Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Beynəlxalq hava daşımalarında Varşava



Yüklə 175,75 Kb.
səhifə53/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   170
SDU nəqliyyat

5.5. Beynəlxalq hava daşımalarında Varşava

Konvensiyası

Beynəlxalq yükdaşımalarında hava nəqliyyatının rolu spesifik xarakter daşıyır. XX əsrin II dekadasından başlayaraq, dünyada hava nəqliyyatının formalaşması ilə bağlı bu sahədə qaydaların nizamlanması vacib zərurət kimi ortaya çıxmışdır.

Ilk beynəlxalq sənəd kimi - yük və sərnişin daşıma şərtləri “Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların unifikasiyası üçün konvensiya” 12 oktyabr 1929-cu ildə Varşavada qəbul olunmuş və həmin konvensiya Varşava konvensiyası adlandırılmışdır. Bu konvensiyaya dünyanın 120-dən çox ölkəsi qoşulmuşdur və Azərbaycan Respublikası da 1999-cu ildən bu Konvensiyaya daxil olmuşdur.

II dünya müharibəsindən sonrakı dövrlərdə beynəlxalq hava nəqliyyatları üzrə əməliyyatlar xeyli intensivləşmiş və bu baxımdan Varşava Konvensiyasının təkmilləşdirilməsi məsələsi ortaya çıxmışdı. Nəhayət, 28 sentyabr 1955-ci ildə Hollandiyanın Haaqa şəhərində Varşava Konvensiyasına düzəlişlər haqqında protokol imzalanmış və bu sənədə Haaqa protokolu da deyilir. Haaqa protokolu Varşava Konvensiyasını tam əvəzləyən sənəd deyildir və bu protokolun qəbulu Konvensiyadakı hüquqi boşluqları tənzimləmək üçün nəzərdə tutulmuşdur. Qeyd edək ki, 1999-cu ildə Azərbaycan Respublikası bu protokola qoşulmuşdur.

Digər bir beynəlxalq hava nəqliyyatı üzrə tənzimləmə sənədi kimi, Qvadalaxara konvensiyasını göstərmək olar. Belə ki,

Varşava Konvensiyasında çarter daşımalrı və hava gəmilərinin icarəsi haqqında qaydalar nəzərdə tutulmamışdı və bu istiqamətdə tənzimləmə mexanizmləri 18 sentyabr 1961-ci ildə qəbul edilmiş Qvadalaxara konvensiyası ilə nizamlanmışdır. Bu Konvensiyanın qəbulundan sonra,Varşava konvensiyası, Haaqa protokolu və Qvadalaxara konvensiyasının birlikdə məzmununu əks etdirən beynəlxalq tənzimləəmə sənədi kimi-Varşava sistemi adlandırılmışdır. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası 1999-cu ildən bu konvensiyaya qoşulmuşdur.




Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin