Uçotu Standartı
nəzərdə tutulan bütün seqment göstəricilərinin təkrar
informasiyalarının açıqlanmasını qadağan etmir. Xüsusən də bir sıra infor-
masiyaların hesabata əlavələrdə açıqlanması daha səmərəli sayıla bilər:
hər bir əməliyyat seqmentində məhsulların və xidmətlərin tipləri;
hər bir coğrafi seqmentin tərkibi ;
seqment uçot siyasətində dəyişiklər;
Sifariz Səbzəliyev
187
seqmentlərarası köçürmələr üçün qiymətqoyma metodları;
hesabat seqmentləri üzrə aktivlərin və öhdəliklərin, gəlirlərin və s.
göstəricilərin, həmin maddələr üzrə təşkilatın ümumi göstəriciləri ilə
üzləşdirilməsi.
12.2. Əməliyyat seqmentləri müəssisələrin komponenti kimi
Əməliyyat seqmenti aşağıdakı müəssisələrin komponentidir:
gəlir əldə etdiyi və ya öhdəlik qazandığı kommersiya fəaliyyətləri ilə
məşğul olanlar;
əməliyyat nəticələri baş qərar qəbul edən şəxs tərəfindən seqmentə
vəsaitlərin bölüşdürülməsi və onun fəaliyyət nəticələrinin qiymət-
ləndirilməsi məqsədi ilə təhlil edilənlər;
ayrıca maliyyə məlumatı göz qabağında olanlar.
Əməliyyat seqmenti hələ gəlir gətirməyən kommersiya fəaliyyəti ilə
məşğul ola bilər. Başlanğıc əməliyyatlar gəlir gətirməzdən öncə əməliyyat
seqmentlərinə misal ola bilər.
Müəssisənin hər bir hissəsinin əməliyyat seqmenti və ya əməliyyat
seqmentinin bir hissəsi olması zəruri deyildir. Bu MMUS məqsədləri üçün,
müəssisənin işçilərinə əmək fəaliyyətinin başa çatmasından sonrakı
mükafatlandırma planları əməliyyat seqmentləri deyildir.
“Baş qərar qəbul edən şəxs”
termini xüsusi vəzifə sahibi olan rəhbər
şəxsdən daha çox funksiyanı bildirir. Bu funksiyanın vəzifəsi vəsaitləri
müəssisənin seqmentlərinə paylaşdırma və müəssisənin fəaliyyətinin
nəticələrinin qiymətləndirilməsindən ibarətdir.
Əməliyyat seqmentlərinin üç xassəsi bir çox müəssisələrin əməliyyat
seqmentlərini aydın şəkildə göstərir. Buna baxmayaraq, müəssisə öz kom-
mersiya fəaliyyətini müxtəlif yollarla göstərilmiş hesabatlar vasitəsilə
təqdim edə bilər. Baş qərar qəbul edən şəxs seqment məlumatlarının birdən
artıq növündən istifadə etdiyi halda, hər bir komponent üçün kommersiya
fəaliyyətinin təbiəti, onlara cavabdeh olan şəxslərin mövcudluğu və direk-
torlar şurasına təqdim olunmuş məlumat da daxil olmaqla, digər amillər
müəssisənin əməliyyat seqmentlərini təyin edən komponentlər toplusunu
müəyyən edə bilər.
|