109
Müasir bazar iqtisadi sistemi elmi və praktik araşdır-
malar əsasında istehsal və xidmət dairəsinin perspektivlə-
rini müəyyənləşdirməyə real imkanlar yaradır. Bu iqtisadi
sistemdə resurslardan istifadə və onların yenidən bölüşdü-
rülməsi iri şirkətlər, habelə inhisar birlikləri tərəfindən
strateji planlaşdırma prinsipləri təməlində həyata keçirilir.
Eyni zamanda təsərrüfat həyatının bir sıra yeni sahələrinin
meydana çıxıb inkişaf etməsinə dövlət tərəfindən büdcə
hesabına yardım göstərilir.
Ümumiyyətlə götürdükdə bazar iqtisadi sisteminin
üstünlüyü, bu formanın (tipin) istehsalın səmərəliliyinin
yüksəldilməsi naminə daimi axtarışlar üçün şərait yarat-
masındadır. Bu sistem istehsalın və xidmət dairəsinin
maddi-texniki bazasının təkmilləşdirilməsi ilə, şəxsi habe-
lə ictimai mənafelərin əlaqələndirilməsini təmin edir.
Dostları ilə paylaş: