Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə- 2013-cü ildə cəmi 59,0 mln tondan çox yük daşınmışdır. Bunun 21,4 mln tonu dəmir yolunun, 10,24 mln tonu dəniz nəqliyyatının və 27,44 mln isə avtomobil nəqliyyatının payına düşür.
Öz geosiyasi məkanına görə xüsusi önəm daşıyan Azərbaycan öz iqtisadi diplomatiyasında beynəlxalq nəqliyyat, tranzit əməliyyatlarına prioritet yer ayırır. Yalnız bir neçə ildə ölkəmizin nəqliyyat dəhlizi kimi yükdaşımalardan gəlirləri nəzərə çarpacaq dərəcədə artır və bu sahəyə maraq xüsusi dövlət proqramları ilə həyata keçirilir. Ölkəmizin ərazisindən keçən tranzit yükdaşımalarının beynəlxalq yükdaşımalara cavab verən yol və körpülərin tikintisi günün vacib tələbinə çevrilmişdir. Azərbaycan Respublikası bu məqsədlə bir neçə iri miqyaslı layihəni üzə çıxarmaq məqsədi ilə tender elan etmiş və qalibləri müəyyənləşdirmişdir. İndi çox böyük sürətlə işlərin davam etdiyi Ələt-Astara magistralı yaxın gələcəkdə iqtisadi səmərə gətirəcəkdir. Yolun inşası İslam İnkişaf Bankının maliyyə yatırımları hesabına aparılır.
Eyni zamanda Hacıqabul-Kürdəmir yolunun inşasına start verilmiş və bu yol Azərbaycan Gürcüstan sərhədlərinə qədər beynəlxalq əhəmiyyətli yol kimi Rusiyadan, Orta Asiya və İrandan daxil olan yüklərin tranzitini xeyli sürətli və maneəsiz yerinə yetirilməsinə imkan verəcəkdir. 2007-ci ilin payızında artıq Bakının 60 kilometrliyindən başlayaraq Koreya şirkətləri Bakı Rostov yolunun Azərbaycan ərazisində yol inşaat işlərinə başlamış və davamlı şəkildə bu istiqamətdə müasir yol ötürücülərinin və körpülərin inşasına başlanmışdır. Bununla
Azərbaycan Respublikası Şimal Cənub, Asiya Avropa nəqliyyat tranzit dəhlizi kimi regionun iqtisadiyyatında və beynəlxalq əlaqələrində mərkəzi rol oynayacaqdır.
İran İslam Respublikası, Türkiyə, Gürcüstan istiqamətlərində hər il yükdaşımaların həcmi artaraq bu şəraitdə yeni yaradılmış nəqliyyat yol infrastrukturu öz iqtisadi səmərəsini verəcəkdir. Azərbaycan iqtisadi diplomatiyası bu sahədə kompleks tədbirləri həyata keçirməklə gələcəkdə Cənub istiqamətdə və əks marşrutla konteyner daşımalarının artacağını proqnozlaşdırır. Bu məqsədlə ölkəmizin sərhəd buraxılış məntəqələri və gömrük nəzarət terminalları tamamilə yenidən qurulur və nəzarət texnikası yeniləşdirilir. Bu isə yüklərin və nəqliyyat vasitələrinin vasitələrinin qısa müddətdə mənzil başına çatması üçün təminat yaradır. Bütövlükdə isə ölkəmizin ərazisindən keçən yüklərin vaxt itkisinin minimuma endirilməsi məqsəd kimi qarşıya qoyulmuşdur.
Dostları ilə paylaş: |