Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 175,75 Kb.
səhifə46/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   170
SDU nəqliyyat

Kontraktın strukturuna əsasən aşağıdakılar daxildir:

  1. Kontraktın giriş hissəsi, başqa sözlə, preambulası;

  2. Kontrakt üzrə alqı-satqı əməliyyatlarının qısa məzmunu;

  3. Göndərilməsi və ya alınması nəzərdə tutulan malların miqdar göstəriciləri;

  4. Mal və xidmətlərin keyfiyyət standartları;

  5. Əmtəələrin və ya xidmətlərin qiymətləri barəsində məlumatlar;

  6. Əmtəə və xidmətlərin qiymətləri;

  7. Ödəniş şərtləri və maliyyə razılaşmaları;

  8. Ödəmək üçün əsas kimi çıxış edən maliyyə sənədlərinin müəyyənləşdirilməsi;

  9. Malların yüklənməsi üzrə vaxt və müddətlərin razılaşdırılması;

  10. Malların qablaşdırılması;

  11. Əmtəələrin markalaşdırılması;

  12. Yükləmə qaydalarının razılaşdırılması;

  13. Texniki şərtlər və texniki xidmət razılaşdırmaları (kontraktın predmetindən asılı olaraq bu kateqoriyadan olan kontraklarda istifadə olunur);

  14. Nəqliyyat vasitələri və yükdaşımalar üzrə şərtlərin müəyyənləşdirilməsi;

  15. Əmtəə və xidmətlərin təhvil verilməsi və qəbul olunması

şərtləri;

  1. Kontrakt üzrə reklam şərtlərinin razılaşdırılması;

  2. Əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan fövqəladə hadisələr (zəlzələ, yanğın, qəzalar və s.) barədə, başqa sözlə, fors-majorun nəzərdə tutulması;

  3. Sığorta məsələləri;

  4. Mübahisələrin, iddiaların baxılması şırtləri, başqa sözlə,

arbitraj;

  1. Kontraktın şərtlərinin pozulması ilə əlaqədar sanksiyalar və cərimələrin müəyyənləşdirilməsi;

  2. Kontraktın icrası üçün zəruri olan lisenziyaların alınması üzrə öhdəliklər;

  3. Kontraktın icrası ilə bağlı digər şərtlər;

  4. Kontraktın icrası ilə bağlı xüsusi şərtlər;

  5. Kontraktda nəzərdə tutulan işlər üzrə sınaqlar, yoxlanma, testlər və s.

  6. Tərəflərin hüquqi qeydiyyat ünvanları, faktiki yerləşdikləri ünvanlar, zəruri əlaqə telefonları, elektron ünvanları, bank rekvizitləri və s.

  7. Tərəflərin səlahiyyətli imzaları, möhürləri və s.

Kontrakt şərtlərinin qorunması və kontraktda göstərilən kimi yerinə yetirilməsi xarici –iqtisadi əlaqələrin iştirakçıları üçün vizit kartı xarakteri daşıyır. Başqa sözlə, bağlanmış kontraktlar üzrə öhdəliklərin dürüst və vaxtında yerinə yetirilməsi xarici-iqtisadi əlaqələrdə vacib şərtlərdən sayılır.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin