134
müxtəlif ölkələrdə və xalqlarda dəmir, mis, taxta, gümüş,
qızıl, kağız, plastik lövhələr oynamışdır. Tədricən dünya-
nın bir sıra dövlətlərində xüsusi pul kəsən emalatxanalar
yaranıb, fəaliyyətə başlamışdır. İndiyədək arxeoloqlar
dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbay-
canda yerli zərbxanalarda, habelə yaxın və uzaq ölkələrdə
hazırlanmış pullar tapırlar.
Pul rolunu müxtəlif əmtəələr yerinə yetirsə də, lakin
tədricən bu rol qızıla nəsib olmuşdur. Qızıl öz təbii və
kimyəvi xassələrinə görə ümumi ekvivalent rolunu daha
yaxşı yerinə yetirir. Qızıl mübadilə vasitəsi və ümumi
ekvivalent kimi çoxdan məlum olsa da, lakin onun əsl
hökmranlığı XIX əsrdən başlanmış, müəyyən istisnalarla
indiyədək davam etməkdədir.
Dostları ilə paylaş: