rülməsi vasitəsi kimi duruş tərzi, jestlər, mimikalar, intonasiya, ba
xışlar, ərazidə yerləşmə və s. çıxış edir.
İşgüzar ünsiyyət m üxtəlif üslublarda həyata keçirilə bilər.
Ünsiyyətin üç əsas üslubunu fərqləndirirlər:
•
mərasim
- burada tərəf-müqabillərin əsas vəzifəsi sosium-
la əlaqələrin saxlanması, cəmiyyətin bir üzvü kimi özü haqqında
anlayışların möhkəmləndirilməsindən ibarətdir. Mərasim ünsiyyə
tində tərəfdaş sosial, peşə, şəxsiyyət rolundan asılı olmayaraq yal
nız zəruri atributdur, burada onun fərdi xüsusiyyətləri əhəmiyyətli
deyil;
•
manipulyativ (vasitə)
- bu halda tərəfdaşa xarici məqsədlərə
çatma vasitəsi kimi baxılır. Peşə vəzifələrinin böyük çoxluğu məhz
manipulyativ ünsiyyəti nəzərdə tutur. Mahiyyəti etibarilə, istənilən
təlim, inandırma, idarəetmə həmişə manipulyativ
ünisyyəti əhatə
edir;
•
humanist -
hər iki tərəfdaşın təsəvvürlərinin birgə dəyişdi
rilməsinə yönəldilir, anlaşılma, dərdinə şərik olma, mehribanlıq
kimi insani tələbatların təminatını nəzərdə tutur.
Humanist ünsiyyət, əsasən xaricdən (məqsəd, şərait, vəziyyət,
stereotiplər) yox, daha çox daxildən (fərdilik, əhval-ruhiyyə, tə
rəfdaşa münasibət) determinasiya olunur (qanunauyğunluqlar və
səbəblərdən asılılıq).
Bu ünsiyyətdə, başqa növlərə nisbətən, daha
çox fərdilikdən asılılıq aydın görünür.
Tərəfdaş necə varsa, lazım olan və olmayan funksiyalara, mü
hüm və qeyri-mühüm keyfiyyətlərə bölünmədən qəbul edilir. Bu
nunla yanaşı, elə vəziyyət ola bilər ki, nəinki bu ünsiyyət,
hətta
onun ayn-ayn ünsürləri də yersiz olar.
Bundan başqa, hər bir insana istənilən şəraitdə onun hərəkətlə
rinə səciyyəvi xüsusiyyətlər verən şəxsi üslubu, yaxud davranış və
ünsiyyət modeli xasdır.
Fərdi ünsiyyət üslubu fərdi xüsusiyyətlərdən, şəxsi keyfiy
yətlərdən, həyat təcrübəsindən, insanlara münasibətdən,
həmçinin
mövcud cəmiyyət üçün səciyyəvi olan ünsiyyət növündən asılıdır.
İşgüzar ünsiyyət aşağıdakı əsas formalarda həyata keçirilir: iş
güzar söhbət; işgüzar danışıqlar; mübahisə, diskussiya, polemika;
313
işgüzar müşavirə; kütlə qarşısında çıxış; telefon danışıqları; işgü
zar məktublaşma.
Dostları ilə paylaş: