kimiyyətlilik yaranmışdı. 1783-cü ildə Hacı bəyin başçılığı ilə üsyan oldu və hər
iki hakim Gəncədən qovuldu. 1784-cü ildə II İraklinin rus qoşunu ilə birlikdə
Gəncəyə hücumunun qarşısı dağlı hakimlərinin köməyi ilə alınmışdı.
1786-cı ildə hakimiyyətə gələn Cavad xan (1786-1804) II İrakli və
Qarabağ hakimi İbrahim xana müəyyən məbləğdə xərac verməyə razı olsa da,
1795-ci ildə xərac göndərilməsini dayandırmışdı. Cavad xan əsas düşməni
Kartli - Kaxetiyanı sıradan çıxartmaq məqsədilə Ağa Məhəmməd xan Qacarın
gücündən istifadə etməyə çalışırdı.Cavad xan Qacarın 1795-ci ildə Tiflisə
yürüşü zamanı ona qoşun və ərzaqla köməklik göstərmişdi. Cavad xan Nadir
şahın Kartli çarlığının idarəsinə verdiyi Şəmşəddil və Borçalı mahallarım geri
almaq məqsədilə gürcü şahzadəsi Aleksandrı himayə edirdi. Bu siyasət Gəncə
xanlığı ilə Rusiya və Gürcüstan arasında münasibətlərin pisləşməsinə səbəb
olmuşdu. 1797-ci ildə V.Zubovun başçılıq etdiyi rus qoşunları Azərbaycanı tərk
edən kimi Cavad xan Qazax, Şəmşəddil və Borçalı mahallarını gürcülərdən geri
almışdı.
Dostları ilə paylaş: