Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə20/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   470
MEYDAN TAMAŞALARININ 

HAZIRLANMASI VƏ GÖSTƏRİLMƏ MƏKANI 

 

Oyun-tamaşa rejissurası 



 

Əksər xalq oyunlarını  əvvəlcədən hazırlayan, yaxud oynanılan gün ona rəhbərlik edən

tamaşanın bütün prosesinə başbilənlik göstərən  əsas oyunçu (canbaz) və başçı olub. Onların 

fəaliyyəti müəyyən mənada çağdaş teatr sənətinin rejissorluq peşəsinin funksiyasını xatırladır. 

Ümumilikdə dəstəbaşı adlandırılan tamaşa təşkilatçısı rolların bölünMəsmə, hovuz üstündə, 

kənd içində, zəmi kənarında, xırmanda, bazar başında, karvansaray meydançasında... səhnələrin 

qurulub, xovsuz xalçalarla, qurama pərdələrlə  tərtib edilMəsmə, çalğıçıların yerbəyer olmasma 

başçılıq və nəzarət edirdi. 

Dəstəbaşı oyunçuların geyim işinə, kömürlə, unla, tabaşirlə qrimlənMəsmə də nəzarət edir, 

əksər hallarda icraçı olur və bütün bunlara cavabdehlik daşıyırdı. O, müəyyən mənada səhnə tərtibatı 

verən rəssamın,  əsərə musiqi bəzəyi vuran musiqiçinin funksiyasını, bugünkü rejissura tələbləri 

baxımından primitiv səviyyədə olsa da, həyata keçirirdi. 

Dəstəbaşı, həmçinin qaravəllilərdə, məzhəkələrdə, məsxərələrdə, bir sözlə, hər hansı oyun-

tamaşada mətni  əzbər bildiyi üçün dilmanc-suflyorluq edirdi. Səhnə ilə tamaşaçılar arasında canlı 

ünsiyyət yaradan meydanbəyi idi. 

Yeri gələndə  dəstəbaşı oyun başlanmazdan  əvvəl tamaşadakı hadisə  və obrazlar, münaqişə 

və mübarizələr, obrazlar və tiplər barədə seyrçilərə  qısa, dəyərli məlumatlar verirdi. Tamaşadan 

sonra isə göstərilən oyunda qaranlıq qalan mətləbləri onlar üçün aydınlaşdırırdı. 

Bəzi oyunlarda rejissorun (dəstəbaşının) köməkçiləri olurdu. Həmin köməkçilərin hərəsinin 

öz funksiyası vardı. Məsələn,  əlbəsədar  çağırılan oyunçu dəstə tutub, məkan-məkan tamaşa 

göstərənlərin geyimlərinə  nəzarət edirdi. O, tamaşadan  əvvəl hər oyunçunun libasını ayırıb özünə 

verir, oyun qurtarandan sonra onları ifcincə  yığıb, yüngül həsir sandığa və ya xovsuz xalça 

üslubunda toxunmuş kisəyə qoyurdu. 

Dəstəbaşıya bədii və texniki işlərdə yardımçı durana, çağdaş anlamda rejissor assistentinə 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin