10.11. Trans-Anadolu Qaz Boru Kəməri
Son illərdə Azərbaycanın təbii qaz ehtiyatlarının işlənməsi və bununla bağlı təbii qazın region və dünya ölkələrinə ixracının asanlaşdırılması məqsədilə tarixi işlər görülmüşdür. Bu istiqamətdə mühüm layihələrdən biri də Trans – Anadolu Qaz
Boru Kəməridir ( TANAP) .
TANAP layihəsinin imzalanması -2012-ci il iyun ayının 26 da İstanbul şəhərində Azərbaycan və Türkiyə hökümətləri arasında baş tutmuşdur. Azərbaycanın Milli Məclisi 2012-ci ilin noyabr ayının 20-də TANAP-la bağlı 2 Sazişi təsdiqləyib və Azərbaycan Prezidenti tərəfindən “ Azərbaycan və Türkiyə hökümətləri arasında təbii qazın Türkiyəyə satışı və
Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişin təsdiq edilməsi haqqında Qanunu 26 noyabr 2011-ci il tarixdə imzalanıb.
Dostları ilə paylaş: |