Beynəlxalq dəmir yolu daşımalarının əsas xüsusiyyətlərinə aiddir:
daşıma xərclərinin nisbətən ucuz olması;
200 km və daha çox məsafəyə yük daşımalalarında yüksək effektivliyə malik olması;
metroloji hava şəraitindən asılı olmayaraq yük daşımaların təşkilınin mümkünlüyü və s.
6.4. Beynəlxalq dəmir yolu daşımaları Razılaşdırılması qaiməsinin tətbiqilə dəmir yolu nəqliyyatında yüklərin daşınması üzrə Beynəlxalq Gömrük proseduru barədə
Konvensiya
Bu konvensiyanın əsas məqsədi dəmir yolu nəqliyyatının harmonok və intensiv inkişafının təmin edilməsi, bu sahədə beynəlxalq əməkdaşlıgın gücləndirilməsidir.
Beynəlxalq dəmir yolu yük daşımaları Razılaşdırılması qaiməsi dedıkdə- 01 noyabr 1951-ci ildə qəbul edilmiş Sənəd başa düşülür. Bu sənəd dəmir yolu qaiməsi adlanır və dəmir yolu qovşaqlarında, yaxud dəmir yolu –bərə qovşaqlarında daşımaların sənədləşdirilməsi zamanı tətbiq edilir.
Bu konvensiya Birləşmiş Millətlər Təşkilatı tərəfindən 9 fevral 2006-cı ildə Cenevrədə qəbul olunub.
Dostları ilə paylaş: |