168
toqquşmalar buna sübutdur. Siyasi məkanın özünəməxsusluğunda geopoli-
tik amil də mühüm rol oynayır. Bu münasibətdə Azərbaycanın
spesifik
geopolitik vəziyyətə malik olduğu qeyd edilməlidir. O bir tərəfdən Avropa
ilə Asiyanın qovuşduğu məkanda yerləşir. Təsadüfi deyildir ki,
bu iki
qitəni birləşdirən əsas yollar (məsələn, Böyük Ipək yolu) buradan keçir.
Digər tərəfdən Azərbaycanın əlverişli təbii şəraiti,
zəngin neft və digər
xammal ehtiyatları Şimalda Rusiya və Cənubda isə Iran kimi iki super
dövlətin mənafelərinin kəsişdiyi məkandır. Deyilənlərə onu da əlavə etmək
olan ki, Xəzər dənizi özünün zəngin neft ehtiyatları ilə getdikcə daha çox
dövlətlərin diqqətini cəlb edir.
Yuxarıda deyilənlər sübut edir ki, məkan və zaman göstəricilərinin
özünəməxsusluğu sosial həyatın təşkilinin bütün
əsas tərəflərində ifadə
olunur.
169
IV FƏSIL
DIALEKTIKANIN ƏSAS QANUNLARI
1. Dialektika əlaqə və inkişaf haqqında tə‟limdir
Dünyadakı bütün hadisə və proseslər bir- birilə əlaqədədir.
Qarşılıqlı əlaqə universal xarakter daşıyır, yə‟ni bütün mövcudatlarda
özünü göstərir
. Əlaqələr öz xarakterinə görə müxtəlifdir. Bə‟ziləri adi
gözlə, əyani şəkildə müşahidə olunur. Digərlərini aşkar etmək üçün isə
xüsusi cihazlardan istifadə edilir. Nəhayət elə əlaqələr vardır ki, onları
müəyyən etmək üçün dərin təhlil aparmaq lazım gəlir.
Bəs əlaqə nədir? Bu suala ümumi şəkildə belə cavab vermək olar.
Dostları ilə paylaş: