Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə146/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 231 ____________________________ 
Şəkil 34. Təqvim kub ölçüsünə nümunə kimi 
Ölçünün tipindən asılı olaraq, səviyyəni 3 üsulla təyin 
etmək olur. Müntəzəm ölçü üçün ölçü cədvəlindən səviyyə 
üzvünü və ya komponentini müəyyən edən sütun seçilir. 
Əcdad-törəmə tipli ölçü üçün ölçü cədvəlindən iki sütun seçilir. 
Birinci sütun ölçü üzvünü müəyyən edir. İkinci sütun bu ölçü 
üzvlərinin əcdadını təyin edir. Cədvəlin hər sətrində bu iki sütun 
əcdad-törəmə əlaqəsini identifikasiya edir. Bütün əlaqələr 
kombinasiyası ölçü iyerarxiyasını əmələ gətirir. Ölçü üzvlərinin 
identifikatorlarını saxlayan sütun bütün ölçü üzvlərini əhatə 
edir. Virtual ölçü üçün ölçü üzvlərinin xassələri ya digər 
ölçüdən, ya da digər ölçü cədvəlinin sütunundan seçilir. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 232 ____________________________ 
Cədvəl 10. 
Təqvim parametrləri üzrə ölçülərin seçilməsi 
İl 
Rüb 
Ay 
2009 

Yanvar 
2009 

Fevral 
2009 

Mart 
2009 

Aprel 
2009 

May 
2009 

Iyun 
2009 

Iyul 
2009 

Avqust 
2009 

Sentyabr 
2009 

Oktyabr 
2009 

Noyabr 
2009 

Dekabr 
Verilənlər bazasındakı cədvəllər çoxluğu ölçü və ölçmələri 
qurmaq üçün təməl təşkil edir. Bu çoxluğa kubun sxemi deyilir. 
Kubun hər sxemi faktiki verilənlərin bir cədvəlini, ölçülərin isə 
bir neçə cədvəlini özündə birləşdirir. Ölçmələri kubun faktiki 
verilənlər cədvəlindəki sütunlardan, ölçüləri isə ölçülər 
cədvəlinin sütunlarından alırlar. 
Şəkil 35 və cədvəl 11-də kubun sxemi üçün nümunə 
verilmişdir. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin