142
Nəhayət varlığın üçüncü modusu (növü) aşağıdakı
ilə
səciyyələnir. O insandan asılı olmayan mövcudatdır.
Bu mövcudat insan ilə
real qarşılıqlı tə‟sirə daxil olur və fəaliyyət obyektinə çevrilir.
1
Beləliklə, varlıq kateqoriyası çox mürəkkəb xarakter daşıyır. Onun
məzmunu digər fəlsəfi anlayışlar ilə nisbətdə götürdükdə real konkret
mə‟na kəsb edir.
Buraya dünyanın vəhdəti və bu vəhdətin əsası,
dünyadakı dəyişiklik və inkişafın nizamlılığı və qanunauyğunluğu,
bütövlükdə dünyanın sistemli xarakter daşıması, yoxsa ayrı- ayrı
mövcudluqların mexaniki məcmusu olması və digər məsələlər daxildir
.
Həmin məsələlərin izahındakı müxtəlifliyə görə fəlsəfi konsepsiyalar
materializmə və idealizmə ayrılırlar. Məsələn,
materializmə görə maddi,
təbiət varlığı əsasdır, bütün yerdə qalan formalar ondan törəmədir. Obyek-
tiv idealizm mütləq ruhu, obyektiv varlıq və bütün formaların əsası hesab
edir. Subyektiv idealizmin mövqeyincə isə məhz subyektiv varlıq birinci
və əsasdır.
1
Bax: Ильин В.В. Философия. М.,1999, с.166- 167.
143
II FƏSIL.
MATERIYA ANLAYIŞI.
MÜASIR ELM MATERIYANIN QURULUŞU HAQQINDA
1. Materiya və substansiya anlayışları
Bizi əhatə edən aləmə nəzər saldıqda gözümüz qarşısında müxtəlif
predmetlər (dağ, meşə, səmadakı ulduzlar və s.) canlanır. Onların
özünəməxsus xassələri və münasibətləri vardır. Bu rəngarəngliklə yanaşı
dünyadakı obyektlər həm də ayrılmaz vəhdətdədir. Beləliklə də varlıq
bütöv bir tam kimi çıxış edir.
Dostları ilə paylaş: