5.4. Beynəlxalq avtomobil yükdaşıma müqaviləsi haqqında Konvensiyalar
Məlumdur ki, beynəlxalq yükdaşımalarda çoxlu sayda qaydaların nizamlanması lazım gəlir. Bu sahədə yükdaşımaların həcminə, əhatə dairəsinə görə avtomobil nəqliyyatının rolu böyükdür. Bu baxımdan XX əsrin II yarısından başlayaraq, beynəlxalq avtomobil yükdaşımaları üzrə prosedurların təkmilləşdirilməsi və qaydaların nizamlanması zərurət kimi ortaya çıxmışdı.
Bu sahədə əsas sənəd kimi-Beynəlxalq yükdaşıma müqaviləsi haqqında Konvensiyanı qeyd etmək olar. Həmin Konvensiya 19 may 1956-cı ildə Cenevrədə (İsveçrə) qəbul olunmuş və 2 iyul 1961-ci ildən qüvvəyə minmişdir. Qeyd edək ki, Avropa dövlətlərinin əksəriyyəti bu Konvensiyaya qoşulmuşdur və 2000ci ildən etibarən Azərbaycan Respublikası da bu Konvensiyanın iştirakçısıdır.
Konvensiyanın beynəlxalq avtomobil nəqliyyatı əməliyyatları zamanı və yükdaşımalar üzrə əsas sənədi kimi SMR qəbul olunmuşdur və çox vaxtı bu Konvensiyanı elə SMR də adlandırırlar. SMR-in məzmunu 8 fəsil və 51 maddədən ibarətdir. Bu sənəd üzrə avtomobil daşınması zamanı yük sahibi və daşıyıcının əsas hüquq və vəzifələri, zəruri tənzimləyici prosedurlar, mübahisəli məsələlər barədə qaydalar nizamlanır. Beynəlxalq avtomobil yükdaşımaları zamanı digər mühüm sənəd isə, avtomobil qaimələridir və bu qaimədən beynəlxalq yükdaşıma üzrə müqavilənin mövcudluğunu təsdiqləyən sənəd kimi xarakterizə olunur.
Beynəlxalq nəqliyyat sistemindən avtomobillə yükdaşımalar üzrə mühüm Konvensiyalardan biri də “Gömrük Konvensiyası” dır və bu Konvensiyanın əsas sənədi TİR-dir (Transport
İnternational Routine). Bu sənəd beynəlxalq avtomobil daşımalarında kitabça kimi istifadə edilir və birdəfəlik vahid beynəlxalq təminat sənədi kimi nəzərdə tutulur.
Dostları ilə paylaş: |