232
neyronu əhatə olunur, çəkisi cəmi 1,5 kq-dır. 25-30 vatt enerji sərf edir,
10
15
bayt (ikili vahid) tutumlu yaddaşa malikdir. Müasir elektron hesab-
lama maşını isə ondan sadədir. Onun ən yaxşı halda on minlərlə elementi
olur. Lakin EHM beyin ilə müqayisədə çox ağırdır,
yüz kq-larla çəkiyə
malikdir, kilovatlarla enerji işlədir, yaddaşı isə cəmi -500 min baytdır.
Sonra, hər bir kibernetik maşın yalnız əks etdirir, fikirləşə bilmir. O
sadəcə modelləşdirir, yaxud da bir dildən başqa dilə tərcümə edir, amma
fikirləşmir. Bununla əlaqədar belə bir fakta diqqət yetirmək maraqlıdır.
Kanadada yerli fermerin ünvanına onun 00.00. dollar borclu olduğu
haqqında kağız gəlir. Fermer maşının bu gağızına məhəl qoymur,
onu zibil
qutusuna tullayır. Təxminən üç ay ərzində maşın dəfələrlə bu məzmunda
kağız göndərir. Axırda onu borcu ödəməmək üstündə xüsusi xidmət
orqanlarına verəcəyi ilə hədələyir. Bu zaman fermer 00.00. dollar
məbləğində bank qəbzi yazıb ödəmək üçün göndərir. Bir neçə gündən so-
nra aldığı cavab məktubunda kompüter ona borcunu ödədiyinə görə
minnətdarlıq bildirir.
Deyilənlər elmi -texniki tərəqidə kibernetika və informatikanın ro-
lunu azaltmır.
Kibernetikanın banisi N.Vinerin aşağıdakı sözləri maşın
ilə insan
arasındakı münasibətləri doğru səciyyələndirir: «Insana aid olan şeyləri
insana, hesablama maşınına aid olanları isə hesablama maşınına verin.
Görünür insan ilə maşının birgə fəaliyyətinin təşkilində ağıllı xətt bundan
ibarət olmalıdır»
1
Hazırda
bəşəriyyət
cəmiyyətin
informatikləşməsi
və
kompüterləşdirilməsi mərhələsinə daxil olmuşdur. Son dövrlərdə yaradılan
super-EHM-lər insan ilə kompüterin daha sıx qarşılıqlı tə‟sirdə olmasına
imkan yaradır. Planet miqyasında kompüter şəbəkəsi -INTERNET
yaradılmışdır. Burada səmərəli rabitə forması olan elektron poçtundan
geniş istifadə edilir.
1
Винер Н. Творец и робот, М., 1986, с.82-83.