TANAP-ın əsas missiyası – Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranzit nəql edilməsi üçün beynəlxalq əhəmiyyətli Qaz Boru Kəməridir. Bu Kəmərlə Türkiyənin Şərq sərhədindən təbii qaz Qərb sərhədinə doğru daşınacaq və bununla da Türkiyənin bütün ərzasində təbii qazın sabit tranziti təmin olunacaqdır. Eyni zamanda hazırda fəaliyyətdə olan və Azərbaycanın təbii qazının nəqlini təmin edən Cənubi Qafqaz Boru Kəməri TANAP-ın köməyi ilə Avropa Birliyində bir neçə kəmərlə əlaqələndiriləcək.