Sifariz Səbzəliyev
67
Müəssisə mənfəət və zərərlər haqqında
hesabatda və ya onun qeyd-
lərində müəssisə çərçivəsində xərclərin funksiyalarıına və ya məsrəflərin
xarakterinə əsaslanan təsnifatından istifadə edərək, xərclərin təhlilini təqdim
etməlidir.
Xərc
maddələri sabitlik, proqnozlaşdırma və gələcək iqtisadi səmərə
yaradacaq potensial imkan amilləri kimi biri-birindən
fərqlənən kompo-
nentləri ayırmaq məqsədilə yarımmaddələrə bölünür. Bu informasiya iki
üsuldan birinin istifadəsi ilə təqdim edilir.
Birinci təhlil metodu
-
məsrəflərin xarakteri metodu adlanır
. Xərc-
lər, mənfəət və zərərlər haqqında hesabatın xarakterinə (məsələn,
tikili və
avadanlıqların amortizasiyası, istifadə edilmiş materialların dəyəri, nəq-
liyyat xərcləri, əmək ödənişi xərcləri, reklam xərcləri və s.) görə birləşdirilir
və müəssisənin müxtəlif funksiyaları üzrə bölüşdürülür.
İkinci təhlil metodu
–
xərclərin funksiyaları metodu və ya satışın
maya dəyəri metodu adlanır.
Burada xərclər funksiyalarına
müvafiq
olaraq satışın maya dəyəri, kommersiya xərcləri
və inzibati xərclər kimi
təsnifləşdirilir.
Xərcləri funksiyalarına görə təsnifləşdirən müəssisələr onların xarak-
teri barədə əlavə informasiyaları, o cümlədən
maddi və qeyri-maddi aktiv-
lərin amortizasiyası xərclərini və işçi heyətinin saxlanılması üzrə xərcləri
açıqlamalıdır.
Adı çəkilən hesabatda və ya onun qeydlərində maliyyə hesabatının
əhatə etdiyi dövr ərzində elan və ya təklif edilmiş
səhmlər üzrə dividend-
lərin məbləği də göstərilməlidir.
Mənfəət və zərərlər haqqında hesabatın xərclərin funksiyaları üzrə
forması aşağıdakı cədvəldə verilmişdir (cədvəl 4.7).