425
Demokratik siyasi rejimin mühüm müqəddəm şərtlərini və əsasını
vətəndaş cəmiyyəti
və
hüquqi dövlət
təşkil edir.
Vətəndaş cəmiyyəti ideyasını ilk dəfə Siseron irəli sürmüşdü. Bu ad
altında o, ölkənin sözün əsl mə
'
nasında vətəndaşlarını başa düşürdü.
Beləliklə də onları meşşanlardan ayırırdı. Sonrakı dövrlərdə bu ideyanı
T.Hobbs, Russo, Hegel və başqaları daha da inkişaf etdirmişlər. Vətəndaş
cəmiyyətinin müasir anlamı aşağıdakı kimidir. O,
cəmiyyət üzvlərinin
inkişaf etmiş iqtisadi, mədəni, hüquqi və siyasi münasibətlərini ifadə edir.
Bu cəmiyyət dövlətdən asılı deyildir, lakin onunla qarşılıqlı tə
'
sirdə çıxış
edir. Onun vətəndaşları dövlət ilə birlikdə inkişaf etmiş hüquqi
münasibətlər yaradır, yüksək sosial, iqtisadi,
siyasi mədəni və mə
'
nəvi
statusa malik olurlar. M.Veber vətəndaş cəmiyyətini idraki abstraksiya,
reallıqdan uzaq olan ideal tip hesab edirdi. Lakin onun tə
'
limindəki
hakimiyyətin, cəmiyyətin və insanın optimal əlaqələndirilməsi ideyası
maraq doğurur. Veber göstərirdi ki, hakimiyyəti
həyata keçirən dövlət,
hüquqi dövlət olmalıdır. Onun fəaliyyəti qanunun aliliyinə əsaslanmalıdır.
Bu cəmiyyətdə müxtəlif ittifaqlar və birliklər, kütləvi hərəkatlar, partiyalar
azad fəaliyyət göstərir, yerli özünüidarənin rolu gücləndirilir. Onun
fikrincə vətəndaş cəmiyyəti öz üzvlərinə yüksək tələblər verir. Onlar
qorxduqları üçün deyil, öz şüurluluğu, dərin inamı sayəsində yüksək inti-
zama malikdirlər. Vəzifələrini vicdanla yerinə yetirirlər, öz hüquqlarını
müdafiə edirlər, korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mövqe tu-
turlar.
Vətəndaş cəmiyyəti ayrı- ayrı fərdlərin
spesifik mənafelərinin
reallaşmasına meydan açır. Bununla da o totalitar quruluşdan əsaslı
surətdə fərqlənir. Məşhur ingilis filosofu K.Popper totalitar cəmiyyəti
(Platon vaxtilə bunu tərənnüm edirdi) qapalı cəmiyyət adlandırırdı. Onun
fikrincə açıq cəmiyyət elə bir cəmiyyətdir ki, burada vətəndaşların nəinki
hüquqları vardır, onlar həm də şəxsi qərarlar qəbul etmək məcburiyyətində
qalırlar və deməli şəxsiyyətdirlər.
1
Vətəndaş cəmiyyəti ilə dövlət arasında ziddiyyətli vəhdət mövcud-
dur. Belə ki, onlar bir tərəfdən, biri digərini tamamlayır.
Digər tərəfdən,
onlar tam eyni deyildir.
Vətəndaş cəmiyyəti çox mürəkkəb və spesifik xarakter daşıyır. Iqti-
sadi sahədə onun səciyyəvi cəhətini xırda sahibkarların, kooperativlərin,
birliklərin və bütövlükdə vətəndaşların öz təşəbbüsü ilə yaradılan
cəmiyyət olması təşkil edir. Sosial- siyasi sahədə onun əsasını elmi
təşkilatlar, idarəetmə orqanları, siyasi partiyalar və digər ictimai
təşkilatlar, qeyri- dövlət institutları təşkil edir. Mənəvi sahədə vətəndaş
1
Bax: Поппер К. Открытое общества и его враги. Т.1, М., 1992, с.108.
426
cəmiyyəti aşağıdakıları əhatə edir: vicdan, fikir və söz azadlığını
həyata
keçirən kütləvi informasiya vasitələri, könüllü elmi yaradıcılıq birlikləri və
sair.
Vətəndaş cəmiyyətinin inkişafının mühüm bir meyarı fərd ilə
cəmiyyət əlaqələrinin birbaşa deyil, vasitəli formada (müvafiq ictimai isti-
tutdan keçməklə) baş verməsidir.
Şəxsiyyətin siyasi fəaliyyəti, siyasi
sistemdə və bütövlükdə cəmiyyətdə layiqli yeri və rolunun təmin olunması
yalnız hüquqi dövlət şəraitində mümkündür. O, şəxsiyyəti avtoritar büro-
kratik hakimiyyətə tamamilə tabe edən totalitar rejimə qarşı duran demo-
kratik alternativdir. Hüquqi dövlət Konstitusiya əsasında fəaliyyət göstərir.
Burada bütün ictimai proseslər qanun əsasında tənzim olunur. Cəmiyyətin
mənafeyinə xidmət etmək dövlətin əsas vəzifəsi hesab edilir.
Hüquqi
dövlət öz fəaliyyətində üç başlıca prinsipə əsaslanır: onlardan birincisi
ardıcıl və hərtərəfli demokratiyanın həyata keçirilməsidir.
Dostları ilə paylaş: