Terminallar nəqliyyatın maddi-texniki bazasının mühüm strukturu kimi – xarakterizə olunur. Burada yüklərin saxlanılması, boşaldılması və yüklənməsi, qablaşdırılması və markalanması, ixrac üçün yenidən hazırlanması və sair əməliyyatlar üçün xüsusi qurğular tikilir, avadanlıqlar quraşdırılır, nəqliyyat mexanizmləri yerləşdirilir və s.
Nəqliyyatın hərəkətdə olan heyyəti nəqliyyat növündən asılı olaraq, müxtəlif nəqliyyat vasitələrindən ibarətdir. Bunlara yük avtomobilləri, avtofurqonlar, avtoçənlər, dəmir yolu lokomotivləri, gəmilər, tankerlər, hava gəmiləri, helikopterlər və s. aiddirlər.
Dostları ilə paylaş: |