240
edir ki, onun ayaq üstə durması oyanmaqda olan ruhun xidmətidir.
Təbiətin bu işdə heç bir iştirakı yoxdur. O yazırdı ki, canlının timsalında
təbiət öz inkişafını başa çatdırır və ali səviyyəyə yüksəlir. Beləliklə ruh
təbiətdən hasil olur. Sonra təbiət Simurq quşu kimi öz-özünü yandırır ki,
onun külü içərisindən yeniləşmiş şəkildə ruh kimi meydana çıxsın.
1
Insanın mənşəyini izah edən üçüncü
xətt
ona sosial-praktiki
baxımdan
yanaşır. Onun fikrincə insan ilə cəmiyyət birlikdə yaranmışdır.
Bu prosesin əsas yolunu praktiki fəaliyyət təşkil edir. Qeyd olunan baxış
insanın mənşəyini əmək nəzəriyyəsinin müddəaları üzərində yüksəldir.
Deməli bu mövqeni aydın təsəvvür etmək üçün əmək nəzəriyyəsinin
əsaslarına diqqət yetirilməlidir. Bu tə‟lim öyrədir ki, insan və cəmiyyət
insanabənzər meymunlardan
uzun təkamül nəticəsində, əmək prosesində
meydana gəlmişdir. Insanın ulu əcdadları inkişaf etmiş bioloji orqanizmə
malik idilər. Meymunun qabaq ətrafları, indiki mə‟nada əlləri onun
tələbatını ödəyə biləcək şəkildə dəyişikliyə məruz qalır. Onun fəaliyyəti
inkişaf etmiş əsəb sistemi ilə tənzim olunur. Əsəb sistemi heyvanın xarici
mühit ilə münasibətlərində tarazlıq yaratmağa xidmət edir.
Tədricən
meymunun baş beyni inkişaf edir. Onun psixikasında lazım olan, faydalı
olan ilə təhlükəli, qorxulu olan aydın fərqləndirilməyə başlanır. Buna
uyğun olaraq əcdadlarımızın davranışı da tədricən mürəkkəb forma alır.
Burada özünüqorumaq, qida əldə etmək, cinsi əlaqə və digər instinktlər
özünü göstərir. Bu davranışda yavaş-yavaş elementar
təfəkkür ünsürləri
yaranır. Sürü şəklində yaşayan meymunlar birgə həyat üçün zəruri olan
siqnalları üz ifadəsi, hərəkət və səslərlə bir-birinə ötürürlər. Əcdadlarımız
öz tələbatlarını yerinə yetirmək üçün sadə əmək alətləri yaratmağa
başlayırlar. Bu andan onların həyatında ciddi dönüş baş verir. Belə ki, ic-
timai məqsəd və ona çatmaq haqqında təsəvvürlər yaranır. Tədricən icti-
mai məqsəd ictimai tələbat ilə əlaqələndirilir. Digər tərəfdən, əmək
alətlərindən istifadə edilməsi, onların yaxşılarını
yaratmaq istəyi, irəli
sürülmüş məqsədin başa düşülməsinə gətirib çıxardı. Həm də məqsəd ilə
ona nail olmağın yolları anlaşılmağa başladı. Bütün bu proseslərdə başlıca
rolu əmək alətlərinin hazırlanması oynamışdır. Dəyişilmiş təbii şəraitə
dözə bilmək üçün meymunlar təbii predmetlərdən istifadə etməklə
kifayətlənməmişlər. Nəticədə qabaq ətrafların əmək alətləri yaratmağa
adaptasiya etməsi (uyğunlaşması) baş vermişdir. Bununla yanaşı
formalaşmaqda olan insanın işçi orqanlarının imkanlarına
uyğun surətdə
təbiət cismlərinin özündə dəyişikliklər əmələ gətirilir.
1
Bax: Гегель. Энциклопедия философских наук, т.2, М., 1975, с.577-578.
241
XIX əsrin ikinci yarısından ehtibarən insanı bioloji təkamülün
məhsulu hesab edən baxış geniş yayıldı. Bununla əlaqədar olaraq insan ilə
heyvan arasındakı fərqlərin araşdırılmasına diqqət artdı.
Əlbəttə insanları heyvanlardan ayıran çox müxtəlif əlamətlər
mövcuddur (dini, dili, dik yeriməsi, şüuru, əxlaqı və sair.).
Lakin əsas
məsələ heyvanat aləmindən insan cəmiyyətinə keçidi şərtləndirən
səbəbləri elmi cəhətdən müəyyən etməkdir. Bunu bildikdən sonra insan ilə
heyvanı fərqləndirən ən əsas cəhəti üzə çıxarmaq asanlaşır.
Bu fərqi izah edərkən birinci növbədə aşağıdakı məqama diqqət
yetirilməlidir. Heyvanın davranışı onun orqanizminin (bioloji aləmin)
tələbatları və strukturu ilə müəyyən olunur. Hər bir heyvan doğularkən
müəyyən instinktlərə malik olur. Bunlar onun davranış çərçivəsinin
hüdudlarını müəyyən edir. Insan isə cəmiyyətdə, ictimai mühitdə yaşayır.
Onun davranış və hərəkətləri praktiki olaraq qeyri- məhduddur. Heyvanın
instinktiv davranışı genetik proqram ilə şərtlənir.
Insan cəmiyyətində isə
davranış və fəaliyyət prinsipcə yeni məzmun kəsb edir. Burada əsas yeri
ünsiyyət vasitəsi olan dil, müxtəlif normalar və mədəniyyət tutur.
Dostları ilə paylaş: