390
Iqtisadiyyatda mə'nəvi psixoloji
keyfiyyətlər həm də tərəfdaşa,
yə'ni partnyorluq edənə aiddir. Normal tərəfdaşlıq etmək üçün e'tibarlılıq
və məs'uliyyət hissi kimi mə'nəvi keyfiyyətlərə malik olmaq zəruridir.
Deyilənlərdən aydın olur ki, bazar münasibətlərinə əsaslanan müa-
sir cəmiyyətin iqtisadi həyatının təşkilində və burada qarşıya çıxan bir çox
problemlərin həllində mə'nəvi və psixoloji amillər müstəsna dərəcədə
böyük əhəmiyyət kəsb edir. Buna görə də
iqtisadi sferada psixoloji
xidməti yaxşılaşdırmaq və mə'nəvi- əxlaqi mühiti təkmilləşdirmək son
dərəcə zəruridir.
391
III FƏSIL
CƏMIYYƏTIN SOSIAL SFERASI
1. Sosial sfera və sosial struktur anlayışları
Cəmiyyətin sosial sferasını müxtəlif sosial birlik formaları (sosial
qruplar və etniki birliklər) arasında qərarlaşmış olan
nisbi sabit əlaqələr
sistemi təşkil edir. Sosial sfera konkret- tarixi xarakter daşıyır. Bu o
deməkdir ki, cəmiyyətin hər bir inkişaf mərhələsində ona uyğun sosial
sfera da qərarlaşır. Bir ictimai quruluş digəri
ilə əvəz olunduqda sosial
sfera da dəyişilir və inkişaf edir. Lakin sosial sfera cəmiyyətin mövcud-
luğunun avtomatik nəticəsi deyildir. O nisbi müstəqildir. Onun inkişafında
varislik əlaqələri özünü göstərir. Bunun nəticəsidir ki. hər bir
dövrün so-
sial sferası ondan əvvəlkilərin müəyyən elementlərini özündə saxlayır.
Eynilə də onda gələcək sosial həyatın rüşeymləri bu və ya digər dərəcədə
mövcud olur.
Insanlar fəaliyyət prosesində öz sosial əlaqələrini daim istehsal və
təkrar istehsal edirlər.
Dostları ilə paylaş: