Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə13/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   470
Lal oyunu. Him-cimlə, plastik, zərif hərəkətlərlə, söz, danışıq  ışlənmədən gostərılıb. 

Oyunçulara psıxolojı yardım etmək, hərəkətləri mənalandırmaq məqsədilə qara zurnadan, aşıq 

musiqisindən, təbildən, cüngdən istifadə olunub.   

Tənbəki oyunu. Lağlağı el oyununa bənzəyir və onun bir növü kimi xarakterizə oluna bilər. 

Əsasən, kənd yerlərində oynanılan tənbəki oyununda tamaşanın  əsasını camaata tanış olan, nə 

vaxtsa baş vermiş konkret hadisə  təşkil edir. Oyun meydançada çıxarılır.  İdeyası  tərbiyəvi 

əhəmiyyət daşıyır, süjeti sadə olub, məzmunca didaktik ruhludur. El arasında ona t ö v b ə l ə t m ə  

o y u n u da deyilib. 

 Kəndirbaz oyunu. Oyun keçirmək üçün çataqlanmış  ıki ağacın üstünə  kəndir və ya sim 

çəkilir. Kəndirbaz ora çıxıb mürəkkəb hərəkətlər göstərir, qorxulu tryuklar edir. Onun yardımçısı 

keçəpapaq isə yerdə  kəndirbazın hərəkətlərini "təkrarlayır". Onun gülməli hərəkətləri pantomima 

teatrının elementlərinə əsaslanır. Keçəpapaq tamaşaçılardan pul və ya pay yığmaq üçün yeri gələndə 

gülməli lətifələr söyləyir, qısa qaravəllilər danışır. 

Kəndirbaz oyunları  şəhər və bazar meydanlarında, kənd yerlərində, düzəngah çəmənlikdə, 

karvansaraylarda göstərilirdi. 

Oyun-tamaşaların pantomim əsaslar (lal oyunu) üzərində qurulmuş çoxlu növləri var. 

Teatrallıq baxımından onların daha xarakteriklərinin qısaca  şərhini vermək məqsədəuyğundur. 

Onların arasında ən çox yayılanı "Bağbelləmə"dir. 

Onun bir və  bəzən bir neçə ifaçısı olur. Oyunçu və oyunçular ifadəli və  yığcam, az, lakin 

plastik, mənalı  hərəkətlərlə  təbiətdə yaz fəslinin nəfəsi duyulanda bağın bellənməsi prosesini 

göstərirlər. Zəriflik, dəqiqlik, məntiqlə, aydın ideya ilə yanaşı, Bağbelləmə oyununda mənalı və şux 

gülüşün olması da vacib saydırdı. 

"Kaftarkus" oyunu da pantomim jestlərlə göstərilirdi. Burada iki obraz və iki ifaçı olurdu. 

Oyunçular ölünün dirilməsini, goreşənin hoqqalarını gülməli lal hərəkətlərlə çatdırırdılar. 

"Kar toyu" oyununda ifaçının pantomim hərəkətlərini mütləq musiqi müşayiət edir, himcimə 

üstünlük verilirdi. Oyunun adındakı  məna tamaşa göstərmənin məzmun mahiyyətini təcəssüm 

etdirir. 

Heykəl, abidə  mənası daşıyan "Mücəssəmə" lal oyununda, pantomima tamaşasında ağa və 

nökərin, kəndli və mülkədarın münasibətləri üzərində qurulmuş mövzu əsasdır. Mücəssəmə sadə 

süjetli, tərbiyəvi əhəmiyyətli və ifşa xarakterlidir. "Kor döyüşü"nün iki ifaçısı olur. Tamaşada, guya 

görməyən iki adi adamın çox gülməli və şit hərəkətlərlə bir-birini döyməsi, onların əl, ayaq savaşı, 

yaxa dartışması oyunçuların məharəti ilə göstərilir. 

Lal oyununun (pantomimanın) heyvanlarla bağiı "Lökləmə", "Maral oyunu" adlı  qısa 

tamaşaları da var. "Maral oyunu"nda iki nəfər həmin heyvanın dərisinə və ya xüsusi tikilmiş maral 

müqəvvası paltarına girərək maralın çəmənlikdə otlamasını, ilanla savaşını, balasını hansısa 

vəhşinin caynağından xilas etməsini tamaşaçılara çatdırır. 

"Lökləmə"də isə yük altında olan dəvənin (lök, nər, maya...) hərəkət tərzi oyunçunun 

pantomim jestlərində təcəssüm tapır. Həmin oyuna "D ə v ə d a b a n ı"  da deyilib. 

Pantomima, lal oyunu tamaşaları  həmişə  qısa və lakonik süjeti, ideya məzmunu, forma 

yığcamlığı ilə xarakterik olub. 

Pantomima tamaşalarına ə l-q o l ö l ç m ə, işarət oyunları da deyilib. Daha çox sifət ifadələri 

ilə, yəni him-cimlə göstərilən tamaşalar qaş-gözatına da adlandırılıb. Burada işvəli sifət cizgiləri, 

qaş-gözü mənalı oynatına, dodaqbüzınə, üztur-şutma vərdişlərinə yiyələnmək oyunçu üçün vacib 

sayılıb. 

 

  





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin