Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 2 0 1 6



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix24.04.2017
ölçüsü84,86 Kb.
#15629
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   12


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------1------------------------------------ 
 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN  DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
 
 
 
İNTELLEKTUAL SİSTEMLƏR  
VƏ TEXNOLOGİYALAR  
 
Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. 
 
B A K I – 2 0 1 6 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------2------------------------------------ 
 
 
 
 
Elmi redaktor: 
f-
r.e.d., İsayev Fəxrəddin Qurban oğlu 
R
əyçilər: 
t.e.n., dosent, Əliyev Elman Bəhmən oğlu  
 
i.e.n., dosent, Əskərov Həmdulla Əbil oğlu  
 
i.e.n., dosent, M
əmmədova Arzu İmanverdi qızı   
 
i.e.n., dosent, Salmanova Mahil
ə Əlif qızı 
Dizayner: 
Əliyev Zaur Nəsrəddin oğlu 
T
əshihçilər: 
Mayılov Mayıl Valeh oğlu 
 
Z
ərbaliyev  Vahid  Zahid  oğlu 
Naşir: 
Mayılov Valeh Bayram oğlu 
 
 
BALAYEV RƏSUL ƏNVƏR OĞLU 
ƏLİZADƏ MƏTLƏB NURUŞ OĞLU 
MUSAYEV İSA KƏRİM OĞLU 
 
 
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR,  
Bakı 2016, “MSV NƏŞR“ nəşriyyatı, Dərs vəsaiti, 
şəkilli, 256 səhifə. 
 
 
 
 
© Balayev R.Ə., Əlizadə M.N., Musayev İ.K., 2016 
 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------3------------------------------------ 
 
 
M Ü N D 
Ə R İ C AT 
 
Giriş 

Təbii intellektual sistem - İnsan və onun baş 
missiyası............................................................... 
 

İnsanın fəlsəfi-assosiativ mahiyyəti......................  
İnsanın baş missiyası.........................................  16 
Nanotexnologiya: ”insani texnika” üzrə axtarışlar 
və perspektivlər................................................. 
 
42 
Süni intellekt: mənşəyi, inkişafı, məqsədi, vəzifələri..  61 
İntellektual sistem: mahiyyəti və təsnifatı………………  101 
İntellektual sistemlərin inkişafında süni intellektin 
rolu…………………………………………………………………… 
 
105 
Süni intellekt - yeni informasiya texnologiyasının 
əsasıdır................................................................. 
 
119 
İnformatika və süni intellekt...................................  125 
Biliklərin təqdim edilməsi........................................  131 
Semantik şəbəkələr............................................  135 
Freym modelləri (dilləri).....................................  138 
Biliklərin məntiqi modelləri və məntiqi 
nəticəçıxarma sistemləri..................................... 
 
141 
Yaradıcılıq proseslərinin modelləşdirilməsi............  158 
Süni intellektli dialoq sistemləri...........................  165 
İntellektual informasiya-axtarış sistemləri............  166 
İntellektual tətbiqi proqram paketləri...................  167 
Hesablama-məntiq sistemləri..............................  169 
Ekspert sistemləri...............................................  170 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------4------------------------------------ 
 
EHM-in daxili intellektuallaşdırılması........................  179 
Yüksək məhsuldar EHM-lər.................................  179 
Funksional yanaşma əsasında daxilən 
intellektuallaşdırılmış sistem................................ 
 
186 
Simvol dəyişdirmələrinə (emalına) yönəldilmiş 
EHM-lər............................................................. 
 
188 
İntellektual sistemlərin quruluşu və layihələşdirilməsi  195 
Biliklər bazasının (BB) layihələşdirilməsi...................  201 
Biliklər bazasının quruluşu və onun intellektual 
sistemlərin digər komponentləri ilə qarşılıqlı əlaqəsi.. 
 
203 
Biliklərin təqdimatı və modelləşdirilməsi...................  207 
İntellektual sistemlərin layihələşdirilməsi mərhələləri  211 
Predmet oblastı və biliklərin əldə olunması 
metodlarının təhlili................................................. 
 
217 
Tələb və təklifin öyrənilməsində intellekyual 
sistemlərdən istifadə imkanları................................
 
 
229 
Ekspert sistemlərinin qurulması texnologiyası...........  231 
Ədəbiyyat…………………………………………………………  239 
 
 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------5------------------------------------ 
 
 
GİRİŞ
 
 
Bizim  anlamımızda,  İnsanın  baş  missiyası  düşünən 
alət yaratmaqla, bütövlükdə  Kainatın  dərkinə  nail 
olmaqdan  ibarət  olduğundan,  süni  intellekt,  intellektual 
sistemlər və  texnologiyalar sahəsində  bu günədək 
aparılan  çoxcəhətli elmi-tədqiqatlar  az  qala  sonsuzluğa 
qovuşan uzun yolun ilk addımlarıdır.  
Süni intellekt, bir elmi istiqamət olaraq, müxtəlif elm 
sahələrinin inteqrasiyasına əyani nümunədir. 
Süni intellekt – riyaziyyat və məntiq sahəsində əldə 
edilmiş  nailiyyətlər nəticəsində  və  bəşəriyyətin  canlı  və 
cansız  təbiət barədə  topladığı  biliklər  əsasında 
formalaşmış sərbəst elmi tədqiqat sahəsidir. 
Bir  qərarlaşmış  elmi  biliklər  sahəsi  olaraq  süni 
intellekt XX əsrin ortalarında formalaşsa da, bu sahədə ilk 
cəhdlərin  həm  çox  qədimlərdə,  həm  də  orta  əsrlərdə 
edildiyi məlumdur.  
Praktiki olaraq, əzəl-başdan bu yeni biliklər sahəsi ilə 
məşğul  olan  alimlər  təfəkkürün  konstruktiv  təyini  və 
modelləşdirilməsi  üçün  xüsusi  məsələlərdən  çıxış  etməyi 
və bu məsələlərin həllindən ötrü bir mexanizm kimi “süni 
intellekt”  anlayışından  istifadə  etməyi  məqsəduyğun 
saymışlar.  
Beləliklə,  müasir  anlamda,  süni  intellekt  –  müxtəlif 
mürəkkəb tətbiqi məsələlərin həlli üçün insan düşüncəsinə 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------6------------------------------------ 
 
və  ya  canlı  və  cansız  təbiətdə  gedən  proseslərə  analoji 
prinsip  və  yanaşmalardan  istifadə  edilməklə  işlənib 
hazırlanmış metodlar və instrumentlər məcmusudur. 
Buna baxmayaraq, hal-hazırda  süni  intellektə 
hamının  qəbul  edə  biləcəyi  vahid  tərif  verilməmişdir. 
Burada qeyri-adi  heç  nə  yoxdur.  Çünki  təbii  intellektin  – 
insan təfəkkürünün də universal tərifi yoxdur.  
Bu  günədək  süni  intellekt  sahəsində  aparılan 
tədqiqatlar  müxtəlif,  məsələn,  biliklərin  təqdimatı, 
mühakimələrin  modelləşdirilməsi,  biliklərin  əldə  edilməsi, 
maşınlı  öyrənmə  və  avtomatik  fərziyyələr  törədilməsi, 
verilənlərin  intellektual  təhlili  və  obraz  informasiyasının 
emalı,  qərar  qəbulunun  dəstəklənməsi,  proseslərin  və 
sistemlərin  idarə  edilməsi,  dinamik  intellektual  sistemlər, 
planlaşdırma və s. istiqamətlərdə getmişdir. 
Nisbətən  daha  fəal  inkişaf  etdirilən  yanaşmalar  və 
süni intellekt metodları aşağıdakılardan ibarətdir: 

 
Süni neyron şəbəkələri;  

 
Təkamül hesablamaları; 

 
Qeyri-səlis  məntiq  və  qeyri-səlis  çoxluqlar 
nəzəriyyəsi; 

 
Ekspert sistemləri; 

 
Hüceyrəvi avtomatlar; 

 
Çoxagentli sistemlər. 
Məsələn,  diferensial  təkamül  metodu  çoxölçülü 
optimallaşdırma məsələlərinin həlli üçün nəzərdə tutulmuş 
təkamül modelləşdirməsi metodlarından biridir. 
 
 
 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------7------------------------------------ 
 
 
TƏBİİ İNTELLEKTUAL SİSTEM - 
İNSAN VƏ ONUN BAŞ MİSSİYASI 
 
 
İNSANIN FƏLSƏFİ-ASSOSİATİV MAHİYYƏTİ 
 
 İnsanın  onu  əhatə  edən dünyaya münasibəti ilə 
əlaqədar qarşıya çıxan, ciddi həyati əhəmiyyət kəsb edən 
dünyagörüşü  xarakterli  suallara  cavab  tapmaq  işi 
fəlsəfənin problemi olsa da, biz belə  hesab edirik ki, bu, 
həm də  hər bir elm sahəsinin  baş  hədəfidir.  Odur ki, 
assosiativ duyum və dərketmə elementləri ilə zəngin olan 
kibernetikanın,  o  sıradan,  informatikanın  da  cavab 
verəcəyi  ən vacib suallardan biri və  bəlkə  də  birincisi 
İnsan  problemidir.  Bu  problemin  mərkəzində  isə 
dünyagörüşü dayanır.  
Elmi, fəlsəfi,  ümumbəşəri, milli, sosial-sinfi, siyasi, 
mənəvi, dini, ateist, estetik və  i.a.  çalarları  olan  və 
mifoloji, dini, elmi və fəlsəfi növlərə bölünən dünyagörüşü 
–  mürəkkəb, yekcins olmayan, çoxcəhətli və  ziddiyyətli 
sosial-mənəvi və  emosional-psixoloji fenomen olmaqla, 
insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə 
və  cəmiyyətə  münasibəti, onun özünün dünyada yeri və 
mövqeyi  haqqında  ümumiləşmiş  görüşlər, ideallar, 
baxışlar, inam və prinsiplər sistemidir.  
Mifoloji  dünyagörüşünün  mayasını  qan  yaddaşının 
birbaşa  nəticəsi olan assosiativ duyum təşkil  etdiyindən, 
qədim insanalara, o cümlədən, hindlilərə və oğuzlara görə 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------8------------------------------------ 
 
kainat göy və  yerin evlənməsindən  əmələ  gəlmişdir. 
Çinlilər isə, elə hesab etmişlər ki, dünyada ”qayda-qanun 
yaradan”  iki  ruh  vardır:  kişi  ruhu  göyü,  qadın  ruhu  yeri 
idarə  edir  [71,  s.33].  Kişi  ruhu  dinamika,  qadın  ruhu 
statika,  kişi  ruhu  quruluş,  qadın  ruhu  təşkilat 
(təşkilolunma),  kişi  ruhu  sahə,  qadın  ruhu  cisim  kimi 
götürülərsə, həmin  izahın  müəllifləri nədə  səhv  etmişlər 
ki?  
Antik filosoflar kosmosa mütləq,  əbədi vahid tam 
kimi  baxırdılar  və  bütün  mövcudatın  maddi  başlanğıcını  
”qeyri-müəyyən maddə” hesab edirdilər [71, s.37]. Müasir 
elm  sübut  edir  ki,  Kainatın  başlanğıcında  qeyri-müəyyən 
dinamik tarazlıq mühiti var ki, bu da mahiyyətcə təsadüfi 
paylanmada mövcud olan enerjidən ibarətdir [95]. 
Anaksimandr, Demokrit və  Epikur təşkilolunmanı 
sezmişdilərsə, Platon və  Aristotel də  quruluşu  sezmişdi. 
Məhz bunun məntiqi nəticəsi idi ki, XI əsrdə  yaşamış 
böyük Azərbaycan filosofu Bəhmənyar indi ”inteqrasiya” 
anlayışına  yüklənən mənaya  çox  yaxın  olan  fikirlər 
söyləmişdir. Belə ki, o, səbəb və nəticənin vəhdətdə, eyni 
zaman daxilində  mövcudluğu  ideyasını,  varlığın 
mövcudluğunun  əsas  şərtinin hərəkət, məkan və  zaman 
vəhdətinin,  onların  bir-birindən  ayrılmazlığının  olmasını 
irəli  sürmüşdür.  XIII  əsr Azərbaycan filosofu S.Urməvi 
göstərir  ki,  ”Başçılar  ilə  rəiyyət üzvi vəhdət  halında 
olmazsa, cəmiyyət  yaşaya  bilməz.  Onların  nisbəti  başın 
bədənə  nisbəti kimidir”. Bu fikir indi kibernetikada 
”idarəedicinin idarəolunana mütənasibliyi” və  ”zəruri 
müxtəliflik” qanunlarında öz əksini tapmışdır. S.Urməvinin 
başçılar, vəzifəli şəxslər ”rəiyyətə xidmət etməlidirlər” [71, 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------9------------------------------------ 
 
s.56-61] tezisi ilə  kibernetik sistemlərdə  idarəedici və 
idarəolunanın  qarşılıqlı  bir-birinin  bütövlüyünü  qorumağa 
borclu olması zərurəti arasında sıx bağlılıq vardır. 
 
Anaksimandr 
 
Demokrit 
   
 
 
 
Epikur 
 
Aristotel 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------10------------------------------------ 
 
 
Platon 
 
Səfiəddin Urməvi 
 
Göründüyü  kimi,  bir  sıra  ideyalar  öz  elmi  sübutunu 
uzun müddət gözləməli  olmuşdur.  Bunun  bir  sıra 
səbəbləri  vardır  və  bizim fikrimizcə, həmin səbəblərdən 
biri də  ənənəvi elmi metodologiyada ”hər bir kateqoriya 
digər kateqoriyalardan heç birinin əhatə  etmədiyi xüsusi 
məzmunu ifadə  edir” [71, s.131] -tezisinin rəhbər 
tutulmasıdır.  Bu,  qətiyyən  doğru  deyil,  çünki,  hər bir 
kateqoriyada digər kateqoriyalar barədə hökmən minimal 
informasiya vardır. Həmin informasiya olmazsa, dünyanın 
vahid mənzərəsini təsəvvür etmək qeyri-mümkündür. 
Belə ki, bütün anlayış və kateqoriyalar sistemi qapalı, yəni 
inteqrasiya  edilmiş  bir  zəncir təşkil  edir.  Zəncirin ümumi 
uzunluğu  isə  onu təşkil  edən həlqələrin  uzunluqları 
cəmindən həmişə qısadır.  
Bu cəhətdən  ən  maraqlısı  varlıq  kateqoriyasıdır. 
Çünki, Hegel (1770-1831)  göstərir ki, ”əgər  biz  dünyanı 
nəzərdən keçirərkən  yalnız  ”o  mövcuddur”-  deyib,  artıq 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------11------------------------------------ 
 
heç nə  əlavə  etmiriksə, onda biz bütün müəyyən  olanı 
nəzərdən  qaçırır  və  deməli, mütləq  dolğunluq  əvəzinə, 
mütləq  boşluq  əldə  edirik” [37, с.222]. Yəni,  varlıq 
mövcud olan hər  şeyi,  o  cümlədən,  yoxluğun  özünü  də 
əhatə  edir.  Varlığın  mahiyyətinin  ən dərin  qatında  qeyri-
müəyyənlik  dayanır.  Bu,  Birçil  kürə  anlayışını  daxil 
etməklə, Kainatın başdan-başa enerji kürəsi olması və bu 
enerjinin təsadüfi və dinamik paylanmada mövcud olması 
ideyasını irəli sürməyə imkan vermişdir [90]. 
 
      Georq Vilhelm Fridrix Heqel (almanca
  Georg 
Wilhelm Friedrich Hegel
) alman flosofu, alman klassik 
fəlsəfəsinin yaradıcılarından biri. 
 
Assosiativ təfəkkür  prizmasından  böyük  prinsipial 
əhəmiyyəti  olan  kateqoriyalar  sırasında  ilk  yerlərdən biri 
məkan və zamana aiddir. Müasir qabaqcıl fəlsəfəyə görə, 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------12------------------------------------ 
 
məkan  –  maddi cisimlərin və  hadisələrin müəyyən yer 
tutumuna malik olmasını, cisimlər arasında xüsusi surətdə 
yerləşməsini ifadə  edir. Zaman isə  cisim və  hadisələrin 
müəyyən ardıcıllıq və  sürəkliklə davam etməsini, dövrlər, 
mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir. Lakin 
informasiyanın  saxlandığı  yaddaş  da məkandır.  Virtual 
yaddaşın  mövcudluğu  isə  göstərir ki, məkanın  başqa 
xassələri də  vardır.  Bu  baxımdan,  kod  da,  informasiya 
daşıyıcısı  (yaddaş)  olmaqla,  məkan xassəsi  nümayiş 
etdirir. Kod -  məkan mövqeyindədirsə, informasiya da 
zaman mövqeyindədir. Məhz  bu  baxımdan  əks-əlaqələr 
kompleksi məkan-zaman şəbəkəsi yaradır. Koddakı bolluq 
xassəsinə  əsaslanmaqla, hökm etmək olar ki, məkanın 
doluluq dərəcəsi vardır. Bu mənada, “birçil-sıfırçıl kürələr” 
assosiasiyası  mütləq böyük, dolu, virtual məkan,  “sıfırçıl-
sıfırçıl  kürələr”  assosiasiyası  isə  mütləq  kiçik,  boş,  virtual 
məkandır. Real assosiasiyaların ən böyüyü Kainat – nöqtə 
assosiasiyası,  ən kiçiyi isə  iki nöqtə  arasındakı 
assosiasiyadır.  Birçil  kürəsiz  sıfırçıl  kürənin qeyri-
mümkünlüyü  sıfırçılın  birçildən,  yoxluğun  varlıqdan 
törəmə  olmasını  göstərir.  Çünki,  sıfırçıl  –  birçilin, yoxluq 
isə varlığın tamamlayıcısı və sərhədləridir.  
Assosiasiya – iki element arasındakı hər cür əlaqə və 
münasibətlər məcmusu  olduğundan,  bu  münasibətlərin 
yaratdığı məkan virtualdır. Bu isə o deməkdir ki, nəqliyyat 
və  rabitə  də  virtual məkandır.  Odur  ki,  assosiativ 
idarəetmə  yalnız  virtual  məkanda  baş  verən prosesdir. 
Yəni, virtual idarəetmə  assosiativ idarəetmənin gerçək-
ləşən xüsusi halıdır.  


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------13------------------------------------ 
 
Materialist fəlsəfəyə 
görə, məkan-zaman 
obyektivdir,  insan  şüurundan  asılı  deyildir.  Lakin  şüur  da 
məkan-zaman xaricində  deyildir və  buna görə  də  məkan 
və zamanın yalnız maddi olana aid edilməsi düzgün deyil. 
Çünki məkan və  zaman tamamilə  və  bilavasitə 
informasiyaya da aiddir. Bununla belə,  informasiyanın 
miqdarı  ləğv  edilən qeyri-müəyyənliklə  ölçüldüyündən, 
məkan və  zamanın  qeyri-müəyyənliklə  mahiyyət 
bağlılığının şahidi oluruq. 
Müasir elmi təsəvvürdə  zamanın  yalnız  bir  ölçüsü 
vardır: cisimlər zamanca ancaq keçmişdən gələcəyə doğru 
bir istiqamətdə  hərəkət edə  bilərlər. Halbuki fikir də 
məkan və zaman xaricində olan şey deyildir. Deməli, fikrin 
keçmişə  yönəlməsi məkan və  zamanın  virtuallıq  nümayiş 
etdirəbilən olmasından xəbər verir. Bundan əlavə, mütləq 
məkan  bolluğu  və  mütləq  zaman  bolluğu  sıfra  bərabər 
olduğundan,  məkan və  zaman  bolluğu  məkan və  zaman 
boşluğu  kimi  nəzərə  gəlir.  Bu  baxımdan,  şüur  özünü  bir 
tərəfdən - virtual məkan, digər tərəfdən də virtual zaman 
kimi təqdim edir. 
Ənənəvi təsəvvürə görə zaman qayıtmazdır, keçmişi 
qaytarmaq mümkün deyildir, zaman ancaq irəliyə hərəkət 
edir.  Lakin  zamanın  irəliyə  hərəkəti nə  deməkdir?  Axı 
A.Eynşteynə  (1879-1955)  görə,  zaman  anlayışı  ölçmə 
prosesindən (saatlardan) kənarda məzmunsuzdur;  hər 
hansı  prosesin  ölçmə  əməliyyatından  kənarda öz-
özlüyündə heç bir müddəti yoxdur və nisbilik nəzəriyyəsi 
vaxtın  ölçülməsi nəticələrinin ölçmə  üsulundan  asılı 
olmaması  haqqındakı  klassik  konsepsiyanın  kökündən 
yanlış olduğunu sübut etmişdir [71, s.148-149].    


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------14------------------------------------ 
 
 
Albert  Eynşteyn  (almanca 
Albert Einstein) 
nəzəriyyəçi fizik, müasir fizika nəzəriyyəsinin 
yaradıcılarından  biri,  Nobel  mükafatı  laureatı,  siyasi 
xadim, humanist insan, 20-dən  çox  aparıcı 
universitetlərin fəxri doktoru, çoxlu sayda Elmlər 
Akademiyasının üzvü.
 
 
Bizim  anlamımızda,  zaman  bir  fəlsəfi kateqoriya 
olaraq mənsəbindən mənbəyinə  doğru  can  atan  çay 
yatağına  bənzəyir. Yəni, zaman bir tərəfdən  formadır  - 
tərsinə də olsa, axar su dolu çay yatağıdır, digər tərəfdən 
isə  prosesi  -  axını  ifadə  edir.  Zamanın  birinci  aspekti 
fəlsəfi, ikinci aspekti isə  fiziki mahiyyət  daşıyır.  Bununla 
yanaşı,  informasiyanın  antipodu  olan  qeyri-müəyyənlik 
problem mühiti olaraq, həm də gerçəklik məkanı kimi çıxış 
etdiyindən, qeyri-müəyyənliyin məkan xassəsinin  olduğu 
da  aydınlaşır.  Bu  da  bir  daha  göstərir  ki,  informasiyanın 
zaman xassəsi mövcuddur. Digər tərəfdən isə, 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------15------------------------------------ 
 
informasiya mahiyyətcə, inkar edilən qeyri-müəyyənlikdir. 
Deməli, zaman -  inkar edilən məkandır.  Bu  məntiqlə 
məkan da – inkar edilən zamandır. Yəni, zaman məkanın, 
məkan isə zamanın törəməsidir. 
Zaman  –  kanaldır  (Canalis  -  latınca,  boru,  nov 
deməkdir [7, s.244]).  Çünki  kanal  onda  baş  verən 
dəyişikliyin  məzmununa laqeyddir. Bütün dəyişikliklər, 
yəni hər cür hərəkət  bu  kanalda  baş  verir.  Lakin  kanal 
olaraq zamanın əsas xüsusiyyəti odur ki, bu kanaldakıların 
hərəkəti yalnız geriyə sürüşmədən ibarətdir. Bu baxımdan 
bütövlükdə  Kainat mahiyyətcə  həm də  zamandır.  Kainat 
məhz zaman olduğu üçün məkandır.  
Zaman  kanal  olmaq  etibarı  ilə  çoxnaqillidir. Burada 
naqillərarası  assosiativ  keçidlər, dizyunktiv düyünlər və 
radial  şaxələnmələr mövcuddur. Odur ki, zaman ən 
müxtəlif hərəkətlərin  baş  verməsini mümkün edə  bilir. 
Kanal həm də  mahiyyətcə  təsir ötürücüsüdür. Deməli, 
zaman həm də təsir ötürücüsüdür. Ötürücüdürsə, zaman 
dildir. Dildirsə, zaman informasiya ötürücüsüdür. 
İnformasiya  ötürücüsüdürsə, zaman qeyri-müəyyənlik 
daşıyıcısıdır.  Daşıyıcıdırsa,  zamanın  məkan olmaq xassəsi 
vardır. Odur ki, gerçəklik tədricən, ardıcıl, ziddiyyətli dərk 
edilir.  
Beləliklə, fəlsəfi mənada,  zamanın  sürəti ilə 
zamandakıların  sürətini eyniləşdirmək və  ya  qarışıq 
salmaq yolverilməzdir.  
Mövcud təsəvvürlərə  görə,  İnsan  nə  yaratmışdırsa, 
hamısı  onun  şüurlu  fəaliyyətinin məhsuludur və  bu 
səbəbdən də  ta qədimlərdən  şüur  ilahiləşdirilib, 
mütləqləşdirilib.  Şüura  “ruh”,  “mənəvi  varlıq”,  bədəndən 


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------16------------------------------------ 
 
kənarda mövcud olan “gözəgörünməz qüvvə” kimi baxan 
ibtidai insan  ona  sitayiş  etmişdir  [71,  s.150].  Fəlsəfi 
ədəbiyyatda  şüura  materiyanın  -  insan beyninin xassəsi, 
gerçəkliyin ancaq insana məxsus məqsədli  inikası  kimi 
baxılır.  Lakin  artıq  heç  kimə  sirr deyil ki, süni intellekt 
yaratmaq  mümkündür.  Bu,  şüurun  tədricən  insandan 
alətə  keçidi demək  deyilmi?  Axı  şüur  həm də  davranışın 
keyfiyyət göstəricisidir! Bu halda yüksək  davranış 
nümunəsi  nümayiş  etdirə  biləcək  texnikaya  şüursuz 
demək nə dərəcədə məqbul sayıla bilər?  
Bizim fikrimizcə,  şüur  fenomeni  insan  beyninin  bir 
informasiya sistemi olmaqla kəmiyyət dəyişmələrinin 
keyfiyyət dəyişməsinə  keçməsi hadisəsinin  birbaşa 
məhsuludur. Çünki informasiya sistemində  toplanan 
informasiyanın  miqdarı  müəyyən həddi keçdikdə 
informasiya sistemi tamamilə  yeni keyfiyyətlər  nümayiş 
etdirmək qabiliyyəti qazana bilir. Belə  ki,  yaddaş  yalnız 
müəyyən tezaurus səviyyəsinə çatdıqda yaradıcılıq imkanı 
yaranır [89, s.120].  

Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin