Şərhetmə tərzi
Çıxış edənin öz nitqini laqeyd və yeknəsəq
şəkildə, sanki hansısa vacib tapşırığı yerinə yetirirm iş kimi ka
ğızdan oxumaması mühümdür. Əksinə, o, çalışm alıdır ki, xüsu
302
si şərhetmə tərzi ilə kağıza yazılmış mətni həqiqətən inandırıcı
nitqə çevirə bilsin.
Yaxşı çıxış etmək üçün sadəcə lazımi nitq üsullarına yiyələnmiş
olmaq kifayət etmir. Bu üsulların tətbiqi öz fikirlərini daha inandı
rıcı şəkildə şərh etməkdə natiqə kömək edər.
Hər şeydən əvvəl, dinləyicilər üçün aydın, anlaşıqlı və müm
kün qədər dialekt xüsusiyyətləri olmadan danışın.
Çox şey sizin sözləri nə qədər aydın ifadə etməyinizdən asılıdır.
Həm kobud dialekt tərzindən, həm də sözlərin qəsdən təhrif
edilərək tələffüz olunmasından çəkinin.
Çox da sürətlə yox, orta sürətlə danışın; bu, xüsusilə verilən
məlumatların dinləyicilər tərəfindən qəbul və dərk edilməsi prose
sinin böyük səy tələb etdiyi hallarda zəruridir; burada natiq, əlbəttə
«çapmamalıdır».
Nitqin sürətini onun məzmunundan asılı olaraq tənzimləyin.
Mühüm və mürəkkəb fikirlərin söylənilməsi zamanı nitqinizin
sürətini azaldın. Az mühüm və informasiya əhəmiyyəti olmayan
cümlələri sürətlə deyin.
Səsinizlə nitqin yerinə yetirdiyi vəzifələr baxımından əhəmiy
yətli hissələrini: sözləri, anlayışları, cümlə üzvlərini, cümlələri
vurğulayın. Bu, auditoriyaya diqqətini ən mühüm olanlar üzərində
cəmləməkdə kömək edər.
Mümkün qədər, müntəzəm şəkildə dinləyicilərlə (tək biri ilə
yox) göz təması yaratmağa çalışın.
İfadələri sürətlə nəzərdən keçirin. Onların tələffüzü vaxtı bir
anlıq «şparqalkadan» ayrılın və sonra yenidən mətnə qayıdın. N it
qin sürətinin azaldılması hesabına (mətnin gözlərlə sürətli oxun
ması, söz-səs ötürülməsinin ləngidilməsi) müəyyən ifadələrin zə
ruri təsirinə nail olmaq mümkündür.
M üxtəlif ixtisarlardan istifadə edin. Bu, sözləri tam şəkildə,
mülayim sürətlə tələffüz etməyə və auditoriya ilə göz təmasını
həyata keçirmək üçün vaxt qazanmağa imkan verər.
Nitqin mətninin xarici tərtibatı m üxtəlif ola bilər. Mətni iki in
te rv a ls, bölgülərə ayırmaqla, yan xətləri az olmaqla, nömrələnmiş
səhifələrdə yazmaq mümkündür. Belə format, xüsusilə natiqin tri
bunasının olmadığı hallarda çox rahatdır.
303
Bu halda ayn-ayn cümlələri səhifədə aşağıdakı kimi yerləşdirmək
tövsiyə olunur: birinci cümlə soldan sağa, səhifənin ortasına qədər;
ikinci isə üç interval aşağıda və səhifənin sağ tərəfində çap edilir.
İm provizə İctimai təcrübə və informasiya fəaliyyəti üçün hazır
mətnlər üzrə çıxış etmə mühüm və zəruridir. Lakin kommunikativ
vəzifələrin həlli baxımından nitqin sərbəst şərhi, yəni
improvizə
edilmiş nitq
çox mühümdür.
Bu, təkcə çoxlarının istədiyi kimi, natiqlərin, nəhayət, öz çıxışla
rım kağızdan oxumaqdan əl çəkməsini arzulaması ilə yekunlaşmır.
Hər şeydən əvvəl, yadda saxlamaq lazımdır ki, bir çox hallarda din
ləyicilərin diqqətini cəlb edib saxlamaq, onlarla zəruri əlaqə yaratmaq
baxımından improvizə edilmiş nitq daha yararlıdır. Auditoriyaya təsir
göstərməyin bu imkanından natiqlər geniş istifadə etməlidirlər. Bu, hər
şeydən əvvəl, konfranslar, yaxud iclaslarda edilən çıxışlara aiddir.
Çıxış edən «nitqi söyləməyə borcludur», burada «improvizə
edilmiş nitqlə çıxış edənin cəsarəti» haqqında və «ümumiyyətlə,
sərbəst danışmaq cəsarəti» haqqında danışmaq lazımdır.
• İmprovizə edilmiş (sərbəst) nitqin hansı xüsusiyyətləri möv
cuddur?
• Bu, sadəcə söz almaq və hər hansı hazırlıq olmadan öz fikir
lərini dinləyicilərə nitq şəklində çatdırmaq deməkdirmi?
• Şərhin sərbəst tərzinin auditoriyaya təsiri nə ilə izah olunur?
İmprovizə olunmuş (sərbəst) nitq deyərkən, hazırlıqsız nitq nə
zərdə tutulmur. Burada kompozisiya baxımından yaxşı tərtib olun
muş və hazırlanmış mətndən asılı olmayan nitq nəzərdə tutulur.
İmprovizə edilmiş nitqin «kağız üzrə» nitqdən mühüm fərqləri
aşağıdakılardan ibarətdir:
• Natiq çıxışa diqqətlə hazırlaşsa da, onun məzmununu sistem
ləşdirsə də, nitqin kompozisiyasını müəyyənləşdirsə də, nitqin tam
mətnini yazmaqdan və onu auditoriya qarşısında sadəcə oxumaq
dan imtina edir;
• Natiq yalnız nitqin məzmununun əsas yerlərini yazılı surətdə
qeydə almaqla kifayətlənir (tezislər, əsas bəndlər, mülahizələr
şəklində), qeydlərini müvafiq şəkildə sistemləşdirir və çıxış zama
nı onlardan proqram kimi istifadə edir.
304
Beləliklə, sərbəst nitq tezislər üzrə nitqdir. Əsas məsələlər
əvvəlcədən qeyd edilir, lakin natiq öz fikirlərini yalnız əsaslandırma,
isbat, qiymətləndirmə mərhələlərində, yəni nitq fəaliyyəti zamanı
təfəkkür hesabına formalaşdırır.
Natiq tərəfindən qeydə alınmış açar söz, yaxud sözlər qrupu
onun şüurunda geniş həcmli məzmuna çevrilir. Assosiasiyanın
köməyi ilə meydana çıxan bu məzmun nitq prosesində üslubi və
qrammatik baxımdan formalaşdırılır və hazır cümlə şəklini alır.
Bu proses zamanı şüurda aşağıdakı fikir planlaşdırılır və tələf
füz edilmək üçün hazırlanır:
• Bu -yaradıcılıq prosesidir: dinləyicilər tərəfindən axtanş,
qərarın qəbul edilməsi prosesi kimi qiymətləndirilir. Bununla da
improvizə edilmiş nitqin canlılığı və cazibə qüvvəsi izah edilir
(təsadüfi deyil ki, hazır mətndən istifadə etməyən natiqlərin daha
sərbəst və təravətli danışdıqları qəbul edilir);
• Natiq nitqin materialına nə qədər yaxşı bələddirsə, o öz fikir
lərini o qədər asan formalaşdıra bilir.
Müstəsna hallarda, təcrübəli natiqlər predmetə və şifahi nitqin
vərdişlərinə tam yiyələnmiş olduqda çıxışlarının tezislərini kağıza
qeyd etməkdən imtina edə bilərlər.
Nitqin planını düşünərkən, ilk növbədə aşağıdakıları nəzərə
almaq vacibdir. Çıxış üçün materialı artıqlaması ilə seçin. Bu sizə
həmin materialdan inamla istifadə etmək imkanı verir.
İlk növbədə, müvafiq sahədə sanballı biliklərin mövcudluğu
nitq zamanı inamlı olmağa imkan verir. Əgər bu biliklər mövcud
deyilsə, natiq materialdan sərbəst şəkildə istifadə edə bilmirsə, o
halda uğursuzluq labüddür.
Natiqə qarşıdakı çıxışa lazımi şəkildə hazırlaşmağa aşağıdakı
Dostları ilə paylaş: |