Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə33/55
tarix07.03.2017
ölçüsü4,83 Mb.
#10616
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

284

endokrin  tənziminə  malikdir.  Hazırda  alimlər  immun  sistemin  mahiyyətini 

aşağıdakı kimi təsəvvür edirlər:

Normal  köməkçi  T-hüceyrələri  öz  reseptorlan  vasitəsilə  orqanizmə 

parenteral yolla daxil olan kənar, yad cisimləri tanıyır.  Normal fəallaşmış  B- 

hüeeyrələri  dərhal  plazmatik  hüceyrələr  hasil  edir,  onlar  isə  antitellərin 

sintezinə  başlayır.  Beləliklə  də  orqanizmin  immun  sistemi  yad  cisimlərin- 

«düşmənin»  (virus  mikrob,  helmint,  zülallar  və  s.)  səthində  olan  reseptoru 

tanıyır,  T-və  B-hüceyrələri  daha  da  fəallaşdınr  və  onlan  yad  cisimlər  üçün 

əks  hücuma  hazırlayır,  nəticədə  həmin  cisimlər  tamamilə  neytrallaşır  və 

orqanizm  müdafiə  olunur.  İmmun  sistem  orqanizmin  digər  sistemlərindən 

(həzm,  tənəffüs,  sinir,  endokrin,  sidik-cinsiyyət  və  s.)  aşağıdakı  xarakterik 

xüsusiyyətləri ilə fərqlənir:

-   İmmun  sistem  diffuz  xarakter  daşıyaraq  bütün  orqanizmdə  intişar 

tapmışdır;

-  İmmün sistemin  bütün hüceyrə və komponentləri qan və limfa  dövram 

vasitəsilə mütəmadı olaraq dövr edir;

-   İmmun  sistem  orqanizmdə  mövcud  olan  bütün  limfoid  orqanları  və 

hüceyrələrinin məcmuundan ibarətdir;

-   İmmun  sistem  genetik  cəhətdən  orqanizm  üçün  yabançı  olan  bütün 

antigenlərə,  maddələrə,  komponentlərə  qarşı  həddindən  artıq,  yüksək 

həssaslığa, spesifikliyə və seçicilik xassəsinə malikdir.

-   İmmun  sistem-immunitetin  ən  aparıcı,  icraedici  tərkib  hissəsi  sayılan 

komponentimn-immunoqlobulinlərin sintezi prosesini həyata keçirir.

İmmunoloji  müdafiə  reaksiyalarının  məcmuundan  ibarət  olan  immuni­

tetin  müxtəlif növ  və  formaları  vardır.  Mənşəyinə  və  formalaşmasına  görə 

immuniteti 2 əsas növə-anadangəlmə və həyatda qazanılan-təsnif edirlər.



9.2.  Anadangelme  (növ,  irsi)  immunitet. 

Anadangəlmə  immunitet 

orqanizmin  hər  hansı  bir  patogen  agentə,  yaxud  antigenə  qarşı  qeyri- 

həssaslığmdan,  genetik  davamlılıq  qabiliyyətindən  ibarət  cavab  reaksiyası 

olub,  irsi  xarakter  daşıyır və  nəsildən  nəsilə  ötürülür.  İmmunitetin  bu növü 

orqanizmin  müdafiə  sisteminin  daha  mürəkkəb  və  təkmilləşmiş  forması 

sayılır  və  təkamül  baxımından  qədim  tarixə  malik  olmaqla,  sonralar  onun 

komponentlərinin  bazasında  qazanılmış  immun  sistem  formalaşır.  A nadan­

gəlmə  immunitetdə  immun  yaddaş  və  spesifiklik  xassəsi  yoxdur,  bu  zaman 

orqanizmin  hüceyrələri  müxtəlif antigen  molekulunu  deyil,  yalnız  yabançı 

molekullan  qəbul  edərək  onlara  qarşı  müvafiq  cavab  reaksiyası  verir. 

İmmunitetin  bu  növü  nisbi  xarakter  daşıyaraq  orqanizm  qeyri-adekvat, 

əlverişsiz  mühit  şəraitinə  düşdükdə  biruzə  verir.  Lui  Pasterin  apardığı 

eksperiment  bunu bir daha təsdiqləyir.  Belə ki,  toyuqlarda qarayaraya qarşı 

möhkəm  anadangəlmə  immunitet  mövcud  olduğuna  baxmayaraq, 

L.Paster 

onların ayaqlarım buzlu suda saxladıqdan sonra onları süni surətdə yoluxdura 

bilmişdir.

  Bir  qayda  olaraq,  bəzi  heyvan  növləri  digərlərinə  məxsus  olan 

xəstəliklərin  törədiciləri  ilə  yoluxmur.  Məsələn,  qaramal  cinsləri  qoyunların

285


bradzot,  infeksion  enterotoksemiya, 

quzulann  anaerob  dezinteriya, 

blyutanq  (göy  dil)  və  s.,  qoyunlar  isə  qaramalın  paratuberkulyozlu  enterit, 

K u isitməsi,  emfızematoz karbunkul,  yaman şiş  və s. xəstəliklərinə tutulmur. 

Quşlar  isə  qeyd  olunan  xəstəliklərin  törədiciləri  ilə  heç  zaman  yoluxmur. 

İnsanlarda  heyvanlara  məxsus  olan  bəzi  yoluxucu  (pasterellyoz,  bradzot, 

infeksion  enterotoksesiya, emfızematoz  karbunkul,  yam an kataral  isitmə  və 

s.)  xəstəliklərə  qarşı  çox  güclü  genetik  davamlılıq  vardır.  Analoji  proses 

heyvanlarda  da  mövcud  olmaqla,  onlar  insanlara  məxsuş  olan 

epidemiya­

larla  fdifteriya,  sifilis,  qızılca,  sa  çrçəyi,  par ot it,  vəba,  CİÇS,  poliomielit, 

virusla  hepatithr  və  s.)

  qarşı  çox  davamlılıq  göstərir  və  yoluxmurlar. 

Anadangəlmə  immunitetin  amilləri  insan  və  heyvan  doğulan  kimi  onların 

orqanizmində  hazır formada  peyda  olur və  antigenə  qarşı  mübarizə  heç  bir 

hazırlıq görülmədən, dərhal  başlayır.

Anadangəlmə  immunitetin  qeyri-spesifik  müdafiə  amilləri

  fiziki  və 

fizioloji  baryerlərdən-maneələrdən,  iltihab  amilləri,  təbii  killerlərin  sitotok- 

siki  fəallığı  və  endositoz  prosesindən  ibarətdir.  Lakin  immunitetin  bu  növü 



qeyri-spesifik  və  yaddaşdan  məhrum  olduğuna

  görə  patogen  amillərə  qarşı 

immun  cavab  reaksiyası  yaranmır.  Fiziki  (mexaniki)  baryerlər  ixtisaslaş­

mamış  müdafiə  amilləri  olmaqla  patogen  agentlər  orqanizmə  daxil  olarkən 

onların  orqanizmin  daxili  mühitinə  (homeostaza)  keçməsinin  qarşısını  alır. 

Məsələn,  dəri  örtüyü  sıx  epidermis  hüceyrələrinə  malik  olduğu  üçün 

anatomik  baryer  yaradaraq  patogenlərin  orqanizmin  qan  və  limfa 

dövranına  keçməsinə  imkan  vermir,  yalnız  müstəsna  hal  kimi  çox  cüzi 

miqdarda  antigenlər  maye  mühitinə  keçə  bilir.  Orqanizmin  örtük  sistemi 

olan  dəri  toxuması  həm  də  tənəffüs,  hərarətin  tənzimlənməsi,  sekretor, 

ifrazat,  reseptorlar  vasitəsilə  qıcıqlan  qəbul  etmə  və  ötürmə  funksiyalannı 

yerinə  yetirməklə  bərabər,  həmçinin  onun  səthindəki  tər  və  piy  vəzilərinin 

ifraz  etdiyi  süd  və  yağ  turşuları  turş  mühit  yaratmaqla  bakteriosid  və 

bakteriostatik  təsir  göstərir,  orqanizmi  yoluxmadan  xilas  edir.  Orqanizmin 

selikli  qişaları  (mədə-bağırsaq  sistemində),  kırpikli  epitelilər  (tənəffüs 

yollannda),  göz  yaşı  və  ağız  suyu  vəziləri  (dilaltı,  çənəaltı  və  qulaqdibi)  də 

patogen  mikroorqanizmlənn  maye  mühitinə  keçməsinin  qarşısının  alın­

masında  çox  böyük  rol  oynayır.  Dəri,  həzm  və  tənəffüs  sisteminin  normal 

mikroflorası  də  patogen  mikroorqanizmlərlə  ciddi  mübarizə  aparır,  onlann 

çoxalmasının  qarşısını  alır.  Onurğasızlarda  xarici  skelet  (mərcan  polipləri, 

buğumayaqlılar),  xitin  qatı  (həşəratlar),  selik  (həlqəvi  qurdlar,  bağırsaq- 

boşluqlar),  sərtləşmiş-əhəngləşmiş  çanaq  (molyuskalar)  fiziki  baryer 

funksiyasını  yerinə  yetirərək,  onları  mikroorqanizmlərlə  yoluxmadan 

qoruyur  və  mühafizə  edici  rol  oynayır. 



Fizioloji  baryerlərə

  (qeyri-spesifik 

humoral  amillər) lizosim  fermenti,  interferonlar,  komplement  sistemi,  mədə 

şirəsinin  turşuluğu  (p H = l,5-2,0),  bədən  temperaturu,  transferrin,  sekretor 

immunoqlobulinlər  və  s.  aiddir.  Onlar  orqanizmin  bütün  toxumalarında  və 

qanda  olmaqla  antimikrob  təsirə  malikdir,  həm  də  immun  sistemin  digər 

amillərini fəallaşdırır.

286


9.3. 

Qazanılmış  immunitet.  Qazanılmış  immunitet  orqanizmin  həyat 

fəaliyyəti  prosesində  patogen  mikroorqamzmlər  və  müxtəlif  antigenlərlə 

qarşılıqlı  əlaqəsindən sonra  yaranmaqla,  başlıca  olaraq  limfositlərin  iki  əsas 

populyasiyalan  -   В  və  T  -   limfositləri  tərəfindən  həyata  keçirilir  və  irsi 

xarakter daşımır.  Həmin  hüceyrələr immunoloji reaksiyalara spesifikliyə və 

yaddaşa  malik  olmaları  ilə  xarakterlənir.  В  -   limfositləri  humoral,  T- 

limfositləri  isə  hüceyrə  immunitetinin  formalaşmasında  iştirak  edir. 

İmmunitetin  bu  növü 

tabii

  və 


süni

  qazanılmış  immunitetə  bölünür. 



Tabii 

qazanılmış  immunitetin  özü  də 



faal

  və 


qeyri~faal

  növlərə  ayrılır.  Orqanizm 

hər  hansı  bir  yoluxucu  xəstəliyi  keçirdikdən  sonra  yaranan  immunitet 

faal 

immunitet

 adlanır.  Məsələn, insan,  heyvan və quşlar çiçək virusu ilə yoluxub 

sağaldıqdan  sonra  onlarda  ömürlük  immunitet  yaranır.  İnsanlar  qızılca, 

taun, su çiçəyi ilə yoluxduqdan sonra analoji hal baş verir.  Fəal immunitetin 

gərginliyi  möhkəm  və  davamlı  olur,  lakin  immun  cavab  reaksiyası  tədricən 

formalaşır.



Qeyri-faal (transplasentar)

  immunitet  embrional  inkişaf prosesi zamanı 

balaətrafı pərdə  (ətənə  - plasenta) vasitəsilə  anadan balaya  ötürülür və  onun 

formalaşmasında  orqanizm  bilavasitə  iştirak  etmir  və  gərginliyi  qısa 

müddətli  (6-8  ay)  olur.  Postembrional  dövrdə  ananın  ağız  südü  (7-10  gün 

ərzində)  vasitəsilə  onun  tərkibindəki  immunoqlobulinlər  balaya  verilir  və 

onun  həyatının  ilk  dövrlərində  orqanizmin  patogen  agentlərdən  qorun­

masında  müstəsna  rol  oynayır.  K örpə  uşaq  və  heyvanlar  ağız  südündən  ilk 

10 günlükdə məhrum olduğu təqdirdə onların orqanizmi yoluxucu agentlərlə 

mübarizə apara bilmir və tez-tez xəstəliklərə məruz qahr.

1. 

Süni  qazanılmış  immunitet.  Yoluxucu  xəstəliklərə  qarşı  hazırlanmış 



bioloji preparat  olan vaksin və hiperimm un serumlar (zərdablar) orqanizmə 

parenteral yollarla tətbiq  olunduqda yaranan immunitetdir.  Onun d a 



faal va 

qeyri

 -  


faal

 növləri  mövcuddur. 



Faal süni qazamlmış immunitet-

 attenuasiya 

olunmuş, 

öldürülmüş, 

inaktivləşdirilmiş 

və 


zəiflədilmiş 

peyvənd 


materialmın-vaksinlərin  orqanizmdə  yaratdığı  immunitetdən  ibarətdir.  Bu 

zaman  peyvənd  olunmuş  orqanizmdə  çox  güclü  immunobioloji  reaksiyalar 

baş  verir,  anticisimlər  sintez  olunur,  Th  və  Ts-limfositlər  həddindən  artıq 

fəallaşır. 



Qeyri faal  süni  qazanılmış

  immunqitet  orqanizmə  hazır  spesifik 

immum  serum  (antitellər)  inyeksiya  edildikdən  sonra  yaranır  və  gərginliyi 

nisbətən  qısa  (15-20  gün)  olur,  immunitetin  qısa  müddətli  olmasının  başlıca 

səbəbi  orqanizmdə  həmin  antitellərin  müəyyən  hissəsinin  parçalanması  və 

ondan  xaric  olunmasıdır.  Bu  cür  immunizasiya  əsasən  botulizm,  dovşancıq 

(tetanus),  difteriya,  quduzluq,  infeksion  sarılıq  (leptospiroz),  bradzot,  infek- 

sion  enterotoksesiya,  quzuların  anaerob  dezinteriyası,  insanın  А,В  hepa- 

titləri və s.  zamanı tətbiq  olunur. 

İmmunitet

 yönəldiyi mikroorqanizmlərdən 

asılı  olaraq 

antibakterial,  antivirus,  antimikoz,  antiparazitar,  antihelmint, 

antitoksik,  transplantasiya  va  şiş  aleyhina  immunitet  formalarına

 

təsnif 



olunur.  İmmunitetin 

steril

 və 


qeyri-steril

 formaları da  ayırd  edilir.  Steril im­

munitet zamanı patogen agentlər  orqanizmdən  tamamilə elıminasiya  (xaric)

287


olunur.  Qeyri

-steril

  (infeksion)  immunitetdə  isə  analoji  hal  baş  vermir, 

törədici  orqanizmdən  kənarlaşdınla  bilmir,  yaxud  onun  kənar  olmasmdan 

sonra  yox  olmur.  İmmunitetin  bu  forması  brusellyoz,  pasterellyoz,  vərəm, 

qızıl yel, sifilis və s. xəstəliklərdə müşahidə olunur.

9.4. 

Qeyri-spesifik  humoral  immunitet  amilləri. 

İstiqanlı  və 

soyuqqanlı  orqanizmlərin  qan  zərdabında  yerləşən  (humoral  immunitetin 

qeyri-spesifik  amili  sayılan) 



komplement

  -  


qan  zərdabının  qlobulin 

fraksiyasının  10%-ni  təşkil  etməklə  20-dən  artıq  termostabil  və  termolabil 

komponentlərdən  (C l,  C2,  C3,  C4,  C5  və  s.)  ibarətdir.  Komplement 

sisteminin  ən  başlıca  funksiyası  orqanizmə  yad  olan  cisimləri,  xüsusilə 

mikroorqanizm  hüceyrəsini  osmotik  lizisə  uğratmaqdan  ibarətdir.  Onlann 

C3a  və  C5a  fraqmentləri  xemotaksis  təsirinə  malikdir,  C3a  və  C5a-isə 

anafilatoksinlər  olmaqla,  tosqun  hüceyrələrini və  bazofılləri  deqranulyasiya 

prosesinə  uğradır.  Bu  sistem  əsasən  insanda  və  hind  donuzunda  ətraflı  öy­

rənilib.  Heyvanlarda  onun  miqdarı  fərqli  olmaqla,  antigen-antitel  kom­

pleksinə  fermentin  təsirinə  bənzər  təsir  göstərməklə  spesifik  antigeni  lizisə 

uğradır və parçalayır.  Eritrosit+antitel+komplernent  sistemində heyvanların 

növü  xüsusi  rol  oynayır.  K om ponent  sistemindən  heyvanların  bəzi 

xəstəliklərinin  (brusellyoz,  qaramalın  peripnevmoniya  və  s.)  serodiaqnosti- 

kasında  istifadə  edilir. 



Komplement  sisteminin  faallaşması  -   klassik, 

alternativ  və  lektin

  yolla  baş  verməklə  humoral  immunitetin  formalaş­

masında  xüsusi  rol  oynayır.  Komplement  sisteminin  birinci  komponentinin 

(C l)  antigen-  antitel  komplesi  ilə  birləşməsi  klassik  fəallaşma  yolu  ilə  baş 

verir.  Alternativ  yolla  fəallaşmada  antitellər  heç  bir  rol  oynamır  və  həmin 

proses  qram  mənfi  boyanan  mikroblarda  müşahidə  olunur.  Lektin  yolla 

fəallaşma  prosesi  də  antilellərin  iştirakı  olmadan  icra  olunur. 

Properdin 

(latmca-«pro  və  perdere»-«parçalanmaya  hazırlamaq»),  yaxud  properdin 

sistemi  heyvan  orqanizminin  təbii  qeyri-spesifik  davamlılığında  çox  böyük 

rol  oynayır.  Təzə,  normal  qan  zərdabında  yerləşməklə,  bakterisid  və  bəzi 

viruslara  neytrallaşdırıcı  təsir  göstərir.  Vərəm,  streptokokkoz,  prevmoniya 

və  s.  xəstəliklər  və  şüalanma  zamanı  onun  miqdarı  xeyli  azalır.  Properdin 

komplementin  3-cü  komponenti  (C3)  öyrənilərkən  kəşf  olunub.  Onun 

miqdarı  insan  qan  zərdabında  4-8,  hind  donuzunda  1-2,  buğada  10-12, 

donuzda  8-12,  siçovulda  isə  25-50  TV  (təsir  vahidi)  olur  və  bu  göstəricilər 

infeksiya  zamanı  mühüm  əhəmiyyət  kəsb  edir.  Properdin  sistemi  3  əsas 

tərkib  hissədən  properdin-zərdab  zülalından,  maqnezium  ionlarından  və 

komplemtdən  ibarətdir.  Göründüyü  kimi,  properdin  öz  bakterisid  və 

virusneytrallaşdırıcı  təsirini  təklikdə  (sərbəst)  deyil,  heyvanların  qanında 

yerləşən başqa amillər və komplementlə birlikdə göstərir.



Lizosim  (miramidaza

) -ferment  təbiətli  antibakterial  birləşmə  olub,  129 

amin turşusundan ibarətdir,  molekul kütləsi  14 kD-dir.  Mikroorqanizmlərin 

hüceyrə  divarında  N-asetilmuramin  turşusunun  1-ci  karbon  atom u  və  N- 

asetilqlükozaminin  4-cü  karbon  atomunu  birləşdirən  qlükozid  rabitəsini

288


parçalayaraq  onlarda  hüceyrə  divannm   sintezini  pozur,  mikxoorqanizmlər 

sitoplazma  ilə  əhatə  olunaraq  protoplastlara  və  ya  sferoplastlara  çevrilir. 

Lizozim  həm  də  patogen  mikroorqanizmləri  lizisə uğratm a  xassəsinə  malik 

olub,  patogen  m ikroblann  əksəriyyətinə  (qarayara,  botulizul,  brusellyoz, 

vərəm, paratulerkulyoz,  yaman şiş-qazlı qanqrenanın törədicilərinə, patogen 

stafılokokk,  streptokokk,  Candida  sinsinə  məxsus  olan  göbələklər) 

bakteriostatik  və  bakterisid  təsir  göstərir  və  spesifik  antitellər  və  komple- 

mentin  iştirakı  ilə  onların  lizisini  gücləndirir.  Lizosim  pH-5,0-7,0  olan 

mühitdə  daha  optimal  təsir  göstərir,  qaynam a  tem peraturunda  5  dəqiqə 

müddətində  parçalanır,  pepsin  fermentinin  təsirindən  denaturasiyaya 

uğrayır.  Başlıca  olaraq  yumurta  zülalında,  göz  yaşında  (qan  zərdabından 

100-160  dəfə artıq),  ağız  suyunda,  süddə,  bəlğəmdə,  qan zərdabında,  burun 

sekretində  və  s.  konsentrasiya  olunur.  Onun  sintezi  əsasən  monositlər, 

neytrofillər  və  m akrofaqlarda  icra  olunaraq,  bu  prosesdə  sümük  iliyi  də 

mühüm rol oynayır.

Transferrin

 -  qaraciyərdə sintez edilən,  molekulları iki fəal mərkəzə m a­

lik  olan  polipeptid  zəncirdən  ibarət  qan  zərdabının  qlobulin  fraksiyası  ol­

maqla,  dəmiri  birləşdirmək  xassəsinə  malikdir,  norm ada  üç  valentli  dəmirlə 

(Без) 20-30%  miqdarında  doymuş  olur,  molekul  çəkisi  76-80  min  kD  təşkil 

edir  (normada  insanın  qan  zərdabında  2-3  q/l-dir).  Onun  əsas  funksiyası 

adsorbsiya  olunmuş  dəmiri  hemoqlobin  və  tərkibində  dəmir  olan  bütün 

zülalların sintez olunduğu hüceyrələrə çatdırm aqdan ibarətdir.  Bu zaman ilk 

öncə transferrin retikulositlərin səthindəki  reseptorlara absorbsiya olunur və 

hüceyrəyə  daxil  olaraq  dəmiri  hemoqlobini  sintez edən  hüceyrələrə  çatdırır. 

Mikroorqanizmlər  dəmir  defisit  olan  hüceyrələrdə  çoxalmır  və  onlarm 

inkişafı dayandığından  patologiya törədə  bilmir.  Ала südündə  mövcud olan 



transferrinin xüsusi növü-laktoferrin

  də  dəmiri  birləşdirmək  xassəsinə  malik 

olduğundan  bakteriostatik  təsir  göstərir.  Epizootoloji  və  epidemioloji 

xəstəliklərin  törədicilərinin  ifraz  etdikləri  ekzotoksinlərin  eritrositləri  güclü 

• lizisə  uğratması  orqanizmin  rezistentliyini  azaldır  və  həssaslığın  artmasına 

zəmin yaradır.



C-reaktiv  zülal  (C R Z )

  -  kəskin  faza  zülallarına  məxsus  maddələrdən 

ibarət  olmaqla,  rezistentlik  amillərinə  aiddir,  antitellər,  immunokompetent 

hüceyrələr,  faqositlər  və komplement  sistemi  ilə qarşılıqlı  əlaqədə  olub birgə 

təsir  mexanizminə  malikdir.  Onun  bu  cür  adlanmasının  əsas  səbəbi 

Ca++ionlarınm iştirakı  ilə pnevmokokların hüceyrə divarındakı C-polisaxa- 

ridləri  ilə  reaksiyaya  girərək  birləşmə  xassəsinin  olmasıdır.  O,  həmçinin 

lesitin

 və 


sfinqomielini

 də  presipitasiya  etmək  xassəsinə  malikdir.  Bu  zaman 

onun  əmələ  gətirdiyi  kompleks  birləşmələrlə  əvvəlcə  immunoqlobulin  C 

(Cİq),  sonra  isə  komplementin  bütün  komponentləri  birləşir,  onun  fəallığı 

80% azalır C R Z əsasən qanda toplanır.  Qanm tərkibində olan kortizon, sali- 

silatlar  və  adrenokortikotrop  horm onu  CRZ-nin  m iqdarına  təsir  etmədifı 

üçün  onun  kəmiyyəti  dəyişilmir.  Revmatizm,  m iokard  infarkti,  heyvanın 

boğazlıq,  qadınların hamiləlik  dövründə,  eləcə də herpesvirus  infeksiyasmda 

onun  kəmiyyət  göstəricisinin  dəyişilmə  dinamikasına  da  xüsusi  əhəmiyyət

289


verilir,  istinad  olunur.  Son  elmi  məlumatlara  görə  bu  zülalın  əsas  mənşəyi 

neytrofillər, hepatositlər və m akrofaqlar hesab edilir. 



Qeyri~spesifik humoral 

immunitetin

  formalaşmasında  prostaqlandinlər,  kininlər,  sitokinlər,  şiş 

nekrozu amilləri və interferonun da böyük rolu vardır.

Prostaqlandinlər  (R Q )

  -  immunokomponent sistemin  hüceyrələrinin  və 

faqositlərin  reseptorlarının  formalaşmasını,  keyfiyyətini,  fəallığını  və 

funksiyalarını və  həmin  proseslərə  genetik nəzarəti tənzimləyir.  Onun sintez 

olunmasında  komplement  sisteminin  (C3b),  faqositoz  prosesində  iştirak 

edən  mikroorqanizmlərin  (PQE2)  timus  hormonlarının,  antitellərin  və  s. 

rolu  çox  böyükdür.  Onlar  pirogen  fəallığa  malikdir,  neytrofıllərin 

(qranulositlərin)  iltihabı  proses  gedən  toxumalara  miqrasiya  olunmasını  və 

onlann deqranulyasiyasmı təmin edir.

Kininlər

  -   qanın  plazması  və  toxumalarda  mövcud  olan  iri  molekullu 

zülallardan,  xüsusilə  kininogenlərdən  kollikrein  qrupu  fermentlərinin 

təsirindən  qanın  laxtalanması  prosesinin  fəallaşması  və  proteoliz  zamam 

sintez  olunur.  Onlar  prostaqlandinlərin  sekresiyasını  gücləndirir,  qanın 

laxtalanma  sistemini  daha  da  fəallaşdırır,  komplement  sisteminin  bəzi 

komponentlərinin  laxtalanma  prosesində  iştirakını,  fəallaşan  leykositlərin 

fermentlər  hasil  etməsini  təmin  edir,  qan  damarlarının  tonusunu  artırır, 

arterial  təzyiqi  aşağı  salır.  Kallikremlər  xüsusi  fermentlər  olmaqla, 

qranulosıtlərdə,  bazofıllərdə və monositlərdə müşahidə edilir.



Sitokinlər

  -   immun  sistem  hüceyrələri  tərəfindən  sintez  edilən  kiçik 

molekullu  zülal  təbiətli  immunomediatorlar  olub  hüceyrələr  arasında 

qarşılıqlı  əlaqənin  yaradılmasını  təmin  edir.  Orqanizmə  yabançı  maddələr, 

xüsusilə  antigenlər  daxil  olm adıqda  onlar  antigen  sintezini  stimullaşdır­

dıqdan  sonra  onlarda  sitokin  genlərinin  induksiyası  və  sitokinin  sintezi 

prosesi  başlayır. Q uruluşuna və bioloji təsir mexanizminə görə qeyri-spesifık 

humoral  immunitetin  sitokinlərinin  bir-birindən  fərqlənən  bir  neçə  növü  -  



inter/eronlar  (İFN ),  şiş  nekrozu  amilləri  (ŞN A),  interleykinlər  (İL ), 

xemokinlər,  klonstimullaşdmcı

  amillər  və  s.  mövcuddur.  Həmin  sitokinlərin 

aşağıdakı ümumi səciyyəvi xüsusiyyətləri vardır:

-   Sitokinlər  hüceyrələrdə  lokalizasiya  etmir,  yalnız  müvafiq  stimul 

aldıqdan sonra sintez olunur;

-   Sitokin  siqnalım  qəbul  etmək  üçün  hüceyrələr  ekspressiya  edir  və 

sitokinlər arasında qarşılıqlı təsir əlaqəsi yaranır;

-   Sitokinlər  həm  hüceyrələrə,  həm  də  produsientin  özünə  təsir  etmə 

xassəsinə malikdir;

-   Hüceyrənin  hər  hansı  bir  sitokinlə  fəallaşması  onun  digər  növünün 

sintezinə  zəmin  yaradır  və  kaskard  xarakterli  tənzimləmə  mexanizmi  baş 

verir;


-  Sitokinlər qısa müddətli təsir göstərən  mediatorlar olması,  təsir effekti­

nin yalnız onlann sintez olunduğu yerdə təzahür etməsi ilə endokrin  sistemin 

horm onlanndan  kəskin  tərzdə  fərqlənir.  Müstəsna  hal  kimi  bəzi  iltihab 

sitokinləri  (ŞNA-d,  İL-1,  İL-6  və  s.)  sistem  xarakterli  təsir  etmə 

mexanizminə  malikdir.  Limfositlərin  sintez  etdiyi  sitokinlər 

limfokinlər,

290


monosit və m akrofaqlannkı isə -  

m onokinhr

 adlanır. T-helperlərin (Th) əsas 

sahibi  -   produsientləri  limfokinlərin  sintezini  təmin  edir.  Onlar  antigen  sti­

mulu  aldıqdan  sonra  fəallaşaraq  ilk  öncə  İL-2  sintez  edir,  sonra  isə  o,  ix­

tisaslaşır və T h l  və Th2 limfositlərinə difTerensiasiya olunur, T hl  limfositlər 

interferon,  IL2,  Th2  limfositlərinə  difTerensiasiya  olunur,  T hl  limfositlər 

interferon,  İL2,  Th2,  ŞNA-isə  İL-4,5,6,9,10,13  sintezini  tənzimləyir.  Yerinə 

yetirdiyi  funksiyalara  görə  sitokinlər  aşağıdakı  qruplara  təsnif  olunur 



(Z . Qar ay ev, A. Qurbanov, 200):

1. 


İmmun iltihaba qədərki m ediatorlar (İL-1, 6,12,1 -ŞNA);

2. 


İmmun iltihab mediatorlan (İL-5,  9,  10, D -  İFN);

3. 


Limfositlərin  proliferasiya  (bölünmə)  və  difTerensiasiya  tənzim­

ləyiciləri (İL -2,4,13);

4. 

Hüceyrələrin  inkişaf amilləri  və  ya  klonstimullaşdmcı amillər  (İL-



3,7,  Q M -K SA vəs.);

5. 


Xemokinlər, yaxud hüceyrə xem oattraktantları (İL-8 və s.).

İnterleykinlər ərəb rəqəmləri ilə işarə edilməklə əsasən iki formada (dİL-

1  və  p  İL-1)  təzahür edir.  Onun  sintezində  monosit  və makrofaqlarla  bəra­

bər,  həmçinin  endoteli  hüceyrələri,  təbii  killerlər,  neytrofıllər,  fibroblastlar, 

limfositlər və mərkəzi sinir sisteminin qanqlii hüceyrələri də iştirak edir.  İL-1 

çox  geniş  diapozonlu  təsir  spektrinə  malik  olub  iltihab  və  immunoloji 

reaksiyalarda  daha  da  fəallaşaraq  cavab  reaksiyalarının  başlandığına  anti­

gen  stimulu  haqqındakı  məlumatm  makrofaqlardan  T-helperlərə  ötürülmə­

sində qeyri-spesifik  siqnal kimi xüsusi  rol oynayır.  Yerli və sistem xarakterli 

iltihabın  formalaşmasında  İL-çox mühüm əhəmiyyət  kəsb edir,  leykositlərin 

iltihaba  uğramış  toxumaya  emiqrasiyasını  fəallaşdırır.  lL2-nin  əsas  produ- 

sienti T-helperlər,  təsir  hədəfi  isə  fəallaşmış 

T  

və  В  limfositlər  və  təbii  killer 



olmaqla,  T-limfositlərin  bölünməsini,  ixtisaslaşmasını  stimullaşdırır  və 

immunoqlobulinlərin sintezini sürətləndirir.



interferon  (İFN)

  -   əsasən  patogen  virusların  daxil  olduğu  və 

repreduksiya  olunduğu  somatik  və  immunokompetent  hüceyrələrdə  sintez 

olunan,  spesifik  humoral müdafiə amilidir.  İnterferonu ilk  dəfə Londondakı 

Milli  elmi-tədqiqat  tibb  institutunun  əməkdaşları  A.Ayzeks  və C.Lindeman 

(1957)  kəşf  etmişlər.  Bəzi  bakteriyalar,  mikroorqanimzlər, 

onların 

antigenləri,  göbələklər,  mikroplazmalar  və  fitohemaqqlyutinin  (FHA)  tipli 

qeyri-spesifik  stimulyatorlann  interferon  sintezinin  indikatoru  olması  da 

istisna  edilmir.  Interferon  spesifik  zülal  və  n-RN T  sintezinə  təsir  edir və  vi­

rusların  hüceyrə  daxilində  replikasiyasını  zəiflədir,  orqanizmin  toxu­

malarının  sağlam  (yoluxmamış)  hüceyrələrinin  viruslarla  yoluxmasının 

qarşısını  alır.  Onlar  virus  infeksiyalannın  başlanğıc  mərhələsində  sintez 

olunur,  hüceyrəarası  boşluğa  toplanır,  qonşu  hüceyrələrdə  virusların 

reproduksiyasına  ingibitor  təsiri  göstərir,  virusun  orqanizmdə  yayılmasını 

məhdudlaşdırır  və  ilkin  müdafiə  baryeri  yaradır.  İnsanın  hüceyrələrində 

virusun  təsirindən  sintez edilən  interferonlar  heyvanmkından  öz spesifikliyi­

nə  görə  tamamilə  fərqlənir  və  onunla  qeyri-identikdir.  İnterferonun  sintez 

olunduğu  hüceyrədən  və  onun  sintezini  induksiya  edən  amillərdən  asılı


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin