Mövzu 11. Beynəlxalq yükdaşımları və nəqliyyat
vasitələri üzrə sığorta əməliyyatları
Beynəlxalq yükdaşımalar üzrə sığortanın mahiyyəti və əsas əməliyyatları.
Beynəlxalq daşımalarda nəqliyyat sığortası.
Beynəlxalq yükdaşımalar zamanı əsas risklər.
Beynəlxalq yükdaşımalarda sığorta istiqamətləri.
Beynəlxalq yükdaşımalarda hava və avtomobil nəqliyyatları üzrə sığorta işinin təsnifatı.
Beynəlxalq dəniz daşımaları üzrə sığorta.
Dəniz daşımaları üzrə sığortanın riskləri.
Dəniz daşımaları üzrə sığortada zərərin ödənilməsi formaları..
London Sığortaçılar İnstitutu.
Dəniz sığortaçılarının Beynəlxalq İttifaqı.
11.1. Beynəlxalq yükdaşımalar üzrə sığortanın mahiyyəti və əsas əməliyyatları
Dünyada beynəlxalq yükdaşımalarının təşkilində və səmərəli olmasında sığortanın əhəmiyyəti böyükdür. Bu halda beynəlxalq yükdaşıma iştirakçıları öz yüklərinin itirilməsi və s. bu kimi problemlərlə bağlı qayğılardan nisbətən azad olur, başqa sözlə yükün talehi ilə bağlı narahatçılıq azalır. Düzdür heç bir beynəlxalq yükdaşıma iştirakçısı istəməz ki, onun yükü itsin, xarab olsun, zədələnsin və s. Bununla belə, bu kimi hallardan tam sığortalanmaq da qeyri mümükündür və bu baxımdan beynəlxalq yükdaşımalar üzrə sığortanın təşkili obyektiv zərurət kimi diqqəti cəlb edir.
Dostları ilə paylaş: |