Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


-ci il yanvar ayının 1-dən qüvvədə olan “İnkoterms 2000, 2010” –nun baziş şərtləri aşağıdakı kimidir



Yüklə 175,75 Kb.
səhifə44/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   170
SDU nəqliyyat

2011-ci il yanvar ayının 1-dən qüvvədə olan “İnkoterms 2000, 2010” –nun baziş şərtləri aşağıdakı kimidir:

  1. ЕХW - EX Works (... named palace)- zavoddan, ixracatçıdan razılaşdırılmış məntəqədən yola salınma yəni, satıcı malı alıcıya razılaşdırılmış yerdə təhvil verən andan öz öhdəliyini yerinə yetirmiş olur;

  2. FCA - Free Carrıer (... named palace)- razılaşdırılmış məntəqədən maln yola salınması başa düşülür. Bu halda ixracatçı malı ixrac gömrük prosedurlarından keçirdikdən sonra alıcı tərəfindən müəyyənləşdirilmiş satıcıya razılaşdırılmış məntəqədə təhvil verərək öz öhdəliyini başa vurur;

  3. FAS - Free Alongsıde Shıp (... named port of shipment)

Bu terminin mənası” Gəmi bortu boyunca sərbəst” , razılaşdırılmış yüklənmə limanı mənasını verir. Bu halda ixracatçı kontrakt üzrə nəzərdə tutulmuş malı gəmi bortu boyunca sahildə və ya razılaşdırılmış yerdə alıcıya təhvil verir və öz öhdəliyini yerinə yetirir;

  1. FOB - Free On Board (... named port of shipment) - “

Sərbəst gəmi bortunda” razılaşdırılmış yüklənmə limanı mənasını daşıyır. Bu rejimdə satıcı kontrakt üzrə nəzərdə tutulan malları limanda gəminin məhəccərindən keçiddə təslim etdiyi halda öhdəliyini yerinə yetirmiş olur;

  1. CFR - Cost and Freıght (... named port of destination)-

“Dəyər və icarə” mənasında razılaşdırılmış təyinat limanı şərti anlamına gəlir. Bu rejimdə ixracatçı ixrac məhsulunu idxalatçının ölkəsindəki, təyinat limanına çatdılrmaq üçün bütün məsrfələri ödəyir və bundan sonra malın boşaldılması, həmçinin digər

xərcləri idxalatçı özü ödəyir;



  1. CIF - Cost, Insurance and Freıght (... named palace of destination)-“Dəyər, sığorta və icarə” mənasını verməklə, razılaşdırılmış təyinat limanlı gömrük rejimidir. Bu halda CFR rejimində həyata keçirilən prosedurlar təkrar olunur. Əlavə olaraq yalnız yükün sığorta xərcləri satıcı tərəfindən ödənilir;

  2. CIP - Carrıage and Insurance Paıd To (... named place of destination)- “Daşınma və sığortalanma...( təyinat yeri) qədər ödənilib” mənasındadır, razılaşdırılmış təyinat məntəqəsində gömrük prosedurları baş tutur. Bu halda satıcı öz ölkəsində razılaşdırılmış təyinat yerində malı daşıcıya təhvil verir və yükü sığortalayır. İxrac rüsümlarını satıcı, idxal rüsumlarını isə sənədləşdirməklə alıcı ödəyir;

  3. CPT - Carrıage Paıd To (... named place of destination)

“daşınma...( təyinat yeri) qədər ödənilib”( ... razılaşdırılmış təyinat məntəqəsi) – mənasındadır. Bu rejimdə ixracatçı malın idxalatçının ölkəsində yerləşən təyinat yerinə aparılmasına və onun anbarına malı aparan daşıyıcıya təhvil verilməsinə cavabdehdir. Bu gömrük prosedurları zamanı ixrac

rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır;



  1. DAT - Delivered At Frontıer (... named terminal of desination)- )-“terminalda göndəriş”(... razıılaşdırılmış təyinat limanı) mənasını verir. Bu rejim 2010-cu ildə qəbul edilib, əvvəlki təsnifatdan çıxarılan DEQ bazis şərtinin əvəzində istifadə olunur.

Bu rejim nəqliyyat vasitəsinin növü üzrə razılaşdırmadan asılı olmayarq istifadə edilir.

  1. DAP – Delivered At Point (... named point of deestination)- “məntəqədə göndəriş” (... razılaşdırılmış təyinat limanı) mənasını verir. Bu rejim də 2010-cu ildə qəbul edilib, əvvəlki təsnifatdan çıxarılan DAF, DES və DDU-nun əvəzində tətbiq olunur.

  2. DDP - Delıvered Duty Paıd (... named place of destination)- “rüsum ödənilməklə göndəriş”(... razılaşdırılmış təyinat məntəqəsi) -mənasını daşıyır. Bu rejimdə ixracatçı idxal və ixrac rəsmiləşdirməsinin xərclərini çəkməklə, kontrakt üzrə öhdəlikləri idxalatçının anbarına təhvil verir;

  3. DDU- Delıvered Duty Unpaıd (... named place of destination)- “rüsum ödənilmədən göndəriş” (... razılaşdırılmış təyinat məntəqəsi)- mənasındadır. Bu rejimdə ixracatçı malın alıcının anbarına təhvil verilməsinə qədər bütün məsrəfləri ödəyir. Amma idxalatçı idxal rəsmiləşdirilməsi üzrə xərcləri özü ödəyir. Bu baziş şərti İnkoterms 2010-dan çıxarılmışdır;

  4. DAF – Delivered at Frontier (... named place)

“sərhədə qədər göndəriş” (... razılaşdırılmış məntəqə) – mənasındadır. Bu rejimdə razılaşdırılmış sərhəd məntəqəsində satıcının öhdəliyi bitir və sərhəddən sonrakı öhdəliklər alıcının payına düşür. İxrac rəsmiləşdirilməsi satıcı tərəfindən, idxalın rəsmiləşdirilməsi isə alıcı tərəfindən həyata keçirilir. Bu baziş şərti İnkoterms 2010-dan çıxarılmışdır;

  1. DEQ - Delıvered Ex Quay (... named port of destination)-“gəminin yan aldığı körpüdən göndəriş”(... razıılaşdırılmış təyinat limanı) mənasını verir. Bu halda ixracatçı gömrük rejimindən keçən malı razılaşdırılmış təyinat limanında gəminin yan aldığı körpüdən alıcıya çatdırılması öhdəliyini başa vurur. Bu rejimdə mal göndərən risklər və rüsumlar üzrə xərcləri özü ödəyir. İxrac və idxal üzrə gömrük rəsmiləşdirmələrini də

ixracatçı aparır. Bu baziş şərti İnkoterms 2010-dan çıxarılmışdır;

  1. DES - Delıvered Ex Shıp (... named port of destination)- “gəmidən göndəriş” (... razılaşdırılmış təyinat limanı) mənasını verir. Bu rejimdə əgər mal gəminin bortunda təhvil verilibsə və hələ razılaşdırılmış təyinat limanında gömrükdən keçməyibsə, satıcı çatdırılma üzrə öz öhdəliyinə əməl etmiş sayılır. Bu zaman bütün xərclər və risklər satıcının üzərinə düşür. İxrac rəsmiləşdirilməsi satıcı və idxal rəsmiləşdirilməsi alıcı tərəfindən aparılır. Bu baziş şərti İnkoterms 2010-dan çıxarılmışdır;

“İnkoterms 2000,2010”-bazıs şərtlərinə beynəlxalq xarici ticarət üzrə kontraklarda istinad edilməsi son illərdə xeyli intensivləşmişdir və yaxın perspektivdə bu bazis şərtlərinin daha geniş tətbiq olunması gözlənilir.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin