Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir


Müstəqil iş üçün sual və tapşırıqlar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə9/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   48
Müstəqil iş üçün sual və tapşırıqlar: 

1.Mədəniyyətin mahiyyəti nələri əhatə edir? 

2.Pedaqoji anlayışların mahiyyəti. 

3.Pedaqoji  anlayışlarla mədəniyyətşünaslıq  anlayışlarının müqayisəsi. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                           

1

 «Културология» Учебное пособие. Под.  Ред. Г.В. Драча. Р.-Д. 1997, С.76-80. 



2

 М.С. Каган «Культура и деятелность». М.,1976. 

3

 Г.Столович. «Жизнь, творчество и искусство» М.2978. 




İNCƏSƏNƏT  VƏ  TƏRBİYƏ 

 

Məlumdur  ki,  pedaqoqika bir sıra  dəqiq    elmlərə, ümumiyyətlə,  isə  bütün elm  sahələri  ilə   qarşılıqlı 

əlaqədədir. Bu  pedaqoqikanın obyektinin xüsusiyyətlərindən doğur. Belə ki, pedaqoqika bəşər təcrübəsinin, 

bütün  elm  sahələrinin  nəaliyyətlərinin  son  ümumiləşdirilmiş  nəticələrinin,  fəaliyyət  üsullarının,  maddi  və 

mənəvi,  mədəniyyətin  böyüyən  nəslə  ötürmək  haqqında  elmdir.  Bu  mənada  incəsənət  də  mənəvi 

mədəniyyətin əsas tərkib hissələrindən biri olub böyüyən nəslə ötürülür. Bu estetik tərbiyə həmçinin digər 

fənlərin  tədrisi  vasitəsilə  həyata  keçirilir.  Estetik  tərbiyə  böyüyən  nəsildə,  ümumiyyətlə  insanlarda  estetik 

zövqlər, baxışlar formalaşdırır, insanların  yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Estetik tərbiyənin əsas 

və    əhəmiyyətli  mənbələrindən  biri  incəsənət  əsərləri,  insanların  həyat  və  məişətlərində,  ictimai  həyatda 

mövcud olan incəsənət elementləridir. 

Bəşər  yaranandan  bəri  ədiblər  öz  əsərlərində  incəsənəti,  gözəllik    nümunələrini  tərənnüm  etmiş, 

insanlarda gözəlliyə münasibəti sənət  əsərləri vasitəsilə yaratmağa çalışmışlar. 

İnsanların formalaşmasında incəsənət əsərlərinin rolu haqqında fikirlər qədim tarixə malikdir. Qədim 

Şərq  mədəniyyətinin  nümunələrindən  biri  olan  «Avesta»da  sənətin  cəmiyyətin  həyatında,  insanların 

tərbiyəsindəki  əhəmiyyətli  rolu  haqqında  fikirlər  verilmişdir.  Məsələn,  «İşıq»,  «Zülmət»,  «Cənnət», 

«Cəhənnəm»  anlayışları  kainat  gözəlliyi    ilə    yanaşı,  həmçinin  ijtimai  –  əxlaqi,  davranış  və  hərəkətlərin 

gözəlliyi  kimi  də  verilmişdir.  «Avesta»  ya  görə  həm    fiziki,  həm  mənəvi  kamillik,  cismani  və  ruhi 

gözəllikləri şəxsiyyətin özündə qoruyub  saxlamaq özü bir gözəllik sənətidir. 

İncəsənət  və  tərbiyə,  onların  qarşılıqlı  əlaqəsi,  birinin    digərini    tamamlaması  «Avesta»dan  sonrakı  

abidələrdə  də  şərh  olunmuşdur.  İncəsənətin    tərbiyəyə  təsiri  təkcə  estetik  baxımdan  götürülməmişdür.  Bu 

sahədə Platonun söylədiyi fikir maraqlıdır. Belə ki, bir tərəfdən o, insanların maddi  təminatı baxımından 

təcrübi sənəti  incəsənətdən üstün tutur, digər tərəfdən isə  insanların mənəvi cəhətdən formalaşdırılmasında, 

tərbiyəsində  zərif  sənətlərin  roluna  böyük  əhəmiyyət  verir,  onu  yüksək  qiymətləndirir,  onu  dövlət 

əhəmiyyətli məsələ sayır. 

Orta əsrlərdə Azərbaycanda şöhrət tapmış «İxvan-əs-səfa» cəmiyyətinin filosofları incəsənət və onun 

növlərinin insan mənəviyyatına təsiri,  tərbiyəsindəki rolu haqqında tüxtəlif fikirlər söyləmişlər. Bunlardan 

Əl –Kindi, İbn- Sina, İbn – Röşt və başqalarının incəsənətin tərbiyədə roluna dair indi də öz əhəmiyyətini 

itirməyən  qiymətli  fikirləri  mövcüddur.  Bu  filosofların  fikrincə  incəsənət  obrazlı  təfəkkürdür.  Onların 

fikrincə  insanların  tərbiyəsində  təcrübi  sənətlər  əhəmiyyətli  yer  tutur.  İnsanın  iqtisadi  həyatı  nə  qədər 

əhəmiyyətli rol oynasa da, onlarda müəyyən münasibətin formalaşmasında incəsənətin yerini verə bilməz. 

İncəsənət  insanların  ruhuna,  əqlinə,  əxlaqına  incə,  zərif  yollarla  təsir  edir,  insanların  hərəkət  və 

davranışlarını gözəlləşdirir, zəifin qəlbini  möhkəmləndirir,  zalımın qəlbini yumşaldır. 

İnsanların  estetik,  mənəvi,  əxlaqi  görüşlərinə  incəsənət  əsərlərinin  təsiri  onların  məzmununun 

zənginliyi  və  digər  təsir  imkanlarından  asılıdır.  Zəngin  məzmuna,  ideya  saflığına  malik  incəsənət  əsərləri 

nəinki insanlarda bədii zövq, incə hisslər yaradır, həmçinin  insanların əqli inkişafına, idrakına, təbiəti dərk 

etməsinə  də  təsir  edir.  İdraki  inkişaf  formalaşma  prosesi  bir  –  birilə  qarşılıqlı  əlaqədədir.  İnsanların  əqli 

inkişafı, əxlaq tərbiyəsi və onlarda zəruri  bacarıqların formalaşdırılması və təkminləşdirilməsinin əsasında 

idrak  durur.  İnsanlar  xarici  aləm  gözəlliklərini  də  idrak  vasitəsilə  dərk  edir.  Belə  ki,  təbiət  və  cəmiyyət 

hadisələri,  onların  qanunauyğunluqları  tam  şəkildə,  yəni  həm  də  malik  olduğu  gözəlliklərlə  birlikdə  dərk 

olunur. 


İnsanın  əqli  tərbiyəsi  təbiət,  cəmiyyət  və  insan  təfəkkürünün  obyektiv  inkişaf  və  dəyişmə 

qanunauyğunluqlarını    dərk  etmə  vasitəsilə  baş  verir.  Əqli  tərbiyə    zehnin    inçəliyi  və  çevikliyinə,  real  

varlıq  qanunauyğunluqlarına    ustalıqla,  seçiciliklə  yanaşma  tərzi  yaradır,  insanların  təbiət  qanunlarından 

istifadə edərək həm təbiətin özünü, həm də insan həyatını  dəyişdirməyə imkan yaradır. Bu dəyişdirmədə 

təbiət qanunları ilə yanaşı gözəllik qanunları da iştirak edir. Belə ki, insan hər bir şeyi, gözəl - həm özünün, 

həm də başqalarının zövqünü oxşayacaq zəriflikdə, gözəllikdə yaratmağa çalışır. Bunu isə təbiət və  cəmiy-

yətdəki gözəlliyi dərk edən, görən estetik zövqlü insanlar edə bilər. İnsanlarda estetik zövqün tərbiyəsi isə 

təbiət və cəmiyyətdəki gözəllikləri görməklə bərabər onu  qiymətləndirmək, təhlil  etmək və əməli işlərini 

bu istiqamətdə qura bilməklə bağlıdır. Bunun  özü də idraki prosesdir, yəni insanın həyatı gözəllik qanunları 

əsasında dərk etməsi, gözəllik qanunları əsasında  dəyişdirməsi prosesidir. 

İnsanlar  estetik  ideallar  uğrunda  ancaq  həyatın  estetik  qanunauyğunluqlarını,  onun  konkret  təzahür 

formalarını, gözəllik və ülvilik, eybəcərlik, faciəlilik, komikliyini dərk etdikdən sonra mübarizə apara bilər, 

belə ideallar yaratmağa calışar. Bu estetik dərk etmə, anlatma və  mübarizə  meylləri isə ancaq sistemli və 

məqsədyönlü  tərbiyə  prosesində  həyata  keçirilir.  Məhz  tərbiyə  vasitəsilə  kortəbii  estetik  təsirlər 

sistemləşdirilir, səmərəli və faydalı  istiqamətə yönəldilir. 



İctimai şüurun digər formaları kimi incəsənətin də mənbəyi obyektiv gerçəklik, real  varlıqdır. Çünki  

insan şüuru xarici aləmi əks etdirir, xarici  aləm  gözəlliyi olmasa, onun  əksi, sürəti də mövjud ola bilməz. 

Tərbiyə  vasitəsilə  insan    şüurunda  əks  etdirilən,  obrazı  yaradılan  gözəlliklər  isə  həyatda,  insanın 

təcrübəsində yoxlanılır və tətbiq edilir. İnsanlar estetik tərbiyə prosesində real gerçəkliyin estetik xəssə və 

keyfiyyətlərini seçməyi, tərkib hissələrinə  ayırmağı və  onları sintez  etməyi, varlığı özünün istədiyi kimi 

qurma yollarını  öyrənirlər. Bu  yolla insanlar  aləmi daha dolğun, zəngin şəkildə estetik  təfəkkürlə dərk 

edirlər.  

Musiqi gözəl səslərin, təranələrin, təbiətdəki zərif səslərin ifadəsidir. Musiqi insanlarda yüksək əhval – 

ruhiyyə,  şadlıq  hissləri    yaradır.  Musiqi    əsərlərini    dinlərkən  insanlara  ətrafdakılar  da  gözəl  görünür. 

Yaranmış  şən  əhval  –  ruhiyyə  istər  –  istəməz  insanı  müsbət  işlər  görməyə,  hərəkət  və    davranışlarına 

gözəllik elementləri daxil etməyə həvəsləndirir. 

Rəsm, rəssamlıq isə həyatı rənglər, boyalar vasitəsilə əks etdirmə, tərənnüm etdirmədir. Təsviri sənət 

həyatın  bütün  sahələrini  təsvir  etmə  imkanına  malikdir.  Bu  zaman  gözə  görünən  və  ya    görünməyən 

hadisələr,  insanların  fantaziya  və  xəyalları  da  təsvir  olunur.  Bu  incəsənətin  bütün  növünə  aiddir.  İnsanın 

yaratdığı  bədii    obrazlar,  rəsm,  musiqi,  heykəllər,  bədii  əsərlər  vasitəsilə  təsviri  anların  estetik  zövqü  ilə 

bağlıdır. İncəsənətin bütün növləri müəyyən mənada bir – biri ilə bağlıdır və biri digərinin inkişafına imkan 

yaradır.  Məsələn,  gözəl  musiqi  insanlarda  gözəl  təbii  mənzərələr    təsəvvürü  yarada  bilir  və  ya  hər  hansı 

gözəl  tablo,  təbiət  mənzərəsinə  baxan  insan  həmin  gözəlliyi    dərk  edib,  onun  gözəlliyinin  seyrinə  dalan 

zaman istər – istəməz beynindən sevimli musiqi təranələri keçir. Həm də mənzərəyə uyğun musiqi duyulur. 

Rəssam  təbii  rənğlər  vasitəsilə  insanları  ən  gözəl  musiqi  səslərini  eşitməyə,  heykəltaraş  yaratdığı  heykəl 

vasitəsilə varlığın canlı hərəkət və dinamikasını göstərməyə nail ola bilər. 

İncəsənət  vasitəsilə  nəinki  sənətin  müxtəlif    sahələri,  həmçinin  onlarla  ictimai  şüurun  müxtəlif 

formalarının daxili üzvü əlaqəsi, qarşılıqlı təsiri yaradılır. İncəsənət elm, fəlsəfə, siyasət və əxlaqla qarşılıqlı 

əlaqədə  olduğu  üçün  bəşər  təcrübəsini  dərk  etməkdə,  mənimsəməkdə  insanlara  kömək  edir.  Elmlərə 

yiyələnmənin  əhəmiyyətini  dərk  etməkdə,  fəaliyyət  üsullarına  yiyələnmənin  təbiəti  və  insanların  həyatını 

gözəlləşdirmədəki rolunu anlamağa, öz fəaliyyətlərinə şüurlu, gözəllik qanunları əsasında yanaşma imkanı 

verir. Bu isə məhz şüurlu tərbiyə prosesidir. Deməli, elmi təfəkkür kimi bədii təfəkkür də  təbiət və cəmiyyət 

hadisələrinin  dərk  edilməsində  böyük  imkanlara  malikdir.  Məsələn,  poeziya  və  digər  əsərlər  vasitəsilə 

insanlar  cəmiyyətə  tarixən  yanaşır,  müxtəlif  ictimai  iqtisadi  quruluşlarda  mövcud  olan  ictimai  iqtisadi 

qanunlarla tanış olur,  ayrı – ayrı dövrlərdəki əxlaq normaları, ümumbəşəri müsbət əxlaqi keyfiyyətləri dərk  

edirlər. İnsanlara ziyan vuran, cəmiyyət üçün məqbul sayılmayan keyfiyyətlərin nəticəsi, onun insanın şəxsi 

həyatına  vurduğu  ziyanı  əsərlər  vasitəsilə  görürlər.  İnsanlar  dərk  edirlər  ki,  cəmiyyət  onun  zəruri  hesab 

etdiyi  əxlaqi  keyfiyyətlərə  malik  olmayan,  əksinə  bu  norma  və  davranış  qaydalarının  ziddinə  hərəkət 

edənləri  qəbul  etmir,  bu  isə  həmin    şəxsin  məhvinə,  faciəsinə  qətirib  çıxarır.  Satirik  şerlər  vasitəsilə 

cəmiyyətdə mövcüd olan əyrilikləri görür, onun səbəbini anlayır, bu isə onlarda həyat  hadisələrinə düzgün 

münasibət    formalaşmasına  səbəb  olur.  Poeziyanın  digər  növləri  insanlarda  gözəlliyi  dərk  etməyə  imkan 

yaradır,  gözəlliyə  əsaslanan  poeziya  fiziki  əməyin,  həmçinin  əməyin  bütün  sahələrinin,  hətta  yaradıcı 

fəaliyyətin mənbəyinə çevrilir. A.S.Puşkin qeyd  etmişdir ki, ilham insan  qəlbinin canlı təəssüratları qəbul 

edə bilmək,  məfhumlarla düşünə bilmək qabiliyyətidir. Təkcə poeziya üçün deyil, həndəsə üçün də ilham 

lazımdır. İlham üçün isə elm lazımdır. İnsanların elmi, mədəni səviyyəsi nə qədər yüksək olarsa, bir o qədər 

də müşahidə qabiliyyətinə, zəngin  estetik duyğuya, güclü təxəyyülə  malik olar.  

Alimin  elmdən  aldığı  estetik  zövqün  mahiyyətini  həmin  elmin    daxili  qanunauyğunluqlarını  dərk  

etməsi təşkil edir. Fikrin  gözəlliyindən zövq almaq üçün dərin biliyə, dərk etmə qabiliyyətinə malik olmaq 

lazımdır. İstər elm, istərsə də incəsənət  qneseoloci cəhətdən eyni kökə  bağlıdır. Bu  özünü idrak prosesinin, 

təxəyyülünün, insan xəyalının varlıdan uzaqlaşaraq, özünü  ehtiva etməsində göstərir. İnsanlar varlığı istər 

elmi,  istərsə  də  bədii  şəkildə    mənimsəyərək  hadisələrin  məzmunu  və  mahiyyətinə  daha  dərindən  nüfuz 

etməyə, sadə məlumatlardan daha mürəkkəb məlumatların mahiyyətini açmağa çalışırlar. Elm də, incəsənət 

də vahid olan maddi aləmi əks etdirir, ona görə də eyni inikas qanunlarına tabedir. 

İnsanın emosional hisslərinin əsasında tək  – tək əşya və  ya hadisələr durur. Bu əşya və hadisələr də 

özlərinə məxsus xassə və  keyfiyyətlərə, rənglərə, formalara və s. malik  olurlar. Məhz bu  fərdi  – xüsusi 

keyfiyyətlər   insanların təxəyyülü,  xəyalı  və  əqlinə  daha tez  və  dərin təsir  göstərirlər. Müəyyən    qruplara 

daxil olan əşyaların, hadisələrin nə qədər ümumi cəhətləri olsa da, onları bir – birindən  fərqləndirən xüsusi 

keyfiyyətləri mövcüddur. Məhz bu keyfiyyətlər məzmunun daha dərindən dərk  olunmasına imkan  yaradır. 

Bədii    obrazlar  isə  eyni  qrupa  məxsus  olan    fərdilərdən  ümumiləşdirilmiş  fərdiyə  kesmək  sayəsində  baş 

verir.  Bu    fərqləndirmə  onun  xas  olduğu  bütün  xüsusiyyətlərlə  yanaşı,  onu    başqalarından    fərqləndirən 

xarakterik xüsusiyyətləri də özündə əks etdirir. Bu isə bədii obrazın spesifik  xüsusiyyətidir, yəni bədii obraz 

əks  etdirdiyi  varlığın  ən  fərdi,  ən  səciyyəvi  cəhətlərini  də  ifadə  edir.  Bu  isə  insanların  estetik  hisslərinin, 



bədii  təxəyyül  və  dünyagörüşünün  formalaşmasında  əhəmiyyətli  rol  oynayır.  Estetik  tərbiyə  insanın 

ahəngdar  formalaşdırılması  prosesinin  tərkib  hissələrindən  biridir.  Estetik  tərbiyə  prosesində  estetik 

vasitələrlə(musiqi, təsviri sənət və s.) yanaşı estetik idrak, estetik həyəcan və s. estetik tələbat da əhəmiyyətli 

yer  tutur.  Həyatın  estetik  keyfiyyətlərinin  çoxcəhətliliyi  estetik  idrakın,  estetik  həyəcan  və  tələbatın 

xarakterində özünü göstərir. İnsanın musiqini gözü ilə deyil,qulağı ilə dinləyib dərk edir, ondan zövq   alır, 

rəsm  tablosunu  qulağı  ilə  deyil,  gözü  ilə  görür,  dərk  edir,  mənimsəyir  və  bu  yolla    da  onu    özünün 

dünyagörüşünə daxil edir. Hər insanın özünəməxsus estetik tələbatı onun dünyagörüşünə uyğun tələbatının 

ödənilməsi  müvafiq  estetik  vasitələrin  təlimindən  asılıdır.  İncəsənətin  müxtəlif  növləri  üzrə  tələbatların 

fəaliyyəti müəyyən  təcrübi tələbat və zərurət əsasında inkişaf edib  təkmilləşir, daha insani və  təkmilləşmiş 

hiss  üzvləri  yaxşı  müşahidəçi  olur,  daha  çox  və  seçici  görür,  həyat  gözəlliklərinin  təzahür  formalarının  

arxasında  gizlənən    daxili  məzmunun  estetik  mənasını  seçə  və  aydınlaşdıra  bilir.  İnsanın  hiss  üzvlərinin 

fizioloji və estetik mənada  inkişafı və kamilliyi estetik mənimsəmə və bədii fəaliyyətin ən mühüm şərtidir. 

Məhz hər bir fərdin subyektiv hissi  xüsusiyyəti, özünə məxsus mükəmməlliyi insanın həyata daha dərindən 

nüfuz etməsinə, gözəllik qanunları əsasında gözəlliyin yeni – yeni formalarının yaradılmasına kömək edir. 

Estetik qiymətləndirmədə subyektiv cəhəti yalnız hiss üzvlərinin inkişaf dərəcəsi ilə  məhdudlaşdırmaq 

düzğün  olmasa  da,  bu  mühüm  amilin  rolunu  unutmaq  olmaz.  Estetik  mənimsəmə,  qavrama,  dərk  etmə, 

həyəcanlandırma, qiymətləndirmə prosesində hiss üzvləri qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Məsələn, rəsm  

əsərlərinin dərk  edilməsində görmə  duyğuları ilə yanaşı eşitmə duyğusu və  insanın həyat təcrübəsi də fəal 

iştirak edir. İnsanın estetik cəhətdən  ahəngdar inkişafı və tərbiyəsi həmçinin onun hiss üzvlərinin  ahəngdar  

inkişafını və tərbiyəsini tələb edir. 

Estetik  hissin  konkret  bir  sahəsinin  inkişafı    digər  cəhətlərin  inkişafına  da  təsir  göstərir.  Məsələn, 

musiqişünas,  bəstəkar həmçinin  təbiət  gözəlliklərini, rəsm  əsərlərini  də  dərk  edir,  sevir, ondan ilham  alır. 

Bunu incəsənətin digər növlərinə də aid etmək olar. Estetik və bədii mənimsəmə zamanı insanın bütün hiss 

üzvləri iştirak edir, özlərinə görə mühüm rol oynayırlar. Müxtəlif  hiss üzvlərinin estetik mənimsəməsində 

iştirak dərəcəsi bu hiss üzvlərinin inkişaf dərəcəsindən, idrak prosesinin xarakterindən xeyli asılıdır. Estetik 

qavramaya və estetik tərbiyə həmçinin  insanların ictimai-iqtisadi vəziyyəti də təsir göstərir. Ehtiyac içində  

yaşayan  insanlar  ən  gözəl  təbiət  hadisələrini,  bədii    lövhələri  qavramaq,  görmək,  ondan  həzz  alma  

iqtidarında  olmurlar.  Ona  görə  də    müxtəlif  siniflərin,  müxtəlif    təbəqəli  insanların  estetik    baxışları  da 

müxtəlif olur. 

Estetik tələblər, bədii və estetik yaradıcılığa münasibətdə insanların  dünyagörüşü də əhəmiyyətli yer 

tutur.  Dünyagörüş  insanların  ətraf  aləm  haqqındakı  biliklər    sistemini,  insanların  onları  əhatə  edən  aləmə 

münasibətləri  sistemini  əhatə  edir.  Estetik  yaradıcılıqda,  təbiətə,  məişətə,  fəaliyətə  estetik  yanaşmada 

dünyagörüş əhəmiyyətli yer tutur. Sənətkarın əsəri müəyyən  mənada onun dünyaya  baxışının nəticəsidir. 

Bədii  təfəkkür  varlığı  özünəməxsus  şəkildə  əks    etdirməklə  yanaşı,  həmçinin  bu  əks  etdirmə  prosesində 

sənətkarın  əsərində  onun  münasibətlərini  də  üzə  çıxarır.  Deməli  hər  sənətkarın  əsərində  obyektiv  həyat 

hadisələrinin təsviri ilə yanaşı, onun bilavasitə dünyagörüşü də əks olunur.  Ona görə də həyatı düzgün başa 

düşən hər sənətkar öz əsərlərində təsvir etdiyi bədii ideyanı nə qədər güclü və zəngin verərsə, onun əsərinin 

insanlara bədii təsiri də o qədər düzgün və güclü olar.  

Müxtəlif sənət əsərləri  insanlara, onların  əxlaqına  müxtəlif  şəkildə  təsir  göstərir.  Ona  görə  də  böyük 

sənətkarlar öz əsərlərində ictimai ideyaları, əxlaqi  qayələri, bədii obrazlarla həyat hadisələrinin xarakterini  

tipikləşdirilmiş,  fərdiləşdirilmiş bədii vasitələrlə açıb  göstərməyə  çalışmışlar və çalışırlar. 

Qədim  yaradıcılığın  ən  mühüm  qayələrindən  biri  mənəvi  gözəlliyin  incəsənətdə  təcəssümüdür. 

İnsanların  yüksək  mənəvi,  estetik  amillar  ruhunda  tərbiyəsinə  sənət  əsərlərində  insanların  nəcib  mənəvi 

hərəkətlərinin  bədii    ümumiləşdirilmələr  səviyyəsinə  qaldırılması  da  əhəmiyyətli  dərəcə  də  təsir  göstərir. 

İncəsənətin həyatiliyi onun əxlaqa, insanların mənəviyyatına təsiri ilə müəyyən edilir. 

İncəsənət insanların mənəviyyatına tərbiyələndirici təsir göstərməklə yanaşı, həmçinin onu estetik və  

ictimai  mövqedən  qiymətləndirir,  onların  fəaliyyət  və  davranışlarını  bu  gözəllik  baxımından  təqdir  və  ya  

tənqid  edir.    Gözəllik  və  mənəviyyat,  etik  və  estetik    anlayışları  həyatla,  incəsənətlə  eynilik  təşkil  etmir. 

Gözəlliklə mənəviyyat anlayışları arasında həm kəmiyyət, həm də keyfiyyət fərqləri mövcuddur. Gözəllik 

daha geniş anlayış olub, mənəviyyatda mövcud olan gözəlliklərlə yanaşı təbiət və cəmiyyətdəki gözəllikləri 

də əhatə edir. Təbii gözəlliklər isə  mənəvi  keyfiyyətlərə malik deyildir.  Ona görə də, gözəl olan hər şey 

mənəviyyata  təsir    edərək  onu  daha  da  zənginləşdirir;  mənəviyyat  inkişaf  prosesində  yeni  xassə  və 

keyfiyyətlər  kəsb  edir;  mənəvilik  təcrübi,  həyati  fəaliyyətdə  gözəlliyə  təsir  edir,  yeni  gözəllik  nümunələri 

yaradır. Bunu Azərbayjanın şifahi və yazılı ədəbiyyatında, folklorunda daha canlı şəkildə görmək olar.   

Mənəviyyatın  təcrübi  fəaliyyət  vasitəsilə  gözəlliyə  təsiri  daha  həyati  əhəmiyyətə  malikdir.    F.Bekon 

(ingilis  materialisti)    əxlaq  –  iradə  -  istək  və  əmək    fəaliyətinin  məna  və  mahiyyətindən  istifadə  edərək 

mənəvi fəaliyyətin roluna xüsusi qiymət verirdi. Bekona görə, düşüncə insanın  müəyyən qərara gəlməsinə 



kömək edir. Hər iki fəaliyyət prosesində təxəyyül mühüm rol oynayır. Çünki təxəyyül hər iki sahə arasında 

vasitəçi  və  keçirici    kimi  çıxış  edir,  hər  iki  tərəfə  xidmət  edir.  Təxəyyül  qəbul  etdiyi  hissi  obrazları 

düşünjəyə  verirsə,  əqil  öz  qərarını  verməzdən  əvvəl  onları  seçib  tədqiq  edir  və  bundan  sonra  yenidən 

təxəyyülə  qaytarır.  Cünki  azadlıqdan  əvvəl  gələn  təxəyyül  özü  məhz  bu  iradəni  oyadır  və  bir  sözlə  həm 

düşüncə, həm iradə üçün xüsusi silah rolunu oynayır. Onun fikrincə insan fəaliyyəti əqil, emosional, mənəvi 

amillərin təsir göstərdiyi belə bir mənzərədən yaranır: duyğu  -  təxəyyül -   əqil, təxəyyül - iradə - fəaliyyət.                                                                                                                                                                                                                                          

   Deməli  təxəyyül,  o  cümlədən  bədii  təxəyyül  əməli  fəaliyyətin  həyata  keçirilməsində  böyük 

əhəmiyyətə  malikdir.  Şillerə  görə  mənəvi  borcun  həyata  keçirilməsində  estetik  amillər  son  dərəcə 

əhəmiyyətlidir. Mənəvi borcun həyata  keçirilməsindən insan böyük həzz və zövq alır. Bu isə mənəviyyatın 

özünün  incəliyi  və  gözəlliyindən  doğur.  Mənəvi  gözəllik  və  incəlik  isə  insanın  hissi  təbiəti  ilə  əxlaqi 

vəzifələri  arasındakı  həmahənglikdən  yaranır.  Bu  isə  həmişə  mövcud  olmur.  Belə    hallarda  insan  borc 

naminə    özünün    hissi    təbiətini  qurban  verir.  Bu  zaman    incəliyin    yerini  ləyaqət  tutur.  Deməli,  mənəvi 

hərəkət  öz    inkişafında  daim  yeni  –  yeni  estetik  hallar  və    keyfiyyətlər  kəsb    edərək,  insanın  estetik 

həyəcanının  obyektinə  cevrilə  bilər.  Buradan  da  belə  çıxır  ki,  estetik  həyacan    mənəviliyin,  əxlaqiliyin  

müəyyən  dərəcəsindən,  xassə və  keyfiyyətindən döğur. Estetik həzz verə bilən hər mənəvi hərəkət isə öz 

təbiəti  etibarilə  əxlaqımız  olmalıdır.  Lakin  müsbət  əxlaqi  hərəkət  həmişə  estetik  həyəcan  doğura  bilmir. 

Məsələn, müasir fəhlənin fəaliyyəti estetik  maraq  doğurmur, bu maddi maraqdır. 

Əxlaqi hərəkətlər o zaman estetik  səviyyəyə qalxır ki, onlar  qəhramanlıqla, rəşadətlə bağlı olsun. Heç 

nədən qorxmayan, hər bir  müqavimətin, çətinliyin qarşısını ala bilən, yaradıcı insanların mənəvi hərəkətləri 

estetik zövq yaradır. Müasir incəsənətin ən  mühüm vəzifələrindən biri  əxlaqi və estetik cəhətlərin vəhdəti  

və  dialektikasının  bütün    zənginliyi  və  dolğunluğunu  bədii  –  fərdi  obrazlarla  açmaqdan    ibarətdir.  Bunun 

böyük ictimai əhəmiyyəti vardır. 

İnsanların ideya – estetik, əxlaq tərbiyəsində incəsənətin bütün növləri – ədəbiyyat, musiqi, rəssamlıq, 

teatr,  kino  və  s.  kimi  növləri  böyük  əhəmiyyət  kəsb  edir.  Azərbaycan  ədiblərinin,  musiqişünaslarının, 

rəssamlarının yaratdığı əsərlər bu  baxımdan xüsusilə əhəmiyyətli və dünya  şöhrətlidir. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin