
Çətinlik yaranarsa, müəllim onların diqqətini şəklə yönəldə bilər. Uşaqlar müzakirə 
zamanı bitkilərin toxum və meyvələrinin yayılması üçün  uyğunlaşmaların vacib 
olduğunu qeyd edə bilərlər. Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir. 
 Şəkillərdə təsvir olunan bitkilərin yayılma üsulu haqqında şagirdlərin fərziyyə-
ləri müzakirə oluna bilər. Tapşırığın müzakirəsini dərsin sonuna da keçirmək müm-
kündür. Bu zaman şagirdlər dəftərlərinə tapşırıqla bağlı qeydlər edirlər. Tətbiq za-
manı bu fikirlərə qayıtmaq və onları bir daha müzakirə etməklə dərsin şagirdlərin 
təsəvvürlərini necə dəyişdiyini yoxlamaq olar.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim elektron təqdimatlar, 
videomateriallar, yaxud digər  əyani vəsaitlərdən istifadə edərək nəzəri materialı 
izah edir. Videomateriallar aşağıdakı mənbələrdən götürülə bilər:  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Meyvə və toxumları yayılma növlərinə görə təsvir edir. 
  Heyvanlar üçün miqrasiyanın səbəb və əhəmiyyətini izah edir.  
 
 

 
122
http://www.youtube.com/watch?v=KdAaL3rq4KA, 
http://www.youtube.com/watch?v=tYjLHxrzXXI&feature=related 
http://www.youtube.com/watch?v=vwQxezRFzP4 
http://www.youtube.com/watch?v=LzS7lvD8vzM&feature=related  
2) Dərslikdəki məlumat  şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil 
olunur (bu halda məlumatı 3-4 hissəyə bölmək məqsədəuyğundur). Bu zaman 
əyaniliyi təmin etmək üçün mətnlə yanaşı müvafiq şəkillərin paylanması daha 
səmərəlidir. Dərsin məqsədlərini nəzərə alaraq aşağıdakı məqamlara xüsusi diqqət 
yetirmək tövsiyə olunur:  
  toxum və meyvələrin yayılması külək, su, heyvanlar, özlərinin səpilməsi 
vasitəsilə ola bilər; 
  bir yayılma üsuluna uyğunlaşmalar müxtəlif ola bilər; 
  meyvə və toxumların xarici quruluşu onların yayılma üsulları ilə əlaqədar olur. 
“Öyrəndiklərinizi tətbiq edin” bölümündə verilmiş cədvəl nəzəri materialla tanışlıq 
zamanı, yaxud dərsin sonunda doldurula bilər.  
 
Bitkinin adı Meyvəsinin xüsusiyyətləri Necə yayılır 
 
 
 
Heyvan, göbələk və bakteriyaların yayılmasının xüsusiyyətləri və  əhəmiyyəti 
haqqında məlumatları şagirdlər müstəqil öyrənə bilərlər.  
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqlar dərsdə 
mənimsənilən biliklərin ümumiləşdirilməsi və  dərsin məqsədində qeyd olunmuş 
bacarıqların formalaşmasına imkan yaradır. 
 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Meyvə və toxumları yayılma 
növlərinə görə təsvir etməkdə 
çətinlik çəkir.  
Bitkilərin yayılma növlərini 
təsvir edərkən kiçik səhvlərə 
yol verir.  
Bitkilərin yayılma növlərini 
dolğun təsvir edir. 
 
Heyvanlar üçün miqrasiya-
nın səbəb və əhəmiyyətini  
müəllimin köməyi ilə izah 
edir.
 
Heyvanlar üçün miqrasiya-
nın səbəb və əhəmiyyətini   
izah edərkən kiçik qeyri- 
dəqiqliyə yol verir.
 
Heyvanlar üçün miqrasiya-
nın səbəb və əhəmiyyətini  
ətraflı izah edir.
 
 
 
 
 
 
 
 

 
123 
 
Dərs 52 / Mövzu 46:
 ORQANİZMLƏRİN MÜHİTLƏ 
            QARŞILIQLI TƏSİRİ 
 
 
 
 
Gündəlik planlaşdırma nümunələrində bu dərsə aid daha ətraflı tövsiyələr 
verilmişdir. 
 Motivasiyanın mətni ilə tanış olmazdan əvvəl müəllim  şagirdlərin biliklərinə 
əsaslanaraq belə bir “Klaster”i doldurmağı təklif edə bilər: 
 
 
 
 
Şagirdlərlə birlikdə mövzunun əvvəlində verilmiş  mətnlə tanış olur. Suallar üzrə 
aparılan müzakirələr növbəti tapşırığa şagirdlərin hazırlanmasını təmin etmiş olur. 
 Praktik tapşırığı yerinə yetirərkən şagirdlər əvvəlki biliklərindən faydalanmalı-
dırlar. Bunun üçün müvafiq suallarla aşağı siniflərdən “Həyat bilgisi” və digər 
fənlərdən müxtəlif heyvanların həyat tərzi haqqında bilikləri yada salmaq olar. 
Şagirdlər cədvəldə qeyd olunan heyvanların həyatında işığın  əhəmiyyətini müəy-
yən edir. Müzakirənin  əvvəlində “yaşayış mühiti” anlayışını izah etmək faydalı 
olardı.  Şagirdi bu və ya digər ekoloji amillərin təsirinin ilk növbədə canlı or-
qanizmlərin yaşayış mühitindən asılı olması fikrinə yönəltmək məqsədəuyğundur.
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
1) Praktik işin müzakirəsindən sonra müəllim  əyani vəsaitlərə (elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərək nəzəri materialı izah edir.  
2) Dərslikdəki məlumat  şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil 
Alt
 
STANDARTLAR
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Ekoloji amillər və onların canlılara təsirini izah edir. 
 
 
TƏBİƏT 
Canlı
Cansız
?
?

 
124
olunur. Məlumatı abiotik amillərin sayına görə 3 hissəyə bölmək məqsədəuyğun-
dur. Bu zaman əlavə  mətnlərin və müvafiq şəkillərin paylanması daha faydalıdır. 
Dərsin məqsədlərini nəzərə alaraq aşağıdakı  məsələlərə xüsusi diqqət 
yetirilməlidir:
 
  Yaşayış mühiti 
  Ekoloji amillər 
  Ekologiya 
  Orqanizm üçün işığın,  suyun, temperaturun əhəmiyyəti.  
İş zamanı müəllim istiqamətləndirici suallar verə bilər. Məsələn,  
  Canlı orqanizmlər üçün işığın  əhəmiyyəti nədədir?  İşıq bitkilərə  nə üçün 
lazımdır? Fotosintez nədir? Bitkilərin və heyvanların davranışında hansı 
mövsümi dəyişikliklər baş verir? 
  Canlı orqanizmlər üçün suyun əhəmiyyəti nədədir? Canlılar suyun 
çatışmazlığına və ya çoxluğuna  necə uyğunlaşmışlar? 
  Canlı orqanizmlər üçün temperaturun əhəmiyyəti nədədir? Temperaturun 
dəyişməsi orqanizmlərə necə təsir edir?  
Heyvan, bitki, göbələk və bakteriyaların qarşılıqlı  əlaqələri haqqında məlumat  
bütün siniflə müzakirə oluna bilər. Mövzuya növbəti dərsdə daha geniş surətdə 
qayıdılacaq. Tanışlıq xarakteri daşıyan qarşılıqlı  əlaqələrə aid məlumat aşağıdakı 
sxem  şəklində  təqdim edilə bilər. Sxemdəki istənilən iki düzbucaqlını birləşdirib 
seçilmiş canlı orqanizmlər arasında qarşılıqlı münasibətlərə dair nümunələr 
göstərmək lazımdır. Müəllim bu fəaliyyət növünü tapşırıq  şəklində  şagirdlərin 
iştirakı ilə lövhədə reallaşdıra bilər. Məsələn, “Heyvanlar bitkilərin tozlanmasında, 
meyvə və toxumlarının yayılmasında iştirak edirlər”. 
 
 
 
 
 
Bitki 
Heyvan 
Göbələk 
Bakteriya 
Heyvan 
Bitki 

 
125 
“Öyrəndiklərinizi yoxlayın” bölümündə təqdim olunmuş tapşırıqlar dərsdə mənim-
sənilən biliklərin ümumiləşdirilməsi və  dərsin məqsədində qeyd olunmuş 
bacarıqların formalaşması üçün imkan yaradır. 
 
 
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Ekoloji amilləri sadalayır,  
onların canlılara təsirini izah 
etməkdə çətinlik çəkir.
 
Ekoloji amilləri və onların 
canlılara təsirini qismən izah 
edir.
 
Ekoloji amilləri və onların 
canlılara təsirini dolğun izah 
edir.
 
 
 
Dərs 53 / Mövzu 47:
 TƏBİİ BİRLİKLƏR 
 
 
 
 
 Müəllim şagirdlərlə birlikdə dərslikdəki mətnlə tanış olur.  Suallar üzrə aparılan 
müzakirələr növbəti tapşırığa şagirdlərin hazırlanmasını təmin etmiş olur. 
 Verilmiş tapşırığı yerinə yetirərkən şagirdlər əvvəlki biliklərindən faydalanma-
lıdırlar. Bunun üçün aşağı siniflərdən “Həyat bilgisi” fənnindən öyrəndikləri 
müxtəlif heyvanların qidalanma, yaşadığı mühit və digər xüsusiyyətləri haqqında 
bilikləri yada salmaq olar. Cədvəldə qeydlər edən zaman şagirdlər bu və ya digər 
heyvanın yaşayış mühitini göstərir və eyni zamanda canlı orqanizmlər arasında 
qida əlaqələrini əks etdirən ilkin biliklərini nümayiş etdirir.
 
 
Nəzəri materialın izahında müəllim sxem, şəkil, elektron təqdimat və başqa 
əyani vəsaitlərdən istifadə edə bilər. “Qida zənciri” anlayışını izah etdikdən sonra 
Alt
 
STANDARTLAR
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Təbii birliklərdə bitki və heyvanların bir-birilə  və  ətraf 
mühitlə əlaqələrini izah edir. 
 
 
 

 
126
bir neçə qida zəncirinin qurulmasına aid tapşırığın yerinə yetirilməsi yeni məlumat-
ların möhkəmləndirilməsi üçün əhəmiyyətli olardı. Məsələn, “Komponentləri qırğı, 
kəpənək, qurbağa, çəyirtkə, suilanı olan bataqlıq üçün səciyyəvi olan qida zəncirini 
qurun”.
 
Təbii birliklərdə qida zəncirlərinin mürəkkəb yollarla əlaqələnib qida 
şəbəkəsi əmələ gətirməsi fikrini şagirdlərin nəzərinə çatdırmaq vacibdir. Şəbəkədə 
orqanizmlərin çoxu bir neçə qida zəncirinin halqalarına daxildir. Qida əlaqələri 
mürəkkəb olduğu üçün bir növün itməsi  əksər hallarda sistemdə tarazlığı 
pozmur. Beləliklə,  şagirdlər biosenozlarda orqanizmlərin qarşılıqlı  əlaqələri, 
onların funksional cəhətdən qruplara bölünməsi, birliklərdə bu qrupların rolu 
barədə müəyyən bilik və bacarığa malik olurlar.  
Mətn  şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil oluna bilər. Bu 
halda mətni 4 hissəyə bölmək məqsədəuyğundur. Bu zaman əlavə  mətnlərin və 
müvafiq  şəkillərin paylanması  səmərəliliyi artırardı. Hər qrup işinin nəticələri 
 
blokunda verilmiş cədvəldə qeyd olunur.  
 
Birgəyaşayış formaları
 
Qarşılıqlı 
münasibətlərdə olan 
orqanizmlər
 
Əhəmiyyəti
 
Yırtıcı – şikar
 
 
 
Parazit – sahib
 
 
 
Rəqabət
 
 
 
 
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqlar dərsdə 
mənimsənilən biliklərin ümumiləşdirilməsi və  dərsin məqsədində qeyd olunmuş 
bacarıqların formalaşması üçün imkan yaradır.  
1-ci tapşırıqda  şagirdlər digər orqanizmlərdən təşkil olunmuş qida zənciri qura 
bilərlər. 
2-ci tapşırığı yerinə yetirən zaman şagirdlər həm də coğrafiya dərslərində qazanılan 
biliklərdən faydalanırlar.  
 
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Təbii birliklərdə bitki və 
heyvanların bir-birilə və ətraf 
mühitlə əlaqələrini izah 
etməkdə çətinlik çəkir.  
 
Təbii birliklərdə bitki və 
heyvanların bir-birilə və ətraf 
mühitlə əlaqələrini izah 
edərkən kiçik səhvlərə yol 
verir. 
Təbii birliklərdə bitki və 
heyvanların bir-birilə və ətraf 
mühitlə əlaqələrini dolğun 
izah edir. 
 
 

 
127 
Dərs 54 / Mövzu 48:
 İNSAN VƏ CANLI TƏBİƏT 
 
 
 Mövzunun  əvvəlindəki mətnlə tanış olmazdan əvvəl keçən dərsin materialına 
istinad edərək şagirdlərlə növbəti sualları müzakirə etmək faydalı olardı:
 

 
Təbii birlik nədir? Təbii birliklərin tərkibi barədə nə söyləyə bilərsiniz?  
Müəllim şagirdlərin cavablarını ümumiləşdirməklə yanaşı lövhədə müvafiq qeydlər 
edə bilər. Məsələn, 
  Birliyin tərkibinə canlı və cansız təbiətin komponentləri daxildir (dağ süxurları, 
torpaq, bitki örtüyü, heyvanlar və s.). 
  Birliyin komponentləri müstəqil deyil, bir–biri ilə qarşılıqlı  təsirdə  və 
münasibətdə mövcuddurlar. Buna görə də təbiətin bir komponentini  dəyişdikdə 
digərlərinə də təsir göstərir.  
Faktla tanış olduqdan sonra müəllim  şagirdlərə suallarla müraciət edir.
 
Həyati 
bilikləri və gündəlik müşahidələrindən faydalanan şagirdlərin cavabları müzakirə 
olunur. Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir. 
 Şəkillərdə təsvir olunan hadisələr, onların səbəb və nəticələri müzakirə olunur.  
Tətbiq zamanı bu fikirlərə qayıdış mümkündür. Bu mərhələdə “Ekoloji fəlakət”, 
yaxud “Ekoloji böhran” anlayışları izah edilə bilər. 
 Nəzəri materialın izahına insan fəaliyyətinin təbiətə  mənfi təsirini, ekoloji 
tarazlığın pozulmasını, ekoloji fəlakətləri əks etdirən videomaterialları göstərməklə 
başlamaq məqsədəuyğundur. Videomaterialları bu mənbələrdən götürmək olar:  
http://www.youtube.com/watch?v=1pe-KV6J-uE 
http://www.youtube.com/watch?v=bTmwbic5oJg 
Alt
 
STANDARTLAR
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan  fərqləndirir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
4.2.1. Canlıların qorunması ilə bağlı əldə etdiyi məlumatı təqdim 
edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  İnsanın təsərrüfat fəaliyyətinin  təbiətə  təsirinə aid nümunələr 
göstərir, onların səbəblərini izah edir. 
  Respublikada canlıların qorunması ilə bağlı  əldə etdiyi 
məlumatları təqdim edir.
 
 
 

 
128
Mövzunun təqdimatını bloklara ayırmaqla aparmaq mümkündür. Bu halda iş kiçik 
qruplarda aparıla bilər. Bunun üçün müəllim qruplara müvafiq mətnlər təklif edə 
bilər: 
  Suyun çirklənməsi 
  Torpağın çirklənməsi  
  Havanın çirklənməsi     
  Heyvanların qırılması  
  Meşələrin qırılması və s. 
Dərslikdə “Qırmızı kitab”, canlıların nadir növlərinin saxlanılması, qorunması üçün 
ayrılan ərazilər – qoruqlar, yasaqlıqlar və milli parkların xüsusiyyətləri, həmin ərazi-
lərin oxşar və fərqli cəhətləri haqqında məlumatlar verilir. Növbəti dərsdə bu mövzu 
daha geniş əhatə olunduğuna görə, verilən məlumat tanışlıq xarakteri daşıyır. 
“Öyrəndiklərinizi yoxlayın” bölümündə 1-ci tapşırıqda  şagirdlər işarələrin 
mənasını izah edir. Təlim nəticələri yüksək olan şagirdlərə təbiətin mühafizəsi ilə 
bağlı yeni işarələr fikirləşmək təklif oluna bilər.  
2-ci tapşırıq qorunan ərazilərin xüsusiyyətlərinin müqayisəsi üzərində qurulub. Bu 
tapşırığın icra olunması üçün şagirdlərə əlavə müvafiq resurslar təqdim oluna bilər 
(məqalələr, ensiklopediyalar, İnternet resursları və s.) 
Qorunan 
ərazilər 

Yasaqlıqlar 

Xüsusiyyətləri 
Сiddi mühafizə olunan təbiət 
sahələridir. Ərazidə insanın bütün 
təsərrüfat fəaliyyəti qadağan edilir. 
? ? 
 
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Təqdimetmə 
Zəif
 
Orta
 
Yüksək
 
İnsanın təsərrüfat fəaliyyəti-
nin təbiətə təsirinə aid nümu-
nələri çətinliklə göstərir, on-
ların səbəblərini müəllimin 
istiqamətləndirici sualları va-
sitəsilə izah edir. 
İnsanın təsərrüfat fəaliyyəti-
nin təbiətə təsirinə aid nümu-
nələr göstərir, amma onların 
səbəblərini izah edərkən 
bəzən səhvlərə yol verir. 
 
İnsanın təsərrüfat fəaliyyəti-
nin təbiətə  təsirinə aid ətraflı 
nümunələr göstərir, onların 
səbəblərini düzgün izah edir. 
 
Məlumatı 
əldə edir, 
sistemləşdirə bilmir.  
Məlumatı əldə edir, çətinliklə 
sistemləşdirir. 
Məlumatı  əldə edir, sistemli 
təqdim edə bilir.  
 

 
129 
Dərs 55 / Mövzu 49:
 AZƏRBAYCAN QORUQLARI 
 
 
 
 
 
Bu mərhələdə  şagirdlər  əvvəlki biliklərindən faydalanmalıdırlar. Bunun üçün 
“Həyat bilgisi” və “Biologiya” fənləri üzrə  əvvəlki dərslərdən mühafizə olunan 
ərazilər haqqında öyrəndikləri məlumatları yada salmaq olar. 
 Əvvəlki biliklərinə  əsaslanaraq  şagirdlər Azərbaycan Respublikası  ərazisində 
geniş yayılmış  və xüsusi mühafizəyə ehtiyacı olan heyvanları qeyd edir, sual 
ətrafında müzakirələr aparırlar. 
 Praktik  işin müzakirəsindən sonra müəllim Azərbaycan Respublikasının 
xəritəsi, elektron təqdimatlar, yaxud video və fotomateriallar, həmçinin digər əyani 
vəsaitlərdən istifadə edərək nəzəri materialı izah edir.  
Dərslikdə verilmiş tapşırıqlarda  əlavə  məlumat mənbələrindən (“Qırmızı kitab”, 
ensiklopediya, müvafiq məqalə və İnternet saytları və s.) istifadə edərək şagirdlər 
kiçik qruplarda Yer üzündə yaşayan hər hansı nadir, yaxud nəsli kəsilməkdə olan 
canlı növü haqqında məlumat toplayır və  təqdimatlar hazırlayırlar. Toplanan 
məlumat verilmiş plan üzrə divar qəzeti, tövsiyə, məqalə, yaxud elektron təqdimat 
formasında nümayiş etdirilir. Bu tapşırıq dərsdə  mənimsənilən biliklərin 
ümumiləşdirilməsi və dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşması 
üçün imkan yaradır. Şagirdlərə təqdimatın ümumi planını vermək olar.  
 
 
 
Alt
 
STANDARTLAR
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı  məlumatları  təq-
dim edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Bitki və heyvanları qoruma yollarını izah edir. 
  Mühafizə olunan heyvan və bitkilər haqqında məlumat topla-
yır, təqdim edir. 
 
 

 
130
PLAN 
  Heyvanın və ya bitkinin adı. 
  Yayıldığı ərazi. 
  Sayının azalma səbəbi. 
  Xüsusiyyətləri (sayı, həyat tərzi və s.). 
  Növü qorumaq üçün görülən tədbirlər. 
  Bu heyvanları  və ya bitkiləri qorumaq tədbirləri barədə edəcəyiniz  əlavə 
təkliflər. 
 
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Təqdimetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Bitki və heyvanları qorumaq 
yollarını izah etməkdə 
çətinlik çəkir.  
 
Bitki və heyvanları qorumaq 
yollarını izah edərkən bəzən 
səhvlərə yol verir.  
 
Bitki və heyvanları qorumaq 
yollarını ətraflı şəkildə izah 
edir. 
 
Mühafizə olunan heyvan və 
bitkilər haqqında məlumat 
toplayır, onu təqdim edərkən 
müəllim və şagirdlərin 
köməyindən istifadə edir. 
 
 
Mühafizə olunan heyvan və 
bitkilər haqqında məlumat 
toplayır, tələb olunan  
şəkildə təqdim edə bilmir. 
 
 
Mühafizə olunan heyvan və 
bitkilər haqqında dolğun mə-
lumat toplayır, onu sistemli 
şəkildə təqdim edir.
 
 
 

 
131 
VII FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1Meyvələrin  yayılma üsulunu onların əlamətlərinə görə müəyyən edir.  
 
 
2. Ekoloji amillərin canlı orqanizmlərə təsiri barədə məlumatları oxuyun. 
Məlumatın nömrəsini cədvəlin müvafiq xanasına yerləşdirin.  
 
EKOLOJİ  AMİL BİTKİLƏR GÖBƏLƏKLƏR HEYVANLAR 
İşıq 
 
 
 
Su 
 
 
 
 
1. Bəzi ibtidailərin (yaşıl evqlena) və birhüceyrəli yosunların  işığa həssas 
gözcüyü əlverişli işıq  şəraitini tapmağa xidmət edir. 
2. Yarpaqlar iynələrə və tikanlara çevrilmiş, həşəratların nəfəslikləri qapaqlar-
la örtülmüşdür. 
3. Kaktusun gövdəsində su ehtiyatı toplanır. 
4. Fotosintez prosesi nəticəsində bitkilər qidalanmaq üçün üzvi maddələr əmələ 
gətirir.  
5. Əksər meymunlar gündüz heyvanlarıdır. Yalnız gecə meymunları fəsiləsinin 
nümayəndələri gecə həyat tərzi sürürlər. 
6. Göbələklər lazım olan maddələri canlı  və  məhv olmuş orqanizmlərdən, 
torpağın nəmliyindən, təbii su hövzələrindən alır. 
7. Bəzi bitkilərin tükcüklü yarpaqları olur, bəziləri isə quraqlıq zamanı yarpaq-
larını tökür.  
8. Quru qurbağalarının sidik kisəsində su ehtiyatı toplanır. 
 
3. Düzgün variantın altından xətt çəkin. 
1. Oxşar qidaya, məkana və digər həyat şəraitinə ehtiyacı olan növlər arasındakı  
münasibətlər rəqabət/yırtıcılıq adlanır. 
2. Bir orqanizmin digər orqanizmi parçalayaraq qidalanması   parazitizm/ 
yırtıcılıq adlanır. 
3. Bir orqanizmin digərinin qidalı maddələri hesabına yaşaması simbioz/ para-
zitizm adlanır. 
4. Paxlalı bitkilərin köklərində yumrucuq bakteriyaları yaşayır. Bakteriyalar bit-
kinin üzvi maddələri ilə qidalanır, eyni zamanda bitkini lazımi maddələrlə 
təchiz edirlər. Belə qarşılıqlı əlaqə simbioz/rəqabət adlanır. 
 
Meyvələrin şirəli ləti var
Meyvələrin tükcükləri var
Meyvələrin qarmaqcıqları, iti dişcikləri var 
Yüngül meyvələrin hava boşluqları var 
küləklə
 
su ilə 
heyvanlar vasitəsilə
 
MEYVƏLƏRİN ƏLAMƏTLƏRİ
YAYILMA ÜSULU
 

 
132
4. İnsanın fəaliyyətinin təbiətə təsirini əks etdirən bir neçə nəticə çıxarın.  
    Meşələrin qırılması nə ilə nəticələnə bilər?  
 
 
 
 
 
5. Qida zəncirinin düzgün ardıcıllığını göstərin:  
A) Bakteriyalar – qozalar – sincab – dələ 
B) Ot bitkisi – qurbağa – çəyirtkə – koramal – şahin    
C) Ağac – ağacdələn – qabıqyeyən böcəyin sürfəsi – bakteriyalar 
 
6. Səhra bitkilərinin hansı uyğunlaşmaları var? 3 cavab seçin: 
А) Köklərin torpaq səthinə yaxın yerləşməsi   
 
B) Köklərin dərinə getməsi  
D) İriətli yarpaqların olması   
 
Е) Şirəli gövdələrin olması 
C) Yarpaqların kiçik ölçüdə olması və ya tikanlara çevrilməsi            
 
7. “Parazit – sahib” qida zəncirinə uyğun cütlüyü seçin.  
А) canavar – tülkü  B) pişik – gənə  C) kəpənək – çiçək 
 
8. Ekoloji amillərin nömrələrini uyğun sütunlara yazın.  
 
Canlı təbiətin amilləri Cansız təbiətin amilləri 
İnsanın təsiri 
 
 
 
 
 
 
 
 
 
9. Təsərrüfat fəaliyyəti aparılmayan və qorunan təbii sahə necə adlanır? 
А) Qoruq           В) Yasaqlıq         С) Təbii abidə         D) Milli park
 
 
10. Şəhərlərdə səs-küyün əsas mənbəyi nədir? Səs-küyü hansı üsullarla azaltmaq 
olar?  
________________________________________________________________ 
________________________________________________________________ 
 
Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin