Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə8/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   262
2-ci movzu demoqrafiya

İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT
............................................................... 395
8
MÜƏLLİFLƏR HAQQINDA QISA MƏLUMAT
Gəncə Dövlət Universiteti İdarəetmə 
kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə 
doktoru 
Oqtay Qulam oğlu Məmmədli
1961-ci ildə Azərbaycan Dövlət Univer­
sitetinin İqtisad fakültəsini bitirib. Əmək 
fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı 
İnstitutunda (indiki Azərbaycan Dövlət 
Aqrar Universiteti) statistika fənnindən dərs 
deməklə başlayıb, 1970-ci ildə dissertasiya 
müdafiə edərək alimlik dərəcəsi alıb. 1971- 
ci ilin yanvar ayından müsabiqə yolu ilə 
Gəncə Dövlət Pedaqoji İnstitutuna (indiki 
Gəncə 
Dövlət Universiteti) keçib və 
hazırda bu ali məktəbdə çalışır. 1977-1981-ci illərdə institut həmkarlar 
ittifaqı komitəsinin sədri, 1981-1990-cı illərdə siyasi iqtisad kafedrasının 
müdiri əvəzi və müdiri, 1988-1989 və 1989-1990-cı tədris illəri üçün 
instituta tələbə qəbulu komissiyasının məsul katibi olub, 25 dərslik və 
dərs vəsaitinin, 200-dən artıq elmi məqalənin müəllifidir.
Uzun müddətdir ki, iqtisad elminin tədrisi ilə məşğul olur. Bu dövrdə 
yüksək elmi biliyi, tədris intizamı, işgüzarlığı, intellektual səviyyəsi və 
digər keyfiyyətləri ilə tələbələrin, professor-müəllim heyətinin və şəhər 
ictimaiyyətinin gözündə yüksək zirvəyə qalxıb.
O.Q.Məmmədli Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə 
görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2009-cu il tarixli 
sərəncamına əsasən «Tərəqqi» medalı ilə təltif edilib. Bundan əvvəl isə 
ali təhsil sahəsində qazandığı nailiyyətlərə görə 1982-ci ildə SSRİ Ali və 
Orta İxtisas Təhsili Nazirliyinin 30 aprel 1982-ci il tarixli 65/4-1 №-li 
əmri ilə «Qabaqcıl ali məktəb işçisi» döş nişanına, dəfələrlə Azərbaycan 
Respublikası Təhsil Nazirliyinin təşəkkürünə, zəhmətkeşlər arasında 
iqtisadi biliklərin təbliği sahəsindəki fəaliyyətinə görə isə «Bilik» 
cəmiyyətinin fəxri fərmanlarına layiq görülüb.
O.Q.Məmmədli tələbələrdə iqtisadi təfəkkürün formalaşdırılması 
sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, elmi kadrların
9


hazırlanmasında bilik və bacarığını əsirgəmir. Belə ki, indiyədək onlarla 
magistrlik dissertasiyasının rəhbəri olub, hazırda isə bir neçə doktorantın 
elmi rəhbəri və ya elmi məsləhətçisidir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya 
Komissiyasının 01 mart 2011-ci il tarixli, 81-№-li əmri ilə Azərbaycan 
Dövlət Aqrar Universiteti nəzdində yaradılmış və 01 mart 2011-ci il 
tarixdən 15 dekabr 2012-ci il tarixədək fəaliyyət göstərmiş, fəlsəfə 
doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların 
müdafiəsini keçirən FD.04.013 birləşdirilmiş dissertasiya şurasına üzv 
olmuş və hazırda Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın 
21 yanvar 2013-cü il tarixli, 16№-li əmri ilə eyni məkanda, eyni məqsəd 
üçün yaradılmış və 15 dekabr 2014-cü ilədək fəaliyyət göstərəcək Elmi 
Şuranın üzvüdür. O.Q.Məmmədli 2005-2010-cu illərdə Azərbaycan MEA 
İqtisadiyyat İnstitutunda yaradılmış əlaqələndirmə Şurasının üzvü, 
müxtəlif Elmi Şuralarda iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik 
dərəcəsi almaq üçün müdafiə olunan 10-dan çox dissertasiyanın rəsmi 
opponenti olmuş, hər birinin həcmi orta hesabla 77 fiziki çap vərəqi olan 
7 cildlik «Böyük İqtisadi Ensiklopediya»nın həm redaksiya heyətinin 
üzvü, həm də onun 3-7 cildlərinin hazırlanmasına cəlb edilmiş müəllif­
lərdən biridir.
10
Azərbaycan Dövlət Aqrar Universite­
tinin Təcrübə və işədüzəltmə şöbəsinin 
müdiri, Maliyyə və iqtisadi nəzəriyyə 
kafedrasınm professor əvəzi, iqtisad üzrə 
elmlər doktoru 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin